Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə150/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   146   147   148   149   150   151   152   153   ...   197

 

 

 



497 

 

 



 

VI.23.1. ġəxsiyyətin formalaĢması tərbiyə 

psixologiyasının əsas problemi kimi 

 

Hər  bir  cəmiyyətdə  tərbiyə  həmin  cəmiyyətin  baĢlıca 



vəzifələrindən birini təĢkil edir. Müasir dövrdə gənc nəslin el-

mi  dünyagörüĢünə,  yüksək  əxlaqi  keyfiyyətlərə  malik  olan, 

mənəvi  zənginliyi,  əxlaqi  saflığı  və  fiziki  kamilliyi  özündə 

birləĢdirən  Ģəxsiyyət  kimi  tərbiyə  olunması,  formalaĢdırılması 

ən  vacib,  təxirəsalınmaz  bir  vəzifə  kimi  qarĢıda  durur.  Bu 

mühüm  vəzifənin  həyata  keçirilməsində  məktəb  və 

müəllimlərimiz həlledici mövqe tutur. 

Məktəblərimizin,  müəllim  və  tərbiyəçilərimizin  bu 

vəzifəni  müvəffəqiyyətlə  yerinə  yetirmələri  tərbiyə  prosesinin 

psixologiyası,  psixoloji  əsasları,  qanunauyğunluqları  haqqında 

biliklərdən çox asılıdır. Təsadüfi deyildir ki, şəxsiyyətin forma-

laşmasının  psixoloji  mexanizminin  öyrənilməsi  tərbiyə 

psixologiyasının başlıca vəzifəsi hesab olunur. 

ġəxsiyyətin  əxlaqi-iradi  sahəsinin,  əxlaqi  Ģüurunun, 

əxlaqi təsəvvür, anlayıĢ, prinsip və inamının, əxlaqi hisslərinin, 

adətlərinin,  baĢqa  adamlara,  cəmiyyətə,  əməyə  münasibətdə 

ifadə olunan davranıĢ tərzlərinin formalaĢmasının psixoloji me-

xanizmlərini  açmaqla,  tərbiyə  psixologiyası  böyüyən  gənc 

nəslin Ģəxsiyyətinin fəal Ģəkildə istiqamətləndirilməsi üçün im-

kan verir. 

ġagirdlərin tərbiyəvi təsir Ģəraitində psixi fəaliyyətlərinin 

qanunauyğunluqlarını,  məktəblilərin  özünütərbiyəsinin  psix-

oloji  əsaslarını  aĢkara  çıxarmaqla,  tərbiyə  psixologiyası 

Ģəxsiyyətin  keyfiyyətlərinin  formalaĢmasına  imkan  yaradan 

həmin təsirlərin mexanizmlərini də öyrənir. 

Tərbiyə  Ģəxsiyyətin  formalaĢmasına  yönəldilmiĢ  xüsusi 

fəaliyyət  sahəsidir.  Bu  prosesdə  daha  yaĢlı  nəsl  özünün 

təcrübəsini,  ehtiraslarını,  inamını  kiçik  nəslə  verir.  Tərbiyə 




 

 

 



498 

 

Ģəxsiyyətin  daxili  və  xarici  amillərin  təsiri  altında  baĢ  verən 



inkiĢafının  idarə  olunmasıdır.  Ona  görə  də  Ģəxsiyyətin  necə 

formalaĢması,  bu  prosesə  təsir  edən  amillər  diqqəti  birinci 

növbədə  cəlb  edən  cəhətlərdəndir.  Bu  baxımdan  ilk  növbədə 

nəyi tərbiyə etmək məsələsi, baĢqa sözlə Ģəxsiyyətin strukturu, 

əlamət və keyfiyyətləri, xassələrini dəqiqləĢdirmək lazım gəlir. 

Məlum  olduğu  kimi,  Ģəxsiyyət  hər  bir  keyfiyyəti  bir-biri  ilə 

ayrılmaz  Ģəkildə  bağlı  olan  bir  vahiddir.  Ona  görə  də 

Ģəxsiyyətin hər bir əlaməti baĢqa əlamətləri ilə əlaqəsindən asılı 

olaraq çox vaxt tamamilə fərqli xarakter daĢıyır,  özünəməxsus 

əhəmiyyət  kəsb  edir.  Ona  görə  də  tərbiyə  prosesində 

Ģəxsiyyətin  formalaĢmasının  bu  cür  cəhətlərinin  nəzərə 

alınması  zəruridir.  BaĢqa  sözlə,  insanı  hissə-hissə  deyil,  bir 

Ģəxsiyyət kimi tam halında tərbiyə etmək lazımdır. ġəxsiyyətin 

əlamət və keyfiyyətlərinin əlaqəsini, qarĢılıqlı təsir imkanlarını 

nəzərə  almadan  onun  düzgün,  məqsədəuyğun  formalaĢmasına 

nail olmaq mümkün deyildir. 



 

VI.23.2. Məktəb yaĢı dövründə Ģəxsiyyətin forma-

laĢmasının psixoloji Ģərtləri 

Tərbiyədən söhbət açarkən biz birinci növbədə  məktəbli 

Ģəxsiyyətinin  formalaĢması  haqqında  düĢünürük.  BaĢqa  sözlə, 

məktəbin  və  müəllimin  imkanları  dairəsində,  Ģəxsiyyətin 

formalaĢması  pedaqoji  psixologiyada  ən  zəruri  məsələ  kimi 

qarĢıda durur. Hələ məktəb yaĢının ilk günlərindən tərbiyə iĢin-

in  düzgün  qurulmaması,  pedaqoji baxımsızlığın  hökm  sürməsi 

Ģagird 


Ģəxsiyyətində 

arzu 


olunmayan 

keyfiyyətlərin 

formalaĢmasına gətirib çıxarır. Bu cür mənfi keyfiyyətləri ara-

dan qaldırmaq isə yenidəntərbiyə iĢi tələb edir ki, bu da əvvəl-

cədən yeni keyfiyyətləri formalaĢdırmaqdan qat-qat çətindir. 

Hər  Ģeydən  əvvəl  nəzərə  almaq  lazımdır  ki,  tərbiyə 

böyüməkdə  olan  nəslin  Ģəxsiyyətinin  formalaĢması  prosesinin 

idarə  olunmasından  ibarətdir.  Ona  görə  də  bu  proses  özünün 




 

 

 



499 

 

xüsusi  psixoloji mexanizminə  malikdir.  Bu  mexanizmi  nəzərə 



almadan  tərbiyə  iĢində  müvəffəqiyyət  qazanılacağı  barədə  dü-

Ģünmək  olmaz.  Burada  birinci  növbədə  tərbiyə  prosesinin 

mahiyyətini təĢkil edən və psixoloji nöqteyi-nəzərdən bir-birilə 

bağlı  olan  aĢağıdakı  cəhətlərə  diqqət  yetirmək  lazım  gəlir



tərbiyə  olunan  və  tərbiyə  edənin  xüsusiyyətləri,  onların 

qarşılıqlı  münasibətləri,  tərbiyənin  məqsədi,  tərbiyə  prose-

sində istifadə olunan yollar. Məhz buna görə də tərbiyə prose-

sini düzgün idarə edə bilmək üçün həmin cəhətlərin hər birinin 

xüsusiyyəti  nəzərə  alınmalıdır.  Yalnız  bu  zaman  tərbiyə 

prosesində  Ģəxsiyyətin  tələbatları,  maraq  və  meylləri, 

dünyagörüĢü, əqidə və idealları, qabiliyyət və xarakteri lazımi 

Ģəkildə formalaĢdırıla bilər. 

Tərbiyə  prosesində  biz  daima  inkiĢaf  edən,  keyfiyyətcə 

dəyiĢən  uĢaqlarla  iĢləməli  oluruq.  Tərbiyə  olunan  həmin 

uĢaqlar  özlərinin  Ģəxsiyyətlərinin  psixoloji  xüsusiyyətlərinə, 

tələbat  və  motivlərinə  görə  bir-birlərindən  fərqlənirlər.  Ayrı-

ayrı  yaĢ  dövrlərində  bu  fərqlər  müxtəlifləĢir  və  özünəməxsus 

tərbiyəvi  iĢ  tələb  edir.  Ona  görə  də  tərbiyə  prosesində 

müvəffəqiyyət  qazanmaq  üçün  birinci  növbədə  tərbiyə 

olunanların  yaĢ  və  fərdi  xüsusiyyətlərini  öyrənmək  və  nəzərə 

almaq lazımdır. 

Psixoloji tədqiqatlar göstərmiĢdir ki, Ģagird Ģəxsiyyətinin 

təĢəkkülündə  həlledici  yeri  təkcə  onun  fəaliyyətinin  düzgün 

təĢkili,  Ģagirdin  əxlaqi  davranıĢ  təcrübələri  toplaması  tutmur, 

eyni  zamanda  burada  düzgün  əxlaqi  davranıĢ  motivlərinin 

tərbiyə  edilməsi  də  mühüm  rol  oynayır.  Bu  baxımdan 

Ģagirdlərin  tələbat  sahəsinin  öyrənilməsi  mühüm  əhəmiyyətə 

malikdir. Çox vaxt Ģagirdin davranıĢındakı bu və ya digər cəhət 

onun  tələbatı  ilə  bağlı  olur.  Bir  motiv  kimi  tələbatlar  Ģagirdin 

davranıĢını  Ģərtləndirir.  Buradan  tərbiyə  prosesində  psixoloji 

cəhətdən  diqqəti  cəlb  edən  və  nəzərə  alınması  zəruri  olan  bir 

tələb-Ģagirdin  davranıĢına  qiymət  verərkən  onun  motivini 

müəyyənləĢdirmək  tələbi  meydana  çıxır.  Psixoloji  tədqiqatlar 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə