Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə12/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   8   9   10   11   12   13   14   15   ...   197

 

 

 



35 

 

psixologiyanı  öyrənmək  sahəsindəki  zərərli  nəticələri  barədə 



danıĢmağa  məcbur  olur.  Onun  1936-cı  ildə  nəĢf  etdirdiyi 

«UĢaqların əqli inkiĢafında zərərli nəzəriyyə» adlı məqaləsində 

pedalogiyanın metodoloji yararsızlığından, təhsilə, psixologiya 

və pedaqogika elminə vurduğu zərərdən bəhs olunurdu. 

30-cu  illərin  ortalarında  Azərbaycan  psixologiya  elminə 

gənc və istedadlı alimlər gəlir.  Onların sırasından S. Hacıyev, 

M. Məhərrəmov, M. Abbasov və baĢqaları xüsusilə seçilirdilər.  

1931-ci  ildə  Azərbaycan  Elmi-Tədqiqat  Pedaqogika 

Ġnstitutu  fəaliyyətə  baĢlayır.  Fərəhli  haldır  ki,  institutun 

nəzdində  pedologiya-psixologiya  kabineti  və  laboratoriyası  da 

fəaliyyət  göstərir.  Təlim-tərbiyə  prosesi  ilə  bağlı  aparılan 

tədqiqatlar  psixologiya  elminin  inkiĢafında  xüsusi  yer  tutur. 

Ġnstitutda yaradılan Ģöbəyə M.R. Abbasov baĢçılıq edir. Bu in-

stitutda  müxtəlif  dövrlərdə  F.Ə.  Ġbrahimbəyov,  A.O.  Mako-

velski,  S.  Hacıyev,  M.  Hacıyev,  Z.M.  Mehdizadə,  Ə.K. 

Zəkuyev, M.C. Məhərrəmov, M.Ə. Həmzəyev, Ə.S.Bayramov, 

Ə.Ə. Əlizadə və baĢqa görkəmli alimlər çalıĢmıĢ, tədqiqat iĢləri 

aparmıĢlar. 

Hazırda institut Təhsil Problemləri Ġnstitutu adı ilə fəaliy-

yət  göstərir.  Ġnstitutun  psixologiya  və  yaĢ  fiziologiyası  Ģöbə-

sində təhsilin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır. 

Respublikamızda  psixologiya  elminin  inkiĢafında 

APRDƏĠ (hazırda Bakı  Slavyan Universiteti), SSRĠ-nin 50 il-

liyi  adına  APXDĠ  (hazırda  Azərbaycan  Dillər  Universiteti), 

KDPĠ (hazırda Gəncə Dövlət Pedaqoji Universiteti) və s. təhsil 

müəssisələri də özünəməxsus rol oynamıĢdır. 

1946-cı  ildə ÜĠK(b)P  MK-nın  xüsusi  qərarı ilə  1947/48-

ci  tədris  ilindən  baĢlayaraq  orta  məktəblərin  buraxılıĢ 

siniflərində məntiq və psixologiyanın tədris olunması ilə bağlı 

qərar  qəbul  olunur.  Qərara  uyğun  olaraq  1947/48-ci  tədris 

ilində  Azərbaycan  Dövlət  Universitetində  məntiq-psixologiya 

kafedrası  yaradılır.  Kafedraya  rəhbərlik  A.O.  Makovelskiyə 

tapĢırılır.  O,  1960-cı  ilə  qədər  bu  kafedraya  rəhbərlik  edir. 



 

 

 



36 

 

1960-cı  ildən  kafedra  pedaqogika  və  psixologiya  kafedrası adı 



ilə  fəaliyyətini  davam  etdirir.  1960-1970-ci  illərdə  kafedraya 

M.C.  Məhərrəmov,  daha  sonra  professor  Ə.S.  Bayramov 

rəhbərlik  edir.  Hazırda  kafedraya  professor  B.H.  Əliyev 

rəhbərlik edir. 



M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrlarının 

hazırlanmasında, həm də psixologiya elminin inkiĢafında əvəz-

siz xidmətlər göstərmiĢdir. 

O,  1931-1935-ci  illərdə  Azərbaycan  Dövlət  Pedaqoji 

Ġnstitutunun pedaqoji-psixoloji  fakültəsini bitirmiĢdir. 1944-cü 

ildə ADU-nun aspiranturasına daxil olmuĢ və ömrünün sonuna-

dək orada çalıĢmıĢdır. O, 1955-ci ildə «Orta məktəbdə psixolo-

giyanın  tədrisi  üsullarına  dair»,  1960  və  1961-ci  illərdə  «Psi-

xologiya  oçerkləri»,  1968-ci  ildə  «Psixologiya»  əsərlərini 

yazır.  1964-cü  ildə  M.Məhərrəmovun  redaktorluğu  ilə  nəĢr 

olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə idi. 

50-ci illərdən baĢlayaraq Azərbaycanda psixologiya elmi-

nin yeni bir inkiĢaf mərhələsi baĢlayır. Bu dövrdə A.K. Abdul-

layev, ġ.S. Ağayev aspiranturada, Ə.S. Bayramov, Ə.Ə. Əliza-

də, Ə.Ə. Qədirov, M.Ə. Həmzəyev və digərləri psixologiya fa-

kültəsində təhsil almıĢdır. 

Ġ.Ə.  Seyidov,  K.S.  Əbilov,  M.S.  Nəcəfov,  M.Ə.  Həm-

zəyev,  M.M.  Hacıyev  50-ci  illərdə  namizədlik  dissertasiyaları 

müdafiə edirlər. 

1963-64-cü tədris ilində V.Ġ. Lenin adına APĠ-də psixolo-

giya  kafedrası  yenidən  müstəqil  fəaliyyətə  baĢlayır.  1963-

1975-ci  illərdə  kafedraya  görkəmli  psixoloq  ġ.S.  Ağayev 

rəhbərlik edir.  

Ş.S. Ağayev 1954-cü ildə  «Fikri məqsədin  xarakterindən 

asılı olaraq görmə qavrayıĢının dinamikası» mövzusunda nami-

zədlik,  1967-ci  ildə  isə  «Əmək,  tərbiyə  və  inkiĢaf»  mövzu-

sunda doktorluq dissertasiyası müdafiə etmiĢdir. ġəxsiyyət psi-

xologiyası,  təlim  psixologiyası,  tərbiyə  psixologiyası  və  s. 

sahələr  üzrə  tədqiqatlar  aparmıĢ,  dərsliklərin  hazırlanmasında, 




 

 

 



37 

 

kadrların  yetiĢməsində  önəmli  rol  oynamıĢ  professor  ġ.S. 



Ağayev  müəyyən  müddət  V.Ġ.  Lenin  adına  APĠ-nin  rektoru 

olmuĢdur. 

1960-70-ci  illərdə  sovet  psixologiya  elmində  bir  inkiĢaf 

mərhələsi baĢladı. Psixologiyanın müxtəlif sahələri üzrə tədqi-

qatlar geniĢləndi.  

Gənc və istedadlı psixoloqlar Ə.S. Bayramov, T.Ə. Mus-

tafayev,  C.A.  Təhmasib,  Ġ.A. Fərəcov, A.U.  Məmmədov,  Q.E. 

Əzimov, R.M. Rəsulov, M.ġ. Əbdülov və baĢqaları namizədlik 

dissertasiyaları 

müdafiə 


etdilər. 

Bu 


dissertasiyalar 

psixologiyanın bir çox sahələrini əhatə etsə də əsas diqqət yaĢ 

və pedaqoji psixologiyaya yönəldilmiĢdi. 

60-cı  illərin  sonu  –  70-ci  illərin  əvvəlləri  Azərbaycan 

psixologiya  elmi  üçün  daha  məhsuldar  olmuĢdur.  Ə.S.  Bayra-

mov, M.Ə. Həmzəyev, M.S. Nəcəfov, Ə.Ə. Qədirov, Ə.Ə. Əli-

zadə  müxtəlif  mövzularda  doktorluq  dissertasiyaları  müdafiə 

etmiĢlər. Bundan sonra 20 il müddətində Azərbaycanda psixo-

logiya  üzrə  doktorluq  dissertasiyaları  müdafiə  olunmamıĢdır. 

Yalnız  90-cı  illərin  ortalarından  baĢlayaraq  yenidən  respubli-

kada doktorluq dissertasiyaları müdafiə olunmağa baĢladı. Ə.T. 

BaxĢəliyev,  S.Ġ.  Seyidov,  B.H.  Əliyev,  Ġ.M.  Novruzlu, 

R.Ġ.Əliyev,  G.K.Məmmədova,  Ġ.Ə.Məmmədova  doktorluq 

dissertasiyaları müdafiə etdilər. 

Azərbaycanda  psixologiya  elminin  inkiĢafında  1947-48-

ci  tədris  ilindən  1954-55-ci  tədris  ilinədək  Azərbaycan  Dövlət 

Universitetində  təĢkil  olunmuĢ  məntiq-psixologiya  Ģöbəsinin 

müstəsna rolu olmuĢdur. Bu müddət ərzində 150-dən artıq yük-

sək  ixtisaslı  psixoloq  kadrı  oranın  məzunu  olmuĢdur.  Onların 

sırasından Ə.S.  Bayramov, Ə.Ə. Əlizadə, Ə.Ə.  Qədirov, M.S. 

Nəcəfov,  Q.E.  Əzimov,  M.ġ.  Əbilov  kimi  tanınmıĢ  alimlər 

çıxmıĢlar. Məhz onların sayəsində Azərbaycan psixologiya el-

mi mühüm inkiĢaf yolu keçmiĢdir. 

1947-52-ci  illərdə  Azərbaycan  Dövlət  Universitetinin 

məntiq-psixologiya  Ģöbəsini  bitirənlərdən  biri  də  professor 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə