Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə118/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   114   115   116   117   118   119   120   121   ...   197

 

 

 



390 

 

vaxt  iĢdə  deyil,  sözdə  güclü  olurlar.  Özünə  inam  qərarsızlıqla 



uyğunlaĢır.  TanıĢ  adamlar  arasında    özlərini  daha  yaxĢı  hiss 

edirlər.  



7)

 

ġizoid tip - əsas xüsusiyyətlərindən biri qapalılığıdır. 

Onların  iç  dünyası  müxtəlif      fantaziyalarla  zəngindir.  

Hisslərini  biruzə  verməkdə  onlar  kifayət  qədər  təmkinlidirlər, 

heç də həmiĢə ətrafdakılar onları baĢa düĢmür. Qaradinməz, bir 

iĢ olanda özünü kənara çəkəndir. 

8)

 

Epileptoid    tip  –  bu  tipli  yeniyetmələr  tez-tez 

ağlayırlar,  ətrafdakıları  təngə    gətirirlər,  xüsusən  də  erkən 

uĢaqlıqda.  Liçkonun  qeyd  etdiyi  kimi,  bu  uĢaqlar  həmçinin 

heyvanlara  əzab  verməyi,  özlərindən  balacalara  sataĢmağı, 

köməksizləri  lağa  qoymağı  sevirlər.  UĢaq  kompaniyalarında 

özlərini  diktator  kimi  aparırlar.  Onların  tipik  xüsusiyyətləri    - 

qəddarlıq, hökmranlıq, özünə vurğunluqdur. 

9)

 

Ġsteroid tip – bu tipin əsas əlamətləri – eqosentrizm, 

Ģəxsən özünə daima diqqət duyğusudur. Bu cür yeniyetmələrdə 

tez-tez  Ģıltaqlığa,  özünü  göstərməyə,  teatrallığa  meyl  özünü 

biruzə  verir.  Onlar  üçün  ətrafdakıların  diqqətini  özünə  cəlb  

etmək və öz ünvanına ona məftun  olduqlarını,   təriflədiklərini 

eĢitmək arzusu  ən zəruri ehtiyaclardan birinə çevrilir. 



10)

 

Qeyri-sabit  tip  –  bu  tipi  həmiĢə  səhv  olaraq  zəif  

iradəli,  kütlədən  seçilməyən  bir  tip  kimi  xarakterizə  edirlər. 

Onlarda əyləncələrə böyük həvəs meyli özünü göstərir. 

11)

 

Konform  tip  –  bu  tipə  aid  olan  yeniyetmələr  hər 

hansı  avtoritetə  sözsüz  itaət  nümayiĢ  etdirirlər.  “Hamı  necə, 

mən  də  elə”  ideyasını  əsas  götürürlər.  Öz  Ģəxsi  maraqları 

naminə yoldaĢlarını satmağa hazırdırlar. 

 

V. 16.4. Xarakter və Ģəxsiyyət 

 

        Xarakterin  tiplərinin  mövcud  olan    bütün    konsepsiya-

larının çox ciddi bir çatıĢmazlığı var. Məsələ ondadır ki, hər bir 

insan fərddir və heç də həmiĢə müəyyən bir tipə aid edilməyə 



 

 

 



391 

 

bilər. Çox vaxt eyni insanda  xarakterin  ən müxtəlif əlamətləri 



kifayyət  qədər  inkiĢaf    etmiĢ  olur.  Praktik  olaraq,  xarakterin 

tiplərinin  bütün  təsvirlərində  ən  müxtəlif  cinsli  və  ya  daha 

düzgün  desək  ən  müxtəlif  qəbildən      olan  xüsusiyyətlərinin 

birləĢməsini tapmaq olar. 

        BaĢqa  cür  desək,  onlarda  bütöv  Ģəkildə  həm  xarakterin, 

həm  də  Ģəxsiyyətin  xüsusiyyətləri  mövcuddur.  Məsələn,  Ģizo-

idlərin  xarakteristikasını  verərkən  E.Kreçmer    formal,    yəni 

davranıĢın  yönümündən  asılı  olmayan  (xarakterin  xüsusiy-

yətləri):  ünsiyyətsizlik,  təmkinlilik,  ciddilik,  qorxaqlıq,  sen-

timentallıq  kimi  xüsusiyyətləri,  o  biri  tərəfdən  isə  daha 

məzmunlu,  Ģəxs  əsaslı  “insanları  xoĢbəxt  etməyə  çalıĢmaq”, 

“nəzəriyyəbaz  prinsiplərə  meyl”,  “sarsılmayan  əqidə  möh-

kəmliyi”, “baxıĢlarının təmizliyi”, öz ideyaları uğrunda müba-

rizəyə  mətin  olaraq  çalıĢmaq    və  s.  kimi  xüsusiyyətləri  sada-

layır. 

        P.B.QannuĢkinin  paranoyyalı  tiplərə  verdiyi  təsvirdə 



həmçinin  psixoloji  xarakteristikaların  –  dinamikliyindən 

tutmuĢ  dünyabaxıĢına  qədər  bütün  xüsusiyyətlərini  tapmaq 

olar. 

        Bu  cür  misalları  çoxaltmaq  da  olar.  Xarakterin  tiplərinin 



təsvirinə daxil olan "müxtəlif tipli” əlamətlər tamamilə təbiidir. 

Amma  Gippinreyterin  fikrincə  xarakterin  tam,  təsvirlərinin 

geniĢ təhlilə ehtiyacı var, lakin xarakterin təsvirinin müəllifləri 

bunu etmirlər.  

        Psixoloji  ədəbiyyatda  Ģəxsiyyətin  xarakterlərinin  forma-

laĢması    haqqında  ümumi  nəzəriyyənin  iĢlənib  hazırlanması 

haqqında  çox  maraqlı  və  dəyərli  təcrübələr  var.  Buna  biz 

təxminən  yüz  il  bundan  əvvəl  yazılmıĢ  A.F.Lazurskinin 

əsərlərində  rast  gəlirik.  A.F.Lazurski  “endopsixika  və  ekzo-

psixika”  anlayıĢlarını  təsdiq  etmiĢdi.    “Endopsixika”  anlayıĢı 

dedikdə o xarakter, temperament və əqli qabiliyyətlərin də aid 

edildiyi  daxili  psixi  (psixofizioloji)  funksiyaların  məcmuunu 

nəzərdə  tutur.  ġəxsiyyətin  münasibətini  –  təbiətə,  cəmiyyətə, 



 

 

 



392 

 

mənəvi  dəyərlərə  münasibətlərinin  cəmini  isə  o  “ekzo-



psixika”ya  aid  etməyi  təklif  edir.  ġəxsiyyətin  yetkinliyinin 

müxtəlif  dərəcələrini  nəzərdən  keçirərək  Lazurski  onları  üç: 

aĢağı, orta yüksək (ali) səviyyələrə  ayırır. Səviyyələr arasında 

fərqin əs.gasını o endopsixikadan ekzopsixikaya keçiddə görür. 

        AĢağı  səviyyənin  nümayəndələrini  Lazurski  aĢağıdakı 

tiplərə  bölür:  “dərrakəli”,  “tez  qızıĢan”,  “fəal”.  Ehtimal  ki, 

burada  təsnifat  müəyyən  Ģəxslərin  necə  hərəkət  etdikləri  və 

necə  yaĢadıqlarının  əlamətlərinə  görə  aparılır.  Müəllif  ali 

səviyyəyə insanları aparıcı fəaliyyət növlərində iĢtirakına görə 

müəyyən  edir.  Ali  səviyyəyə  aid  olan  Ģəxsiyyətlər  nəyə  əsl 

meylləri  olduqlarını  (məsələn,  “biliyə”,  “gözəlliyə”,  “altu-

rizmə”) tez müəyyən edirlər. 

        Beləliklə,  demək  olar  ki,  aĢağı  səviyyədən  ali  səviyyəyə 

keçərkən  A.F.Lazurski  insan  Ģəxsiyyətinin  xarakter  əlamət-

lərini Ģəxsiyyətin xüsusiyyətləri ilə əvəz edir. 

 

 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə