Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə154/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   150   151   152   153   154   155   156   157   ...   197

 

 

 



509 

 

ustanovkasının olması tələb edilir.  



ġəxsiyyətin  özünütəkminləĢdirməsi  onun  cəmiyyətdəki 

həyati tələbatları və fəaliyyəti ilə, inkiĢafı ilə Ģərtlənir. Ġnsanın 

yaĢadığı  ictimai  Ģərait,  aldığı  təlim  və  tərbiyə  onun 

özünütərbiyəsində həlledici rol oynayır.  

Ġctimai  həyatı,  eləcə  də  onu  əhatə  edən  mühitin 

tələblərini, öz qüvvə və imkanlarını aydın dərk etmək əsasında 

insanın öz həyatını daha münasib əsaslar üzrə qurmaq üçün ar-

zu  etdiyi  keyfiyyətləri  özündə  inkiĢaf  etdirməsi  və  ya  malik 

olduğu  Ģəxsi  keyfiyyətləri  dəyiĢdirməkdən  ötrü  özünə  Ģüurlu, 

planlı, məqsədəuyğun və müntəzəm surətdə təsir etməsi, rəftar 

və 

davranıĢını 



təkminləĢdirmək 

qayğısına 

qalması 

özünütərbiyə adlanır.  

Həyati  faktlar  özünütərbiyənin  geniĢ  imkanlara  malik 

olduğunu  bir  daha  təsdiq  edir.  Bir  çox  görkəmli  adamlar 

uĢaqlıqdan  pis  təlim-tərbiyə  almalarına,  onların  Ģəxsiyyətində 

bir  sıra  qüsurların  olmasına  baxmayaraq  gənclik  və  sonrakı 

dövrdə özünütərbiyənin  köməyi ilə öz Ģəxsiyyətlərinin  yüksək 

inkiĢaf 


mərhələsinə 

yüksələ 


bilmiĢ, 

davranıĢ 

və 

fəaliyyətlərindəki qüsurları, aradan qaldıra bilmiĢlər. Məsələn, 



görkəmli  rus  yazıçısı  L.N.Tolstoyun  özünün  etirafına  görə  o, 

uĢaqlıq  və  ilk  gənclik  dövründə  öz  xarakterində,  davranıĢında 

olan  qüsurları,  o  cümlədən  tənbəllik,  lovğalıq,  Ģöhrətpərəstlik 

və s. kimi mənfi cəhətləri aydın Ģəkildə görə bilmiĢ və həmin 

qüsurlara  qarĢı  ciddi  döyüĢ  elan  etmiĢdir.  Bütün  həyatı  boyu 

özündə  əməksevərlik,  humanizm,  düzgünlük,  cəsarətlilik 

keyfiyyətləri tərbiyə etmiĢdir.  

Həyatdan  özünütərbiyənin  mahiyyətini  açan  yüzlərcə  bu 

cür  faktlar  gətirmək  mümkündür.  Bunların  hamısından  bir 

ümumi  cəhət  aydın  olur  ki,  insanın  özünü,  öz  hərəkətlərini 

idarə etməsində özünütərbiyə əvəzolunmaz əhəmiyyətə malik-

dir.  Özünütərbiyə  bir  növ  özünüidarə  deməkdir.  Həm  də 

özünütərbiyə özünüidarənin ən ali forması kimi özünü göstərir. 

Ġnsan  hər  bir  yaĢ  dövründə  özünütəkmilləĢdirməyi,  özündə 




 

 

 



510 

 

yüksək hisslər aĢılamağı, öz Ģəxsiyyətində təzahür edə biləcək 



birtərəfliliyi  aradan  qaldırmağı,  xeyir  və  Ģəri  bir-birindən 

ayırmağı bacarmalıdır.  

Özünütərbiyə  insanın  kamilləĢməsi  ilə,  özünü  istər 

mənəvi,  istərsə  də  fiziki  cəhətdən  cəmiyyətdəki  mövqeyilə  və 

yaxud  cəmiyyətdə  tutmaq  istədiyi  mövqeyə  uyğunlaĢdırmaq 

meyli ilə əlaqədardır.  

Özünütərbiyə  özünüidarə  prosesində  həyata  keçir.  Bura-

da insanın özünütəyini mühüm rol oynayır. Özünütəyin insanın 

özünün həyat yolunu, məqsədlərini, əxlaq normalarını, peĢə və 

həyat Ģəraitini Ģüurlu olaraq seçməsi deməkdir. 

Özünütərbiyədə  özünüdərketmə,  özünü  ələ  almaq, 

özünüstimullaĢdırma xüsusi rol oynayır. 

Özünüdərketməyə  özünümüĢahidə,  özünütəhlil,  özünü-

qiymətləndirmə, özünümüqayisə daxil olur. 

Özünü  ələ  ala  bilmək  özünəinama,  özünənəzarətə, 

özünütəlqinə, özünü məcburetməyə əsaslanır.  

ÖzünüstimullaĢdırma isə özünütəsdiqi, özünübəyənməni, 

özünürəğbətləndirməni, 

özününümayiĢi, 

özünüməhdud-

laĢdırmanı nəzərdə tutur. 

Ġnsanda özünütərbiyə tələbatının yaranması göstərir ki, o, 

həyata,  qarĢısında  duran  vəzifəyə  kor-koranə  deyil,  Ģüurlu 

Ģəkildə yanaĢır, öz fəaliyyətində müvəffəqiyyət qazanmaq üçün 

özündə  müəyyən  keyfiyyətlər  tərbiyə  etmək  zərurətini  dərk 

edir.  Buradan  isə  aydın  olur  ki,  özünütərbiyə  insanın  yüksək 

Ģüurluluğu  ilə,  hər  Ģeydən  əvvəl,  insanın  özündə  müəyyən 

müsbət  əlamətləri  inkĢaf  etdirmək,  mənfi  əlamətlərin  isə 

qarĢısını almaq meylinin yaranması ilə bağlıdır.  

Bəs  özünütərbiyə  nə  üçün  baĢ  verir?  Ġnsanı 

özünütərbiyəyə  təhrik  edən  səbəblər-motivlər  hansılardır?  Bu 

sahədə  aparılmıĢ  psixoloji  tədqiqatlar  özünütərbiyənin  bir  sıra 

motivini 

aĢkara 


çıxarmıĢdır. 

Adətən, 


aĢağıdakılar 

özünütərbiyənin motivi kimi özünü göstərə bilər: 1) cəmiyyətin 

əxlaqi  tələbləri,  2)  kollektivin,  yoldaĢlarının  hörmətini  qazan-



 

 

 



511 

 

maq  iddiası,  3)  yarıĢ,  4)  tənqid  və  özünütənqid,  5)  iĢdəki 



çətinliklər, 6) ətrafdakıların nümunəsi, 7) maddi həvəsləndirmə 

və s.  


Fəaliyyətin  baĢqa  sahələrində  olduğu  kimi,  özünü-

tərbiyənin  motivlərini  də  xarici  və  daxili  olmaqla  iki  yerə 

bölmək olar.  

Xarici  motivlərə  birinci  növbədə  cəmiyyətin  əxlaqi 

tələblərini,  onun  iqtisadi-siyasi  həyat  Ģəraitini  aid  etmək  olar. 

Bununla  yanaĢı  olaraq  ətrafdakıların  nümunəsi,  maddi 

həvəsləndirmə, tənqid və s. də xarici motiv kimi özünü göstərə 

bilər. Əgər xarici amillər insan tərəfindən dərindən dərk edilir 

və onun Ģəxsi marağı, arzu və istəkləri ilə uyğun gəlirsə, həmin 

amillər insanı öz üzərində iĢləməyə, o tələblərə layiqincə cavab 

vermək üçün hazırlaĢmağa vadar edir, deməli, özünütərbiyənin 

motivinə çevrilir.  

Özünütərbiyənin daxili motivlərinə isə, insanların maddi 

və  mənəvi  tələbatları,  müxtəlif  həyati  yönəliĢliklərini  ifadə 

edən etiqadları və s. daxildir.  

Özünütərbiyənin ən ali motivi idealdır. Ġnsanın qəbul et-

diyi  ideal  həmiĢə  onu  müəyyən  sahədə  özünütərbiyəyə,  öz 

idealarında  olan  keyfiyyətlərə  yiyələnmək  üçün  cəhd 

göstərməyə yönəldir.  

Qeyd  etmək  lazımdır  ki,  özünütərbiyə  həmiĢə  yalnız  bir 

motivin təsiri ilə həyata keçmir. Adətən, özünütərbiyə bir neçə 

motivin təsiri ilə baĢ verir. Lakin bu motivlərin biri aparıcı rol 

oynayır.  

Özünütərbiyənin  motivlərini  bilmək  həm  tərbiyəçilər, 

həm  də  özünütərbiyə  ilə  məĢğul  olan  yeniyetmə  və  gənclər 

üçün çox əhəmiyyətlidir. Çünki həmin motivlərin bir qismi da-

ha  təsirli,  davamlı  olduğu  halda,  qalanları  az  təsirli,  keçici  ola 

bilər.  Özünütərbiyə  üçün  daha  təsirli  və  davamlı,  uzun 

müddətli  motivlərin  olması  böyük  əhəmiyyətə  malikdir.  Bu 

halda özünütərbiyə ilə məĢğul olmaq, baĢqa sözlə, insanın daim 

özünütəkmilləĢdirməyə,  daha  yüksək  insani  keyfiyyətlər 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə