Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə134/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   130   131   132   133   134   135   136   137   ...   197

 

 

 



443 

 

Nəticədə  zahiri  perseptiv  iĢlər  əqli  iĢlərə  çevrilməyə  baĢlayır. 



Psixoloqlar belə qənaətə gəlmiĢlər ki, (L.A.Venqer) qavrayıĢla 

bağlı olan qabiliyyətlərin əsasını perseptiv iĢlər təĢkil edir. Bu 

cür  qabiliyyətlərin  keyfiyyəti  uĢağın  xüsusi  perseptiv  etalon 

sistemini  mənimsəməsindən  asılıdır.  QavrayıĢ  zamanı  bu  cür 

etalonlar həndəsi füqurlar, rənglər və s. ola bilər. 

Böyük  bağça  yaĢı  dövründə  uĢaqlarda  ətraf  aləmin 

qavranılması  geniĢlənir  və  dərinləĢir.  Bu  dövrdə  qavrayıĢ 

uĢaqlara  yaĢlıların  həyatına  qoĢulmağa,  nüfuz  etməyə  imkan 

verir.  Bununla  bərabər  böyüklərlə  ünsiyyət  qavrayıĢın 

məzmununu zənginləĢdirir. 

Tədricən  bağça  yaĢı  dövründə  ixtiyari  qavrayıĢ  inkiĢaf 

edir,  müĢahidə  və  müĢahidəçilik  özünü  göstərməyə  baĢlayır. 

Böyüklər, tərbiyəçilər uĢaqların qarĢısına məqsəd qoyur, onları 

ətraf aləmdəki daha mühüm cəhətləri qavramağa yönəldir, on-

lara  müĢahidə  etməyi  öyrədirlər.  Məhz  buna  görə  də  böyük 

bağça  yaĢlı  uĢaqlar  öz  qavrayıĢlarını  daha  uzun  müddət  idarə 

edə bilirlər. 

Bağça  yaĢı  dövründə  uĢaqlarda  qavrayıĢın,  müĢahi-

dəçiliyin  inkiĢafında  oyun  aparıcı  fəaliyyət  növü  kimi  xüsusi 

əhəmiyyət kəsb edir. Bu cür oyunlar içərisində didaktik oyun-

lar xüsusi yer tutur. 

Bu dövrdə uĢaqlarda qavrayıĢın inkiĢafında rəsm, yapma, 

quraĢdırma  da  mühüm  rol  oynayır.  UĢaq  nəyisə  çəkmək, 

nəyinsə  füqurunu  yapmaq  üçün  birinci  növbədə  onu  diqqətlə 

müĢahidə  etməli,  onun  konturunu,  rəngini  müəyyənləĢdirməli 

olur.  Bütün  bunlar  uĢağı  müĢahidə  etməyə  təhrik  edir,  ixtiyari 

qavrayıĢın inkiĢafına təkan verir.  

Bağça  yaĢı    dövründə  qavrayıĢla  yanaĢı  olaraq  diqqətin 

təkmilləĢməsi prosesi də baĢ verir. Bu yaĢ dövrünün əvvəlində 

uĢaqlarda  diqqəti  zahirən  cəlbedici  cisimlər  cəlb  edir.  Bu 

dövrdə  hələ  uĢaqda  qavradığı  obyektə  maraq  üstünlük  təĢkil 

edir. BaĢqa sözlə, diqqət qeyri-ixtiyari xarakter daĢıyır. 

Bağça yaĢının sonunda diqqət öz inkiĢafının daha yüksək 



 

 

 



444 

 

səviyyəsinə çatır. Böyük bağça yaĢlı uĢaqlarda diqqətin inkiĢafı 



yeni 

maraqların 

meydana 

gəlməsi, 

dünyagörüĢünün 

geniĢlənməsi,  uĢağın  ailə  həyatında  və  bağçada  yeni  Ģəraitə 

daxil olması,  yeni fəaliyyət növlərinə  yiyələnməsi ilə sıx bağlı 

olur.  Böyük  bağça  yaĢlı  uĢaq  gerçəkliyin  əvvəllər  onu  cəlb 

etməyən cəhətlərinə diqqət yetirməyə baĢlayır. UĢağın ünsiyyət 

sahəsinin  geniĢlənməsi,  marağının  zənginləĢməsi  ilk  növbədə 

qeyri-ixtiyari  diqqətin  daha  yüksək  inkiĢaf  səviyyəsinə 

qalxmasına səbəb olur. 

Bu  dövrdə  qeyri-ixtiyari  diqqət  əsas  yer  tutsa  da  ixtiyari 

diqqətin meydana gəlməsi üçün də Ģərait yaranır. Burada qeyri-

ixtiyari  diqqətdən  ixtiyariyə  keçid  üçün  uĢağın  diqqətini  idarə 

etmək  vasitələri  mühüm  rol  oynayır.  Ona  görə  də  uĢağa  onu 

əhatə  edən  cisim  və  hadisələrin  xassələrini,  fərqli 

xüsusiyyətlərini,  əsas  əlamətlərini  görməyi  öyrətmək  lazım 

gəlir.  QavrayıĢda  olduğu  kimi,  bağça  yaĢlı  uĢaqlarda  ixtiyari 

diqqətin  inkiĢafında  da  oyun  mühüm  əhəmiyyət  kəsb  edir. 

Oyun  qaydalarına  əməl  etmək  uĢaqdan  öz  diqqətini 

mərkəzləĢdirməyi  tələb  edir.  Bu  yaĢ  dövründə  diqqətin  ən 

yüksək davamlılığı oyun prosesində baĢ verir. BaĢqa fəaliyyət 

növləri də uĢağın diqqəti olmadan səmərəli Ģəkildə həyata keçə 

bilməz.  Ġxtiyari  diqqətin  meydana  gəlməsində  nitq  də  mühüm 

rol oynamağa baĢlayır.  

Psixoloji  tədqiqatlar  göstərmiĢdir  ki,  uĢaqlarda  ixtiyari 

diqqətin  inkiĢafına  öz-özünə  hündürdən  fikirləĢmək  xeyli 

kömək edir. Təcrübə göstərmiĢdir ki, əgər 4-5 yaĢlı uĢaqlardan 

daima  nə  edəcəyini  hündürdən  deməyi  tələb  etdikdə,  onlar  ix-

tiyari olaraq və daha uzun müddət öz diqqətlərini hər hansı bir 

obyektin və ya onun detallarının üzərində saxlaya bilirlər. 

Məktəbəqədər  yaĢın  sonuna  doğru  uĢaqda  tədricən  öz 

diqqətini idarə etmək imkanı, onu az və çox dərəcədə müstəqil 

təĢkil etmək bacarığı özünü göstərir. 

Bağça    yaĢı  dövründə  uĢaqların  hafizələri  də  tədricən 

qeyri-ixtiyari 

yaddasaxlamadan 

ixtiyari 

yaddasaxlamaya 




 

 

 



445 

 

keçidlə səciyyələnir. 



Psixoloqların  apardıqları  tədqiqatlar  göstərmiĢdir  ki, 

xüsusi  olaraq  mnemik  əməliyyat  aparılmasına  hazırlanma-

dıqda,  baĢqa  sözlə  təbii  Ģəraitdə  kiçik  və  orta  bağça  yaĢlı 

uĢaqlarda  yaddasaxlama  və  yadasalma  qeyri  ixtiyari  xarakter 

daĢıyır.  Böyük  bağça  yaĢı  dövründə  eyni  Ģəraitdə  tədricən 

materialı  qeyri-ixtiyari  yaddasaxlama  və  yadasalmadan  ixti-

yariyə  keçid  baĢ  verir.  Beləliklə  bağça  yaĢının  sonunda 

uĢaqlarda  yaddasaxlama  və  yadasalma  tədricən  ixtiyari  xarak-

ter  daĢımağa  baĢlayır.  Bağça  yaĢının  əvvəlində  qeyri-ixtiyari 

görmə-emosional hafizə üstünlük təĢkil edir.  

Ġxtiyari hafizənin inkiĢafı uĢaqların qarĢılarına yaddasax-

lama  və  yadasalma  ilə  bağlı  xüsusi  mnemik  məqsədlərin 

qoyulması  ilə  sıx  bağlı  olur.  Bunun  üçün  oyun  fəaliyyətindən 

istifadə daha səmərəli nəticə verir.  

Bir qayda olaraq ixtiyari hafizə böyüklərin tərbiyəvi təsiri 

sayəsində  inkiĢaf  edir.  Əvvəlcə  yaĢlılar  uĢağın  qarĢısında 

nəyisə yaddasaxlama və yadasalma məqsədini qoyur, sonra bu 

cür məqsədi uĢaq özü öz qarĢısına qoyur. 

Ġlk  dövrlər  ixtiyari  yaddasaxlama  təkmilləĢmiĢ  xarakter 

daĢımır. UĢaq  hələ  yaddasaxlamanın səmərəli  yollarını bilmir. 

Lakin bağça yaĢının sonuna doğru uĢaq tədricən bəzi sadə yad-

dasaxlama  və  yadasalma  priyomlarından  istifadə  etməyə 

baĢlayır.  Məsələn,  uĢaq  materialı  diqqətlə  qavrayır,  onu 

anlamağa,  baĢa  düĢməyə  çalıĢır,  bir  neçə  dəfə  təkrar  edir, 

mümkün olan əlaqəni  yaratmağa çalıĢır və s. Təcrübə göstərir 

ki,  böyük  bağça  yaĢlı  uĢaqlar  anladıqları,  baĢa  düĢdükləri 

sözləri daha yaxĢı yadda saxlayırlar. 

Nitqin  və  təfəkkürün  inkiĢafı  ilə  əlaqədar  olaraq  bağça 

yaĢının  sonunda  əyani-obrazlı  hafizə  ilə  yanaĢı,  sözlü-məntiqi 

hafizə  də  inkiĢaf  edir.  Belə  ki,  uĢaq  təkcə  konkret,  emosional 

cəhətdən  zəngin,  əyani  materialları  deyil,  sözün  özünü,  sözlə 

ifadə  olunan  materialları  da  yaxĢı  yadda  saxlayır.  Bağça 

yaĢının  sonunda  hafizənin  möhkəmliyi,  davamlılığı  artır. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə