Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə119/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   115   116   117   118   119   120   121   122   ...   197

 

 

 



393 

 

V 16.5. Xarakterin formalaĢmasının Ģərtləri 



 

        Ġnsanın  xarakteri  adətən  sosial  amillərin  təsiri 

altında  formalaĢır.  Xarakterin  formalaĢması  problemini 

nəzərdən  keçirərkən  onun  eyni  zamanda  həm  sabit,  həm  də 

dəyiĢkən  olması  prinsipini  tətbiq  etmək  lazımdır.  Bundan 

baĢqa,  Ģəxsiyyətin  ən  vacib  xüsusiyyətlərindən    biri  olan 

xarakter – ictimai tarixi bir  kateqoriyadır, ona görə də insanın 

xarakterinin  formalaĢmasından  danıĢarkən  həmiĢə  sosial 

Ģərtlərin  təsirini  nəzərdə  tutmaq  lazımdır.  Ġnsanın  xarakterinin 

formalaĢmasına sosial mühitin təsiri hər Ģeydən əvvəl müxtəlif 

ictimai  formasiyalarda tipik xarakterlərin  müqayisəsi  ilə sübut 

edilir.  Kiçik  qrupların  psixologiyası  onun  üzvlərinin 

xarakterlərinin 

formalaĢmasında 

böyük 

rol 


oynayır.             

Xarakterin  formalaĢmasına    eyni  zamanda  bioloji  Ģərtlər  də 

təsir  edir.  Ancaq,  xarakterin  formalaĢmasına  irsi  təsirin 

əhəmiyyətli roluna isnad edərkən çox  ehtiyatlı olmaq lazımdır. 

A.N.Leontyevin  sözlərilə  desək,  bioloji  irsilik  əhəmiyyətsiz 

sayılmır,  ancaq  mənimsəmə  prosesi  ilə  müqayisədə  o  asılı 

vəziyyətdə olur. 

        Xarakterin  əlamətlərində    cinsi    və  psixi  fərqlərin  prob-

leminin həlli üçün bir çox tədqiqatlar  aparılmıĢ, hətta kiĢilik-

qadınlığın  müəyyənləĢdirilməsi  üçün  xüsusi  testlər  də  iĢlənib 

hazırlanmıĢdır.  ġəxsiyyətin  xüsusiyyətlərində  cinsi    fərqlər 

ortaya  çıxıb.  Məsələn,  kiĢilər  daha  özünə  güvənən,  aqressiv, 

inadkar və cəsarətlidirlər, xasiyyət, danıĢıq və hisslərində daha 

çox  kobuddurlar. Qadınlar isə daha çox həssas, utancaq, xeyir-

xah və emosionaldırlar. 

        Xarakterin  formalaĢmasının  bioloji  Ģərtlərindən  danı-

Ģarkən  fiziki  tərbiyənin  böyük  əhəmiyyətini  qeyd  etmək 

lazımdır. Ġdmançıların xarakterində iradəlilik xüsusiyyətlərinin 

tərbiyəsinə  həsr  olunmuĢ  bir  çox  əsərlər  mövcuddur.  Daha 

ümumiləĢdirilmiĢ  formada  bu  problem  P.A.Rudik,  A.Ç.Puni, 




 

 

 



394 

 

O.A.Çernikova tərəfindən təhlil edilmiĢdir. 



       Həyat  öz  müxtəlifliyi    ilə  tərbiyə  edir,  ancaq  xarakterin 

formalaĢmasının  əsas  amili  ailə  və  məktəbdir.  UĢaqların 

xarakterinin  bir  çox  qüsurları  ailədə  düzgün  olmayan  tərbi-

yənin  nəticəsidir,  məsələn,  ərköyünlik,  inadkarlıq,  Ģıltaqlıq  və 

eqoizm  yaradır,  fiziki  cəza  isə  uĢaqları  kobud,  sərt  bəzən  isə 

qorxaq,  yalançı,  aciz  edir.  Ancaq  heç  də  həmiĢə  uĢaqların 

xarakterinin  qüsurlarını  ailə  tərbiyəsinin  səhv  olması  ilə  izah 

etmək  düzgün    olmaz.  Bəzən  xarakterin  yaranmıĢ  xüsusiy-

yətlərini uĢaqlar “küçənin”, pis məktəb yoldaĢlarının və s. təsiri 

altında qazanırlar. 

       Məktəblilərin  xarakterinin  formalaĢdırılması  məktəbdə 

təlim və tərbiyənin əsas vəzifələrindən biridir. 

        Xarakterin  formalaĢmasının  əsas  Ģərtlərinin  siyahısına 

özünü tərbiyəni də əlavə edirlər. 

        Məlumdur ki, xarakterin formalaĢmasına ətraf mühit təsir 

edir.  Bioloji  Ģərtlər  də  əhəmiyyətli  rol  oynayır.  Bu  Ģərtlər 

xarakterin  formalaĢmasına  fatalist  təsir  etmir,  onlar  həmiĢə 

müxtəlif və öz qanunauyğunluqları olan daxili Ģərtlər vasitəsilə 

dəyiĢir. 

        Xarakterin  formalaĢmasında  kompensasiya  hadisəsi  də 

böyük  rol  oynayır.  Xarakterin  bir  əlaməti  zəiflədikdə  bu 

çatıĢmazlığın əvəzinə  baĢqa əlamət daha yaxĢı inkiĢaf edir. 

Xarakterin  formalaĢması  daxili  vəziyyətdən  də  asılı 

olur. L.S.Vıqotski uĢaq üzərində hər hansı bir təsir onu uĢağın 

hiss  etməsi  nöqteyi-nəzərindən  ona  subyektiv  münasibətindən 

keçməsi  anlayıĢını  inkiĢaf  etdirmiĢdir.  ĠnkiĢafın  uĢağın  daxili 

vəziyyətindən  asılılığı  prinsipi  daha    sonra  A.N.Leontyev 

tərəfindən  inkiĢaf  etdirilmiĢ  və  L.Ġ.Bojoviç  və  onun  əmək-

daĢlarının tədqiqatlarında xüsusi sübutlarla təsdiq olunmuĢdur. 

Bojoviç daxili vəziyyəti uĢağın Ģəxsi ehtiyacları  və arzularının 

sistemi  kimi  müəyyən  edir.  Daxili  vəziyyət  həm  də    yaĢlı 

insanların xarakterinin dinamikliyində az rol oynamır, məsələn, 

inadkar adamın yenidən tərbiyə edilməsinin çətinliyi onun daha 



 

 

 



395 

 

çox  bu  xüsusiyyətlə  mübarizə  aparmağa  ehtiyac  hiss    etmə-



məsindən  və  onu  pis  əlamət  kimi  hesab  etməməsindən 

ibarətdir.  Ġnsanın  psixi  vəziyyətinin  öyrənilməsi  prosesində 

daha  bir  zəruri    qanunauyğunluq  meydana  çıxır:  xarakterin 

dinamikliyi,  onun  xüsusiyyətlərinin  əldə  edilməsi,  dəyiĢməsi 

psixi vəziyyətin keçid mərhələsindən, daha dəqiq desək insanın 

öz hərəkətlərinə münasibətindən  keçir. 

        ġəxsi  nümunə  də  tərbiyənin  və  özünütərbiyənin  ən  güclü  

vasitəsidir.   

        Məktəblilərin  xarakterinin formalaĢmasına Ģəxsi  nümunə-

nin  təsiri  haqqında  aparılmıĢ  tədqiqatlarda  nümunənin  seçil-

məsi  yolları  məsələsinə  böyük  yer  verilmiĢdir.  Nümunələrin 

seçilməsi  yolları    müxtəlifdir.  Belə  yollardan  biri  Ģagirdlərin 

etiraf  etdikləri  bəzi  qüsurların  təkmilləĢdirilməsi  üçün  nü-

munənin  seçimidir.  Belə  ki,  qeyri-mütəĢəkkil  bir  Ģagird  çox 

intizamlı və mütəĢəkkil yoldaĢına oxĢamaq istəyir. Nümunənin 

seçilməsinin  ikinci  yolu-oxĢarlığa  görədir.  Nümunənin  seçi-

minin  baĢqa  bir  yolu  mənalı  həyatı  hadisələrin  maraqlı, 

cəlbedici axarına əsaslanır. 

        Nəhayət  nümunə  seçiminin  daha  bir  yolu,  N.Levitovun 

Ģərti olaraq emosional adlandırdığı  yoldur. O, Ģagirdin  müəy-

yən  bir  adama  əvvəlcə    rəğbət  hissi  keçirdiyindən  və  daha 

sonra  isə  nümunə  kimi  bu  adamın  arxasınca  getməsindən 

ibarətdir. Nümunənin seçilməsi prosesində həm obyektiv, həm 

də subyektiv amillər rol oynaya bilər. 

        Hansı  Ģagirdlərə  və  onların  xarakterlərinin  hansı  xüsusiy-

yətlərinə nümunə daha yaxĢı təsir edir. Bu baxımdan Ģagirdləri 

iki qrupa  ayırırlar: 

a)

 

Xarakterin  xüsusi  plastikliyi  və  yüngüllüyü  ilə  seçi-

lənlər; 

b)

 

YaĢadıqları  əqidələrin  konkret  daĢıyıcıları  olan 

insanları Ģüurlu  surətdə axtaranlar.  

          Fərdi  psixoloji  Ģərtlərlə  yanaĢı  təsəvvürün,  maraqların 

canlılığı,  öz  üzərində  iĢləmək  arzusu  kimi  ümumi  psixoloji 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə