Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə142/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   138   139   140   141   142   143   144   145   ...   197

 

 

 



471 

 

VI.21.2. Yeniyetmə yaĢında Ģəxsiyyətin formalaĢması 

 

Ünsiyyət  tələbatı.  Yeniyetmə  yaĢında  Ģəxsiyyətin 

formalaĢmasında əsaslı dəyiĢiklik baĢ verir. Görkəmli psixoloq 

K.Levinin  fikrincə  keçid  yaĢı  olan  yeniyetməlik  dövründə 

mühüm  proseslərdən  biri  onları  istiqamətləndirən  Ģəxsiyyətin 

həyati  aləminin,  ünsiyyət  sahəsinin,  qrup  mənsubluğu  və 

insanların  tiplərinin  geniĢlənməsindən  ibarətdir.  Burada 

yeniyetmədə  ünsiyyət  tələbatının  meydana  gəlməsi  xüsusi  rol 

oynayır.  Bu  dövrdə  yoldaĢları  ilə  ünsiyyət  səyi,  həmyaĢıdlar 

kollektivinə  meyl  son  dərəcə  aydın  təzahür  edir.  Ünsiyyət 

fəaliyyətinin  obyekti  həmyaĢıdlardan  ibarət  olur.  Yeniyetmə 

ünsiyyət  fəaliyyəti  prosesində  ictimai-əxlaqi  münasibət 

normalarını mənimsəyir. 

Yeniyetmə  yaĢında  həmyaĢıd  uĢaqların  psixoloji  inte-

lektual  cəhətdən  bir-birinə  uyğunlaĢmasını  asanlaĢdıran  Ģərait 

yaranır. Yeniyetmə yaxınlıq dərəcəsinə görə yoldaĢın üç tipini 

müəyyənləĢdirir:  sadəcə  olaraq  yoldaĢ,  yaxın  yoldaĢ  və  Ģəxsi 

dost. 

Yeniyetmənin  yaxın  yoldaĢları və dostları ilə ünsiyyəti 



sadəcə  olaraq  təlim  fəaliyyəti  hüdudları  ilə  məhdudlaĢmır, 

həyatının  bir  çox  sahələrini  əhatə  edir.  Yeniyetmələrin 

həmyaĢıdları  ilə  ünsiyyəti  təlimə  olan  münasibəti  ikinci  plana 

keçirir.  Hətta  yoldaĢları  ilə  ünsiyyətə  nisbətən  doğma  adam-

larla ünsiyyətin rolu xeyli azalır. Yeniyetmə belə hesab edir ki, 

həmyaĢıd uĢaqlarla münasibətlər onun Ģəxsi münasibətidir, heç 

kəsin buna qarıĢmağa haqqı yoxdur. Ona görə də yeniyetmənin 

dostları onun üçün referent qrupa çevrilir. 

Yeniyetmənin  ünsiyyət  fəaliyyətinin  mühüm  sahə-

lərindən birini də “oğlan-qız” tipli münasibətlər təĢkil edir. Bu 

dövrdə oğlan və qızlar bir-birilə maraqlanmağa baĢlayırlar. On-

larda  bir-birinin  xoĢuna  gəlmək  arzusu  yaranır.  Bununla  belə 

kiçik  yeniyetməlik  dövründə  oğlan  və  qızların  davranıĢı  hələ 



 

 

 



472 

 

ambivalent  xarakter  daĢıyır:  onlar  bir  tərəfdən,  bir-biri  ilə 



maraqlanır,  digər  tərəfdən  isə  xüsusiləĢməyə  meyl  edirlər. 

Tədricən bu cür xüsusiləĢmə meyli aradan qalxır. 



Yeniyetmələrin  mənlik  və  əxlaqi  Ģüuru.  Kiçik 

məktəblidən  fərqli  olaraq  yeniyetmədə  özünə,  öz  Ģəxsi 

həyatına,  Ģəxsiyyətinin  xüsusiyyətlərinə  maraq  yarandıqda, 

özünüqiymətləndirmə  tələbatı,  özünü  baĢqaları  ilə  müqayisə 

etmə  meyli  əmələ  gəlir.  Nəticədə  yeniyetmə  özü  üçün  öz 

“mən”ini  bir  növ  kəĢf  edir.  Mənlik  Ģüurunun  formalaĢmağa 

baĢlaması  və  sonrakı  inkiĢafı  yeniyetmənin  bütün  psixi 

həyatına,  onun  təlim  fəaliyyətinin  xarakterinə,  ətrafdakılara 

münasibətinə  öz  təsirini  göstərir.  Yeniyetmənin  mənlik 

Ģüurunun  formalaĢması  onun  öz  davranıĢını,  mənəvi 

keyfiyyətlərini,  xarakter  və  qabiliyyətlərini  dərk  etməsi  ilə 

baĢlayır.  Ġlk  dövrlərdə  yeniyetmənin  mənlik  Ģüurunun  əsasını 

baĢqa  adamların  mülahizələri  təĢkil  edir.  YaĢ  artdıqca  yeni-

yetmə  özünün  Ģəxsiyyətini  müstəqil  təhlil  etməyə  və 

qiymətləndirməyə baĢlayır.  

Bu  dövrdə  yeniyetmələr  öz  müstəqilliklərini  qoruyub 

saxlamağa  çalıĢmaqla  refleksiya  əsasında  mənlik  Ģüurlarını, 

«mən»  obrazını,  «real»  və  «ideal  mənin»  əlaqəsini  forma-

laĢdırır və inkiĢaf etdirirlər. 

Bütün  bunlarla  yanaĢı  olaraq  yeniyetmələrdə  özünü-

qiymətləndirmə  və  özünəmünasibətin  formalaĢması  baĢ  verir. 

Mövcud  psixoloji  ədəbiyyatda  yeniyetmələrin  özünü-

qiymətləndirmələrinin aĢağıdakı tipləri qeyd olunur: 

1.Uşağın  «özünüqiymətləndirməsi»    ananın  verdiyi 

qiymətin birbaşa təkrarı kimi özünü göstərir. Adətən uĢaqlar 

özlərində birinci növbədə valideynlərinin onlar haqqında qeyd 

etdikləri  kefiyyətləri  görürlər.  Əgər  valideynlər  tərəfindən  ne-

qativ surət təlqin olunur və uĢaq bu nöqteyi nəzəri qəbul edirsə, 

onda  özünün  yararsızlıq,  pislik  hissinə  üstün  gəlməsinə  qarĢı 

davamlı  neqativ  münasibət  formalaĢır.  UĢağın  ailədən  kənar 

sosial təmas dairəsinin məhdudluğu valideyninin güclü nüfuzu 



 

 

 



473 

 

sayəsində  verdiyi  qiymət  onun  üçün  yeganə  daxili 



özünüqiymətləndirməsinə çevrilir. 

Bu  cür  özünüqiymətləndirmənin  ciddi  qüsuru  ondan 

ibarətdir ki, (əgər pozitiv xarakter daĢısa belə) ciddi qüsurlarla 

nəticələnə  bilir.  Bu  zaman  uĢağın  özünə  qarĢı  stabil  pozitiv 

münasibətini  təmin  edə  biləcək  daxili  Ģəxsi  kriteriyaların 

yaranmasına mane olur. 

2.  Ziddiyyətli  komponentlərdən  ibarət  olan  qarışıq 

özünüqiymətləndirmə.  Bu  bir  tərəfdən  müvəffəqiyyətli  sosial 

qarĢılıqlı  təsir  təcrübəsi  sayəsində  yeniyetmədə  formalaĢan 

özünün  «mən»  obrazı,  ikinci  tərəfdən,  valideynin  uĢağı  necə 

qiymətləndirməsi ilə bağlı formalaĢır. Bu zaman «mən» obrazı 

ziddiyətli xarakter daĢıyır. 

3. Yeniyetmə valideynlərinin onun haqqında dediklərini 



xatırlayır,  lakin  ona  başqa  qiymət  verir.  O,  tərsliyi  xarakter-

sizlik kimi qəbul etmir. Belə ki, bu yaĢda olan yeniyetmə üçün 

böyüklərin onu bəyənməsi vacibdir. Lakin eyni zamanda onlara 

qulaq  asmaq  öz  müstəqilliyini,  «mən»ini  itirməsini  bildirir. 

Həmin  konflikti  valideynlərin  tələblərinə  cavab  verməyin 

mümkünsüzlüyü  və  öz  «mən»ini  saxlaması  kimi  hiss  etməsi 

yeniyetmənin 

özünü 


«pis», 

lakin 


güclü 

kimi 


qiymətləndirməsinə gətirib çıxarır. 

4.  Yeniyetmə  valideynlərinin  fikrinə  qarşı  mübarizə 

aparır,  lakin  bununla  belə  özünü  həmin  sərvətlər 

çərçivəsində  qiymətləndirir.    Bu  kimi  hallarda  yeniyetmə 

özünüqiymətləndirmə  zamanı  valideynlərinin  real  qiymətini 

deyil, ideal gözləmələrini nəzərdə tutur. 

5.  Yeniyetmə  özünüqiymətləndirmə  zamanı  valideyn-



lərinin onun haqqında neqativ fikirlərini qəbul edir, eyni za-

manda bildirir ki, o elə bu cür də olmaq istəyir. Valideynlərin 

tələblərinin  bu  cür  rədd  edilməsi  ailədə  olduqca  gərgin 

münasibətlərin yaranmasına gətirib çıxarır. 

 6.  Yeniyetmə  valideynlərinin  neqativ  qiymətini 



görmür,  hiss  etmir.  Gözlənilən  qiymət  özünüqiymətləndir-


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə