Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə127/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   ...   123   124   125   126   127   128   129   130   ...   197

 

 

 



418 

 

4. Qabiliyyətlər və təbii imkanlar



Ədəbiyyat 

 

Əlizadə  Ə.Ə.  Ġstedadlı  uĢaqlar.  Psixoloji  məsələlər. 

Esselər, etüdlər. - Bakı, 2005. 



Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji 

problemləri. - Bakı,1998,s.187-213. 



Qədirov Ə.Ə. YaĢ psixologiyası. - Bakı, 2002 

Xrestomotiə  po  vozrastnoy  i  pedaqoqiçeskoy  psixolo-

qii- M, 1981 

Leytes  N.S.  Umstvennıe  sposobnosti  i  vozrast.  -  M, 

1971, s.129-278  

9.Leytes N.S. Sposobnosti i odarennostğ v detskie qodı. 

M. -1984  



Teplov  B.M.  Ġzbrannıe  trudı.  V  2  kn.  -  T  1,  M.-1985, 

s.15-41 


Odorennıe deti - M. 1991,  s.15-67;153-157

Qureviç  K.M.  Ġndividualğno  –  psixoloqiçeskie  oso-

bennosti Ģkolğnikov. M. 1988, s.53-72. 



Petrovskiy  A.V.,  ƏroĢevskiy  M.Q.  Psixoloqiə.  –  M., 

2001, s. 475-496. 

 

 

 



 


 

 

 



419 

 

ALTINCI HĠSSƏ 



ġƏXSĠYYƏT TƏLĠM VƏ TƏRBĠYƏNĠN 

OBYEKTĠ KĠMĠ 

 

18-ci  FƏSĠL 

 

 

YAġ VƏ PEDAQOJĠ PSĠXOLOGĠYANIN 



PREDMETĠ, VƏZĠFƏLƏRĠ VƏ METODLARI 

                



Qısa xülasə 

 

YaĢ və pedaqoji psixologiyanın predmeti.  YaĢ psixologiyası 

haqqında  anlayıĢ.  Psixi  inkiĢafın  Ģəraiti  və  hərəkətverici  qüvvələri. 

Psixi inkiĢafın qanunauyğunluqları. Pedaqoji psixologiyanın predme-

ti. Pedaqoji psixologiya müasir psixologiya elminin sahələrindən biri 

kimi. 

Tərbiyə, 



təlim 

və 


pedaqoji 

fəaliyyətin 

psixoloji 

qanunauyğunluqlarının öyrənilməsi pedaqoji psixologiyanın predme-

ti kimi. 

YaĢ  psixologiyasının  əsas  bölmələri  və  vəzifələri.  YaĢ 

psixologiyasının  bölmələri:  uĢaq  psixologiyası,  yeniyetmələrin 

psixologiyası, gəncliyin psixologiyası, yaĢlı adamların psixologiyası, 

uzun ömürlülük psixologiyası. YaĢ psixologiyasının nəzəri və praktik 

vəzifələri. 

Psixi  inkiĢafın  yaĢ  dövrləri.  Psixi  inkiĢafın  yaĢ  dövrlərinin 

müəyyənləĢdirilməsi 

prinsipləri. 

YaĢ 


dövrlərinin 

ümumi 


xarakteristikası. 

Müasir  pedaqoji  psixologiyanın  əsas    problemləri,  

vəzifələri və bölmələri. UĢaqların həyatının senzitiv dövrləri; təlim 

və  inkiĢafın  qarĢılıqlı  əlaqəsi;  təlim  və  tərbiyənin  ümumi  və  yaĢla 

bağlı  olan  cəhətlərinin  əlaqəsini  aĢkara  çıxarmaq  problemləri; 

«çətin» uĢaqlar, qaçqın və köçgün uĢaqların reabilitasiyası problemi.  

Pedaqoji psixologiyanın əsas bölmələri, nəzəri və praktik vəzifələri.  

YaĢ və pedaqoji psixologiyanın metodları. YaĢ psixologiya-



 

 

 



420 

 

sında  istifadə  olunan  metodlar  kompleksinin  psixologiya  elminin 



müxtəlif  sahələrindən  götürülməsi.  UĢaqlarla  iĢ  zamanı  müĢahidə 

metodu.  Ana  gündəlikləri.  UĢaqların  öyrənilməsində  sorğudan 

istifadə. YaĢ psixologiyasında eksperiment və testlərdən istifadə. Pe-

daqoji  psixologiyanın  metodları.  Pedaqoji psixologiyanın  ümumi  və 

xüsusi  metodları.  TəĢkiledici,  prosedur,  qiymətləndirici,  faktların 

toplanması  və  iĢlənməsi  metodları.  Psixoloji  məsləhət,  korreksiya, 

psixoloji-pedaqoji eksperiment və s. metodları. 

 

 



VI.18.1. YaĢ və pedaqoji psixologiyanın predmeti 

 

YaĢ psixologiyası haqqında anlayıĢ. YaĢ psixologiyası 

müasir  psixologiyanın  əsas  sahələrindən  biridir.  YaĢ 

psixologiyasının predmetini birinci növbədə insan psixikasının 

inkiĢaf  dinamikasının,  Ģəxsiyyətin  psixi  prosesləri  və  psixi 

xassələrinin  ontogenezinin  inkiĢaf  xüsusiyyətlərinin  öyrə-

nilməsi təĢkil edir. 

YaĢ  psixologiyasının  predmetinə  fərdin  psixologiyası 

və davranıĢının “yaĢ” anlayıĢı ilə ifadə olunan spesifik birliyini 

də  aid  etmək  olar.  Nəzərdə  tutulur  ki,  insan  hər  bir  yaĢ 

dövründə  psixoloji  və  davranıĢ  xüsusiyyətlərinin  həmin  yaĢ 

dövrü üçün xarakterik olan və həmin dövrdən kənarda heç vaxt 

özünü göstərməyən birliyinə malik olur. 

YaĢ 

psixologiyasının 



predmetini 

təĢkil 


edən 

məsələlərdən birini də insanın psixiki inkiĢafının hərəkətverici 



qüvvələri,  şərati  və  qanunauyğunluqları  təĢkil  edir.  Psixi 

inkiĢafın  hərəkətverici  qüvvələri  anlayıĢı  altında  insanın  psixi 

inkiĢafına  təkan  verən,  onu  müəyyən  istiqamətə  yönəldən 

səbəblər  baĢa  düĢülür.  UĢağın  psixi  inkiĢafının  hərəkətverici 

qüvvələri,  hər  Ģeydən  əvvəl,  fəaliyyətdə  yaranan  yeni 

tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik 

ziddiyyətdən  ibarətdir.  Bu  ziddiyyət  yalnız  kiçik  yaĢ  deyil, 



 

 

 



421 

 

bütün yaĢ dövrləri üçün xarakterikdir. Lakin həmin ziddiyyətlər 



özünü  göstərdikdə  yaĢdan  asılı  olaraq  müəyyən  spesifik 

xüsusiyyətə  malik  olurlar.  Psixi  inkiĢafın  şəraiti  adı  altında 

daima  təsir  edən  elə  daxili  və  xarici  amillər  nəzərdə  tulur  ki, 

onlar  hərəkətverici  qüvvələr  olmasalar  da,  inkiĢafa  təsir 

göstərir,  inkiĢafın  gediĢini  istiqamətləndirir.  Psixi  inkiĢafın 

qanunauyğunluqlarına  gəldikdə,  onlar  ümumi  və  xüsusi  qa-

nunauyğunluqlardan  ibarətdir.  Həmin  qanunauyğunluqların 

köməyi  ilə  insanın  psixi  inkiĢafını  qeyd  etmək  və  bunun 

köməyi ilə həmin inkiĢafı idarə etmək mümkündür. 



 Pedaqoji  psixologiyanın  predmeti.  Məktəblərimizin 

ən mühüm və daimi vəzifəsi olan gənc nəslə elmlərin əsasları 

haqqında  dərin  və  möhkəm  biliklər  vermək,  həmin  bilikləri 

təcrübəyə  tətbiq  etmək  vərdiĢləri  və  bacarığı  aĢılamaq,  hər-

tərəfli  inkiĢaf  etmiĢ  Ģəxsiyyət  formalaĢdırılması  iĢini 

müvəffəqiyyətlə  həyata  keçirmək  üçün  müəllim  tərbiyənin  və 

təlimin  psixoloji  qanunauyğunluqlarına  dərindən  yiyələnməli 

və özünün pedaqoji fəaliyyətində həmin biliklərdən istifadə et-

məyi bacarmalıdır. Bu cür biliklər isə müasir psixologiya elmi-

nin  mühüm  sahələrindən  biri  olan  pedaqoji  psixologiyada  öz 

əksini tapır.  

Pedaqoji  psixologiyanın  predmetini  insanın  tərbiyə, 

təlim  və  pedaqoji  fəaliyyətinin  psixoloji  qanunauyğunluqla-

rının öyrənilməsi təşkil edir

Pedaqoji  psixologiyanın  predmetinə,  birinci  növbədə, 

Ģəxsiyyətin  formalaĢmasının  psixoloji  mexanizminin  öyrə-

nilməsi,  Ģəxsiyyətin  inkiĢaf  səviyyəsi  və  fəallığın  qarĢılıqlı 

əlaqəsinin,  tərbiyənin  idarə  olunması  problemlərinin, 

özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixo-

loji  əsaslarının,  gənc  nəslin  tərbiyəsinə  təsir  edən  amillərin 

psixoloji xüsusiyyətlərinin aĢkara çıxarılması təĢkil edir. 

Təlimin  idarə  olunmasının  psixoloji  məsələlərini,  təlim 

və  inkiĢafın  qarĢılıqlı  əlaqəsini,  psixi  proseslərin,  xüsusilə 

Ģagirdlərdə  təfəkkürün  inkiĢafında  təlim  fəaliyyətinin  aparıcı 





Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə