Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə143/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   ...   139   140   141   142   143   144   145   146   ...   197

 

 

 



474 

 

mədən  xeyli  yüksək  olur.  Halbuki  valideynlərin  real  qiyməti 



neqativ  xarakter  daĢıyır.  Valideynləri  tərəfindən  real  Ģəkildə 

rədd olunduğunu qəbul etməyən yeniyetmə öz mənlik Ģüurunda 

valideyn  münasibətlərini,  əgər  o,  valideynlərinin  sevimlisi 

olsaydı  onların  münasibətlərinin  necə  ola  biləcəyi  formasında 

dəyiĢdirir. 

Yeniyetməlik yaĢında əxlaqi şüurun inkiĢafı da baĢ ve-

rir.  bu  dövrdə  əxlaqi  Ģüurun  formalaĢmasında  yaĢlılarla 

müxtəlif  fəaliyyət  növlərində  qarĢılıqlı  əlaqəsi  mühüm  rol 

oynayır. Yeniyetmələrdə əxlaqi Ģüurun formalaĢmasında Ģagird 

kollektivinin də müstəsna rolu vardır. 

Yeniyetmənin əxlaqi Ģüurunda iki yeni xüsusiyyət mey-

dana çıxır: 1) bu dövrdə ictimai davranıĢla bağlı norma və qay-

dalar,  insanların  bir-birilə  qarĢılıqlı  münasibətilə  bağlı  norma-

lar diqqət mərkəzində olur; 2) yeniyetmədə təsadüfi təsirlərdən 

asılı  olmayaraq  nisbətən  sabit  əxlaqi  görüĢlər,  hökmlər  və 

qiymətlər əmələ gəlib özünün xüsusiyyətləri ilə təzahür etməyə 

baĢlayır.  

Psixoloqlar  belə  bir  qənaətə  gəlmiĢlər  ki,  yeniyetməlik 

yaĢı  dövründə  özünəməxsus  «əxlaq  məcəlləsi»  əmələ  gəlir 

(Ə.Ə.Əlizadə). Bu «məcəllə» onların yoldaĢlıq münasibətlərini 

tənzim etdiyi üçün onu «yoldaĢlıq məcəlləsi» adlandırırlar. Bu 

«məcəlləyə»  gorə  yoldaĢ  yoldaĢının  hörmətini  saxlamalı, 

qayğısına  qalmalı,  müdafiə  etməlidir.  Professor  Ə.Əlizadənin 

qeyd  etdiyi  kimi,  hörmət,  qayğı,  müdafiə  anlamlarının 

yeniyetmələr  üçün  öz  yozumu,  öz  mənası,  öz  təfsiri  var.  Bu 

yozuma  görə  dərs  vaxtı,  imtahan  zamanı  yoldaĢ  yoldaĢa 

Ģpalqalka  ötürməlidir,  nəyin  bahasına  olur-olsun  onun  tərəfini 

saxlamalıdır. «yoldaĢlıq məcəlləsində» məhz bu cür sərt «sanq-

siyalar» əsas yer tutur.  

Yeniyetmələrdə  əxlaqi  ideallar  formalaĢmağa  baĢlayır. 

Bu  ideallar  güclü  motiv  kimi  yeniyetmənin  özünütərbiyəsinə, 

öz qüsurlarını aradan qaldırmasına təkan verir. 



 


 

 

 



475 

 

VI.21.3. Yeniyetmələrdə yaĢlılıq hissi və meylinin  



formalaĢması 

 

Yeniyetməlik  dövründə  diqqəti  cəlb  edən  cəhətlərdən 



biri də bu dövrdə yaĢlılıq hissinin və meylinin formalaĢmasıdır. 

Yeniyetmənin özünüdərketməsi nəticəsində onun Ģəxsiyyətində 

keyfiyyətcə irəliləyiĢ baĢ verir.  Ona  görə də  yeniyetmə özünü 

artıq uĢaq deyil, yaĢlı hesab edir və onda belə bir tələbat əmələ 

gəlir  ki,  ətrafdakılar  onlara  uĢaq  kimi  deyil,  yaĢlı  adam  kimi 

yanaĢsınlar.  Bununla  əlaqədar  olaraq  yeniyetmə  müstəqilliyə 

meyl  edir.  Lakin  bu  dövrdə  uĢağın  müstəqilliyə  artan  tələbatı 

ilə  bu  müstəqilliyi  həyata  keçirmək  imkanları  arasında 

ziddiyyət  yaranır.  Bu  cür  ziddiyyətin  yaranmasında  çox  vaxt 

böyüklər  xüsusi  rol  oynayır.  Belə  ki,  böyüklər  yeniyetməni 

hələ  də  uĢaq  hesab  edir  və  ona  həmin  tələblərlə  yanaĢır.  Belə 

olduqda  yeniyetmə  bir  növ  böyüklərə  öz  etirazını  bildirir.  Bu 

zaman  böyüklər  yeniyetməyə  qarĢı  öz  münasibətini  dəyiĢmə-

dikdə  uĢaq  da  müxtəlif  yolla  ona  qarĢı  durur.  Bu  cür  ixtilaf 

yeniyetmənin  sözə  baxmamasına,  böyüklərə  qarĢı  durması 

hallarına gətirib çıxarır. 

Yeniyetməlik  dövründə  yaĢlılıq  hissi  və  meylinin 

yaranması və formalaĢması müxtəlif amillərin təsiri altında baĢ 

verə bilər. 

YaĢlılıq hissinin yaranması birinci növbədə uĢağın fiziki 

inkiĢafındakı  dəyiĢikliklərlə  bağlı  olur.  UĢağın  xarici  görkəmi 

böyüklərin  xarici  görkəminə  oxĢamağa  baĢlayır.  Boyları, 

gücləri  artır.  Bu  dəyiĢikliyi  görən  və  özünü  böyüklərlə 

müqayisə edən yeniyetmədə yaĢlılıq meyli yaranmağa baĢlayır.  

YaĢlılıq  hissinin  öz  mənĢəinə  görə  sosial  xarakter 

daĢıdığını  da  qeyd  edirlər.  YaĢlı  adamlarla  birgə  fəaliyyət, 

onların etimadını qazanmaq uĢaqda obyektiv sosial yaĢlılıq sta-

tusunun yaranmasına, bu da öz növbəsində onun özü haqqında 

təsəvvürlərinin dəyiĢməsinə gətirib çıxarır. 

Yeniyetmələrdə  yaĢlılıq  hissinin  yaranmasında  onun 




 

 

 



476 

 

düĢdüyü referent qrup da müəyyən rol oynayır. Bu qrupda çox 



vaxt  yaĢca  böyük  uĢaqların  olması  və  onların  yeniyetməni 

qəbul etməsi yaĢlılıq hissini bir daha gücləndirir. 

YaĢlılıq  hissinin  inkiĢafında  yeniyetmənin  özü  üçün 

davranıĢ  etalonu  kimi  seçdiyi  nümunənin  əhəmiyyəti 

böyükdür.  Oğlanların  formalaĢan  kiĢi  idealının  məzmununda 

“əsil kiĢayə” xas olan keyfiyyətlər yer tutmağa baĢlayır. Bu cür 

keyfiyyətlərə  bir  tərəfdən  qüvvət,  iradə,  digər  tərəfdən 

dostluğa,  yoldaĢlığa  sədaqət  aid  olur.  Yeniyetmə  oğlanlar 

baĢqa  adamları  və  özünü  qiymətləndirərkən  məhz  həmin  key-

fiyyətləri  əsas  götürürlər.  Yeniyetməlik  dövründə  qızların  da 

sərvət  meylləri  əsaslı  Ģəkildə  dəyiĢir.  Onların  davranıĢ  və 

rəftarlarında qadınlıq haqqındakı etalon və stereotiplər mühüm 

rol oynamağa baĢlayır.  

 

VI.21.4. Yeniyetmələrin təlim fəaliyyəti və onlarda  



idrak proseslərinin inkiĢafı 

 

Yeniyetmələrin  təlim  fəaliyyəti  kiçik  məktəblilərdən  bir 



sıra  xüsusiyyətlərinə  görə  fərqlənir.  Hər  Ģeydən  əvvəl,  onlarla 

bir  müəllim  deyil,  bir  neçə  müəllim  məĢğul  olmağa  baĢlayır. 

Adətən,  çox  vaxt  həmin  müəllimlər  öz  davranıĢ,  ünsiyyət 

üslublarına,  eləcə  də  dərsi  aparma  tərzlərinə  görə  bir-

birlərindən  fərqlənirlər.  Ayrı-ayrı  müəllimlər  yeniyetmənin 

qarĢısına  müxtəlif  tələblər  qoyurlar.  Bu  isə  yeniyetmələri  hər 

bir yeni müəllimə fərdi olaraq uyğunlaĢmağa məcbur edir. Bu-

nunla  yanaĢı  olaraq  yeniyetməlik  yaĢı  dövründə  ayrı-ayrı 

müəllimlərə  fərqləndirici  münasibət  özünü  göstərməyə 

baĢlayır.  Yeniyetmələr  bəzi  müəllimləri  sevir,  bəzilərindən 

zəhlələri gedir, bəzilərinə qarĢı isə laqeyd olurlar.  

Yeniyetmələr  ciddi,  lakin  ədalətli,  uĢaqlara  xoĢ  müna-

sibət bəsləyən, materialı maraqlı və aydın izah edən, Ģagirdləri 

düzgün  qiymətləndirən,  hamıya  eyni  xeyirxah  münasibət 

bəsləyən, demokratik ünsiyyət üslubuna malik olan müəllimləri 





Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə