Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə129/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   125   126   127   128   129   130   131   132   ...   197

 

 

 



426 

 

forması  olan  intim-Ģəxsi  ünsiyyət  meydana  gəlir  və  inkiĢaf 



edərək  aparıcı  fəaliyyət  rolunu  oynayır.  Ünsiyyətin  baĢlıca 

məqsədi yoldaĢlıq və dostluğun elementar normalarının aĢkara 

çıxarılması  və  mənimsənilməsindən  ibarət  olur.  Ünsiyyətin 

bütün  formalarında  yoldaĢlığın  özünəməxsus  kodeksinə  tabe 

olmaq münasibəti müĢahidə olunur.  

6.  Ġlk  gənclik  dövrü:  on  dörd-on  beĢ  yaĢdan  on  yeddi 

yaĢa qədər. 

Bu  dövrdə  təlim-peĢə  fəaliyyəti  aparıcı  rol  oynayır. 

Yeniyetməlik  dövründə  meydana  gələn  intim-Ģəxsi  ünsiyyət 

inkiĢafda  mühüm  əhəmiyyət  kəsb  edir.  Ġlk  gənclik  dövründə 

həyata baxıĢlar, peĢə və Ģəxsi özünütəsdiq inkiĢaf edir. 

Psixoloji ədəbiyyatda insanın  bütün həyat silsiləsini əha-

tə edən aĢağıdakı yaĢ dövrlərinin təsnifi verilmiĢdir: 



 

 

 



427 

 

 



YaĢ dövrləri 

KiĢi cinsi 

Qadın cinsi 

Yeni doğulan 

1-10 gün 

Südəmər uĢaq 

10 gün - bir il 

Erkən uĢaqlıq 

1-2 il 

UĢaqlığın ilk dövrü 



3-7 il 

UĢaqlığın ikinci dövrü 

8-12 il 

8-11 il 


Yeniyetməlik dövrü 

13-16 il 

12-15 il 

Gənclik dövrü 

17-21 il 

16-20 il 

Orta yaĢ: 

 

 



Birinci mərhələ 

22-35 il 

21-35 il 

Ġkinci mərhələ 

36-60 il 

36-55 il 

YaĢlı adamlar 

61-75 il 

56-75 il 

Qocalıq yaĢı 

76-90 il 

Uzunömürlülük 

90 ildən yuxarı 

 

 



VI.18.4. Müasir pedaqoji psixologiyanın əsas problemləri, 

vəzifələri və bölmələri  

 

Müasir  dövrdə  gənc  nəslin  təlim  və  tərbiyəsi  pedaqoji 



psixologiyanın qarĢısında mühüm nəzəri və praktik əhəmiyyətə 

malik  olan  problemlərin  həlli  vəzifəsini  qoyur.  Həmin 

problemləri  həll  etmədən  və  onlardan  irəli  gələn  vəzifələri 

həyata  keçirmədən  pedaqoji  psixologiya  lazım  olan  səviyyəyə 

qalxa bilməz. 

Elm  və  texnikanın  durmadan  inkiĢaf  etdiyi  və 

mənimsənilməsi  zəruri  olan  məlumatların  artdığı  müasir 

dövrdə  pedaqoji  psixologiyanın  qarĢısında  duran  ən  mühüm 

problemlərdən  biri  uşaqların  həyatının  hər  bir  senzitiv 

dövrünü  aşkara  çıxarmaq  və  həmin  dövrdə  onların  inkişafı 

üçün  lazım  olan  bütün  imkanları  müəyyənləşdirmədən 

ibarətdir. Psixoloqlar bu məsələnin pedaqoji psixologiya üçün 



 

 

 



428 

 

problem  məsələ  olduğunu  onda  görürlər  ki,  hər  Ģeydən  əvvəl, 



uĢaqlarda  Ģəxsiyyətin  və  əqli  inkiĢafın  bütün  senzitiv 

mərhələləri,  onların  baĢlanğıcı,  davamlılığı  və  sonu  hələ  də 

məlum  deyildir.  Digər  tərəfdən,  hər  bir  uĢağın  həyatında  bu 

mərhələlərin  təzahürü  fərdi  xarakter  daĢımaqla,  müxtəlif 

vaxtlarda özünü göstərir və müxtəlif Ģəkildə cərəyan edir. 

Pedaqoji  psixologiyanın  həll  etməli  olduğu  problem-

lərdən  biri  də  təlim  və  inkişafın  qarşılıqlı  əlaqəsini  aşkara 

çıxarmaqdan  ibarətdir.  Uzun  müddətdən  bəri  dünya 

psixoloqlarının  diqqətini  cəlb  edən  bu  problem  hələ  də 

pedaqoji psixologiyanın əsas problemlərindən biri kimi qalır. 

Pedaqoji  psixologiyanın  həll  etməli  olduğu  baĢqa  bir 

problem  təlim  və  tərbiyənin  ümumi  və  yaşla  bağlı  olan 

cəhətlərinin  əlaqəsinin  aĢkara  çıxarılmasından  ibarətdir. 

Məlum  olduğu  kimi,  uĢağın  hər  bir  yaĢ  dövrü  əqli  və  Ģəxsi 

inkiĢaf  üçün  özünəməxsus  imkan  yaradır.  Lakin  bu  sahədə 

müəyyən  tədqiqatların  aparılmasına  baxmayaraq  hələ  də  uĢaq 

həyatının  hər  bir  konkret  mərhələsində  təlim  və  tərbiyədən 

hansına üstünlük vermək, vahid pedaqoji prosesdə tərbiyəedici 

və  öyrədici  təsirlərin  bir-birini  tamamlaması  üçün  hansı 

yollardan istifadə etmək özünün əsaslı həllini tapmamıĢdır. 

Pedaqoji  psixologiyanın  həll  etməli  olduğu  problem-

lərdən biri də uĢaqların psixoloji və davranıĢ nöqteyi nəzərdən 

inkiĢafında  onların  anadangəlmə,  genotipik  imkanlarının  və 

mühitin ayrılıqda və ya birgə təsirinin xüsusiyyətlərini aĢkara 

çıxarmaqdan ibarətdir. 

Pedaqoji  fəaliyyətin  və  müəllim  Ģəxsiyyətinin  psixoloji 

xüsusiyyətlərinin  öyrənilməsi  də  pedaqoji  psixologiyanın  həll 

etməli  olduğu  əsas  problemlərdəndir.  Pedaqoji  fəaliyyətin 

psixoloji  strukturunu,  müəllim  Ģəxsiyyətinin,  xüsusilə  onun 

pedaqoji  bacarıq  və  qabiliyyətlərinin,  pedaqoji  ünsiyyət  və 

pedaqoji mərifətin psixoloji xüsusiyyətlərini aĢkara çıxarmaqla 

pedaqoji  psixologiya  pedaqoji  fəaliyyətin  idarə  olunmasına 

düzgün istiqamət vermiĢ olur.   




 

 

 



429 

 

Müasir  dövrdə  pedaqoji  psixologiyanın  qarĢısında  duran 



və  həll  edilməsi  zəruri  olan  problemlərdən  biri  də  pedaqoji 

cəhətdən baxımsız uşaqlar problemidir. Bu problemlə sıx bağlı 

“çətin”  uĢaqlar  problemi  ən  ümdə  problem  kimi  diqqəti  cəlb 

edir. 

Son  illərdə  respublikamızda  yaĢlı  nəsillə  birlikdə  qaç-



qınlıq  həyatı  keçirən  uĢaqların  həyatı  hamını  düĢündürür.  Bu 

baxımdan pedaqoji psixologiya da kənarda qala bilməz. Bu cür 

uĢaqların  sosial-psixoloji  adaptasiyası  və  psixoloji  reabi-

litasiyası  probleminin  öyrənilməsi  ən  ciddi  problemlərdən 

biridir. 

Yuxarıda  qeyd  olunan  problemlərin  həll  edilməsi  gənc 

nəslin təlim və tərbiyəsi iĢinə öz önəmli təsirini göstərə bilər. 

Bütün  qeyd  edilənlərdən  aydın  olur  ki,  müasir  pedaqoji 

psixologiyanın  qarĢısında  mühüm  nəzəri    praktik  vəzifələr 

durur. 


Həmin  vəzifələri  həyata  keçirmədən  pedaqoji 

psixologiya tələb olunan səviyyəyə qalxa bilməz. 

Müasir  pedaqoji  psixologiyanın  nəzəri  vəzifələrinə,  hər 

Ģeydən  əvvəl,  təlim-tərbiyə  prosesində  psixi  inkiĢafın 

imkanlarını,  təlim  və  tərbiyənin  ümumi  psixoloji  qanuna-

uyğunluqlarını  öyrənməyi  aid  etmək  olar.  Bununla  yanaĢı 

olaraq, pedaqoji psixologiyanın qarĢısında duran mühüm nəzəri 

vəzifələrindən  biri  kimi  gənc  nəslin  yüksək  elmi  dünya-

görüĢünə, Ģüuruna xas olan keyfiyyətlərlə formalaĢdırılmasının 

ən səmərəli elmi yollarını müəyyənləĢdirməyi göstərmək olar. 

Müasir  pedaqoji  psixologiyanın  praktik  vəzifələrinə 

gəldikdə  buraya  təlimin  idarə  olunmasının  psixoloji 

məsələlərini,  təlim  və  əqli  inkiĢafın  qarĢılıqlı  əlaqəsini, 

Ģagirdlərin  bilik,  bacarıq  və  vərdiĢlərə  yiyələnmə  xüsu-

siyyətlərini  və  s.  öyrənməyi  aid  etmək  olar.  Bununla  yanaĢı 

olaraq,  pedaqoji  psixologiya  təlim  və  tərbiyənin  motivlərini 

aĢkara  çıxarmaq  və  müəllimləri  bu  sahədə  zəruri  biliklərlə 

silahlandırmaq kimi mühüm praktik vəzifəni həyata keçirir. 

Pedaqoji  psixologiyanın  bir-biri  ilə  sıx  bağlı  olan 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə