Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə14/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   10   11   12   13   14   15   16   17   ...   197

 

 

 



41 

 

xüsusi yer tutur. O, hələ 60-cı illərdən dərsliklərin hazırlanma-



sında  yaxından  iĢtirak  edir.  Professor  Y.ġ.Kərimovla  birlikdə 

hazırladığı  «Ġlk  addımlar»  dərs  vəsaiti  özünün  psixoloji 

məzmununa görə diqqəti cəlb edir.  

1964-cü  ildə  nəĢr  olunmuĢ  «Psixologiya»  dərsliyinin 

müəlliflərindən  biri  də  professor  Ə.Ə.Əlizadədir.  Professor 

Ə.Ə.Əlizadə  professor  Ə.S.Bayramovla  birlikdə  çox  səmərəli 

fəaliyyət göstərmiĢ, Azərbaycan psixologiya elminin inkiĢafına 

önəmli xidmət etmiĢlər. «Psixologiya» (1989), «Sosial psixolo-

giyanun  aktual  məsələləri»  (1986),  «Sosial  psixologiya» 

(1976),  «Sosial  psixologiya»  (2003)  və  digər  əsərlər  onların 

birgə fəaliyyətinin məhsuludur. 

Ə.Ə.Əlizadənin  yaradıcılığında  ailə  tərbiyəsi,  ailə  prob-

lemləri daha dolğun Ģəkildə araĢdırılmıĢdır.  Professor A.N.Ab-

basovla  birlikdə  hazırladıqları  «Ailə»  dərsliyi  pedaqoji 

ictimaiyyət  tərəfindən  müstəsna  xidməti  olan  əsər  kimi  qəbul 

olundu. 


Ə.Ə.Əlizadənin  psixoloq  kadrlarının  hazırlanmasında  da 

əvəzsiz rolu olmuĢdur. Onun aspirant və dissertantları müxtəlif 

istiqamətli mövzularda namizədlik dissertasiyaları müdafiə et-

miĢlər.  Professor  Ə.Ə.Əlizadə  indi  də  fəaliyyətini  uğurla  da-

vam etdirir. 

80-ci  illərin  ortalarından  baĢlayaraq  SSRĠ-də  psixologi-

yanın praktik istiqamətdə inkiĢafına xüsusi yer ayrıldı. Təbii ki, 

Azərbaycanda da bu istiqamətə diqqət yetirilməyə baĢlandı. 80-

ci illərin sonuna yaxın məktəbə psixoloji xidmət sahəsində fəa-

liyyətə  baĢlandı.  Aydındır  ki,  fəaliyyət  üçün  ixtisaslı  psixoloq 

kadrlarına  ehtiyac  yarandı.  Ġlk  dövrlər  problem  iĢləyən 

müəllimlərin  ixtisasdəyiĢməsi  yolu  ilə  həll  olundu. 

Respublikamız  müstəqillik  qazandıqdan  sonra  yüksək  ixtisaslı 

psixoloq kadrlarının hazırlanması zərurəti yarandı. 

90-cı  illərin  əvvəllərindən  baĢlayaraq  Bakı  Dövlət 

Universitetində,  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetində, 

Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar 



 

 

 



42 

 

Universiteti) 



psixologiya 

fakültələri  fəaliyyətə  baĢladı. 

GörülmüĢ iĢlər tədricən öz bəhrəsini verməyə baĢladı. 

Ġndi Azərbaycanda həm elmi psixologiya, həm də praktik 

psixologiya  özünün  inkiĢafının  yeni  bir  mərhələsinə  qədəm 

qoyur. 


20  ildən  artıq  bir  müddətdə  Azərbaycanda  psixologiya 

üzrə  doktorluq  dissertasiyası  müdafiə  olunmadı.  1996-cı  ildə 



Ərəstun Təriş oğlu Baxşəliyev «XX əsrdə Azərbaycanda psixo-

loji fikrin inkiĢafı» mövzusunda doktorluq dissertasiyası müda-

fiə etdi.  Azərbaycanda psixologiya tarixi üzrə görkəmli mütə-

xəssis  Ə.BaxĢəliyev  1973-cü  ildə  «Sovet  Azərbaycanında 

psixologiyanın  inkiĢaf  tarixindən»  mövzusunda  namizədlik 

dissertasiyası müdafiə etmiĢdir.  

Ə.BaxĢəliyev xüsusilə Azərbaycanda elmi psixologiyanın 

təĢəkkül  tapmasından  sonrakı  dövrün  öyrənilməsinə  diqqət 

yetirmiĢ, təhlillər aparmıĢdır. O hazırda ADPU-da yaĢ və peda-

qoji psixologiya kafedrasına rəhbərlik edir. 

Respublikamızın müstəqillik qazanmasıyla digər sahələr-

də olduğu kimi, elm və təhsil sahəsində də islahatlar aparılması 

zərurəti  yarandı.  Bu  isə  psixologiya  elmində  də  yeni 

istiqamətli,  praktik  əhəmiyyət  kəsb  edən  problemləri 

aktuallaĢdırdı.  Bu  istiqamətdə  ilk  addım  atan  psixoloqların 

sırasında ilk növbədə professor Səməd İsmayıl oğlu Seyidovun 

adını qeyd etmək lazımdır. 1986-cı ildə Leninqrad Dövlət Un-

iversitetinin  psixologiya  fakültəsini  bitirən  S.Seyidov  1989-cu 

ildə  namizədlik,  1995-ci  ildə  isə  doktorluq  dissertasiyası 

müdafiə edir.  

Hazırda Azərbaycan Dillər Universitetinin rektorudur. 

S.Ġ.Seyidov  təĢkilati,  ictimai  iĢlərlə  yanaĢı,  Azərbaycan 

Respublikası üçün yeni bir sahə olan menecment psixologiyası 

üzrə aparılan ciddi tədqiqatların müəllifidir. Bununla yanaĢı, o, 

kadr hazırlığı sahəsinə də önəmli yer verir. Onun rəhbərliyi ilə 

namizədlik  dissertasiyası  müdafiə  edən  gənc  alimlər  də  tədqi-

qatlarında  daha  çox  menecment  psixologiyası  kimi  vacib  bir 



 

 

 



43 

 

sahəyə diqqət yetirirlər. 



Azərbaycan  psixologiya  elminin  80-ci  illərdən  sonrakı 

inkiĢafında  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir 

üzvü,  professor  Bəxtiyar  Həmzə  oğlu  Əliyevin  özünəməxsus 

yeri  və  rolu  vardır.  O,  Moskva  Dövlət  Universitetini  bitirmiĢ 

azsaylı,  yüksək  ixtisaslı,  peĢəkar  psixoloqlardandır.  O,  ilk 

növbədə, rus psixologiya elminin nailiyyətlərinə istinad etmək-

lə  Azərbaycanda  da  yeni  istiqamətli  tədqiqatların  aparılmasını 

zəruri  hesab  edən  və  bu  yöndə  əməli  fəaliyyət  göstərən 

psixoloqlardandır.  1983-cü  ildə  MDU-nu  bitirdikdən  sonra 

Azərbaycan  Dövlət  Universitetində  əmək  fəaliyyətinə 

baĢlamıĢ,  1989-cu  ildə  namizədlik  dissertasiyası  müdafiə 

etmiĢdir.  1998-ci  ildə  doktorluq  dissertasiyası  müdafiə 

etdikdən  sonra  daha  ciddi  Ģəkildə  Azərbaycan  psixologiya  el-

minin inkiĢafına səy göstərmiĢdir. 

B.H.Əliyev Azərbaycan elmi psixologiyası üçün çox əhə-

miyyətli  olan,  lakin  nisbətən  az  iĢlənmiĢ  sosial  psixologiya 

üzrə tədqiqatların aparılmasına, monoqrafiya və  kitabların çap 

olunmasına  çalıĢır  və  bu  sahədə  Azərbaycan  elminə 

nailiyyətlər  qazandırır.  Onun  hüquq  psixologiyası  sahəsindəki 

tədqiqatları xüsusilə əhəmiyyətlidir. 

B.H.Əliyev  onlarla  aspirant  və  dissertanta  rəhbərlik 

etmiĢdir. 2005-ci ilin iyun ayında isə B.H.Əliyevin rəhbərliyilə 

G.K.Məmmədova  «Psixologiya  və  bədii  ədəbiyyatda  Ģəxsiy-

yətin  tipologiyası  problemi»  mövzusunda  doktorluq  disser-

tasiyası müdafiə etmiĢdir.  

B.H.Əliyev  eyni  zamanda  1999-cu  ildən  nəĢr  olunan 

«Psixologiya  jurnalı»nın  baĢ  redaktoru,  Bakı  Dövlət  Univer-

sitetinin  nəzdindəki  psixologiya  üzrə  dissertasiya  Ģurasının 

sədri, psixologiya kafedrasının müdiridir. 

2003-cü  ildə  Azərbaycan  psixologiya  elmində  az 

iĢlənmiĢ  bir  sahə  üzrə  –  dərinlik  psixologiyası  üzrə  doktorluq 

dissertasiyası  müdafiə  edən  İ.M.  Novruzlu  həm  özünün 

yaradıcılığında, həm də Azərbaycan psixologiya elmində uzun 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə