Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə153/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   ...   149   150   151   152   153   154   155   156   ...   197

 

 

 



506 

 

digər  davranıĢ  tərzi  həddindən  artıq  ĢiĢirdildikdə  onda  yersiz 



bədgumanlıq,  lovğalıq  keyfiyyəti  yarana  bilər.  Məzəmmət  və 

cəzalandırma da Ģagirdin günahının dərəcəsinə uyğun, ədalətli 

olmalıdır.  

Nəhayət  tərbiyəvi  iĢin  mühüm  formalarından  biri  də 



özünütərbiyədirSonrakı bölmədə özünütərbiyədən geniĢ bəhs 

etdiyimizə görə bir daha onun üzərində dayanmırıq.  



Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteriyaları. 

ġagirdlərin tərbiyə prosesini idarə etmək üçün tərbiyənin təsiri 

altında  onların  Ģəxsiyyətində  baĢ  verən  dəyiĢiklikləri  nəzərə 

almaq  imkanının  olması  lazım  gəlir.  BaĢqa  sözlə,  Ģagirdlərin 

tərbiyəlilik  səviyyəsini  aĢkara  çıxarmaq  imkanımız  olmazsa, 

tərbiyə prosesini idarə etməyimiz də mümkün olmazdı. Tərbiyə 

psixologiyası və pedaqoqikasının ən baĢlıca vəzifələrindən biri 

əxlaqi  cəhətdən  tərbiyəliliyin  kriteriyalarının  məzmununu 

aĢkara  çıxarmaq  və  müəllimləri  uĢaqda  Ģəxsiyyətin  forma-

laĢmasının gediĢi haqqında tam dəqiq və etibarlı məlumat verə 

bilən metodlarla silahlandırmaqdan ibarətdir.  

Biz  həyatda  çox  vaxt  elə  adamlara  rast  gəlirik  ki,  onlar 

müəyyən Ģəraitdə əxlaqi cəhətdən düzgün davrana bilirlər. La-

kin  bu  adamların  biz  hələ  əxlaqi  cəhətdən  tərbiyəli  olduğunu 

söyləyə bilmərik. Biz yalnız o adamın əxlaqi tərbiyəliliyə ma-

lik  olduğunu  söyləyə  bilərik  ki,  həmin  adam  heç  cür  əxlaqsız 



hərəkətə  yol  verə  bilməsin.  Ona  görə  də  əxlaqi  tərbiyəliliyin 

əsas kriteriyalarından biri əxlaqi tələbatların, hiss və adətlərin 



formalaşma səviyyəsindən ibarətdir.  

ġəxsiyyətin  formalaĢmasının  və  tərbiyəliliyin  mühüm 

kriteriyalarından  biri  də  davranışın  ixtiyarilik  səviyyəsindən 

ibarətdir.  Ġnsanın  əxlaqi  cəhətdən  sabitliyi,  çətinlikləri  aradan 

qaldıra  bilmək  bacarığı  öz  arzularını,  istəklərini  idarə  edə 

bilmək  və  öz  niyyətini  yerinə  yetirə  bilmək  bacarığı,  öz 

davranıĢını idarə edə bilmək bacarığı olmadan mümkün deyil-

dir.  


Düzgün  tərbiyə  almıĢ  adam  müəyyən  bir  iĢi  icra  etməyi 


 

 

 



507 

 

qərara  alır  və  öz  niyyətini  həyata  keçirir.  QarĢısına  qoyduğu 



məqsədə nail olmaq üçün bütün baĢqa arzuları, maneələri ara-

dan qaldırır. Ġradi davranıĢ adlandırılan bu cür davranıĢın təhlili 

göstərir  ki,  həmin  davranıĢın  əsasında  Ģüurlu  tənzim 

motivasiyası  təmayülü  mexanizmi  dayanır.  Bu  zaman  insan 

Ģüurlu  olaraq  bir  təmayülün,  meylin  qiymətini  artırır,  digər 

təmayülün qiymətini isə azaldır. ġübhəsiz heç də insan həmiĢə 

özünün  motivasiya  təmayülünü  əldə  edə  və  onu  lazımi  istiqa-

mətdə  yönəldə  bilmir.  Belə  olduqda  iradi  davranıĢ  həyata 

keçmir. Beləliklə, deyilənlərdən bir daha aydın olur ki, insanın 

tərbiyəliliyinin 

mühüm 

kriteriyalarından 



biri 

onun 


davranışının  ixtiyarilik  səviyyəsindən,  özünün  tələbatlarına 

yiyələnə bilmək səviyyəsindən ibarətdir.  

ġübhəsiz,  tərbiyəliliyin  müəyyən  səviyyəsində  insanın 

mədəni  davranıĢ  formalarına,  cəmiyyətdə  qəbul  olunmuĢ 

birgəyaĢayıĢ norma və qaydalarına, məiĢət və peĢə vərdiĢlərinə 

və  özünü  apara  bilməyin  digər  cəhətlərinə  yiyələnməsini  də 

nəzərə almamaq olmaz. Bu keyfiyyətləri asanlıqla müĢahidə et-

mək mümkün  olduğuna  görə, bizə belə  gəlir ki,  insanın moti-

vasiya  sahəsinə  əsasən  onların  barəsində  asanlıqla  fikir 

yürütmək  mümkündür.  Lakin  tərbiyəlilik  həmin  zahiri 

əlamətlərə  diqqətlə  yanaĢmağı  da  tələb  edir.  Onlar  insanın 

həmin  sahəyə  təlabatları  ilə  motivləĢən  davamlı  davranıĢ 

forması  kimi  özünü  göstərə  bilər,  eləcə  də  yalnız  zahirən 

mənimsənilmiĢ  davranıĢ  da  ola  bilər.  Ġkinci  halda  Ģagirdlər 

təzyiqin,  nəzarətin  təsiri  altında  ondan  tələb  olunanların 

hamısına  əməl  edir,  nəzarət  olmadıqda  isə  müvafiq  davranıĢ 

tərzini  yerinə  yetirmirlər.  Buradan  isə  aydın  olur  ki,  müvafiq 

davranıĢ  forması  Ģəxsin  tələbatına  çevrilməmiĢdir  və  həmin 

adam bu sahədə tərbiyəli deyildir.  

Deməli, nəzarət, məcburiyyət olmadan düzgün və əxlaqi 

davranmağı tərbiyəliliyin mühüm kriteriyalarından biri hesab 

etmək olar.  

 



 

 

 



508 

 

 



VI.23.4. ġəxsiyyətin  özünütərbiyəsinin psixoloji 

əsasları 

Tərbiyənin idarə olunması problemi. Tərbiyə kor-koranə 

bir proses olmayıb, idarəolunan prosesdir. Tərbiyə prosesi ona 

görə  idarə  olunan  prosesdir  ki,  onun  məqsədi,  motivləri, 

funksiyaları  və  gözlənilən  nəticələri  mövcuddur.  ġübhəsiz 

bunların hər birini nəzərə almaq və tərbiyə iĢini onlara müvafiq 

Ģəkildə  təĢkil  etmək  elə  onun  idarə  edilməsi  deməkdir.  Bir 

cəhəti  də  qeyd  etmək  lazımdır  ki,  tərbiyə  həm  xarici,  həm  də 

daxili idarəetmə imkanlarına malikdir. Xarici idarəetmə tərbiyə 

olunanlardan deyil, tərbiyə edənlərdən asılıdır. Burada müəllim 

və  tərbiyəçilərin,  tərbiyəvi  iĢi  həyata  keçirən  kollektivin 

fəaliyyəti  diqqəti  cəlb  edir.  Ona  görə  də  məktəblinin 

Ģəxsiyyətinin  öyrənilməsi  tərbiyə  prosesinin  idarə  edilməsinin 

mühüm 


bir 

amilidir. 

Bunsuz 

məktəbli 



Ģəxsiyətini 

formalaĢdırmaq  da  çətin  olardı.  Bu  cür  xarici  idarəetməyə 

tərbiyəvi üsul və vasitələrin düzgün seçilməsi və s. amillərə is-

tinad  edilməsini  də  aid  etmək  olar.  Lakin  tərbiyənin  idarə 

olunması təkcə xarici formada gedə bilməz. Tərbiyə prosesində 

biz  konkret  canlı  insanın,  fərdin  Ģəxsiyyətini  formalaĢdırırıq. 

Ona  görə  də  bu  prosesdə  həmin  fərdin  özünün  bu  prosesə 

münasibəti, özündə bu və ya digər keyfiyyəti aĢılamaq cəhdi də 

mühüm  rol  oynayır.  Bu  isə  tərbiyədə  daxili  idarəetmənin 

zəruriliyini  irəli  sürür.  Belə  daxili  idarəetmə  isə  özünütərbiyə 

prosesində həyata keçir və özünüidarə  rolunu oynayır. 

Özünütərbiyə və onun motivləri. Özünütərbiyə insanın 

Ģüurlu olaraq qarĢısına qoyduğu məqsədə, ideal  və inamlarına 

müvafiq  Ģəkildə  öz  Ģəxsiyyətində  dəyiĢikliklər  etməyə 

yönəlmiĢ  fəaliyyətindən  ibarətdir.  Özünütərbiyənin  həyata 

keçməsi  üçün  Ģəxsiyyətin  və  onun  özünü  dərk  etməsinin 

müəyyən inkĢaf səviyyəsinin, özünün hərəkətlərini baĢqalarının 

hərəkətləri  ilə  müqayisə  zamanı  təhlildən  istifadə  edə  bilmək 

qabiliyyətinin, 

eləcə 

də 


daim 

özünütəkminləĢdirmək 






Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə