Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə155/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   151   152   153   154   155   156   157   158   ...   197

 

 

 



512 

 

qazanmağa  çalıĢması  Ģəxsiyyətin  ayrılmaz  xüsusiyyətinə 



çevrilə bilər.  

ġəxsiyyətin  inkiĢafı  və  özünütərbiyə.  ġəxsiyyətin 

formalaĢması və inkiĢafı mürəkkəb və uzunmüddətli prosesdir. 

Burada  xarici  təsirlər  və  daxili  güc  bir-birilə  qarĢılıqlı  təsirdə 

olmaqla,  inkiĢaf  mərhələsindən  asılı  olaraq  öz  rollarını 

dəyiĢirlər.  

Məsələn,  uĢaq  yaĢlarında  ən  çox  Ģəxsiyyətin  forma-

laĢmasının  xarici  təsirlərdən  asılılığı  özünü  göstərir.  Tədricən 

Ģəxsiyyət  müstəqillik  təĢkil  etdikcə  inkiĢafda  xarici  təsirlərin, 

birinci  növbədə  tərbiyənin  təsirinin  tədricən  özünütərbiyənin 

təsiri ilə əvəz olunması baĢ verir.  

Özünütərbiyə  Ģəxsiyyətin  müəyyən  inkiĢaf  mərhələsində 

meydana  gəlir  və  onun  inkĢafına  təsir  göstərir.  Fərd  həyat 

prosesində özünü və baĢqalarını dərk edir, ətrafdakıların tələbi 

ilə  öz  Ģəxsi  imkanlarını  uyğunlaĢdırmağa  öyrənir.  Tərbiyə 

prosesində Ģəxsiyyətin əxlaqi əsası qoyulur, əxlaqi təsəvvürləri, 

anlayıĢları,  inamları,  adətləri  və  son  nəticədə  hal-hazırdakı 

davranıĢını tənzim edən və gələcək həyat planlarını müəyyən-

ləĢdirməyə  imkan  verən  əxlaqi  idealları  formalaĢır.  Beləliklə 

də,  Ģəxsiyyət  inkiĢaf  etdikcə  özünütərbiyə  daha  böyük  rol 

oynamağa,  daha  aydın  və  səmərəli  Ģəkildə  özünü  göstərməyə 

baĢlayır.  Deməli,  özünütərbiyə  Ģəxsiyyətin  həyat  Ģəraiti  və 

tərbiyə  ilə  Ģərtlənən  əxlaqi  -  psixoloji  yetginliyinin  müəyyən 

səviyyəsində özünə yer edir.  

Psixoloqların  apardıqları  tədqiqatlar  göstərmiĢdir  ki, 

özünütərbiyə  tələbatı  aydın  Ģəkildə  özünü  yeniyetməlik 

dövründə  göstərməyə  baĢlayır  (xüsusilə  VI-VIII  siniflərdə). 

Əlbəttə, özünütərbiyənin ünsürləri kiçik məktəb yaĢı dövründə, 

ola  bilsin  ki,  böyük  bağça  yaĢlı  uĢaqlarda  da  özünü  göstərə 

bilər.  Lakin,  Ģüurlu,  planlı  iĢ  kimi  o,  ilk  dəfə  olaraq 

yeniyetməlik dövründə təzahür edir. Yeniyetmələr bağça  yaĢlı 

uĢaqlar  kimi  böyüklərin  rolunu  oynamaq,  özünü  onlara 

oxĢatmaq  istəmir.  Onlar  böyük  olmaq  və  baĢqaları  tərəfindən 




 

 

 



513 

 

də böyük kimi qəbul edilmək istəyirlər. Buradan isə onların öz 



Ģəxsiyyətinin sürətli inkiĢafı tələbatları meydana gəlir ki, bu da 

özünütərbiyənin  bir  vasitə  kimi  həyata  keçirilməsinə  gətirib 

çıxarır.  Yeniyetmə  öz  üzərində  iĢləməklə,  birinci  növbədə,  öz 

Ģəxsi  davranıĢındakı  qüsurları  aradan  qaldırmağa,  özündəki 

zəif  cəhətləri  ləğv  etməyə,  ikincisi,  özünü  güclü,  bacarıqlı  və 

müstəqil  aparmağa  imkan  verən  Ģəxsiyyətin  müsbət 

keyfiyyətlərini 

formalaĢdırmağa 

çalıĢır. 

AparılmıĢ 

tədqiqatlardan  aydın  olur  ki,  yeniyetmələr  birinci  növbədə 

özlərində olan iradi nöqsanları aradan qaldırmağa və özlərində 

möhkəm iradəli adam üçün xas olan cəsarət, mərdlik, dözüm-

lülük,  təkidlilik  kimi  iradi  keyfiyyətləri  tərbiyə  etməyə  can 

atırlar.  

Ġlk  gənclik  dövründə  özünütərbiyə  fiziki  və  iradi  özü-

nütəkmilləĢdirmə ilə yanaĢı, mənəvi özünütəkmilləĢdirməyə də 

xidmət  edir.  Özünütərbiyənin  bu  mərhələsində  məktəblilər  ən 

çox özlərində  düzlük,mehribanlıq, rəhmlilik, səxavətlilik, dos-

ta,  yoldaĢa  qarĢı  sadiqlik,  daima  ona  kömək  etməyə  hazır  ol-

maq və s. kimi keyfiyyətləri tərbiyə etməyə can atırlar.  

ġagirdlərin  özünütərbiyəsinin  təĢkili.  Özünütərbiyə  o 

qədər də asan proses deyildir. O, özünüidarənin yüksək forması 

olduğuna görə Ģagirdlərin bu iĢi asanlıqla yerinə yetirəcəklərini 

guman  etmək  olmaz.  Ona  görə  də  bu  sahədə  onlara  kənardan, 

tərbiyəçilər  tərəfindən  köməklik  göstərilməsi,  istiqamət 

verilməsi  zəruridir.  Özünütərbiyənin,  bununla  da  əlaqədar 

ümumiyyətlə  tərbiyənin  səmərəliyi  öz  üzərində  iĢləyən 

Ģagirdlərlə  həmin  iĢin  təĢkili,  onlara  istiqamət  verilməsi  və 

köməklik göstərilməsindən çox asılıdır.  

ġagirdlərin  özünütərbiyəsini  təĢkil  edərkən,  birinci 

növbədə  kollektiv  qarĢısında  bu  cür  məqsədin  qoyulmasından 

baĢlamaq  lazımdır.  Sosial  psixologiyadan  aydındır  ki, 

insanların ümümi iĢdə təması və vəhdəti nə qədər güclü olarsa, 

onların  qarĢılıqlı  təsiri  bir  o  qədər  səmərəli  xarakter  daĢıyar. 

Buradan  isə  aydın  olur  ki,  əgər  kollektivdəki  bir  neçə  adam, 



 

 

 



514 

 

xüsusilə kollektiv üzvlərinin hamısının hüsni rəğbətini qazanan 



adamlar  öz  üzərlərində  iĢləməyə,  özünütərbiyə  ilə  məĢğul 

olmağa  baĢlayarlarsa,  bu  hal  kollektivin  baĢqa  üzvlərinə  də 

mütləq sirayət edəcəkdir.  

Adətən, kollektiv vasitəsilə ayrı-ayrı Ģagirdlərin qarĢısına 

özünütərbiyə  öhdəliyi  qoyulması  da  bu  iĢin  səmərəli  nəticə 

verməsinə  səbəb  olur.  Bu  tədbir  o  zaman  daha  çox  təsirli  xa-

rakter  daĢıyır  ki,  yarıĢ  Ģərtlərinə  daxil  edilsin  və  bu  iĢə  sinfin 

fəalları nəzarət etsinlər.  

Sinif kollektivi ilə özünütərbiyə iĢini təĢkil edərkən təkcə 

onların 


qarĢısına 

özünütərbiyə 

məqsədi 

qoymaqla 

məhdudlaĢmamalı, bu iĢin səmərəli yollarını tapmaqda da onla-

ra köməklik  göstərməlidir. Birinci növbədə Ģagirdi uzun və ya 

qısa müddət ərzində öz üzərində aparacağı iĢlə əlaqədar vəzifə-

ləri  dəqiq  müəyyənləĢdirməyə,  birinci  növbədə  özünü-

tərbiyənin  həyata  keçirəcəyi  vəzifələri  qeyd  etməyə  və  həmin 

iĢi  dönmədən  yerinə  yetirməyi  öyrətmək  lazımdır.  Əgər 

Ģagirddə  özününəzarət  zəifdirsə,  bu  keyfiyyəti  onda  aĢılamaq 

zəruridir. Çünki o, özünənəzarət edə bilməzsə özünütərbiyə də 

istənilən  səviyyədə  həyata  keçə  bilməz.  Bu  iĢə  kollektivin 

dostcasına nəzarəti də köməklik göstərməlidir.  

Heç  olmazsa  kiçicik  bir  müvəffəqiyyətin  əldə  edilməsi 

özünütərbiyəni 

səmərələĢdirmək 

üçün 


oluqca 

böyük 


əhəmiyyətə malikdir. Məhz ona görə də ilk dövrlər bu sahədə 

kollektivə köməklik göstərmək olduqca vacibdir.  

Kollektivdə  özünütərbiyə  məsələsi  ilə  əlaqədar  müsbət 

ictimai  rəyin  yaranması  da  bu  iĢin  müvəffəqiyyəti  üçün 

faydalıdır.  

Nəhayət,  Ģagirdlərin  özünütərbiyəsinə  istiqamət  verən 

müəllimin özünün bu sahədə nümunə göstərməsi, daim özünün 

pedaqoji  ustalığını  və  Ģəxsiyyətini  təkmilləĢdirməsi  həmin  iĢi 

müvəffəqiyyətlə yerinə yetirməsinə təkan verir.  

Bütün dediklərimizdən aydın olur ki, müəllim Ģagirdlərin 

özünütərbiyəsinə  ciddi  rəhbərlik  etməlidir.  Bu  zaman  o  dörd 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə