Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə139/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   ...   135   136   137   138   139   140   141   142   ...   197

 

 

 



460 

 

məktəbdə  təlim  prosesində  uĢaqlara  xüsusi  Ģəkildə  mnemik 



tərzlər  öyrədildikdə  məntiqi  hafizənin  məhsuldarlığı  xeyli 

yüksəlir. 

Məktəbə  təzə  gələn  uĢaqlar  ən  çox  parlaq,  emosional 

təəssürat  yaradan  materialı  yaxĢı  yadda  saxlamağa  daha  çox 

meylli  olurlar.  Sonrakı  siniflərdə,  xüsusilə  IV  sinifdə  bu  hal 

əsasən aradan qalxmıĢ olur.  

Kiçik  məktəb  yaĢı  dövründə  uĢağın  həyat  təcrübəsi  və 

biliyinin  artması  nəticəsində  onda  təxəyyülün  inkiĢafı  üçün 

əlveriĢli  Ģərait  yaranır.  Bununla  belə  kiçik  məktəb  yaĢının 

əvvəllərindən  uĢaqların  təxəyyül  surətləri  hələ  də  az  davamlı 

olub, qavrayıĢa əsaslanmaqda davam edir.  

Bərpaedici 

təxəyyül 

kiçik 


yaĢlı 

məktəblinin 

fəaliyyətində həlledici rol oynamağa baĢlayır, təlim materialını 

mənimsəməsini asanlaĢdırır. 

Ə.Əlizadənin  tədqiqatları  göstərmiĢdir  ki,  kiçik  mək-

təblilərin  təxəyyülü,  hər  Ģeydən  əvvəl,  emosional  xarakter 

daĢıyır. Onda hisslərin, bədii əsərlərin təsiri altında daha parlaq 

təxəyyül  surətləri  yaranır.  Kiçik  məktəblinin  təxəyyülü 

müəyyən əyani vasitəyə istinad etmədikdə, o, təsvir edilən ha-

disəni  aydın  təsəvvür  edə  bilmir.  Kiçik  məktəblilər  baharda 

baharı, qıĢda qıĢı təsvir edən mətnləri daha  yaxĢı mənimsəyir. 

Çünki bu zaman təxəyyül Ģagirdin xarici aləmdən aldığı  yeni, 

parlaq və canlı təəssüratdan daha səmərəli Ģəkildə istifadə edir.  

Kiçik  məktəb  yaĢı  dövründə  təfəkkür  də  özünəməxsus 

xüsusiyyətlərə  malik  olur.  Ġlk  dövrlər  əyani-əməli  təfəkkür 

özünü göstərsə də əyani-obrazlı təfəkkürə keçid baĢ verir, sözlü 

məntiqi təfəkkürün inkiĢafı üçün müvafiq Ģərait yaranır. 

Kiçik 


məktəb 

yaĢının 


əvvəllərində 

hələ 


də 

ümumiləĢdirmə və müqayisə zamanı zahiri əlamətlərə üstünlük 

verilir.  Getdikcə  mühüm  əlamətlər  üzrə  ümumiləĢdirmə  və 

müqayisəyə 

meyl 

artır. 


Kiçik 

yaĢlı 


məktəblilərdə 

mücərrədləĢdirmənin  perseptual  və  konseptual  səviyyəsi 

inkiĢaf edərək, onların idrak fəaliyyətində mühüm rol oynayır. 



 

 

 



461 

 

(Ə.Qədirov). 



Kiçik  məktəb  yaĢı  dövründə  uĢaqlarda  təfəkkürün 

keyfiyyətləri  inkiĢaf  edir.  Ə.Bayramovun  tədqiqatları 

göstərmiĢdir  ki,  əlveriĢli  Ģərait  yaradıldıqda,  hətta  I-II  sinif 

Ģagirdləri  idrak  obyektlərinin  mahiyyətini  anlaya  bilir,  oradan 

müəyyən nəticə çıxarmağa, səhvləri, uyğunsuzluqları tapmağı, 

onları törədən səbəblər barədə müəyyən mülahizələr söyləməyə 

qabil olurlar. Bununla belə kiçik məktəb yaĢlı uĢaqların hamısı 

eyni dərəcədə müstəqil və tənqidi düĢünə bilmirlər. 

Bu  sahədə  Ģagirdlər  arasında  bir  sıra  fərdi  fərqlər  özünü 

göstərir. 

Professor 

Ə.Bayramovun 

tədqiqatları 

kiçik 


məktəbliləri  təfəkkürün  tənqidiliyinin  inkiĢaf  xüsusiyyətlərinə 

görə aĢağıdakı qruplara ayırmağa imkan vermiĢdir: 

1)  heç  bir  təhrik  olmadan  tənqidi  düĢünən  Ģagirdlər.  Bu 

cür Ģagirdlər heç bir təhrik olmadan, müstəqil Ģəkildə öz idrak 

obyektlərinə  tənqidi  yanaĢır  və  buradakı  qüsurları, 

uyğunsuzluqları görə bilirlər. 

2)  qismən  təhriklə  tənqidi  düĢünən  Ģagirdlər.  Bu  cür 

Ģagirdə sadəcə olaraq idrak obyektində qüsur və ya çatıĢmazlıq 

olduğunu dedikdə onu asanlıqla müəyyənləĢdirə və düzəldə bi-

lir. 


3)  tam  təhriklə  tənqidi  düĢünən  Ģagirdlər.  Bu  cür 

Ģagirdlər  yalnız  onlara  nədə  səhv  etdiklərini  bildirdikdə 

qüsurları müəyyənləĢdirə və aradan qaldıra bilirlər. 

4)  heç  cür  təhriklə  belə  tənqidi  düĢünə  bilməyən  Ģa-

girdlər.  Bu  cür  Ģagirdlərdə  təfəkkürün  ümumi  inkiĢafı  aĢağı 

səviyyədə olur. 

Kiçik  məktəb  yaĢı  dövründə  nitqin  bütün  istiqamətləri 

üzrə  inkiĢaf  baĢ  verməklə  yanaĢı  məktəblilər  ilk  dəfə  olaraq 

oxu  vərdiĢlərinə  və  yazılı  nitqə  yiyələnməyə  baĢlayırlar. 

ġagirdlərin  düzgün  yazı  vərdiĢlərinə  yiyələnmələrinin  əsası 

məhz bu dövrdən baĢlanır. Psixoloji tədqiqatlar göstərmiĢdir ki, 

kiçik məktəblilər düzgün  yazı vərdiĢlərinə  yiyələnərkən bəzən 

ilk  dövrlər  yalnız  təsadüfi,  zahiri  formal  əlamətə  görə 



 

 

 



462 

 

ümumiləĢdirmə aparmağa meyl göstərirlər ki, bu da generaliza-



siya  hadisəsi  ilə  nəticələnir.  Təlim  prosesində  müqayisəli  iĢə 

geniĢ yer verilməsi bu kimi halların aradan qaldırılmasına im-

kan verir (M.Ə.Həmzəyev). 

ġagirdlər  qrammatik  və  orfoqrafik  qaydalara  yiyələn-

dikdə  onlarda  həm  Ģifahi,  həm  də  yazılı  nitq  inkiĢaf  edib 

zənginləĢir.  

 

 

VI.20.3. Kiçik məktəblilərdə hisslərin, iradə və xarak-



terin inkiĢafı 

 

Məktəbə  daxil  olmaqla  əlaqədar  uĢaqda  bir  sıra  yeni, 



mürəkkəb və ziddiyyətli hisslər özünü göstərməyə baĢlayır. Bu 

hisslər  uĢağın  yeni  vəziyyəti  ilə  bağlı  olur.  Məktəbə  yenicə 

gəlmiĢ uĢaqlar bir sıra hissi hallar, təəssüratlar keçirirlər: onlar 

fəxr  edirlər  ki,  artıq  məktəblidirlər,  “böyük”  olmuĢlar.  Eyni 

zamanda  məktəbə  təzə  gələn  uĢaqlar  bəzi  həyəcanlı  anlar  da 

keçirməyə  baĢlayırlar:  “Görəsən  məktəbdə  necə  olacaq? 

TapĢırıqları  yerinə  yetirə biləcəkmi? YoldaĢları, müəllim necə 

olacaq? və s. 

Bütün  bunlarla  yanaĢı  olaraq  mühitin,  təlim  və 

tərbiyənin  təsiri  altında  uĢaqlarda  bir  sıra  müsbət  hisslər 

yaranmağa baĢlayır. Təlimdə qazandığı ilk müvəffəqiyyət uĢa-

ğı sevindirir. 

Kiçik  məktəb  yaĢlı  uĢaqlarda  hisslər  az  davamlı  və 

keçici  olur.  Onların  hissləri  asanlıqla  bir-birini  əvəz  edir.  Bu 

dövrdə uĢaqlar öz hisslərini gizlətməkdə çətinlik çəkirlər. 

Kiçik  məktəb  yaĢının  sonuna  doğru  uĢaqların  hissləri 

nisbətən davamlı xarakter daĢımağa baĢlayır. 

Bu  dövrdə  uĢaqlarda  zehni,  əxlaqi  və  estetik  hisslər  də 

özünəməxsus  Ģəkildə  inkiĢaf  edir.  UĢaqda  hər  Ģeyi  bilməyə, 

öyrənməyə  həvəs,  təlim  zamanı  rast  gəldiyi  çətinliyi  aradan 






Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə