Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə128/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   124   125   126   127   128   129   130   131   ...   197

 

 

 



422 

 

rolunu,  təlim  motivlərinin  psixoloji  xüsusiyyətlərini,  təlim 



fəaliyyətinin  struktur  komponentlərini,  əqli  fəaliyyətin  priyom 

və  vərdiĢlərinin  mənimsənilməsi  prosesinin  idarə  olunması 

problemlərini  öyrənmək  müasir  pedaqoji  psixologiyanın 

predmetinə daxil olan ən mühüm komponentlərdəndir. Bunlar-

la  yanaĢı  olaraq,  təlimdə  müvəffəqiyyəti  və  müvəffəqiyyətsiz-

liyi  Ģərtləndirən  psixoloji  amilləri,  müasir  dərsə  verilən  psix-

oloji  tələbləri,  təlim  prosesində  müasir  texniki  vasitələrdən 

istifadənin  psixoloji  xüsusiyyətləri,  pedaqoji  fəaliyyətin  psix-

oloji  xüsusiyyətləri,  müəllim  və  Ģagirdlərin  qarĢılıqlı  mü-

nasibətlərinin,  müəllimin  pedaqoji  bacarıq  və  vərdiĢlərinin, 

xüsusilə onun pedaqoji ünsiyyəti və pedaqoji mərifətinin psix-

oloji mexanizmlərini və təlim və tərbiyənin digər mühüm psix-

oloji  məsələlərini  öyrənmək,  aĢkara  çıxarmaq  da  pedaqoji 

psixologiyanın predmetini təĢkil edir. 

 



 

 

 



423 

 

VI. 18. 2. YaĢ psixologiyasının əsas bölmələri və vəzifələri 



 

YaĢ  psixologiyası  müasir  psixologiya  elminin  əsas 

sahələrindən biri olmaqla yanaĢı onun da özünəməxsus və bir-

birini  tamamlayan  bölmələri  vardır.  Bunlara  aĢağıdakılar  dax-

ildir: 

uşaq  psixologiyası,  yeniyetmələrin  psixologiyası, 

gəncliyin  psixologiyası,  yaşlı  adamların  psixologiyası,  uzun 

ömürlülük psixologiyası (herontopsixologiya). 

Müasir  yaĢ  psixologiyasının  qarĢısında  duran  vəzifələr 

geniĢ  və  çoxsahəlidir.  YaĢ  psixologiyasının  qarĢısında  duran 

əsas  vəzifə  Ģəxsiyyətin  inkiĢaf  problemlərini,  ayrı-ayrı  yaĢ 

dövrlərində onun xüsusiyyətlərini, psixi inkiĢafın dinamikasını, 

ümumi 


qanunauyğunluqlarını 

öyrənməkdən 

ibarətdir. 

ġəxsiyyətin yaĢ aspektində inkiĢafının hərəkətverici qüvvələri, 

mexanizm, Ģərait və amillərinin, təlim-tərbiyə prosesində psixi 

inkiĢafın  yaĢ  xüsusiyyətlərini  nəzərə  almağın  səmərəli 

yollarının və s. öyrənilməsi də  yaĢ psixologiyasının qarĢısında 

duran mühüm vəzifələrdən hesab edilir.  



 

VI. 18. 3.  Psixi inkiĢafın yaĢ dövrləri 

 

Psixi  inkiĢafın  yaĢ  dövrlərinin  müəyyənləĢdirilməsi 



prinsipləri.  Psixoloji  ədəbiyyatda  uĢağın  inkiĢaf  prosesi 

haqqında  iki  müxtəlif  nöqteyi-nəzər  mövcud  olmuĢdur.  Bun-

lardan  birinə  görə  bu  inkiĢaf  prosesi  fasiləsiz,  digərinə  görə 

diskret  -  qeyri-bərabər  xarakter  daĢıyır.  Birinci  fikrə  görə 

inkiĢaf dayanmadan, sürətlənmədən, ləngimədən baĢ verir. Ona 

görə də bir mərhələni digərindən fərqləndirəcək hər hansı dəqiq 

sərhəddi  müəyyənləĢdirmək  mümkün  deyildir.  Ġkinci  nöqteyi-

nəzərə  görə  inkiĢaf  qeyri-rəvan,  qeyri-bərabər  Ģəkildə  gedir. 

Onun  sürəti  gah  arta,  gah  da  azala  bilir.  Bu  isə  inkiĢafın 

keyfiyyətcə bir-birindən fərqlənən mərhələlərini, yaĢ dövrlərini 

müəyyənləĢdirməyə  imkan  verir.  Bu  fikrin  tərəfdarları  hesab 




 

 

 



424 

 

edirlər  ki,  hər  bir  mərhələdə  inkiĢaf  səviyyəsini  Ģərtləndirən 



əsas,  aparıcı  amillər  mövcuddur.  Bununla  yanaĢı,  fərdi 

xüsusiyyətlərindən asılı olmayaraq bütün uĢaqlar inkiĢafın hər 

bir  mərhələsini,  onlardan  heç  birini  buraxmadan,  qabağa 

qaçmadan keçirlər. 

Psixi inkiĢafın yaĢ dövrləri haqqında həmin konsepsiya 

psixoloji  ədəbiyyatda  özünə  geniĢ  yer  tapmıĢ  və  uĢaqların 

təlim-tərbiyəsində geniĢ istifadə olunan konsepsiyadır. 

Adətən  insan  bütün  həyatı  boyu  özünün  tələbatlarını 

ödəmək üçün bir çox fəaliyyət növlərindən istifadə edir. Lakin 

müəyyən  yaĢ  dövründə  həmin  fəaliyyət  növlərindən  biri 

digərlərinə nisbətən “əsas”, “aparıcı” fəaliyyət növü hesab olu-

nur. Əsas fəaliyyət növü uĢağın müəyyən inkiĢaf mərhələsində 

onun  tələbatlarını  ödəyən,  onun  psixi  proseslərinin  və 

Ģəxsiyyətinin  fərdi  psixi  xassələrinin  inkiĢafını  Ģərtləndirən 

fəaliyyət  növüdür.  UĢağın  əsas  fəaliyyət  növünün  dəyiĢməsi 

onun yeni yaĢ mərhələsinə keçməsini göstərən əsas amildir.  

D.B.Elkoninə  görə  uĢaq  anadan  olandan  17  yaĢa  qədər 

olan dövrdə ardıcıl olaraq aĢağıdakı əsas fəaliyyət növlərindən 

istifadə  edir  və  buna  müvafiq  olaraq  yaĢ  dövrləri 

müəyyənləĢdirilir

1



1) 



 

bilavasitə-emosional ünsiyyət; 

2) 

 

əĢyavi-manipulyativ fəaliyyət; 



3) 

 

rollu oyunlar; 



4) 

 

təlim fəaliyyəti; 



5) 

 

intim-Ģəxsi ünsiyyət; 



6) 

 

təlim-peĢə fəaliyyəti. 



Həmin  əsas  fəaliyyət  növlərindən  hansından  istifadəyə 

əsaslanaraq  D.B.Elkonin  müvafiq  Ģəkildə  uĢağın  anadan 

olandan  orta  məktəbi  qurtarana  qədər  aĢağıdakı  altı  yaĢ 

                                                 

1

  Эльконин  Д.Б.  К  проблеме  периодизаüии  психического  развития  в 



детском  возрасте.  Хрестоматия  по  возрастной  и  педагогической  пси-

хологии. -М., 1981. стр.26. 




 

 

 



425 

 

dövrünü keçdiyini qeyd etmiĢdir: 



1. Körpəlik dövrü: anadan olandan bir yaĢa qədər. 

Bu dövrdə bilavasitə emosional ünsiyyət aparıcı fəaliyyət 

rolunu oynayır. Ġkinci ayda meydana gələn kompleks canlanma 

uĢağın  böyüklərlə  ünsiyyətinin  mürəkkəb  forması  kimi  özünü 

göstərir. Böyüklərlə bu cür emosional ünsiyyət uĢağın əĢyalarla 

müstəqil olaraq manipulyasiya aparmağa baĢladığı dövrə qədər 

davam edir. 

2. Erkən uĢaqlıq dövrü: bir yaĢdan üç yaĢa qədər. 

Bu dövrdə əĢyavi-manipulyativ fəaliyyət aparıcı fəaliyyət 

olur. Bu zaman bir növ xüsusi əĢyavi fəaliyyətə keçid baĢ verir. 

Eyni  zamanda  uĢağın  böyüklərlə  verbal  ünsiyyət  forması 

inkiĢaf edir. 

AparılmıĢ tədqiqatlar  göstərmiĢdir ki, bu dövrdə uĢaqlar 

nitqdən  təfəkkür  aləti  kimi  deyil,  insanlarla  birgə  fəaliyyət 

zamanı  əməkdaĢlığı  təmin  etmək  üçün  əlaqə  vasitəsi  kimi 

istifadə edirlər.  

3. Bağça yaĢı dövrü: üç yaĢdan altı-yeddi yaĢa qədər. 

Bu  dövrdə  oyun  aparıcı  fəaliyyət  rolunu  oynayır,  uĢağın 

psixika  və  davranıĢının  bütün  cəhətlərinin  inkiĢafı  üçün  Ģərait 

yaradır. Xüsusi oyun tərzlərindən istifadə etməklə uĢaq bir növ 

böyüklərin  rolunu  öz  oyunlarında  təkrar  edir,  insanlar 

arasındakı  qarĢılıqlı  münasibətləri  özünəməxsus  Ģəkildə 

mənimsəyir. Bu zaman rollu oyunlar fəallığın növü kimi özünü 

göstərir.  

4. Kiçik məktəb yaĢı dövrü: altı-yeddi yaĢdan on-on bir 

yaĢa qədər. 

Bu  dövrdə  uĢaqların  psixi  inkiĢafında  təlim  aparıcı 

fəaliyyət  kimi  özünü  göstərir.  Təlim  prosesində  əqli  və  idrak 

qabiliyyətləri  formalaĢmaqla,  təlimin  köməyi  ilə  uĢağı  əhatə 

edən adamlarla onun münasibətlər sistemi  Ģərtlənir. 

5. Yeniyetməlik dövrü: on-on bir yaĢdan on dörd-on beĢ 

yaĢa qədər. 

Bu  dövrdə  əmək  fəaliyyəti,  eləcə  də  xüsusi  ünsiyyət 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə