Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə146/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   142   143   144   145   146   147   148   149   ...   197

 

 

 



484 

 

Gənclik  yaĢı  dövrünün  baĢlanması  və  sonu  haqqında 



müxtəlif  fikirlər  irəli  sürülmüĢdür.  Bunlardan  daha  çox  qəbul 

edilən  14-15  yaĢdan  21  yaĢa  qədər  olan  dövrdür.  Psixoloqlar 

həmin  dövrün  iki  mərhələni  keçdiyini  qeyd  edirlər:  ilkin 

gənclik  (15-17  yaĢ)  və  yetkin  gənclik  (18-21  yaĢ).  Bəzi 

mütəxəssislər yetgin gəncliyə 18-25 yaĢ dövrünü aid edirlər.  

Gəncliyi  sadəcə  olaraq  bioloji  yaĢın  müəyyən  həddə 

çatması kimi xarakterizə etmək olmaz. Gənclərin formalaĢması 

həm  bioloji,  həm  psixoloji,  həm  psixoseksual,  həm  də  sosial 

amillərin  təsiri  altında  baĢ  verir.  Bunların  içərisində  gənclərin 

bir  Ģəxsiyyət  kimi  formalaĢmasında  sosial  -  psixoloji  amillər 

xüsusi  yer  tutur.  Ona  görə  də  gəncliyi  sosial-psixoloji  hadisə 

kimi qeyd etmək olar.  

Bioloji  baxımdan  gənclik  orqanizmi  fiziki  cəhətdən 

əsaslı surətdə dəyiĢir və onun inkiĢafı əsasən tamamlanır.  

Psixoloji  baxımdan  gənclər  artıq  öz  “mən”lərini, 

imkanlarını  dərk  edir,  idrak  fəaliyyətləri  və  dünyagörüĢləri 

geniĢ əhatəli olur.  

Psixoseksual 

baxımdan 

cinsi 


yetiĢmə 

əsasən 


tamamlanmıĢ  olur,  psixoseksual  davranıĢ  sosial  normalara 

uyğunlaĢır. 

Sosial 

baxımdan  gənclər  ictimai  münasibətlər 



qovuĢuğunda 

həmin 


münasibətləri 

mənimsəməklə 

sosiallaĢırlar. 

Nəticədə 

bu 

dövrdə 


gənclər 

ictimai 


münasibətlərin  məcmuu  kimi,  sosial  varlıq  kimi  yetiĢir,  həyat 

hadisələrinə fəal mövqedən yanaĢırlar. 

Bütövlükdə,  götürdükdə,  gənclik  dövründə  Ģəxsiyyət 

biososial-psixoloji 

varlıq 

kimi 


formalaĢır. 

Gənclərin 

davranıĢında  təĢəbbüskarlıq,  prinsipiallıq,  məsuliyyətlilik 

yüksəlir.  Onların  intellektual  fəaliyyətində,  qabiliyyətlərinin 

inkiĢafında  əsasən  irəliləyiĢ,  sosial-psixoloji  varlıq  kimi 

formalaĢma baĢ verir.  

 

 



 

 

 



485 

 

VI.22.2. Ġlk gənclik yaĢında Ģəxsiyyətin inkiĢafı 

 

Ġlk  gənclik  yaĢında  Ģəxsiyyətin  inkiĢafı  məktəb  yaĢı 



dövrü  üçün  ən  yüksək  səviyyəyə  qalxır.  Bu  dövrdə  həqiqi 

yaĢlılığa real keçid baĢ verir. Burada böyüklük hissinin yüksək 

səviyyədə  formalaĢması  və  ünsiyyət  fəaliyyətinin  sürətli 

inkiĢafı  mühüm  rol  oynayır.  Böyük  məktəblilərin  ünsiyyət 

fəaliyyətində  onların  daxil  olduqları  sinif  kollektivinin, 

valideynlərin rolu artır.  Bu dövrdə ünsiyyət fəaliyyətində kol-

lektivin  ictimai  rəyi  xüsusi  yer  tutur.  Böyük  məktəblilər  sinif 

və  məktəb  kollektivinin  onlara  verdikləri  qiymətə  və  rəyə 

həssas  yanaĢır,  öz  fəaliyyətlərində  onları  nəzərə  alırlar.  Bu 

dövrdə  valideynlərlə  ünsiyyət  də  istənilən  nəticəni  verir.  Ailə 

tərbiyəsi  düzgün  təĢkil  edildikdə  böyük  məktəblilərin 

valideynləri ilə ünsiyyətləri də müsbət istiqamətə yönəlir, onlar 

bu  ünsiyyətə  can  atırlar.  Burada  valideynlərin  öz  övladlarını 

baĢa 


düĢmələri, 

onlarla 


ünsiyyətdə 

avtokratiklikdən 

uzaqlaĢmaları,  demokratik  mövqe  tutmaları  lazımi  nəticə  verə 

bilir.  


Ġlk  gənclik  dövründə  yeniyetmələrin  ünsiyyətlərindəki 

emosionallıq  aydın  təzahür  edir.  Onlar  ünsiyyətin  gediĢinə 

özlərinin  münasibətlərini  emosional  cizgilərlə  təzahür 

etdirirlər. 

Böyük  məktəblilərin  ünsiyyət  fəaliyyətinin  inkiĢafında 

yoldaĢlıq  münasibəti  mühüm  rol  oynayır.  Gənclər  öz 

yoldaĢlarında  yüksək  əqli  və  əxlaqi  keyfiyyətlərin  olmasını 

arzulayırlar.  Bu dövrdə  yoldaĢlıq hissi ilə  yanaĢı dostluq hissi 

də  inkiĢaf  edir,  mürəkkəbləĢir  və  davamlılığı  ilə  fərqlənir.  Bu 

dövrdə yaranan dostluq uzun ömürlü olur. Ġlk gənclik dövründə 

dostluq  hissi  yeni  motivlərə  malik  olur.  Dostlar  bir-birinə 

yüksək  tələblər  verməyə  baĢlayırlar.  Psixoloqlar  bu  cür 

tələblərə  aĢağıdakıları  aid  edirlər.  Gənclərin  fikrincə  dost,  bi-

rinci növbədə səliqəli, sadiq, prinsipial olmalı, çətin anda dos-




 

 

 



486 

 

tunun  köməyinə  çatmalıdır;  ikincisi,  dostluq  onların  həyat  və 



fəaliyyətlərinin  bütün  sahələrini  əhatə  etməlidir;  üçüncüsü, 

onların dostluğu ən çox emosional olmalıdır, dost öz dostunun 

sevinc və kədərini onunla bölüĢdürməlidir.  

Ġlk  gənclik  dövründə  oğlanlarla  qızlar  arasındakı 

qarĢılıqlı  münasibətlərdə  də  əsaslı  dəyiĢiklik  baĢ  verir. 

Yeniyetməlikdən  fərqli  olaraq  bu  dövrdə  oğlan  və  qızlar 

arasındakı  qarĢılıqlı  münasibətlər  xeyli  fəallaĢır.  YoldaĢlıq 

münasibətlərinin  sahəsi  geniĢlənir.  Xüsusilə  qızlarda  qarıĢıq 

dostluğa  tələbat  güclənir.  Ġlk  gənclik  yaĢının  əvvəllərindən 

baĢlayaraq  məktəblilərdə  məhəbbət  hissi  özünü  göstərməyə 

baĢlayır.  Ona  görə  də  cinslərarası  qarĢılıqlı  münasibətlər 

tərbiyə iĢinin əsas problemlərindən birinə çevrilir. 



Mənlik  Ģüurunun  inkiĢafı.  Ġlk  gənclik  dövründə 

məktəblilərdə böyüklük hissi yüksəlir. Məktəblilər özlərinin ar-

tan  imkanlarını  dərk  etməyə  baĢlayırlar.  Bütün  bunlar  həmin 

dövrdə  özünüdərketmə  meylinin  daha  sürətlə  inkiĢaf  etdiyini 

göstərir.  Bu  dövrdə  gənclər  özlərini,  öz  Ģəxsiyyətlərini  yaxĢı 

anlamağa baĢlayır, mənlik Ģüurları, özləri haqqında təsəvvürləri 

dəyiĢir.  Onlar  bir  növ  öz  mənlərini  dərk  edirlər.  bu  dövrdə 

məktəblilərdə  özünüdərketmənin  inkiĢafı  ilə  yanaĢı  mənlik 

Ģüurunun  məzmunu  da  dəyiĢir,  özləri  haqqında  təsəvvürləri 

artır.  Oğlan  və  qızlar  özlərinin  xarici  görkəmini,  simalarını 

tamamilə  yeni  Ģəkildə  qavramağa  baĢlayırlar.  Zahiri 

görkəmlərindəki kiçicik bir qüsur onları hədsiz dərəcədə nara-

hat 

edir. 


Ġlk 

gənclik 


dövründə 

gənclər 


özlərini 

qiymətləndirərkən  ayrı-ayrı  hərəkətlərini  təhlil  edir,  özləri 

haqqında  müəyyən  mühakimələr  yürüdürlər.  Yeniyetmələrdən 

fərqli  olaraq  böyük  məktəblilərdə  özünüqiymətləndirmə 

onların  öz  davranıĢ  və  fəaliyyətlərini  müstəqil  olaraq  təhlil 

etmək əsasında cərəyan edir. Ona görə də ilk gənclik dövründə 

özünüqiymətləndirmədə bir sıra uyğunsuzluqlar  özünü göstərə 

bilir.  


Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ilk gənclik 


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə