Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə141/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   137   138   139   140   141   142   143   144   ...   197

 

 

 



467 

 

Ģkolğnika. – M., 1977 



Nemov  R.S.  Psixoloqiə.  V  3-x  kn.,  kn.2  –  M.,  1998, 

s.209-218. 

 



 

 

 



468 

 

21-ci  FƏSĠL 



YENĠYETMƏLĠK YAġI DÖVRÜNÜN 

PSĠXOLOGĠYASI 

 

 

Qısa xülasə 

 

 



Yeniyetməlik  yaĢının  ümumi  xarakteristikası.  Yeniyetmə 

yaĢında  baĢ  verən  anatomik-fizioloji  dəyiĢiklik.  Psixoseksual  inkiĢafın 

xüsusiyyətləri. Cinsi, psixoloji və sosial yetkinlik. 

Yeniyetməlik  yaĢında  Ģəxsiyyətin  formalaĢması.  Ünsiyyət 

tələbatı:  yeniyetmələrin  yoldaĢları  və  dostları  ilə  qarĢılıqlı  münasibətləri. 

Yeniyetmənin  dostları  referent  qrup  kimi.  Oğlanlarla  qızların 

münasibətlərinin 

xüsusiyyətləri. 

Mənlik 


Ģüurunun 

xüsusiyyətləri. 

Yeniyetmələrin  əxlaqi  Ģüuru.  «YoldaĢlıq  məcəlləsi».  Əxlaqi  ideaların 

formalaĢması və özünütərbiyə. 



Yeniyetmələrdə yaĢlılıq hissi və meylinin formalaĢması. YaĢlılıq 

hissinin  və  meylinin  xüsusiyyətləri.  Yeniyetmələrin  yaĢlılarla  qarĢılıqlı 

münasibəti.  Onlarla  yaĢlılar  arasında  ixtilafların  yaranması,  səbəbləri. 

KiĢilik və qadınlıq haqqında etalon və stereotiplərin mənimsənilməsi. 



Yeniyetmələrin 

təlim 

fəaliyyəti. 

Yeniyetmələrin 

təlim 

fəaliyyətinin  xüsusiyyətləri.  Yeniyetmələrin  təlimə,



 

müəllim


  və 

tədris 


fənlərinə münasibəti. Ġdrak proseslərinin inkiĢafı. 

 

 



 

VI.21.1.Yeniyetməlik yaĢının ümumi xarakteristikası 

 

Yeniyetmə  yaĢı  10-11  yaĢdan  14-15  yaĢa  qədər  olan 



vaxtı əhatə edir. Bu dövr bir il tez və ya gec baĢlaya və qurtara 

bilər.  Bu  dövrdə  həmyaĢıdları  ilə  intim-Ģəxsi  ünsiyyət 

yeniyetmələrin aparıcı fəaliyyəti olur.  

Bu dövrdə aparıcı fəaliyyətlə yanaĢı olaraq təlim, ictimai-

təĢkilati, idman, bədii, əmək fəaliyyəti də özünə xüsusi yer tu-



 

 

 



469 

 

tur.  Həmin  ictimai-faydalı  fəaliyyət  növlərindən  istifadə 



etməklə  yeniyetmələrdə  sosial  cəhətdən  əhəmiyyətli  iĢlərdə 

Ģüurlu Ģəkildə iĢtirak etmək meyli baĢ qaldırır. Onlar müxtəlif 

qruplarda  qəbul  olunmuĢ  qarĢılıqlı  münasibət  normalarına 

uyğun  ünsiyyət 

yaratmağı  öyrənir,  öz 

«mən»lərini 

qiymətləndirmək bacarığına yiyələnirlər. 

Yeniyetməlik dövrünü “keçid”, “təhlükəli”, “dönüĢ” və s. 

dövrü də adlandırırlar. Həmin dövrdə oğlan və qızların fiziki və 

psixi inkiĢafında müxtəlif keyfiyyət dəyiĢmələri baĢ verir.  

Bununla  əlaqədar  olaraq  uĢaqlıqdan  yaĢlılığa  keçid 

həmin dövrün əsasını təĢkil edir.  

Bu yaĢ dövründə uĢaq orqanizminin bioloji yetkinləĢməsi 

yolunda  əsaslı  dəyiĢiklik  baĢ  verir.  Bədənin  yuxarı  və  aĢağı 

ətraf  sahələrində  sümüklər  əzələlərə  nisbətən  uzununa  daha 

sürətlə inkiĢaf  edir.  Ona görə də  yeniyetmənin xarici  görkəmi 

çox  qəribə  olur.  Bədənin  ətraf  hissələri  gövdəyə  nisbətən 

mütənasibliyini  itirir,  daha  uzun  görünür.  Boy  artımı  çox 

sürətlə gedir, bəzən bir il ərzində 8-10 sm artır. 

Məlum  olduğu  kimi  kiçik  yaĢlı  məktəblilərdə  boyun  və 

çəkinin  artması  əsasən  uyğun  Ģəkildə  gedir.  Düzgün  həyat  və 

qidalanma Ģəraitində yaĢayan kiçik məktəbli nə kök, nə də arıq 

görünmür.  Lakin  yeniyetməlik  yaĢının  baĢlanğıcından  (10-

11yaĢ)  bu  mütənasiblik  kəskin  Ģəkildə  dəyiĢir.  Yeniyetmənin 

çəkisinin və boyunun artmasında sıçrayıĢ baĢ verir. 

Mövcud  ədəbiyyatdan  məlum  olduğu  kimi,  9-10  yaĢ 

arasında oğlanlarda boy artımı təxminən 4,4 sm olduğu halda, 

11 yaĢında bu artım 5,3 sm, 12 yaĢında – 6,1 sm-ə, 13 yaĢında - 

4,7  sm-ə,  14  yaĢında  –  7,2  sm-ə,  15  yaĢında  –  6,2  sm-ə  çatır. 

Rəqəmlərdən göründüyü kimi, oğlanlarda ən yüksək boy artımı 

13-14 yaĢ arasında baĢ verir. 

Qızlarda  isə  boyun  artımı  daha  tez  baĢlayır  və  həmin 

artım tez də aĢağı düĢür. 9 yaĢlı qızlarda boy artımı 3,8 sm, 10 

yaĢda – 6,21 sm, 11 yaĢda – 7,17 sm, 12 yaĢda – 5,43 sm,  13 

yaĢında  təxminən  6  sm-ə  çatır.  Bu  zaman  artım  əvvəlki  illərə 



 

 

 



470 

 

nisbətən  az  olsa  da  qənaətbəxĢdir.  14  yaĢında  boy  artımı  3,7 



sm-ə,  15  yaĢında  isə  2,3  sm-ə  enir.  Rəqəmlərdən  göründüyü 

kimi, boy artımı qızlarda oğlanlara nisbətən tez baĢlasa da, so-

nradan əsaslı Ģəkildə aĢağı düĢür. 

Çəkinin  artmasına  gəldikdə  bu  dövrdə  o  boyun 

artmasından  geri  qalır.  9  yaĢlı  oğlanların  çəkisi  orta  hesabla 

26,3 kq, 10 yaĢda – 29,0 kq (artım 2,7 kq), 11 yaĢda – 32,1 kq 

(artım 3,1 kq), 12 yaĢda – 36,0 kq (artım – 3,9 kq), 13 yaĢda – 

39,2 kq (artım – 3,2 kq), 14  yaĢda – 45,5 kq (artım – 6,3 kq), 

15  yaĢda  –  51,9  kq  (artım  –  5,4  kq)  olur.  Rəqəmlərdən 

göründüyü  kimi,  yeniyetməlik  dövründə  oğlanlarda  çəkinin 

artması  qeyri-bərabər  Ģəkildə  gedir.  13  yaĢında  çəkinin  artımı 

aĢağı düĢür. 

Qızlarda da çəkinin artması təxminən eyni Ģəkildə gedir. 

9  yaĢlı qızların çəkisi  təxminən 25,28  kq, 10  yaĢda –  28,3  kq, 

11  yaĢda – 32,0 kq, 12  yaĢda – 36,97 kq, 13  yaĢda – 41,9 kq, 

14 yaĢda – 47,5 kq, 15 yaĢda – 50,6 kq-a bərabər olur. Qızlarda 

çəkinin ən az artımı 10 və 11 yaĢda özünü göstərir.  

 Bu  dəyiĢiklik  xüsusilə  cinsi  yetiĢmənin  baĢlanmasında 

özünü  göstərir.  UĢaqlara  nisbətən  yeniyetmələrin  siması 

dəyiĢir, böyüklərə yaxınlaĢmıĢ olur. 

Əzələ kütləsi və əzələ  gücü artır, nəticədə  yeniyetmənin 

fiziki  imkanı  da  artır.  Yeniyetməyə  elə  gəlir  ki,  onun  hər  bir 

Ģeyə gücü çatar. 

Yeniyetmənin psixoseksual inkiĢafında xüsusi dəyiĢiklik 

baĢ verir. Bu dövrdə cinsi yetiĢmənin baĢlanması bir növ cinsi 

yetkinlik üçün baĢlanğıc rolunu oynayır. Bununla yanaĢı olaraq 

psixoloji  yetkinliyin,  eləcə  də  sosial  yetkinliyin  baĢ  verməsi 

üçün  müvafiq  Ģərait  yaratmıĢ  olur.  Yeniyetmələrdə  sərvət  sis-

temi  dəyiĢir:  ailə,  məktəb,  həmyaĢıdları  yeni  məna  və 

əhəmiyyət kəsb etməyə baĢlayır. 

 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə