Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə122/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   118   119   120   121   122   123   124   125   ...   197

 

 

 



403 

 

Adətən  hər  hansı  bir  fəaliyyətin  icrası  zamanı  eyni  və 



ya  oxĢar  nəaliyyətin  əldə  edilməsinin  əsasında  tamamilə 

müxtəlif  qabiliyyətlərin  kompleksi  dayana  bilər.  Bu  isə  insan 

qabiliyyətlərinin belə bir  mühüm cəhətini açmağa imkan verir 

ki, onun bir xassəsini digəri ilə əvəz etmək mümkündür. Bunun 

üçün insanın həmin keyfiyyəti  ciddi və təkidlə özündə inkiĢaf 

etdirməsi zəruridir. 

Qabiliyyətlərin kompensasiya imkanları haqqında çoxlu 

həyati  faktlar  mövcuddur.  Bunu  O.Ġ.Skoroxodovanın  həyat  və 

fəaliyyəti  bir  daha  təsdiq  edir.  O.Ġ.Skoroxodova  xəstəlik 

nəticəsində  erkən  uĢaqlıq  yaĢında  görmə  və  eĢitmə 

qabiliyyətini  itirmiĢdir.  Onunla  pedaqoq  və  psixoloq 

Ġ.A.Sokolyanski  xüsusi  təlim  keçmiĢ.  Nəticədə  O.Ġ.Skoro-

xodovada 

həm 


elmi 

yaradıcılıq, 

həm 

də 


ədiblik 

qabiliyyətlərinin  olduğunu  müəyyənləĢdirmiĢ  və  inkiĢaf 

etdirmiĢdir.  Düzgün  təlim  sistemi  və  böyük,  təkidli  zəhmət 

sayəsində  O.Ġ.Skoroxodova  özündə  iybilmə,  ehtizaz,  lamisə 

duyğularının  yüksək  səviyyəsini  təmin  edən  həssaslığı  inkiĢaf 

etdirmiĢ    və  nəticədə  özündə  çatıĢmayan  qabiliyyətləri  əvəz 

etmək imkanı əldə etmiĢdir. O.Ġ.Skoroxodova iyindən adamları 

tanıya,  əlini  toxundurmaqla  əĢyaları  fərqləndirə,  otaqdakı 

əĢyaların  arasında  sərbəst  hərəkət  edə  bilmiĢdir.  Bununla 

yanaĢı olaraq ciddi elmi-tədqiqat iĢi ilə məĢğul olmuĢ, yazdığı 

Ģeirləri ilə ətrafdakıları təəccübləndirmiĢdir.

1

 



B.M.Teplovun  qeyd  etdiyi  kimi,  «mövcud  olmayan 

qabiliyyət  çox  geniĢ  səviyyədə  həmin  insanda  mövcud  olan 

yüksək inkiĢaf etmiĢ digər qabiliyyətlə əvəz oluna bilər»

2



Təcrübə  göstərir  ki,  bir  qabiliyyətin  inkiĢaf  etdirilmiĢ 

baĢqa  bir  qabiliyyətlə  əvəz  edilməsi  xassəsi  hər  bir  adamın 

                                                 

1

Скороходова О.И. Как я воспринимаю, представляю и понимаю ок-

ружающей мир. – М., 1972.  

2

 Теплов Б.М. Способности и одаренность // Хрестоматия по возрас-



тной и педагогической психологии. – М., 1981, с. 33. 


 

 

 



404 

 

qarĢısında peĢə seçmək və təkmilləĢmək sahəsində son dərəcə 



geniĢ imkanlar açır. 

Bütövlükdə  qabiliyyətlərin  keyfiyyət  xarakteristikası 

insanın  hansı  əmək  fəaliyyəti  sahəsində  daha  tez  öz  yerini 

tapması,  müvəffəqiyyət  və  nailiyyət  əldə  edə  bilməsi  sualına 

cavab  verməyə  imkan  yaradır.  Bununla  da  qabiliyyətlərin 

keyfiyyət  xarakteristikası  onların  kəmiyyət  xarakteristikası  ilə 

sıx Ģəkildə bağlıdır. Fəaliyyətin tələblərinə cavab verən konkret 

psixoloji  keyfiyyətləri  müəyyən  etdikdən  sonra  bu  keyfiyyətin 

hər bir adamda öz iĢ və dərs yoldaĢlarına nisbətən nə dərəcədə 

az və ya çox inkiĢaf etməsi sualına cavab vermək olar. 



Qabiliyyətlərin 

 

kəmiyyət 

baxımından 

xarakteristikası  və  ölçülməsi.  Psixologiya  tarixində 

qabiliyyətlərin  kəmiyyət  baxımından  ölçülməsi  XIX  əsrin 

sonları və XX əsrin əvvəllərinə təsadüf edir. Həmin  dövrdə bir 

sıra psixoloqlar (Kettel, Termen, Spirmen və baĢqaları) kütləvi 

ixtisaslar üçün daha münasib namizədlər seçmək iĢini sahmana 

salmaq  məqsədilə  insanların  qabiliyyət  səviyyələrini    aĢkara 

çıxarmaq  təklifini  irəli  sürmüĢlər.  Bunun  üçün  məqsəd 

qabiliyyətinə  görə  Ģəxsiyyətinə  yerini  və  onun  bu  və  ya  digər 

əmək    fəaliyyətinə,  məsələn,  ali  məktəblərdə  təhsil  almağa, 

istehsalatda,  orduda  və  ictimai  həyatda  yüksək  vəzifələri 

tutmağa  nə  dərəcədə  yararlı  olduğunu  müəyyən  etmək 

olmuĢdur. 

Qabiliyyətlərin  ölçülməsi  vasitəsi  kimi  əqli  istedad 

testlərindən  istifadə  olunmağa  baĢlanmıĢdır.  Bu  testlərin 

köməyi  ilə  bir  sıra  ölkələrdə  əhali    arasında  qabiliyyətlərin 

müəyyənləĢdirilməsi 

və 


məktəblərdə 

Ģagirdlərin 

qruplaĢdırılması,  orduda  zabit  vəzifələrinin,  sənayedə  rəhbər 

vəzifələrinin tutulması və s. həyata keçirildi. 

Məzmun  etibarilə  əqli  istedad  testləri  bir  sıra  sual  və 

məsələlərdən  ibarətdir.  Testlərin  həllinin  müvəffəqiyyətlilik 

dərəcəsi (sərf olunan vaxtın miqdarı nəzərə alınmaq Ģərtilə) bal 

və xalların cəmi ilə hesablanır. 




 

 

 



405 

 

Adətən,  testlər  getdikcə  mürəkkəbləĢən  testlər 



batareyasında  birləĢdirilir.  Testlər  batareyası  həll  edilib 

qurtardıqdan  sonra  alınmıĢ  nəticələr  standart  yolla  hesablanır, 

hər  bir  yoxlananın  topladığı  xalın  miqdarı  yekunlaĢdırılır.  Bu 

əqli istedad əmsalı (ĠQ)  adlanan ölçünün müəyyən edilməsinə 

imkan verir. 

Bəs  intellektin  səviyyəsini  necə  müəyyən  etmək,  onu 

necə  ölçmək  olar?  Bu  sahədə  ilk  təĢəbbüs  və  fəaliyyəti 

görkəmli  fransız  psixoloqu  Alfred  Bine  (1857-1911)  həyata 

keçirmiĢdir.  Əqli  cəhətdən  geri  qalan  uĢaqlar  problemini 

öyrənən A.Bine bu problemi həll etmək üçün olduqca maraqlı 

yol  iĢləyib  hazırladı.  Bunun  üçün  uĢaqlar  tərəfindən 

müvəffəqiyyətlə həll  edilməsi mümkün olan xüsusi tapĢırıqlar 

hazırlayıb  ondan  istifadə  etməyi  təklif  etdi.  A.Bine  digər 

fransız  psixoloqu  T.Simonla  birlikdə  müxtəlif  yaĢlı  uĢaqların 

diqqətini,  hafizəsini,  təfəkkürünü  və  s.  öyrənməyə  baĢladı. 

Nəticədə  yeni  -  Bine-Simon  testləri  yarandı.  Bu  testalogiyada 

yeni  istiqamət  oldu.  Bu  testlə  yoxlanan  uĢaq  öz  həmyaĢıdları 

tərəfindən yerinə yetirilən tapĢırıqları həll edə bilirdisə, o, nor-

mal  uĢaq  hesab  edilirdi.  Lakin  bir  sıra  hallarda  həmin 

tapĢırıqlar uĢaq üçün ya həddindən artıq asan, ya da çətin olur-

du. Bu sahədə aparılan tədqiqatlar testalogiyada xronoloji yaş 

CA  (Chroniloqical  Aqe)  anlayıĢı  ilə  yanaĢı  ağıl  yaşı  -    MA 

(Mental Aqe) anlayıĢından istifadə olunmağa baĢlandı. Onların 

bir-birinə  üyğun  gəlməməsi  ya  əqli  geriliyin  (MA  CA-dan 

aĢağı  olanda),  ya  da  istedadın  (MA  CA-dan  yüksək  olanda) 

göstəricisi  hesab  olunurdu.  1912-si  ildə  V.ġtern  onların 

nisbətini intellekt əmsalı (ĠQ) (ingiliscə - intelliqence quotient) 

adlandırdı. Əmsalı müəyyən edərkən, məsələn, nəzərə alınır ki, 

11,5  yaĢ  uĢaqlar  üçün  xalların  orta  yekunu  120-yə 

yaxınlaĢmalıdır.  Buradanda  belə  bir  sadə  nəticə  çıxarılar  ki, 

120  xal  toplamıĢ  hər  bir  uĢağın  ağıl  yaĢı  11  il  yarıma 

bərabərdir. Onun əsasında əqli istedad əmsalı aĢağıdakı düstur-

la hesablanır: 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə