Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə125/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   121   122   123   124   125   126   127   128   ...   197

 

 

 



412 

 

imkanlardırlar.  Həmin  imkanlar  yalnız  müvafiq  Ģəraitin,  təlim 



və  tərbiyənin  təsiri  altında  bu  və  ya  digər  fəaliyyətin 

müvəffəqiyyətlə 

icrasını 

təmin 


edən 

qabiliyyətin 

formalaĢmasına gətirib çıxara bilər. Əgər belə Ģərait yaranmaz-

sa  həmin  imkanlar  yalnız  imkan  səviyyəsində  qalacaq, 

qabiliyyətə  çevrilməyəcəkdir.  Çünki  hər  cür  qabiliyyət  nəyə 

isə,  hər  hansı  bir  konkret  insan  fəaliyyəti  və  ya  fəaliyyətləri 

üçün  qabiliyyətdir.  Əks  halda  «qabiliyyət»  sözü  mənasız  bir 

sözə çevrilərdi. 

Ümumiyyətlə  götürdükdə  təbii  imkanlar  çoxmənalı, 

çoxcəhətli  xarakter  daĢıyır.  Belə  ki,  fəaliyyətin  verdiyi 

tələblərin  xarakterindən  asılı  olaraq  eyni  təbii  imkanların 

əsasında müxtəlif qabiliyyətlər inkiĢaf etdirilə bilər. 

Hazırkı  dövrdə  təbii  imkanların  qabiliyyətlərin  inkiĢafı 

üçün  az  və  ya  çox  təsir  göstərməsi  barədə  müxtəlif  fikirlər 

mövcuddur.  

Məsələn, müasir fiziologiyada belə bir fikir irəli sürülür 

ki,  nitqin  hərəki  mərkəzi  beyinin  sol  yarım  kürələrinin  alt 

qırıĢlarının arxa hissəsinin üçdə birində, nitqi anlama mərkəzi 

isə sol yarımkürələrin yuxarı gicgah qırıĢlarının arxa hissəsinin 

üçdə birində  yerləĢir. Əgər nəzərə alsaq ki, insan nitqi beynin 

ayrı-ayrı 

sahələrinin 

mürəkkəb 

qarĢılıqlı 

əlaqəsinin 

məhsuludur, onda belə bir fikri əsas götürə bilmərik ki, insanın 

nitq fəaliyyəti ilə bağlı olan qabiliyyəti beynin yalnız bir sahəsi 

ilə lokallaĢa bilər.  

Bununla  yanaĢı  olaraq  yaĢlı  adamlarda  beyin  çəkisinin 

orta  hesabla  1400  qramdan  çox  və  ya  az  olmasının  insanların 

əqli  qabiliyyətcə  fərqlənmələrinə  səbəb  olması  haqqında 

fikirləri  də  əsaslandırmaq  imkanı  vermədi.  (Ġ.S.Turgenevin 

beyin  çəkisi  2012q,  C.Bayronun-1800q.  görkəmli  kimyaçı 

U.Libixin-1362q; yazıçı A.Fransın-1017q; olmuĢdur). 

Hazırda  təbii  imkanların  beyin  və  hiss  üzvlərinin  mi-

krostruktura  ilə  əlaqələndirən  fərziyyələr  daha  səmərəli  hesab 

olunur.  Güman  edirlər  ki,  beyin  hüceyrəsi  quruluĢunun  daha 



 

 

 



413 

 

dərindən  tədqiqi  istedadlı  Ģəxsin  sinir  toxumasını  fərqləndirən 



morfoloji və funksional xüsusiyyətləri müəyyən etməyə imkan 

verər.  Bununla  yanaĢı  olaraq,  təbii  imkanların  sinir 

proseslərinin  bəzi  fərqləndirici  xüsusiyyətləri  ilə  (onların 

qüvvə, müvazinət və mühərrikliyə görə fərqləri ilə) və deməli 

ali sinir fəaliyyətinin tipi ilə Ģərtləndiyini irəli sürən fərziyyələr 

də mövcuddur. 



Qabiliyyətlər_və__irsiyyət'>Qabiliyyətlər və  irsiyyət.   Qabiliyyət və irsiyyət prob-

lemi  mutəxəssislərin    diqqətini  cəlb  edən  problemlərdən  biri 

olmuĢdur.  Qabiliyyətlərin  təbii  ilkin  Ģərtləri  olan  təbii  

imkanların bütün digər morfoloji və fizioloji keyfiyyətlər kimi, 

ümumi genetik qanunlara tabe olduğu qeyd olunur. Lakin təbii 

imkanların  irsən  keçməsinin  mümkün  olması  fikrini 

qabiliyyətlərin  irsiliyi  ideyası  ilə  eyniləĢdirmək  olmaz.  Bu 

problemin  öyrənilməsi  ilə  mütəxəssislər  məĢğul  olmuĢlar. 

1875-ci  ildə  ingilis  antropoloqu  və  psixoloqu  F.Haltonun 

«Talantın irsiliyi onun qanunları və nəticələri» adlı kitabı nəĢr 

olunmuĢdur.  Müəllif  bir  neçə  görkəmli  Ģəxsiyyətin  qohumluq 

əlaqələrini  öyrənərək  belə  bir  nəticəyə  gəlmiĢdir  ki,  talant  ya 

ata,  ya  da  ana  xətti  ilə  nəsildən  nəsilə  keçir.  Lakin  Haltonun 

gəldiyi nəticələr elmi mötəbərliyə malik deyildir. O, öz fikrini 

əsaslandırmaq  üçün  heç  bir  elmi  dəlil  gətirə  bilməmiĢdir.  Bu-

nunla  belə  mütəxəssislər  belə  bir  fikrə  gəlmiĢlər  ki,  əksər  hal-

larda görkəmli Ģəxsiyyətlərin nəsil ağacının öyrənilməsi bioloji 

irsiyyət  deyil,  həyat  Ģəraitinin,  qabiliyyətlərin  inkiĢafı  üçün 

zəruri  olan  əlveriĢli  ictimai  Ģəraitin  irsi  xarakter  daĢımasını 

sübut edir. 

Ümumiyyətlə,  aparılmıĢ  tədqiqatlar  və  ciddi  statistika 

qabiliyyət və talantların irsiliyi barədə heç bir əsas vermir. Bu 

və ya digər təbii imkanın irsən keçməsi qabiliyyətin və talantın 

irsən keçməsi  demək deyildir. Qabiliyyətlərin  yaranması üçün 

zəruri olan təbii imkanlar  yalnız müvafiq Ģəraitdə qabiliyyətin 

formalaĢmasına gətirib çıxara bilir.  



 


 

 

 



414 

 

V. 17. 5. Qabiliyyətlərin formalaĢması 



 

Qabiliyyətlər 

və 

təlim. 

Qabiliyyətlərin 

formalaĢmasında    ən  önəmli  rolu  təlim  oynayır.  Təbii  imkan-

lardan      danıĢarkən  qeyd  olunduğu    kimi,    qabiliyyətlərin  

inkiĢafı müxtəlif adamlarda heç də eyni cür olmayan təbii ilkin 

Ģərtlərdən  asılı  olsa  da,  qabiliyyətlər  daha  çox  bəĢər  tarixinin 

məhsuludur.  Ġnsan  bəĢəriyyətin  əldə  etdiyi  təcrübəni,  bilik 

sərvətlərini mənimsəmədən müvafiq qabiliyyətlərə yiyələnməsi 

mümkün deyildir. Bununüçünsə təlim xüsusi yer tutur. Ġnsanlar 

təlim 


prosesində 

tarixən 


əldə 

edilmiĢ 


nailiyyətlərə 

yiyələnməklə,  öz  qabiliyyətlərini  formalaĢdırırlar.  A.V.  Pe-

trovski  və  M.Q.YaraĢevskinin  qeyd    etdikləri  kimi  «qabiliy-

yətlərin  təzahürü  insanların  tarixən  ictimai  tələbatlara  cavab 

vermək  məqsədilə  əldə  etdikləri  müvafiq  bilik,  bacarıq  və 

vərdiĢlərin formalaĢmasının konkret iĢ pryomlarından (metodi-

kadan) bilavasitə asılıdır». 

AparılmıĢ tədqiqatlar və həyati faktlar bu fikri bir daha 

təsdiq  etmiĢdir.  Məktəb  təcrübəsində  bunu  aydın  görürük. 

Beləki  bəzi  müəllimlər  səmərəli  təlim  metodlarının  tətbiqi 

sayəsində  öz  siniflərində  oxuyan  bütün  Ģagirdlərin 

qrammatikanı,  riyaziyyatı  və  s.  mənimsəmələrinə  nail  ola 

bilirlər. Adətən, tətbiq olunan metodika uğur qazanmağa imkan 

vermədikdə  qabiliyyətin  anadangəlmə  olmasına  xüsusi  diqqət 

yetirirlər. 

Bununla 


belə, 

Ģübhəsiz 

təbii 

imkanların 



səviyyəsindən asılı olaraq uĢaqların müəyyən fəaliyyət növünü 

mənimsəmələri  fərqli  xarakter  daĢıyacaqdır.  Bir  cəhəti  də 

nəzərə almaq lazımdır ki, hətta yüksək təbii imkana malik olan 

insanlarda  da  müvafiq  qabiliyyətlərin  formalaĢması  üçün 

onların  təlim  fəaliyyətinə  cəlb  olunmaları,  bu  zaman  lazımi 

təlim metodlarından istifadə olunması zəruridir. 



Qabiliyyətlər 

 

maraqlar

Qabiliyyətlərin 

formalaĢmasında  təlimlə  yanaĢı  davamlı  xüsusi  maraqlar  da 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə