Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə11/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   7   8   9   10   11   12   13   14   ...   197

 

 

 



32 

 

Azərbaycan  Dövlət  Universiteti  isə  hələ  Azərbaycan 



Demokratik  Respublikasının  vaxtında  –  1919-cu  ildə  yaradıl-

mıĢdı.  Universitetdə  yaradılan  kafedralardan  biri  də  psixolo-

giya  kafedrası  idi.  Kafedraya  görkəmli  alim  A.O.Makovelski 

rəhbərlik  edirdi.  Ali  məktəblərdə  ən  böyük  çətinliklərdən  biri 

də  ana  dilində  dərs  aparan  ixtisaslı  kadrların  çatıĢmaması  ilə 

bağlı  idi.  Vəziyyətdən  çıxıĢ  üçün  dilləri  Azərbaycan  dilinə 

yaxın  olan  Krımdan,  Kazandan,  Türkiyədən  yüksək  ixtisaslı 

müəllimlər  dəvət  olunur.  Onların  sırasında  A.O.Makovelski, 

X.Fikrət, M.Tofiq və baĢqaları var idi. Onlar həm psixologiya-

dan  dərs  deyir,  həm  də  milli  kadrların  hazırlanmasına  kömək 

edirdilər.  A.O.Makovelskinin  bu  sahədə  xidmətləri  isə 

əvəzsizdir. 



A.O.Makovelski  1920-ci  ildə  Azərbaycan  Dövlət 

Universitetində  iĢə  dəvət  olunur.  O,  1920-ci  ildən  1930-cu  ilə 

qədər  Psixologiya  kafedrasına  rəhbərlik  etmiĢdir.  1921-ci  ildə 

ADU-da  «Sokrata  qədərki  fəlsəfə»  mövzusunda  doktorluq 

dissertasiyası müdafiə etmiĢdir. O, 1931-ci ildən 1940-cı ilədək 

AETPĠ-də  iĢləmiĢ,  elmi  tədqiqatlar  aparmıĢdır.  1948-ci  ildə 

Makovelski  yenidən Azərbaycan Dövlət Universitetinə qayıdır 

və  1960-cı  ilə  qədər  məntiq-psixologiya  kafedrasına  rəhbərlik 

edir.  Makovelskinin  yüksək  ixtisaslı  psixoloq  kadrlarının 

hazırlanmasında 

əvəzsiz 

xidmətləri 

olmuĢdur. 

O, 


Ə.K.Zəkuyevin  doktorluq  dissertasiyasının  rəsmi  opponenti, 

M.Məhərrəmov,  M.Abbasov,  M.Hacıyev,  Ġ.Seyidov  və 

baĢqalarının elmi rəhbəri olmuĢdur. 

Makovelski  eyni  zamanda  geniĢ  tədqiqat  iĢləri  aparmıĢ, 

Azərbaycan  Ģair  və  filosoflarının  yaradıcılığının  psixoloji  təh-

lilini vermiĢdir. 

Azərbaycanda  psixologiya  elminin  inkiĢafında,  psixoloq 

kadrlarının  hazırlanmasında  B.B.Komarovskinin  də  (1899-

1965)  böyük  xidmətləri  olmuĢdur.  1921-ci  ildə  Bakıya  gələn 

Komarovski  1921-1924-cü  illərdə  Azərbaycan  Dövlət  Univer-

sitetinin  aspiranturasında  oxuyur.  1927-ci  ildə  pedaqogika 



 

 

 



33 

 

ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin il 



o,  professor  elmi  adı  alır.  Komarovski  ilk  elmi  məqaləsini 

1914-cü ildə, 15 yaĢında yazmıĢdır. ÇoxĢaxəli yaradıcılığa ma-

lik  olan  Komarovski  «Psixologiya  cədvəlləri»  (1923), 

«UĢaqlığın sosiologiyası» (1921), «Təkrarlama metoduna dair» 

(1940) və s. onlarla fundamental əsərlərin müəllifidir. 

Azərbaycanda  psixologiya  elminin  digər  tanınmıĢ  bir 

nümayəndəsi  F.Ə.İbrahimbəyovdur  (1901-1988).  O,  respub-

likamızda ilk psixologiya laboratoriyasının yaradıcısıdır. Onun 

Azərbaycan Dövlət Universitetində 1926-1927-ci illərdə təĢkil 

etdiyi  psixologiya  laboratoriyasında  çoxsaylı,  müxtəlif  istiqa-

mətli tədqiqatlar aparılmıĢdır. 

F.Ġbrahimbəyov  1927-1949-cu  illərdə  V.Ġ.Lenin  adına 

APĠ-də,  sonrakı  illərdə  Azərbaycan  Pedaqoji  Xarici  Dillər 

Ġnstitutunda psixologiya kafedrasının müdiri olmuĢdur. 

F.Ġbrahimbəyov təlim və psixi inkiĢaf, Ģəxsiyyət, xüsusilə 

bilinqvizm  sahəsində  uğurlu  tədqiqatlar  aparmıĢdır.  Onun 

tədqiqatları  nəinki  ittifaq  miqyasında,  eləcə  də  dünyanın  bir 

sıra  ölkələrində  rəğbətlə  qarĢılanmıĢdır.  O,  ana  dili  və  rus 

dillərinin  mənimsənilməsinin  psixoloji  əsaslarını  tədqiq 

etmiĢdir. Onun bu sahədə apardığı təqdiqatlarla bağlı Ümumit-

tifaq və Beynəlxalq Konqreslərdə etdiyi çıxıĢlar bir qayda ola-

raq yüksək dəyərləndirilmiĢdir. Onun «Ġkidillilik, onun forması 

və  fərdi  fərqlərə  görə  təsnifatı»,  «Milli  məktəblərdə  rus  dili 

təliminin psixoloji əsasları haqqında», «Nitqin qavranılmasının 

seçiciliyi və dilin tədrisi» və s. əsərləri təlim psixologiyası, nitq 

inkiĢafı  sahəsində  SSRĠ-də  aparılan  ən  uğurlu  tədqiqatlardan 

hesab olunur. 

Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında, 

psixoloji  fikrin  inkiĢafı  və  təĢəkkülündə  Əhməd  Kərədi 

Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuĢdur. O, 1921-ci 

ildə  Türkiyədə  təhsilini  baĢa  vurduqdan  sonra  Bakıya  gəlmiĢ, 

1922-1960-cı  illərdə  V.Ġ.Lenin  adına  APĠ-də  dərs  demiĢ, 

müxtəlif  vaxtlarda  psixolgiya  kafedrasına  rəhbərlik  etmiĢdir. 




 

 

 



34 

 

1960-cı  ildən  ömrünün  sonunadək  Azərbaycan  EA-nın  fəlsəfə 



Ģöbəsində çalıĢmıĢdır. 

1933-cü ildə V.Ġ. Lenin adına APĠ-nin nəzdində aspiran-

tura  Ģöbəsi  açılır.  Bu  Ģöbənin  yaradılmasıyla  psixologiya  üzrə 

kadr hazırlığında da bir dönüĢ yaranır. 

20-ci illərin sonu – 30-cu illərin əvvəllərində digər sahə-

lərdə olduğu kimi, psixologiyada da kəskin diskussiyalar, pole-

mikalar  baĢladı.  Qeyd  etmək  istərdik  ki,  SSRĠ  miqyasında 

gedən  proseslər  eynilə  Azərbaycanda  da  baĢ  verirdi.  Bununla 

bağlı  F.  Rüstəmov  yazır:  «20-ci  illərin  əvvəllərində  pedaqoji 

elmdə  demokratik  fikir  güclü  idi,  əsasən  qeyri-marksist 

mövqedə  dayanan  nəzəriyyələr  üstün  mövqeyə  malik  idi.  Bu 

nəzəriyyələrin  bir  qismi  Avropadan  türk  pedaqoq  və 

psixoloqlarının  (X.  Fikrət,  Mühiddin,  Ġ.  Hikmət,  T.  Tofiq,  N. 

Ġsmət və H. Məhbubənin) əsərləri vasitəsilə yayılır, digər qismi 

isə rus pedaqoji fikrindən tərcümə edilmiĢ əsərlərdən milli pe-

daqoji fikrə keçirdi. 

Ġntellektual  mübahisələr  çox  zaman  bir-birinə  qara  yax-

maqla  baĢa  çatırdı.  Bu  proses  hər  yerdə  –  mərkəzdə  də, 

yerlərdə  də  gedirdi.  Rusiya  və  Ukrayna  üçün  səciyyəvi  olan 

yanlıĢlıqlar  eyni  ilə  Azərbaycanda  da  təkrar  olunurdu.  Mosk-

vada  A.P.  Pinkeviçin,  P.P.  Blonskinin  baĢına  gətirilənlər 

Bakıda  B.B.  Komarovski,  A.O.  Makovelski,  Ə.  Seyidov,  Ə. 

Zəkuzadə  üçün  təkrarlanırdı.  Hədə,  təhqir  və  yalanlara  cavab 

vermənin  fiziki  cəhətdən  məhvə  səbəb  olacağını  dərk  edən 

alimlər  özlərini  əsassız  itihamlardan  qorumaq  üçün  etiraf 

məktubları  yazır,  düzgün  elmi  mövqelərini  tənqid  etmək 

məcburiyyətində qalırdılar». 

Acınacaqlısı odur ki, polemika və tənqidlər yalnız mütə-

xəssislər arasında deyil, ixtisas sahibi olmayan, ancaq «əqidəli 

marksistlər»  tərəfindən  də  keçirilir,  təəssüf  ki,  çox  vaxt  məhz 

onlar  «haqlı»  çıxırdılar.  Tənqid  olunanlar  sırasında  adətən 

həqiqi elm fədailəri, görkəmli alimlər olurdu. 

1931-ci  ildə  F.Ə.Ġbrahimbəyov  testlər  metodunun  milli 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə