Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə124/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   120   121   122   123   124   125   126   127   ...   197

 

 

 



409 

 

ümumi  qabiliyyətlər  xüsusi  qabiliyyətlərin  inkiĢafı  üçün  baza 



rolunu  oynayırlar.    Xüsusi  qabiliyyətlər,  alimlərin  fikirincə, 

«ancaq  və  ancaq  bir  yolla  -  ümumi  qabiliyyətlərin  fəaliyyət 

prosesində  xüsusi  qabiliyyətlərə  modifikasiya  yolu  ilə»  əmələ 

gəlir


1

. Bu cür modifikasiyanın gediĢini prof. Ə.Ə. Əlizadə belə 

Ģərh edir:  

«QavrayıĢ  ədəbi  yaradıcılıqda  poetik  görmə,  texniki-

konstruktiv  yaradıcılıqda  məkan  qavrayışı  kimi  formalaĢmağa 

baĢlayır. Hafizənin xüsusi qabiliyyət kimi modifikasiya prosesi 

belə  gedir:  surət,  hiss  və  hərəkət  hafizəsi  (ədəbi  yaradıcılıq), 

məkan  təsəvvürləri  (texniki-konstruktiv  yaradıcılıq).  Təxəyyül 

ədəbi yaradıcılıqda bədii (təsviri) təxəyyül, texniki-konstruktiv 

yaradıcılıqda fəza təxəyyülü kimi inkiĢaf edir. Təfəkkür ədəbi 

yaradıcılıqda 

obrazlı 


təfəkkürə, 

texniki-konstruktiv 

yaradıcılıqda texniki təfəkkürə çevrilir… 

Bu proses qabiliyyətlərin «ixtisaslaĢması» prosesidir»

1



Nəzərə  almaq  lazımdır  ki,  hər  hansı  bir  fəaliyyəti  mü-



vəffəqiyyətlə  icra  etmək  üçün  həm  ümumi,  həm  də  xüsusi 

qabiliyyətlərin  qarĢılıqlı  əlaqəsi  və  qarĢılıqlı  təsiri  zəruridir. 

Fəaliyyət prosesində onlardan hər birinin öz funksiyası vardır. 

Həmin  funksiyadan  asılı  olaraq,  fəaliyyətin  bir  mərhələsində, 

tutaq  ki,  poetik  qavrayıĢ  əsas  rol  oynadığı  halda,  baĢqa  bir 

mərhələdə  obrazlı  təfəkkür  daha  mühüm  əhəmiyyət  kəsb  edə 

bilər. 

Talant  qabiliyyətlərin  inkiĢaf  mərhələsi  kimi.  Əksər 

psixoloji  ədəbiyyatda  talant    qabiliyyətlərin  ən  yüksək  inkiĢaf 

mərhələsi kimi qeyd olunur. Talant qabiliyyətlərin elə birliyidir 

ki, o, insana hər hansı bir mürəkkəb fəaliyyəti müvəffəqiyyətlə, 

müstəqil  və  orijinal  Ģəkildə  yerinə  yetirmək  imkanı  verir.  Ta-

lant  qabiliyyətlərin  yaradıcılıq  nailiyyətləri əldə  etməyə  imkan 

                                                 

1

 Ялизадя Я.Я. 



 

Истедадлы ушаглар. Психпедагожи мясяляляр. Есселяр, 

етüдляр. – Бакы, 2005, с.83 

1

 Ялизадя Я.Я. Йеня орада. Сящ.83  



 

 

 



410 

 

verən,  həmin  nailiyyətlərdə  təzahür  edən  yüksək  inkiĢaf 



mərhələsidir. 

Qabiliyyətlərdə  olduğu  kimi  talant  da  yaradıcılıqda 

yüksək ustalıq və əsaslı müvəffəqiyyət əldə etmək üçün yalnız 

imkan  rolunu  oynayır.  Lakin  potensial  imkan  kimi  talantla 

onun  həyata  keçirilməsi  və  müvafiq  maddi  və  mənəvi 

məhsulun əldə edilməsi arasında bərabərlik iĢarəsi qoymaq ol-

maz.  Bu  sahədə  tədqiqat  aparmıĢ  psixoloqların  (A.V.  Petro-

viski,  M.Q.  YaroĢevski)  fikrincə  özünün  tam  dəyərli  inkiĢafı 

üçün  hansı  istedadın  daha  əlveriĢli  Ģərait  əldə  etməsi  dövrün 

tələbatından  və  dövlət  qarĢısında  duran  konkret  məsələlərin 

xüsusiyyətlərindən  asılıdır.  Müharibə  dövründə  sərkərdəlik 

talantı,  dinc  dövrdə  mühəndis,  konstruktor  və  s.  talantı  daha 

sürətlə inkiĢaf edir. 

Talantın  strukturuna  gəldikdə,  o,  qabiliyyətlər 

kompleksindən, onların məcmuundan ibarətdir. Əgər ən yüksək 

inkiĢaf  səviyyəsinə  çatsa,  nə  qədər  parlaq  təzahür  etsə  belə, 

ayrıca  götürülmüĢ  qabiliyyətləri  talantın  analoqu  kimi 

götürmək  olmaz.  Bunu  həyatı  faktlar  və  aparılmıĢ  tədqiqatlar 

da təsdiq etmiĢdir. 

Talant və dahilik. Qabiliyyətlərin yüksək inkiĢaf pilləsi 

talantla  məhdudlaĢmır.  Bəzi  adamlar  öz  istedadlarının  yüksək 

səviyyəsi  ilə  də  fərqlənir,  onların  yaradıcı  nailiyyətləri 

cəmiyyətin həyatında, mədəniyyətin inkiĢafında tam bir dövrü, 

epoxanı  əhatə  edir.  Ġnsanda  qabiliyyətin  bu  cür  inkiĢaf 

səviyyəsi  dahilik  adlanır.  Dahilik  Ģəxsiyyətin  elə  bir  ali 

yaradıcılıq  səviyyəsidir  ki,  həmin  səviyyəyə  yüksələn  insan 

cəmiyyətin həyatında ağlagəlməz yüksək rol oynayır. Dahi in-

san,  obrazlı  Ģəkildə  demiĢ  olsaq,  öz  fəaliyyəti  sahəsində  yeni 

dövr  yaradır.  Dahi  üçün  fövqəlada  yaradıcı  məhsuldarlıq, 

keçmiĢin  mədəni  miraslarına  yiyələnmək  və  bununla  yanaĢı 

köhnəlmiĢ  norma  və  ənənələri  aradan  qaldırmaq  xarakterik 

haldır. Dahi Ģəxsiyyət öz yaradıcı fəaliyyəti ilə cəmiyyətin pro-

qressiv  inkiĢafına  təsir  göstərir.  Dahi  Ģəxsiyyət  hadisələrin 




 

 

 



411 

 

gələcəyini qabaqcadan görə bilir və öz fəaliyyətini buna uyğun 



qurmağa çalıĢır. Dahi insanlar olduqca azdır. Belə hesab edirlər 

ki, sivilizasiyanın beĢ min illik tarixində bu cür adamların sayı 

400-dən artıq olmamıĢdır. Dahini xarakterizə edən yüksək iste-

dad  səviyyəsi  fəaliyyətin  müxtəlif  sahələrinin  qeyri  adiliyi  ilə 

əlaqədar  olur.  Tarixən  bu  cür  universallığa  malik  olan 

dahilərdən 

Aristotelin, 

Leonarda 

 

da 


 

Vinçinin, 

M.V.Lomonosovun,  Nizami  Gəncəvinin,  Tusinin  və  b.  adını 

çəkmək  olar.  Məsələn,  Tusi  müxtəlif  bilik  sahələrində  öz 

əvəzolunmaz nailiyyətləri ilə fərqlənmiĢdir. Lakin bu o demək 

deyildir  ki,  dahi  adamlarda  bütün  fərdi  keyfiyyətlər  eyni 

dərəcədə inkiĢaf etmiĢ olur. Adətən, dahilik öz «profilinə» ma-

lik  olur.  Onun  fərdi  keyfiyyətlərindən  hansısa  üstünlük, 

dominantlıq  təĢkil  edir,  qabiliyyətlərindən  hansısa  daha  aydın 

təzahür edir. 

 

V. 17. 4. Qabiliyyət və talantın təbii Ģərtləri 

 

Təbii  imkanlar  və  qabiliyyət.  Qabiliyyətlərin  insanda 

necə yaranması mubahisəli bir məsələ kimi daima diqqəti cəlb 

etmiĢdir.  Artıq  psixologiyada  belə  bir  fikir    əsaslandırılmıĢdır 

ki,  Ģəxsiyyətin  bütün  baĢqa  fərdi-psixi  xassələri  kimi 

qabiliyyətlər də insan tərəfindən hazır Ģəkildə, təbiətin ona ver-

diyi  fitri,  anadangəlmə  bir  Ģey  kimi  əldə  edilmir,  həyat  və 

fəaliyyətdə  formalaĢır.  Bununla  belə  qabiliyyətlərin  fitriliyini 

inkar etmək hec də mütləq səciyyə daĢımır. Psixologiyada belə 

bir  müddəa  əsas  götürülür  ki,  insan  hər  hansı  bir  fəaliyyət 

sahəsində müvafiq qabiliyyətlərə  yiyələnmək üçün zəruri olan 



təbii  imkanlarla  doğulur.  Bu  imkanlar  qabiliyyətlərin 

inkiĢafının təbii ilkin Ģərtləri kimi özünü göstərir. Onlar beyin 

qurluĢunun, hiss və hərəkət üzvlərinin morfoloji və funksional 

xüsusiyyətlərindən  ibarətdir.  Onlar  hələ  qabiliyyət  deyil,  təbii 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə