Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə152/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   148   149   150   151   152   153   154   155   ...   197

 

 

 



503 

 

münasibətdə, həm də kimin irəli sürməsindən asılı olmayaraq, 



konkret tələbə münasibətdə özünü göstərə bilir.  

Hər  iki  halda  tərbiyəvi  tədbirin  metodlarından  düzgün 

istifadə  olunmaması  faktı  məna  maneəsinin  yaranmasına, 

nəticədə isə tərbiyəvi tədbirin təsirinin aradan çıxmasına səbəb 

olur.  

Konkret adama münasibətdə məna maneəsinin yaranması 



ən  çox  tərbiyəçi  tərəfindən  uĢağın  davranıĢ  motivinin  nəzərə 

alınmaması,  uĢaqda  olmayan  motivi  bir  növ  ona  bağlamaq 

nəticəsində  baĢ  verir.  Məsələn,  uĢaq  xəstəliyinə  görə  dərsdən 

gedir.  Müəllim  onu  da  dərsdən  qaçan  baĢqa  uĢaqlarla  birlikdə 

cəzalandırır.  Yaxud,  onu  təhqir  edən  yoldaĢlarına  qarĢı  cavab 

qaytaran  uĢağı  da  o  birisi  kimi  intizamsız,  xuliqan  adlandırır. 

Bu  hal  bir  neçə  dəfə  təkrar  olunduqda  Ģagirddə  müəllimə, 

tərbiyəçiyə  qarĢı  məna  maneəsi  yaranır.  Nəticədə  həmin 

müəllimin  ən  ədalətli  tələbi  belə  Ģagird  tərəfindən  ədalətsiz 

tələb kimi qarĢılanır.  

Lakin  konkret  adama  qarĢı  məna  maneəsi  müəllim 

tamamilə  obyektiv,  düzgün  hərəkət  etdiyi  halda,  Ģagirdin  öz 

davranıĢ motivini dərk edə bilməməsindən asılı olaraq da yara-

na  bilər.  Məsələn,  müəllim  tapĢırığı  yerinə  yetirməyən  Ģagirdi 

haqlı  olaraq  danladığı,  cəzalandırdığı  halda,  Ģagird  kitabı 

olmadığına  görə  cəzalandırmanın  ədalətsiz  olduğunu  zənn 

etməsi  sayəsində  yaranan  məna  maneəsini  buna  misal 

göstərmək olar.  

Konkret  tələbə  münasibətində  özünü  göstərən  məna 

maneəsi  isə  tamamilə  baĢqa  səbəblərdən  irəli  gələ  bilir. 

Məsələn,  tərbiyəçi  müsbət  nəticə  vermədiyi  halda  eyni  tələbi 

dəfələrlə  təkrar  edir.  Nəticədə  bu  cür  tələblərə  uĢaq  o  qədər 

alıĢır ki, onu bir növ qavramamağa baĢlayır.  

Təcrübə göstərir ki, bu cür məna maneələrinin yaranması 

Ģagirdlərlə  aparılan  tərbiyə  iĢinin  çətinləĢməsinə,  bir  növ 

nəticəsiz  qalmasına  səbəb  olur.  Ona  görə  də  müəllim  birinci 

növbədə  bu  cür  məna  maneələrinin  yaranmasının  qarĢısını 



 

 

 



504 

 

almağa  çalıĢmalıdır.  Bu  cəhətdən  müəllim  üçün  əsas  problem 



zəruri  təsir  vasitəsini  seçmək  deyil,  həm  də  Ģagirdin  rəftar  və 

davranıĢının  motivlərini,  onun  baxıĢlarını,  münasibətlərini 

bilməkdir.  Belə  olduqda  məna  maneələrinin  yaranmasının 

qarĢısı alınır, tərbiyəvi tədbirin gücü artır.  

Məktəbdə  Ģagirdlərlə  aparılan  tərbiyəvi  iĢlərin  mühüm 

yollarından biri əxlaqi söhbətlərdən ibarətdir. ġagirdlərin əxlaq 

tərbiyəsində  bu  cür  söhbətlərin  səmərəli  nəticə  verməsi  üçün 

istər fərdi, istərsə də kollektiv Ģəkildə aparılan əxlaqi söhbətlər 

zamanı aĢağıdakı prinsiplərə əməl olunmalıdır.  

1. 


 

Əxlaqi  söhbətlərin  məzmunu  Ģagirdlərin  yaĢ  səviy-

yəsinə uyğun olmalıdır.  

2. 


 

Söhbət  aparılan  kollektivi,  onların  istiqamətini, 

qarĢılıqlı münasibətini, təlimə, müəllimə münasibətlərini yaxĢı 

bilmək və nəzərə almaq lazımdır.  

3. 

 

Söhbəti  konkret  bir  səbəblə,  ölkənin  və  kollektivin 



həyatında baĢ verən bir hadisə ilə, yeni kitab və ya kinofilmlə 

əlaqələndirərək, onlarla bağlı Ģəkildə təĢkil eləmək zəruridir.  

4. 

 

Söhbətə  aydın,  konkret  misallardan  baĢlamaq  daha 



münasibdir. Söhbət zamanı Ģagirdlər üçün yeni olan, inandırıcı 

faktlardan, misallardan istifadə edilməlidir.  

Bu  zaman  məharətlə  çatdırılan,  təhlil  edilən  mənfi 

nümunələr  də  böyük  tərbiyəvi  əhəmiyyətə  malikdir.  Məsələn, 

borc hissindən danıĢarkən eqoizimin nə qədər çirkin keyfiyyət 

olduğunu konkret misallarla açıb göstərmək faydalı olur.  

5. 

 

Əxlaqi  söhbət  zamanı  Ģagirdlərdə  maksimum  fəallıq 



yaratmaq,  onları  canlı  fikir  mübadiləsinə  cəlb  etmək  onlarda 

fikir  oyatmaq,  əxlaq  məsələləri  üzərində  düĢünməyə  məcbur 

etmək lazımdır.  

6. 


 

ġagirdlərin  Ģüuruna  çatdırılan  məsələlərin  yaxĢı 

əsaslandırılması  da  böyük  əhəmiyyətə  malikdir.  Bu  cəhətə 

əməl  olunması  xüsusilə  yeniyetmə  və  böyük  məktəblilərlə  iĢ 

zamanı daha çox zərurət təĢkil edir.  

7. 


 

Əxlaqi  söhbət  zamanı  Ģagirdlərdə  dərin  və  aydın 




 

 

 



505 

 

emosiyaların yaranmasına nail olmaq lazımdır. Bu isə o zaman 



mümkün ola bilər ki, müəllim söhbəti etinasız, həvəssiz deyil, 

emosional və canlı keçirsin.  

ġagirdlərin tərbiyəsində  nəzərə alınması zəruri olan  yol-

lardan  biri  də  müəllimin,  tərbiyəçinin  şəxsi  nümunəsindən 

düzgün  istifadə  olunmasından  ibarətdir.  Adətən,  kiçik 

məktəblilər  çox  vaxt  müəllimi  təqlid  edir,  ona  oxĢamağa 

çalıĢırlar.  Lakin  bəzən  bunu  Ģüursuz,  düĢünmədən  edirlər. 

Bəzən  də  özlərindən  asılı  olmayaraq  onun  xarici  davranıĢ 

tərzini  bir  növ  yamsılayırlar.  Yeniyetmələr  və  böyük 

məktəblilər  isə  çox  vaxt  nümunədən  Ģüurlu  olaraq  istifadə 

edirlər.  Özünü  artıq  böyük  hesab  etməyə  baĢlayan  yeniyetmə 

böyüklərin  hərəkət  və  davranıĢlarını  təqlid  etməyə  cəhd 

göstərir.  Ona  görə  də  yeniyetmələrdə  onları  əhatə  edən 

adamların (xüsusilə onlara  yaxın və əziz olan adamların) dav-

ranıĢına qarĢı kəskin maraq və diqqət yaranır. Böyüklərin bu və 

ya digər keyfiyyətini Ģüurlu Ģəkildə təqlid edən yeniyetmə çox 

vaxt  onların  mənfi  keyfiyyət  və  hərəkətlərini  də  təkrar  edir. 

Məhz buna görə də müəllimin özünü müsbət bir nümunə kimi 

təqdim etməsi zəruridir.  

ġagirdlərin  Ģəxsiyyətini  tərbiyə  edərkən,  Ģübhəsiz  onun 

birdən-birə, bütün hallarda düzgün davranıĢ forması seçəcəyini 

gözləmək  olmaz.  Bəs  onda  Ģagirdin  davranıĢı  necə  təshih 

olunmalıdır?  ġagirdlərin  davranıĢını  istiqamətləndirmənin, 

təshih  etmənin  ən  təsirli  yolları  onun  təriflənməsi  və 



məzəmmət 

olunması, 

rəğbətləndirilməsi 

 

cəzalandırılmasından ibarətdir.  

Təriflənmə,  rəğbətləndirmə  davranıĢın  düzgün  motiv  və 

formalarını  möhkəmləndirməyə  xidmət  edir.  Məzəmmət  və 

cəzalandırma  isə,  mənfi  təhriklərin  və  düzgün  olmayan 

davranıĢ  formalarının  qarĢısını  alır,  onları  ləngidir.  Lakin 

tərbiyə  zamanı  bunlardan  düzgün  istifadə  olunmalıdır.  Tərif-

lənmə,  rəğbətləndirilmə  nə  ĢiĢirdilməməli,  nə  də  lazım  olduğ-

undan aĢağı səviyyədə olmamalıdır. Adətən, Ģagirdin bu və  ya 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə