Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə13/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   9   10   11   12   13   14   15   16   ...   197

 

 

 



38 

 

Ələddin Əhməd oğlu Qədirov (1929-2003) olmuĢdur. Ə.Qədi-

rov  1963-2001-ci  illər  ərzində  Gəncə  Dövlət  Pedaqoji  Ġnstitu-

tunda  dosent,  kafedra  müdiri,  prorektor,  rektor  vəzifələrində 

çalıĢmıĢdır.  

Ə.  Qədirov  2001-2003-cü  illərdə  Təhsil  Problemləri 

Ġnstitutunda aparıcı elmi iĢçi kimi fəaliyyət göstərmiĢdir. 

O,  1961-ci  ildə  «Kiçik  məktəbyaĢlı  uĢaqlarda  mücərrəd 

təfəkkürün inkiĢafı» mövzusunda namizədlik, 1974-cü ildə isə 

«KiçikyaĢlı məktəblilərdə mücərrədləĢdirmənin inkiĢafı» möv-

zusunda  doktorluq  dissertasiyası  müdafiə  etmiĢdir.  Ə.Qədirov 

təlim-tərbiyə 

psixologiyasına 

dair 


çoxsaylı 

əsərlərin 

müəllifidir.  2003-cü  ildə  nəĢr  etdirdiyi  «YaĢ  psixologiyası» 

dərsliyi  isə  ümumən  Azərbaycan  psixologiya  elminin 

nailiyyətlərindən hesab olunur. 

Azərbaycan  psixologiya  elminin  inkiĢafında  əvəzsiz 

xidmətləri  olan  alimlərdən  biri  də  professor  Muxtar  Əliş  oğlu 

Həmzəyevdir  (1929).  O,  1952-ci  ildə  Azərbaycan  Pedaqoji 

Ġnstitutunu  bitirmiĢdir.  1956-cı  ildə  «Ġbtidai  məktəbin  II  sinif 

Ģagirdlərində  samitlər  üzrə  düzgün  yazı  vərdiĢlərinin  təĢəkkül 

etməsi və inkiĢafının psixoloji xüsusiyyətləri» mövzusunda na-

mizədlik  dissertasiyası  müdafiə  etmiĢdir.  Bundan  sonra 

M.Həmzəyevin  təlim-tərbiyə  məsələləri  ilə  bağlı  əsərləri  nəĢr 

olunur.  «Ailədə  uĢaqların  oyunlarına  rəhbərlik»  (1965),  «Yazı 

təliminin  bəzi  məsələləri»  (1961),  «ġagirdlərin  düzgün  yazı 

vərdiĢlərinə  yiyələnmə xüsusiyyətləri» (1984) və onlarla digər 

kitablar  M.Həmzəyevin  qələminin  məhsulu  olsa  da,  ümumən 

Azərbaycan  psixologiya  elminin  nailiyyətləri  hesab  edilir. 

Onun  «Pedaqoji  psixologiya»  (1991),  «YaĢ  və  pedaqoji 

psixologiyanın əsasları» (2000-2003) və digər dərslikləri geniĢ 

istifadə olunan uğurlu dərsliklərdəndir. O, uzun müddət I sinif 

Ģagirdləri  üçün  «Ana  dili»  dərsliyinin  müəlliflərindən  biri 

olmuĢdur. 

M.  Həmzəyevin  fəaliyyətinin  uzun  və  məhsuldar  bir 

dövrü Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər Ġnstitutu ilə 




 

 

 



39 

 

bağlı  olmuĢdur.  O,  1956-74-cü  illərdə  baĢ    elmi  iĢçi,  Ģöbə 



müdiri,  psixologiya  laboratoriyasının  müdiri  iĢləmiĢdir.  1974-

77-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Ġns- titutunda 

kafedra müdiri olmuĢdur.  

1978-ci ildən M.Həmzəyevin elmi fəaliyyəti Azərbaycan 

Dövlət  Dillər  Ġnstitutu,  indiki  Dillər  Universiteti  ilə  bağlanır. 

O,  hazırda  Azərbaycan  Dillər  Universitetində  psixologiya 

kafedrasının müdiri vəzifəsində çalıĢır. 

M.Həmzəyev  1969-cu  ildə  «Azərbaycan  dili  orfoqrafiya 

və  durğu  iĢarələrinin  mənimsənilməsi  psixologiyası»  mövzu-

sunda doktorluq dissertasiyası müdafiə etmiĢdir. 

Respublikada elmi kadrların hazırlanmasında da M.Həm-

zəyevin  müstəsna  rolu  olmuĢdur.  Onun  rəhbərliyi  ilə  onlarla 

aspirant  və dissertant  namizədlik dissertasiyası  müdafiə etmiĢ-

dir. Uzun müddət AAK Ekspert ġurasının üzvü olmuĢdur. 

Azərbaycan psixologiya elminin inkiĢafında əməkdar elm 

xadimi,  professor  Əkbər  Salman  oğlu  Bayramovun  (1930) 

müstəsna xidmətləri olmuĢdur. Azərbaycan Dövlət Universite-

tinin məntiq-psixologiya Ģöbəsini bitirdikdən sonra Ə.S. Bayra-

mov çoxĢaxəli elmi-pedaqoji fəaliyyətə baĢlayır. O, demək olar 

ki,  Azərbaycanda  psixologiya  elminin  bütün  sahələri  üzrə 

tədqiqat aparmıĢ, elmi əsərlər yazmıĢ, dərsliklər hazırlamıĢdır. 

O,  professor  Ə.Ə.  Əlizadə  ilə  birlikdə  Azərbaycanda  sosial 

psixologiyanın  əsasını  qoymuĢdur.  Hələ  sovet  hakimiyyəti 

illərində etnopsixologiyanın «qadağan olunduğu» vaxtlarda et-

nopsixologiya ilə bağlı fikir və ideyalarını irəli sürmüĢ, 1996-cı 

ildə isə «Etnik psixologiya məsələləri» əsərini nəĢr etdirmiĢdir. 

Ə.S. 

Bayramov 



Azərbaycanda 

etnopsixologiyanın 

yaradıcısıdır. Onun çoxsaylı aspirant və dissertantları da etnop-

sixoloji  məsələlərə  dair  namizədlik  dissertasiyası  müdafiə 

etmiĢdir. 

1959-cu ildə Ə.S. Bayramov «Təfəkkürün müstəqillik və 

tənqidiliyinə 

görə 


III-IV 

sinif 


Ģagirdlərinin 

fərdi 


xüsusiyyətləri»  mövzusunda  namizədlik,  1967-ci  ildə  isə 


 

 

 



40 

 

«Kiçik  məktəbyaĢlı  Ģagirdlərdə  əqli  keyfiyyətlərin  inkiĢaf 



dinamikası»  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə 

etmiĢdir. 

O, 

1974-cü 


ildən  SSRĠ  Psixologiya  Cəmiyyəti 

Azərbaycan Ģöbəsinın sədri olmuĢdur. Ə.S.Bayramov 1971-97-

ci  illərdə  BDU-nun  pedaqogika  və  psixologiya  kafedrasına 

rəhbərlik  etmiĢdir.  Uzun  illər  psixologiya  üzrə  ixtisaslaĢ-

dırılmıĢ  müdafiə  Ģurasının  sədri  kimi  respublikada  yüksək 

ixtisaslı psixoloq kadrların hazırlanmasına rəhbərlik etmiĢdir. 

Hazırda 

Bakı 


Dövlət 

Universiteti 

psixologiya 

kafedrasının  professoru,  Azərbaycan  Respublikası  Prezidenti 

yanında  Ali  Attestasiya  Komissiyası  Ekspert  ġurasının  üzvü 

kimi  Azərbaycan  psixologiya  elminin  inkiĢafına  xidmət 

göstərir. 

Respublikamızın görkəmli alimlərindən biri, Azərbaycan 

Dövlət 

Pedaqoji 



Universitetinin 

ümumi 


psixologiya 

kafedrasının  müdiri,  professor  Əbdül  Əli  oğlu  Əlizadə  (1932) 

Azərbaycanda  psixologiya  elminin  inkiĢafında  əvəzsiz 

xidmətlər  göstərmiĢ  psixoloqlardandır.  Ə.Əlizadə  1950-55-ci 

illərdə  Azərbaycan  Dövlət  Universitetinin  məntiq-psixologiya 

Ģöbəsində  təhsil  almıĢdır.  1956-cı  ildə  ilk  elmi  məqaləsi  çap 

olunur.  1957-ci  ildə  «Azərbaycan  məktəbi»  jurnalında  iĢə 

baĢlayır.  1959-cu  ildə  Azərbaycan  Dövlət  Pedaqoji 

Ġnstitutunun  aspiranturasına  daxil  olur.  Sonrakı  fəaliyyəti  bu 

institutla bağlıdır. 

1962-ci  ildə  «ġagirdlərin  yaradıcı  təxəyyül  fəaliyyətində 

analiz  və  sintez  proseslərinin  xüsusiyyətləri»  mövzusunda 

namizədlik,  1975-ci  ildə  isə  «Cinsi  dimorfizm  və  Ģəxsi 

qarĢılıqlı 

münasibətlərin 

formalaĢmasının 

psixoloji 

problemləri»  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə 

edir. 

1976-cı ildən bu günədək Ə.Ə.Əlizadə ADPU-nun ümu-



mi psixologiya kafedrasının müdiridir. 

Ə.Ə.Əlizadənin  fəaliyyətində  dərsliklərin  hazırlanması 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə