Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə15/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   11   12   13   14   15   16   17   18   ...   197

 

 

 



44 

 

illər  qadağan  olunmuĢ  psixoanalizin  yenidən  tədqiqat 



obyektinə çevrilməsində mühüm addım atdı. 1979-cu ildə Tbi-

lisi  Ģəhərində  «Sözdüzəldici  prosesin  psixoloji  əsasları» 

mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən sonra 

nitq  inkiĢafı,  rus  dilinin  mənimsənilməsi  sahəsində  maraqlı 

tədqiqatlar aparmıĢdır. 

Azərbaycan  psixologiya  elminin  inkiĢafında  Təhsil 

Prblemləri  Ġnstitutu Psixologiya və  yaĢ fiziologiyası Ģöbəsinin 

müdiri Ramiz Ġbrahim oğlu Əliyevin özünəməxsus rolu vardır. 

R.Əliyev  1985-ci  ildə  Kiyev  Ģəhərində  «Kiçik  məktəbli 

Ģəxsiyyətinin  formalaĢmasında  ictimai  fəallığın  rolu»  mövzu-

sunda namizədlik, 2004-cü ildə BDU-da  «ġagird Ģəxsiyyətinin 

formalaĢmasının etnopsixoloji əsasları» mövzusunda doktorluq 

dissertasiyası müdafiə etmiĢdir. Pedaqoji psixologiya və etnop-

sixologiya  üzrə  tədqiqatlar  aparır.  «ġagird  Ģəxsiyyətinin 

formalaĢmasında milli xüsusiyyətlərin nəzərə alınması» (1995), 

«ġəxsiyyət və onun formalaĢmasının 

etnopsixoloji  əsasları»  (2000)  adlı  monoqrafiyaları,  Psixolo-

giya  (2003),  «Psixologiya  tarixi»  (2006)  dərs  vəsaitləri  çap 

olunmuĢdur.  O,  Azərbaycan  Respublikası  Prezidenti  yanında 

Ali Attestasiya Komissiyası Ekspert ġurasının üzvüdür. 

Azərbaycan psixologiya elminin inkiĢafında M.ġ. Əbdülov, 

R.M. Rəsulov, C.A. Təhmasib, T.Ə. Mustafayev, A.U. Məmmə-

dov  və  baĢqaları  mühüm  rol  oynamıĢlar.  T.Ə.  Mustafayev 

ədəbi  yaradıcılıq,  M.ġ.  Əbdülov  nitq  inkiĢafı,  R.M.  Rəsulov 

ikidilliliyin  psixoloji  xüsusiyyətləri,  A.U.  Məmmədov  hafizə, 

təlim  fəaliyyəti  sahəsində  tədqiqatlar  aparmıĢ,  əsərlər  çap 

etdirmiĢlər. 

Azərbaycan psixologiya elminin inkiĢafında Z.M. Mehdi-

zadə, Ġ.Ə. Seyidov və Q.E. Əziomvun xüsusi rolu olmuĢdur.  

Z. Mehdizadə daha çox məktəbəqədər yaĢlı uĢaqların psi-

xoloji  xüsusiyyətlərinin  öyrənilməsinə,  tədqiqinə  diqqət  yetir-

miĢdir. Onun 1982 və 1984-cü illərdə nəĢr etdirdiyi «UĢaq psi-

xologiyası» (I və II hissə) dərslikləri bu sahədə yazılmıĢ ən də-




 

 

 



45 

 

yərli əsərlərdəndir. Digər görkəmli Azərbaycan psixoloqu İ.Ə. 



Seyidov  1954-cü  ildə  namizədlik  dissertasiyası  müdafiə  etmiĢ, 

bundan  sonra  psixologiya  elminin  inkiĢafında  məhsuldar  və 

səmərəli fəaliyyət göstərmiĢdir.  

Ġ.Ə.  Seyidov  1959-cu  ildən  baĢlayaraq  Zaqafqaziya 

psixoloqlarının  elmi-nəzəri  konfranslarında,  Ümumittifaq  kon-

frans  və  simpoziumlarında  Azərbaycan  elmini  uğurla  təmsil 

etmiĢdir. 

Ġ.Ə. Seyidov professorlar Ə.Ə. Əlizadə və M.Ə. Həmzə-

yevlə  birlikdə  «Ümumi  psixologiya»  dərsliyini  (Bakı,  1982) 

Azərbaycan dilinə tərcümə etmiĢdir. 1976-cı ildə nəĢr olunmuĢ 

«Sosial  psixologiya»nın  müəlliflərindən  biri  də  Ġ.Ə.  Seyidov-

dur. 


Azərbaycan psixologiya elminin inkiĢafında Q.E. Əzimo-

vun da özünəməxsus,  əhəmiyyətli  rolu  olmuĢdur. 1954-cü  ildə 

Azərbaycan 

Dövlət 

Universitetinin 



məntiq-psixologiya 

Ģöbəsini  bitirən  Q.E.  Əzimov  1970-ci  ildə  namizədlik 

dissertasiyası müdafiə edir. O, 1987-1991-ci illərdə ADPU-da 

yaĢ  və  pedaqoji  psixologiya  kafedrasına  rəhbərlik  etmiĢdir. 

Q.E.  Əzimovun  «Psixi  inkiĢaf  və  tərbiyənin  müasir 

problemləri»  (Bakı,  2004)  adlı  tədris  vəsaiti  həm  onun  öz 

yaradıcılığında,  həm  də  Azərbaycan  psixologiya  elmində 

əlamətdar hadisə kimi qeyd olunur. 

Azərbaycan  psixologiya  elmi  özünün  yeni,  mühüm  bir 

dövrünə  qədəm  qoymuĢdur.  YaĢlı  nəslin  nümayəndələri  olan 

professor Ə.S. Bayramov, professor M.Ə. Həmzəyev, professor 

Ə.Ə. Əlizadə, gənc nəslin nümayəndələri – professor S.Ġ. Seyi-

dov,  B.H.  Əliyev  Azərbaycan  psixologiya  elminin  yeni  istiqa-

mətlərini müəyyənləĢdirməklə yanaĢı, özləri də səmərəli Ģəkil-

də elmi axtarıĢlarını davam etdirir, gənc kadrların hazırlanma-

sında iĢtirak edirlər. 

Bu  istiqamətlər  içərisində  etnopsixologiya  məsələləri 

xüsusilə diqqəti cəlb edir. Uzun illər yasaq olunmuĢ bu istiqa-

mətdə  aparılan  tədqiqatlar  içərisində  professor  Ə.S.  Bayramo-



 

 

 



46 

 

vun  «Etnik  psixologiya  məsələləri»  (Bakı,  1996),  ««Kitabi-



Dədə  Qorqud»  dastanında  etnik-psixoloji  xüsusiyyətlərin 

inikası» (Bakı, 2000), professor Ə.Ə. Əlizadənin «Azərbaycan 

etnopsixologiyasına  giriĢ»  (Bakı,  2003),  ««Xəmsə»də  yaĢ  və 

pedaqoji psixologiya məsələləri» əsərləri xüsusi yer tutur. 

Müasir dövrdə təhsilin humanistləĢdirilməsi və demokra-

tikləĢdirilməsi xüsusi aktuallıq  kəsb edir. Bu sahədə professor 

M.Ə.  Həmzəyevin  «YaĢ  və  pedaqoji  psixologiyanın  əsasları» 

(Bakı,  2000;  2003),  «Pedaqoji  psixologiya»  (Bakı,  1991) 

dərslikləri, professor Ə.Ə. Əlizadənin «Yeni pedaqoji təfəkkür: 

ideyalar,  problemlər.  Psixopedaqoji  araĢdırmalar»  (Bakı, 

2001), «Müasir Azərbaycan məktəbinin psixoloji problemləri» 

(Bakı, 1998) əsərləri diqqəti cəlb edir. 

Professor B.H. Əliyev sosial psixologiyanın aktual prob-

lemləri, hüquq psixologiyası, professor S.Ġ.Seyidov menecment 

psixologiyası sahəsində yeni istiqamətlər müəyyənləĢdirmiĢlər. 

Onların rəhbərliyi ilə bu sahələr üzrə axtarıĢlar davam et-

dirilir, gənc və perspektivli alimlər bu tədqiqatlara cəlb edilir.  

Hələ  həllini  gözləyən  çoxsaylı  problemlər  vardır  ki, 

onların  araĢdırılması  da  zəruridir.  Bunlar  hərbi  psixologiya, 

iqtisadiyyatın psixologiyası, siyasi psixologiya və sairəni əhatə 

edir.  Hesab  edirik  ki,  dünya  psixologiya  elminin  öyrənilməsi 

sahəsindəki  imkanlar  Azərbaycan  psixologiya  elminin 

inkiĢafına əsaslı təsir göstərəcəkdir. 

Azərbaycanda  psixoloji  fikrin,  elmi  psixologiyanın 

inkiĢaf tarixinin öyrənilməsi həm də xalqın həyat yolunun, ic-

timai-tarixi proseslərin, düĢüncə və təfəkkür tərzinin inkiĢafı və 

formalaĢmasının  öyrənilməsində  mühüm  əhəmiyyət  kəsb  edir. 

Bütün bunlar isə milli Ģüurun, milli özünüdərkin formalaĢması 

deməkdir. 

Hələ  vaxtilə  Sokrat  deyərdi:  «Özünü  dərk  et!»  Milli 

inkiĢaf isə özünüdərkdən keçir. 

 

 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə