Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə135/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   131   132   133   134   135   136   137   138   ...   197

 

 

 



446 

 

UĢağın maraqlandığı, onun üçün mühüm əhəmiyyət kəsb edən 



materiallar  uzun  illər  onun  hafizəsində  hifz  oluna  bilir. 

Təsadüfi deyildir ki, ən dəqiq və aydın təəssürat, xatirə həmin 

dövrə aid olur.  

Bağça  yaĢı  dövründə  uĢaq  təxəyyülü  də  özünəməxsus 

xüsusiyyətləri  ilə  fərqlənir.  Bağça  yaĢının  birinci  yarısında 

uĢaqlarda  təxəyyül  reproduktiv  xarakter  daĢıyır.  UĢaqların 

təxəyyül surətləri əldə etdikləri təəssüratların obrazlar Ģəklində 

mexaniki  canlandırmaları  Ģəklində  özünü  göstərir.    Bu  cür 

təxəyyül  surətləri  əqli  deyil,  emosional  əsaslar,  emosional 

təəssürat  əsasında  yaradılır.  Bütövlükdə  bağça  yaĢlı  uĢaqların 

təxəyyülləri  olduqca  zəif  olur.  Təxəyyülün  ayrı-ayrı 

xüsusiyyətləri  böyük  bağça  yaĢı  dövründə  daha  səmərəli 

Ģəkildə  inkiĢaf  etməyə  baĢlayır.  Bağça  yaĢı  dövründə 

bərpaedici  təxəyyül  surətləri  xeyli  inkiĢaf  etsə  də  hələ  solğun 

olur, uĢaq qarĢıya qoyulmuĢ məqsədə uyğun, dəqiq surətlər ya-

ratmaqda çətinlik çəkir. Bu da uĢağın həyat təcrübəsinin azlığı, 

təəssüratlarının  zəifliyi,  müvafiq  biliklərin  məhdudluğu  ilə 

bağlıdır. 

Bağça  yaĢı  dövründə  uĢaqlarda  yaradıcı  təxəyyülün 

inkiĢafı  da  özünü  göstərir.  UĢaqlarda  ilkin  yaradıcı  təxəyyül 

surətlərinin  meydana  gəlməsi  onların  fəaliyyəti  ilə  sıx  bağlı 

olur.  Onlar  oyun  zamanı,  hər  hansı  bir  nağılı  və  ya  hekayəni 

söyləyərkən buraya özlərinin əlavələrini də edirlər.  

Bağça yaĢlı uĢaqların təfəkkürü əsasən əyani-əməli xa-

rakter daĢıyır, icra etdikləri iĢlərlə, dərk etdikləri konkret cisim 

və hadisələrlə bağlı olur. UĢaqlar ilk ümumiləĢdirmələri əsasən 

zahiri  oxĢar  əlamətlərə  görə  aparırlar.  Nitqin  inkiĢafı  ilə 

əlaqədar  olaraq  ümumiləĢdirmələri  mühüm  əlamətlər  əsasında 

aparmaq  meyli  yüksəlir.  Bağça  yaĢı  dövrünün  əvvəllərində 

uĢaqlar  hadisənin  mahiyyətini  baĢa  düĢə  bilmədiklərinə  görə 

bəzən  qəribə,  həqiqətə  uyğün  olmayan  hökmlər  irəli  sürür, 

düzgün  olmayan  nəticələr  çıxarırlar.  Bu  dövrdə  uĢaqlarda 

təfəkkürün inkiĢafı əyani-əməli, əyani-obrazlı və sözlü-məntiqi 



 

 

 



447 

 

təfəkkür istiqamətində gedir. Bağça yaĢının sonunda uĢaqlarda 



sözlü-məntiqi təfəkkürün inkiĢaf etməyə baĢlaması artıq onlar-

da  sözlərə  istinad  etməyin  və  mühakimə  məntiqini  anlamağın 

meydana gəldiyini göstərir. 

Bağça  yaĢı  dövrdə  uĢağın  nitq  inkiĢafında  da  əsaslı 

irəliləyiĢ baĢ verir.  

Bağça yaĢı dövründə uĢaqların nitqi daha əlaqəli xarakter 

daĢımaqla dialoq forması əldə edir. Erkən uĢaqlıq dövrü üçün 

xarakterik  olan  nitqin  situativliyini  bu  dövrdə  kontekstli  nitq 

tutmağa  baĢlayır  ki,  bu  da  dinləyicidən  situasiya  haqqında 

müvafiq izahat tələb etmir. Əvvəlki dövrə nisbətən bağça yaĢlı 

uĢaqlarda daha mürəkkəb, müstəqil nitq forması olan müfəssəl 

(geniĢ) monoloji ifadə forması təzahür və inkiĢaf edir. 

Bu dövrdə nitq inkiĢafının digər sahələrində də irəliləyiĢ 

baĢ verir. Hər Ģeydən əvvəl uĢağın söz ehtiyatı artır, təxminən 

3000-4000-ə  çatır.  Bunlardan  xeyli  hissəsi  (təxminən  1500) 

passiv söz ehtiyatı olur. UĢaqlarda nitqin fonetik və qrammatik 

cəhətdən  inkiĢafı  baĢ  verir.  Bütün  bunlara  baxmayaraq  həmin 

dövrdə  bəzi  uĢaqlar  bəzi  səsləri,    məsələn,  r  ,  l,  Ģ  səslərini 

tələffüz  etməkdə  çətinlik  çəkirlər.  Belə  qüsurlar  uĢağın  nitq 

orqanları  inkiĢaf  etdikcə,  düzgün  təlim-tərbiyə  sayəsində 

tədricən aradan qalxır. 

Məktəbəqədər  yaĢ  dövründə  dialoji  nitqin  inkiĢafı  və 

təkmilləĢməsi  ilə  yanaĢı,  monoloji  nitq  də  inkiĢaf  etməyə 

baĢlayır. 

 

 

VI.19.3.UĢağın məktəbə psixoloji hazırlığı 



 

 

Yuxarıda  qeyd  edilənlərdən  göründüyü  kimi,  məktəb 



yaĢına çatmıĢ uĢaqlar gerçəkliyi dərk etmək, idrak proseslərinin 

inkiĢafı  cəhətdən  kifayət  qədər  irəli  getmiĢ  olurlar.  Bunlar 

tədris  proqramlarını  mənimsəmək  üçün  lazımi  imkan  yarada 



 

 

 



448 

 

bilirlər.  Lakin  uĢağın  məktəbə  psixoloji  hazırlığını  təkcə  bun-



larla  məhdudlaĢdırmaq  olmaz.  UĢaqda  qavrayıĢın,    diqqətin, 

təxəyyülün,  hafizə,  təfəkkür  və  nitqin  inkiĢafı  ilə  yanaĢı  onun 

müxtəlif  fəaliyyət  növlərini,    xüsusilə  təlim  fəaliyyətini 

müvəffəqiyyətlə  yerinə  yetirməsi  üçün  bir  sıra  keyfiyyətlərə 

yiyələnməsi də zəruridir.  

Həmin  tələblərə  aĢağıdakıları  aid  etmək  olar:  uĢağın 

ümumi  fiziki  inkiĢafı,  kifayət  qədər  bilik  ehtiyatına  malik 

olması,  özünəxidmət  «məiĢət»  vərdiĢlərinə  yiyələnməsi, 

ünsiyyətə  girə  bilmək  bacarığı,  mədəni  davranıĢ,  sadə  əmək 

vərdiĢlərinə,  nitqə,  əsas  psixi  funksiyaların  zəruri  inkiĢaf 

səviyyəsinə,  koqnitiv  və  əqli  inkiĢaf  səviyyəsinə  yiyələnmək, 

əməkdaĢlıq etməyi bacarmaq, davranıĢın ixtiyariliyi, oxumağa 

arzu və maraq. 

Burada qavrayıĢ, diqqət, hafizə, təfəkkür, nitq, iradə və s. 

kimi əsas psixi funksiyaların inkiĢaf səviyyəsi xüsusi yer tutur.  

Bəs  məktəbə  psixoloji  hazırlıq  üçün  bütün  bu  qeyd 

olunanların inkiĢaf səviyyəsi necə olmalıdır? 

Burada  birinci  növbədə  sensor  (duyğu  və  qavrayıĢın) 

inkiĢafının  müvafiq  səviyyədə  olması  zəruridir.  UĢağın 

qavrayıĢının 

seçiciliyi,  mənalılığı,  predmetliliyi  lazımi 

səviyyədə  olmalıdır.  Məktəbə  daxil  olan  uĢaq  cisimlərin  və 

onların  xassələrinin  identikliyini  müəyyənləĢdirməyi  bacar-

malıdır.  UĢaq  rəngləri,  cisimlərin  forma  və  həcmini  fərq-

ləndirməyi bacarmalıdır. Təcrübə göstərir ki, çox vaxt məktəbə 

daxil  olan  uĢaqlarda  bu  cür  bacarıq,  baĢqa  sözlə,  qavradıqları 

cisimləri  məqsədəuyğun  təhlil  və  fərqləndirmə  bacarığı 

formalaĢmadığına  görə təlimdə  ciddi çətinliklərlə qarĢılaĢırlar. 

Ona  görə  də  təlim  fəaliyyəti  prosesində  uĢaqlarda  həmin 

bacarıqları formalaĢdırmaq, onları müĢahidə etməyə alıĢdırmaq 

zəruridir. UĢağın qavrayıĢının seçiciliyi, mənalılığı, predmetli-

liyi lazımi səviyyədə olmalıdır. 

Məktəbə daxil olan vaxt uĢağın diqqəti artıq ixtiyari xa-

rakter  daĢımalı,  onun  həcmi,  davamlılığı,  paylanması  və 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə