Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə147/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   143   144   145   146   147   148   149   150   ...   197

 

 

 



487 

 

dövründə ən mühüm psixoloji hadisə özünüdərketmənin və öz 



«mən»inin,  öz  Ģəxsiyyətinin  davamlı  obrazının  yaranmasıdır. 

Bu  dövrdə  özünüdərketmənin,  mənlik  Ģüurunun  inkiĢafı  bir 

neçə istiqamətdə baĢ verir. 

Birinci növbədə gənclərin öz daxili aləmləri açılır.  Gənc 

oğlan  və  qızlar  öz  emosiyalarını  ətrafda  baĢ  verən  hadisələrin 

doğurduğu  hal  kimi  deyil,  öz  «mən»inin  vəziyyəti  kimi 

qavramağa  baĢlayırlar.  Öz  xüsusiyyətlərini,  baĢqalarına 

oxĢamamalarını hiss etmək baĢ verir, eyni zamanda təklik hissi 

özünü göstərir. 

Tədricən, həyata keçirilə bilən bütün arzuları və çox vaxt 

həyata  keçirilə  bilməyən  idealları  əsasında  bir  neçə  az  və  ya 

çox real fəaliyyət planlarını hazırlamağa baĢlayır və bunlardan 

birini  seçməli  olurlar.  Gənclərin  həmin  həyati  planları  onların 

bütün  özünütəyin  sahələrini:  mənəvi  simalarını,  həyat 

tərzlərini,  iddia  səviyyələrini,  peĢə  və  həyatda  öz  yerlərini 

seçmələrini  əhatə  edir.  Öz  məqsədlərini,  həyati  niyyətlərini, 

həyati  planlar  qurmalarını  dərk  etmələri  onların  özlərini  dərk 

etmələrinin, mənlik Ģüurlarının mühüm elementini təĢkil edir. 

Bunlarla  yanaĢı  olaraq  bu  dövrdə  gənclərdə  özləri  haq-

qında  tam  təsəvvür  formalaĢır.  Ġnsanın  özünə  münasibəti,  bi-

rinci  növbədə  onun  öz  bədəninin  xüsusiyyətlərini,  xarici 

görkəmini, cəlbediciliyini dərk etməsi, sonra isə özünün əxlaqi-

psixoloji,  əqli,  iradi  keyfiyyətlərini  dərk  etməsi  əsasında 

yaranır. Gənclərin özünüqiymətləndirməsi çox vaxt ziddiyyətli 

olur. 

Müxtəlif  fəaliyyət  növlərində  əldə  edilmiĢ  nəticələrin 



təhlili,  onun  haqqında  baĢqa  adamların  fikirləri  və 

özünümüĢahidə,  özünün  keyfiyyət  və  qabiliyyətlərini  təhlil 

etmək  sayəsində  gənclərdə  özünəhörmət  kimi  ümumiləĢmiĢ 

münasibət yaranır. 

Ġlk  gənclik  dövründə  iddia  səviyyəsinin  yüksəlməsi 

özünü qeyri-real yüksək qiymətləndirməyə gətirib çıxara bilir. 



Əxlaqi  Ģüurun  inkiĢafı.  Ġlk  gənclik  dövründə  mənlik 


 

 

 



488 

 

Ģüuru  ilə  yanaĢı  əxlaqi  Ģüurun  inkiĢafında  da  əsaslı  dəyiĢiklik 



baĢ  verir.  Bu  dövr  yeni  əxlaq  səviyyəsinə  -  konvensional 

əxlaqa  keçidlə  xarakterizə  olunur  (L.Kolberq).  Psixoloqlar  bu 

cəhəti  onunla  izah  edirlər  ki,  uĢaq  öz  inkiĢafı  prosesində 

əvvəlcə  əxlaqi  davranıĢın  “xarici”  normalarına  istinad  edir. 

Böyüklərin  onu  cəzalandırmasından  yaxa  qurtarmaq,  onlar 

tərəfindən  rəğbətləndirilmək  üçün  özünü  yaxĢı  aparır, 

hərəkətlərinin  böyüklər  tərəfindən  necə  qarĢılanacağını  əsas 

götürürlər.  Lakin  inkiĢafın  sonrakı  mərhələsində  Ģagirdlərdə 

əxlaqi davranıĢın “xarici” norma və qaydaları daxili - əqli pla-

na keçir. Ona görə də bu dövrdə böyük məktəblilər onlar üçün 

əhəmiyyətli  olan  adamlar  tərəfindən  bəyənilmək  və  müəyyən 

qaydanı  gözləmək  tələbatının  təsiri  altında  özlərini  yaxĢı 

aparmağa  çalıĢırlar.  Buradan  isə  aydın  olur  ki,  bu  dövrdə 

məktəblilər  hələ  də  xarici,  formal  əlamətləri  əxlaqi  tələblərin 

mənbəi  kimi  qavrayırlar.  Tədricən  psixi  inkiĢafın  yüksəlməsi 

ilə  bağlı  olaraq  böyük  məktəblilərdə  dərkolunmuĢ  əxlaqi 

prinsiplər təĢəkkül tapmağa baĢlayır. Əxlaqi davaranıĢ konkret 

Ģəraitin  və  ayrı-ayrı  Ģəxslərin  təsirindən  azad  olur.  Oğlan  və 

qızlar avtanom əxlaqa malik olur.  

Müasir  gənc  oğlan  və  qızlarda  həyatın  özü  əvvəlki  on 

illiklərindən  fərqli  psixologiyanın  formalaĢmasına  səbəb 

olmuĢdur.  Bununla,  əlaqədar  olaraq  gənclərin  əxlaqi-etik 

problemlərə  münasibəti  də  dəyiĢmiĢdir.  Bu  sahədə  gənclərin 

daha cəsarətli baxıĢları özünü göstərir.  

Müasir gənc oğlan və qızların bir sıra əxlaqi anlayıĢlara 

münasibəti  dəyiĢmiĢdir.  Məsələn,  «ədalətlilik»  anlayıĢı  artıq 

gənclər  tərəfindən  əvvəllər  baĢa  düĢülən  stereotip  Ģəklində  – 

«ədalətlilik  odur  ki,  heç  kimin  arasında  fərq  qoyulmasın» 

Ģəklində  qavranılmır.  Müasir  böyük  məktəblilər  ədalətliliyi 

«hər  kəsdən  imkanlarına  görə  və  hər  kəsə  gördüyü  iĢə  və  ya 

insanların  ümumi  rifahı  üçün  verdikləri  real  töhvəyə  görə» 

yanaĢmaqda görürlər. 

Müasir gənclərin təmizlik, saflıq, düzgünlük kimi əxlaqi 



 

 

 



489 

 

anlayıĢlara  münasibətləri  də  dəyiĢmiĢdir.  Bu  anlayıĢlar,  bir 



tərəfdən yaĢ artdıqca böyük məktəblilər üçün öz əbədi roman-

tikliyini  itirir,  digər  tərəfdən,  gənclər  tamamilə  real  mövqeyə 

əsaslanır və adamların: valideynlərin, müəllimlərin, yoldaĢların 

və  dostların  həqiqi  hərəkətləri  bundan  asılı  olaraq 

qiymətləndirilir.  Bu  prinsip  daha  aydın  Ģəkildə  böyük 

məktəblilərin  öz  müəllim  və  valideynlərinə  münasibətlərində 

təzahür edir. Gənc oğlanlar və qızlar onları həmin cəhətə görə 

daha çox qiymətləndirir və qəlbən sevirlər. Bu hal kiçik məktəb 

yaĢı və yeniyetməlik dövründə özünü göstərmir. 

Psixoloji  tədqiqatlar  göstərmiĢdir  ki,  gənclik  dövründə 

məktəblilər  borc,  Ģərəf,  Ģəxsi  qürur  hissi,  vicdan,  təvazökarlıq 

kimi mürəkkəb əxlaqi kateqoriyaların mahiyyətini dərk edirlər. 

Bununla  belə  onlar  həmin  anlayıĢların  Ģərhi  zamanı,  eləcə  də 

əxlaqi davranıĢı həyata keçirərkən bəzi qüsurlara yol verirlər.  

Ümumiyyətlə götürdükdə, orta məktəbi qurtaran oğlan və 

qızların  əksəriyyəti  özlərini  praktik  olaraq  əxlaqi  cəhətdən 

formalaĢmıĢ,  yetgin  və  kifayət  qədər  davamlı  əxlaqa 

yiyələnmiĢ adam kimi göstərirlər. Bu isə qabiliyyətlər, motivlər 

və xarakter əlamətləri ilə yanaĢı Ģəxsiyyətin dördüncü mühüm 

yenitörəməsi kimi özünü göstərir. 

 

 

VI.22.3. Böyük məktəblilərin təlim fəaliyyəti və idrak 

proseslərinin inkiĢafı 

Ġlk  gənclik  dövründə  təlim  fəaliyyətinin  ümumi 

xarakteristikası. Ġlk gənclik dövründə təlim fəaliyyəti bir sıra 

xüsusiyyətlərinə  görə  məktəb  yaĢının  əvvəlki  dövrlərindən 

fərqlənir.  Bu  dövrdə  təlim  fəaliyyəti  həm  məzmun,  həm  də 

formaca  yeni  xüsusiyyətlər  kəsb  edir.  Təlim  fəaliyyətinin 

məzmununa  yeni anlayıĢlar sistemi daxil olur. Onlar özlərinin 

əhatəliyinə görə əvvəlkilərdən fərqlənir. Mücərrəd anlayıĢların 

miqdarı  artır.  Yeni  fənlərin  və  bilik  sahələrinin  öyrənilməsi 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə