Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə137/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   ...   133   134   135   136   137   138   139   140   ...   197

 

 

 



453 

 

Ədəbiyyat 



 

Həmzəyev M.Ə. Ailədə uĢaqların oyunlarına rəhbərlik. – 

Bakı, 1965 



Qədirov Ə.Ə.  YaĢ psixologiyası. – Bakı, 2002 

Vozrastnaə  i  pedaqoqiçeskaə  psixoloqiə.  Xrestomatiə.  –

M., 2001, s. 11-61 

Qreys  Krayq   Psixoloqiə razvitiə. –Piter, 2002,  s. 207-

243    


Mayers D. Psixoloqiə. – M., 2001, s. 124-157 

Muxina V.S.  Detskaə psixoloqiə. – M., 1985, s.221-261 

Zaporojeü A.V.   Ġzbrannıe psixoloqiçeskie trudı. V 2-x 

T. – M., 1986, t.1.s.52-99;154-215 



Glğkonin  D.B.    Detskaə  psixoloqiə.  –  M.,  1960,  s.138-

293 


Glğkonin D.B.  Psixoloqiə iqrı. – M., 1978, s.151-168 


 

 

 



454 

 

 



2 0 - c i   F Ə S Ġ L  

KĠÇĠK MƏKTƏBLĠLƏRĠN PSĠXĠ ĠNKĠġAFI  

 

 

 

Qısa xülasə  

 

 

UĢağın məktəb həyatının ilk dövrünün psixoloji xüsusiyyətləri. 

Kiçik məktəb yaĢının baĢlanğıcı və sonu ilə əlaqədar olaraq özünü göstərən 

psixoloji  dəyiĢiklik.  Məktəbə  daxil  olmaqla  əlaqədar  uĢağın  qarĢılaĢdığı 

problemlər.  UĢağın  öz  həyat  tərzində,  gün  rejiminə,  onu  əhatə  edənlərlə 

münasibətindəki  dəyiĢikliklərin  zəruriliyi,  intensiv  əqli  iĢ  zamanı  kiçik 

məktəblilərin tez yorulmasının səbəbləri.  



Kiçik  yaĢlı  məktəblilərdə  idrak  proseslərinin  inkiĢafı.  Ġdrak 

proseslərinin  qeyri-ixtiyaridən  ixtiyari  tənzimlənməyə  çevrilməsi.  Kiçik 

yaĢlı  məktəblilərdə  qavrayıĢın,  diqqətin,  hafizənin,  təfəkkürün,  təxəyyülün 

və nitqin inkiĢaf xüsusiyyətləri. 



Kiçik  məktəblilərdə  hisslərin,  iradə  və  xarakterin  inkiĢafı. 

Hisslərin  inkiĢaf  xüsusiyyətləri.  Hisslərin  az  davamlılığı  və  keçiciliyi. 

UĢaqların öz hisslərini gizləməkdə çətinlik çəkmələri. Ali hisslərin təzahürü 

xüsusiyyətləri. Ġradənin formalaĢması və ona təsir edən amillər. Xarakterin, 

Ģəxsiyyətin bəzi əlamətlərinin formalaĢması.  

 



 

 

 



455 

 

 



VI.20.1. UĢağın məktəb həyatının ilk dövrünün  

psixoloji xüsusiyyətləri 

 

Kiçik məktəb yaĢının baĢlanğıcı və sonu ilə əlaqədar 

özünü  göstərən  psixoloji  dəyiĢiklik.  Kiçik  məktəb  yaĢı  6-10 

yaĢı  əhatə  edir.  Bu  dövrün  baĢlıca  xüsusiyyətləri-uĢağın 

məktəbli  olması,  əsas  fəaliyyətini  təlim  fəaliyyəti  təĢkil 

etməsindən  ibarətdir.  Bu  dövrdə  inkiĢafetdirici  oyunlar 

təlimdən  sonra  ikinci  yeri  tutur.  Bu  dövr  bir  növ  keçid  dövrü 

olub,  məktəbəqədər  dövrün  xüsusiyyətləri  ilə  məktəblinin 

xüsusiyyətlərini  birləĢdirir.  ġəxsiyyətin  bir  çox  psixi 

xüsusiyyətlərinin  əsası  məhz  bu  dövrdə  qoyulur.  Məktəbə 

təzəcə  daxil  olduğu  vaxt  rastlaĢdığı  çətinliklər  kiçik  məktəb 

yaĢının sonunda aradan qalxmıĢ olur, təlim fəaliyyəti oyundan 

tamamilə fərqli xüsusiyyətlərini əldə edir.  

Məktəbə  təzəcə  daxil  olan  uĢaq  bir  sıra  problemlərlə 

qarĢılaĢır.  O,  artıq  Ģagirddir.  Buna  görə  də  Ģagirdlər  üçün 

nəzərdə  tutulan  qaydalara  əməl  etməli,  həmiĢə  eyni  vaxtda 

zənglə  sinfə  girib  sinifdən  çıxmalı,  bütün  dərs  ərzində  sakit 

oturmalı, sinifdən çıxmaq və ora daxil olmaq üçün müəllimdən 

icazə almalı, onun bütün tələb və göstəriĢlərini yerinə yetirməli 

olur.  Bunlarla  yanaĢı  olaraq  uĢağın  ünsiyyət  sahəsi  geniĢlənir, 

tamamilə  yeni  adamlarla:  müəllimlər  və  həmyaĢıdları  ilə 

rastlaĢır, onlarla birgə fəaliyyət zamanı ünsiyyətə girməli olur. 

Müəllim  onun  yeni  nüfuz  sahəsinə  çevrilir.  Tədricən  sinif 

kollektivində qarĢılıqlı münasibətlər formalaĢır. Bütün bunlara 

uĢaqlar  asanlıqla  alıĢa  bilmirlər.  Burada  uĢağın  məktəbə  psi-

xoloji hazırlığından çox Ģey asılı olur. 



UĢağın 

həyat 

tərzi 

və 

münasibətlərindəki 

dəyiĢikliyin  zəruriliyi.  Məktəb  təcrübəsi  göstərir  ki,  məktəbə 

yeni  daxil  olmuĢ  uĢaq  öz  həyat  tərzində,  gün  rejimində,  onu 

əhatə  edənlərlə  münasibətində  dəyiĢiklik  etmədən  məktəb 



 

 

 



456 

 

həyatına  uyğunlaĢa  bilmir.  Ona  görə  də  məktəb  həyatı  uĢaq 



üçün cansıxıcı olur, bu vəziyyətdən çıxmaqda çətinlik çəkir. Bu 

cür çətinliklərin aradan qaldırılması və uĢağın öz həyat tərzi və 

münasibətlərində dəyiĢiklik etməsi iĢində müəllimlərin üzərinə 

ciddi vəzifələr düĢür. Müəllimin qayğıkeĢ yanaĢması bu prose-

sin asanlıqla keçməsinə səbəb olur. 

Məktəbə  təzəcə  gələn  uĢaqların  qarĢılaĢdıqları 

çətinliklərdən  biri  də  ondan  ibarətdir  ki,  ilk  dəfə  olaraq 

məktəbdə  həyata  keçirməli  olduqları  dərinləĢmiĢ  məhsuldar 

əqli  iĢ  onlardan  hövsələ,  emosiyalarını  saxlaya  bilmək,  təbii 

hərəki fəallığı tənzim etməyi, diqqətini tədris məsələləri üzərin-

də  cəmləĢdirməyi  və  saxlaya  bilməyi  tələb  edir.  Lakin  kiçik 

məktəblilərin heç də hamısı bunlara əməl edə bilmirlər. Onlar-

dan çoxu asanlıqla və tez yorulurlar. 

Xüsusilə  birinci  sinfə  qəbul  olunmuĢ  uĢaqlar  öz 

davranıĢlarını  tənzim  etməkdə  çətinlik  çəkirlər.  Birinci  sinif 

Ģagirdlərinin çoxunda uzun müddət özünü eyni vəziyyətdə sax-

lamaq, özünü idarə etmək üçün iradi güc çatmır.  

Məktəbdə məĢğələ zamanı müəllim uĢaqlara suallar ve-

rir,  onları  fikirləĢməyə  məcbur  edir.  Eyni  iĢ  ailədə  də  təkrar 

olunur.  Valideyn  uĢaqdan  ev  tapĢırıqlarını  yerinə  yetirməyi 

tələb edir. Bu cür gərgin əqli iĢ uĢaqları asanlıqla yorur. Psixo-

loqlar  bunun  səbəbini  uĢağın  məhz  əqli  iĢdən  yorulması  ilə 

deyil,  fiziki  özünütənzimi  həyata  keçirə  bilməmələri  ilə  izah 

edirlər. 

 

VI.20.2. Kiçik yaĢlı məktəblilərdə idrak proseslərinin    

inkiĢafı 

 

Kiçik  məktəb  yaĢı  dövründə  məktəbə  daxil  olmaqla 



əlaqədar  idrak  prosesləri  möhkəmlənir  və  inkiĢaf  edir. 

L.S.Vıqotskinin  fikrincə bu  proseslər kiçik məktəb  yaĢının so-

nunda  “təbii”  proseslərdən  “mədəni”  proseslərə  çevrilməlidir, 





Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə