Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə136/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   132   133   134   135   136   137   138   139   ...   197

 

 

 



449 

 

keçirilməsi  kifayət  qədər  inkiĢaf  etməlidir.  Altı  yaĢlı  uĢaq 



yalnız o zaman uzun müddət, diqqəti yayınmadan hər hansı bir 

iĢlə  məĢğul  ola  bilər  ki,  həmin  iĢ  onu  maraqlandırsın,  özünə 

cəlb etsin. Lakin bu yaĢ dövründə uĢaqda ixtiyari diqqət hələ o 

səviyyədə  formalaĢmamıĢdır  ki,  onun  üçün  maraqlı  olmayan 

bir cismin və ya hadisənin üzərində mərkəzləĢməsini təmin et-

sin.  Təlim  fəaliyyəti  isə  ixtiyari  diqqət  olmadan  keçə  bilməz. 

Burada  çox  vaxt  maraqlı  olmayan,  lakin  zəruri  tapĢırıqları  da 

yerinə  yetirmək  tələb  olunur.  Ona  görə  də  təlimin  ilk 

günlərindən müəllim Ģagirdlərdə ixtiyari diqqətin planlı Ģəkildə 

formalaĢdırılmasına fikir verməlidir.  

Altı  yaĢlı  uĢağın  hafizəsini  də  diqqətində  olduğu  kimi 

səciyyələndirmək lazım gəlir. UĢaq öz parlaqlığı, qeyri adiliyi 

ilə  diqqətini  cəlb  edən  cisim  və  hadisələri  asan  və  tez  yadda 

saxlayır.  Bu  o  deməkdir  ki,  bu  dövrdə  qeyri-ixtiyari  hafizə 

üstünlük təĢkil edir. Təlim fəaliyyətində isə ixtiyari hafizəyə is-

tinad  olunması  zəruridir.  Məhz  buna  görə  də  məktəbə  təzəcə 

daxil  olan  uĢağın  hafizəsinə  xüsusi  tələb  verilir.  UĢağın  tədris 

proqramını yaxĢı mənimsəməsi üçün onun hafizəsi ixtiyari xa-

rakter  daĢımaqla,  uĢaq  yaddasaxlamanın  səmərəli  yollarından 

istifadə  etməyi  bacarmalıdır.  Lakin  təcrübə  göstərir  ki, 

uĢaqlarla  xüsusi  Ģəkildə  iĢ  aparılmadıqda  bu  cür  bacarıqlar 

çətin formalaĢır. 

Məktəbə  təzəcə  daxil  olan  uĢağın  hafizəsinə  xüsusi 

tələb verilir. UĢağın tədris proqramını yaxĢı mənimsəməsi üçün 

onun 

hafizəsi 



ixtiyari 

xarakter 

daĢımaqla, 

uĢaq 


yaddasaxlamanın  sadə  səmərəli  yollarından  istifadə  etməyi 

bacarmalıdır. 

Məktəbə  daxil  olarkən  uĢağın  təxəyyülü  də  inkiĢaf 

etməlidir. Xüsusilə uĢaqlarda təsvir əsasında təxəyyül surətləri 

yaratmaq  bacarığı,  baĢqa  sözlə,  bərpaedici  təxəyyül  müvafiq 

səviyyədə olmalıdır. 

UĢağın  məktəbə  psixoloji  hazırlığı  üçün  təfəkkürün 

inkiĢafı  xüsusi  əhəmiyyətə  malikdir.  Məktəbə  yeni  gələn 




 

 

 



450 

 

uĢaqlarda  təfəkkürün    əyani-əməli,    əyani-obrazlı    və    sözlü   



məntiqi növlərinin hər üçü lazımi səviyyədə inkiĢaf etməlidir. 

Bu  dövrdə  uĢaqlarda  təfəkkürün  prosesləri  də  müvafiq 

səviyyədə inkiĢaf etməlidir. UĢaqlar öz idrak obyektlərinə tən-

qidi yanaĢmağı və müstəqil fikirləĢməyi bacarmalıdırlar. 

UĢağın nitqi elə səviyyədə inkiĢaf etməlidir ki, öz fikri-

ni  ifadə  edə  bilsin.  UĢağın  nitqindəki  qüsurlar  onun  təlim 

fəaliyyətini çətinləĢdirir. 

UĢaqlarda təlimə, öyrənməyə marağın, idrak tələbatının 

olması da məktəbə psixoloji hazırlığın əsas Ģərtlərindəndir. Bu-

nunla yanaĢı olaraq uĢaqlarda təlim motivi kimi müvəffəqiyyət 

qazanmağa  tələbat,  müvafiq  özünüqiymətləndirmə  və  iddia 

səviyyəsinin inkiĢafı da zəruridir.  

Məktəbə  təzəcə  gələn  uĢaq  tamamilə  yeni  mühitə,  yeni 

əhatə dairəsinə daxil olur. Ona görə də burada uĢağın düĢdüyü 

yeni mühitdə həmyaĢıdları və böyüklərlə ünsiyyətə girə bilmək 

bacarığına yiyələnməsi də zəruridir. 

Bütün  bunlarla  yanaĢı  uĢaqlarda  müvafiq  qabiliyyətlərin 

və xarakter əlamətlərinin inkiĢafı da məktəbə psixoloji hazırlıq 

üçün əsas Ģərtlərdən hesab olunur.  

 



 

 

 



451 

 

 



Bağça yaĢlı uĢaqların psixoloji xüsusiyyətləri (3-6 yaĢ) 

 

APARICI  FƏALĠYYƏT  –  OYUN,  insanların  davranıĢ  və 

fəaliyyət normalarının mənimsənilməsi 

-3-4  yaĢ  –  özünütəsdiq;  reaksiyaları:  sözə  qulaq  asmamaq, 

tərslik,  neqativizm,  höcətlik,  «böyükləri  məcbur  etmək»  («mən 

özüm», «mən özüm bilirəm», özünü öymə) 

TƏKBAġINA OYUN (əĢyavi, quraĢdırma, süjetli-rollu oyunlar) 

-5-6  yaĢ  –  böyüklərə  münasibətin  ahəngdarlığı,  uĢaqlara  mü-

nasibətin  inkiĢafı,  uĢaqlarla  birgə  oyun  (qaydalı,  süjetli-rollu 

oyunlar),  uĢaqlar  arasında  liderlik  və  tabeçilik  münasibətinin 

formalaĢması, «yarıĢ xarakterli oyunlar». 

-QuraĢdırma  oyunlarının  inkiĢafı,  PRAKTĠK  TƏFƏKKÜRÜN 

inkiĢafı. 

Rəsm  qabiliyyətinin,  musiqi  qabiliyyətinin  (musiqini  baĢa 

düĢmək, oxumaq, oynamaq) inkiĢafı, yaradıcılığın inkiĢafı. 

-Təfəkkürün EQOSENTRĠZMĠ. 

-QavrayıĢın  inkiĢafı  (perseptiv  iĢlərin,  perseptiv  etoalonların 

mənimsənilməsi), diqqətin, hafizənin qeyri-ixtiyaridən ixtiyariyə 

doğru inkiĢafı, iradənin inkiĢafı. 

-Hər Ģeylə maraqlanmaq (4-5 yaĢında «bu nədir?») 

-Təxəyyülün inkiĢafı (reproduktiv formadan yaradıcıya doğru). 

-BaĢqa  adamlarla  dialoji  nitqin  və  eqosentrik  nitqin  inkiĢafı, 



daxili nitqə keçid. 

-Məfhumların inkiĢafı (3-5 yaĢlarında sözlər cisim və hadisələri 

əvəz edən yerlik kimi, 6-7 yaĢlarında sözlərin əĢyaların mühüm 

əlamətini bildirməsi – konkret məfhumlar). 

-Təfəkkürün  əməliyyataqədərki  səviyyədə  (Piaje)    inkiĢafı,  təd-

ricən əməliyyat səviyyəsinə keçid. 

-Cins üzvlərinə, uĢaqların doğulmasına maraq: 



 

 

 



452 

 

 a)psixoseksual inkiĢafın fallik mərhələsi (3-4 yaĢda); 



 b)Edip kompleksinin formalaĢması və qarĢısının alınması. 

-TəĢəbbüskarlığın,  məqsədəyönəliĢliyin,  fəallığın  formalaĢması, 

müstəqilliyin, 

neqativ 


inkiĢaf 

gediĢində 

passivliyin, 

yamsılamağa meylin formalaĢması 

-Məktəbə hazırlığın formalaĢması. 

 

 



Özünü yoxlamaq üçün sual və tapĢırıqlar 

 

1.

 

Yeni  doğulmuĢ  uĢağın  xüsusiyyətləri  haqqında 

danıĢın. 

2.

 

Canlanma kompleksi nədir və nə vaxt baĢ verir? 



3.

 

Erkən  uĢaqlıq  dövrünün  fərqləndirici  xüsusiyyətləri 

hansılardır? 

4.

 

Bağça  yaĢı  dövründə  uĢaqların  ümumi  inkiĢafından 

danıĢın. 

5.

 

UĢağın psixi inkiĢafında oyunun rolunu izah edin. 



6.

 

Bağça yaĢı dövründə uĢaqlarda idrak prosesləri və nitq 

necə inkiĢaf edir? 

7.

 

UĢağın məktəbə psixoloji hazırlıq Ģərtləri hansılardır? 

 

 

Referat, məruzə və müstəqil tədqiqat üçün 



mövzular. 

 

1.

 

Bir yaĢından üç yaĢına qədər dövrdə nitqin inkiĢafı. 



2.

 

UĢaqların məktəbə psixoloji hazırlığında fərdi-fərqlər. 



3.

 

Bağça yaĢlı uĢaqlarda təxəyyül və təfəkkürün inkiĢafı. 



4.

 

Müxtəlif  oyun,  təlim  və  əmək  tapĢırıqlarının  bağça 

yaĢlı uĢaqların psixi inkiĢafına təsiri. 

 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə