Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə156/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   152   153   154   155   156   157   158   159   ...   197

 

 

 



515 

 

vəzifənin həyata keçirilməsinə fikir verməlidir.  



Birinci  vəzifə,  Ģagirdlərin  özlərində  Ģəxsiyyətin  müsbət 

keyfiyyətlərini  inkiĢaf  etdirmələri  və  öz  davranıĢındakı  bu  və 

ya  digər  nöqsanı  aradan  qaldırmalarına  cəhd  göstərməyi  oyat-

maq (və ya dəyiĢmək). Əgər belə cəhd yoxdursa bunu misallar 

əsasında Ģagirdə baĢa salmaq, onlarda inam yaratmaq zəruridir.  

İkinci  vəzifə,  Ģagirdin  öz  Ģəxsiyyətinə  tənqidi  yanaĢ-

masına,  öz  davranıĢının  xüsusiyyətlərini  təhlil  edə  bilməsinə, 

öz  qüsurlarını  göstərməsi  və  dərk  etməsinə  köməklik 

göstərmək.  



Üçüncü vəzifə, müəllim, tərbiyəçi Ģagirdin özünütərbiyə 

proqramını  tərtib  etməsinə,  hansı  keyfiyyəti  inkiĢaf  etdirmək 

lazım  gəldiyini,  hansıları  isə  aradan  qaldırmağın  zəruri 

olduğunu müəyyənləĢdirməsinə köməklik göstərməlidir.  



Dördüncü  vəzifə,  müəllim,  tərbiyəçi  Ģagirdləri  özünü-

tərbiyənin  ən  səmərəli,  düĢünülmüĢ  yolları,  priyomları  ilə 

silahlandırmalıdır.  

 

VI.23.5.ġagirdlərin əxlaq tərbiyəsinin psixoloji  



əsasları 

 

Əxlaqi  Ģüur  və  əxlaqi  davranıĢın  formalaĢmasının 

vəhdəti.  Tərbiyə  psixologiyasında  diqqəti  cəlb  edən  əsas 

məsələlərdən  biri  Ģəxsiyyətin  əxlaq  tərbiyəsi,  onda  əxlaqi 

sahənin  formalaĢmasıdır.  Adətən,  məktəblinin  tərbiyəsindən 

danıĢarkən 

birinci 

növbədə 


onun 

əxlaqi 


cəhətdən 

formalaĢmasına  nəzər  yetirirlər.  Buna  görə  də  Ģəxsiyyətin 

əxlaqi  sahəsinin  formalaĢmasının  psixoloji  əsasları  ilə  tanıĢ 

olmaq tərbiyəçi üçün az əhəmiyyətə malik deyildir. 

Hamıya məlumdur ki, uĢağın düĢdüyü yeni Ģəraitdə necə 

davranmasi    üçün  onun  istinad  etməli  olacağı  geniĢ  əxlaqi 

təsəvvürləri, əxlaqi bilik ehtiyatı olmalıdır. Psixoloji tədqiqatlar 

nəticəsində müəyyən edilmiĢdir ki, əxlaqi bilik və anlayıĢların 




 

 

 



516 

 

mənimsənilməsi  prosesi  mürəkkəb  xarakter  daĢımaqla,  xüsusi 



rəhbərlik tələb edir. Təsadüfi hadisələrin, düzgün olmayan mi-

kromühitin,  böyüklərin  düzgün  olmayan  davranıĢının  və  s. 

təsiri altında yaranan əxlaqi anlayıĢlar təhrif olunmuĢ xarakter 

daĢıya  bilər.  Bu  isə  səhv  davranıĢa  gətirib  çıxara  bilər.  Ona 

görə də  birinci növbədə  əxlaqi təsəvvür, bilik və anlayıĢların 

yaranması  qayğısına  qalmaq  lazımdır.  Lakin  təcrübə  göstərir 

ki,  əxlaqi  anlayıĢların  mənimsənilməsi    əxlaqi  Ģüurun 

yaranması  və  inkiĢafı  üçün  mühüm  rol  oynasa  da,  öz-

özlüyündə  hələ  əxlaqi  davranıĢın  formalaĢmasını  təmin  edə 

bilmir. 


AparılmıĢ 

psixoloji 

tədqiqatlardan 

və 


məktəb 

təcrübəsindən aydın olur ki, çox vaxt uĢaqlar əxlaq normalarını 

yaxĢı  bildikləri,  onun  haqqında  geniĢ  biliyə  malik  olduqları 

halda,  öz  davranıĢlarında  onlara  əməl  etmirlər.  Bu  isə  bəzən 

müəllimdə, tərbiyəçidə təəccüb doğurur. Ona görə də Ģagirdin 

necə  davranmağı  yaxĢı  bildiyini,  lakin  ona  əməl  etmədiyini 

irad tutur, onu danlayırlar. Bunun nəticəsi isə çox vaxt o qədər 

də  fərəhləndirici  olmur.  Əksinə,  bəzən  Ģagirdin  özünə  inamı 

itir,  biliklə  əməl  arasında  əlaqə  pozulur,  biliyin  tətbiqi  üçün 

münasib  Ģərait  yaranmır.  Bu  cəhəti  nəzərə  alaraq  birinci 

növbədə  müəllim  öz  Ģagirdləri  üçün  yalnız  öyüd-nəsihətçi, 

mentor  tərbiyəçi  olmaqdan  uzaqlaĢmalı,  onların  əldə  etdikləri 

əxlaqi bilik və təsəvvürləri öz davranıĢlarına tətbiq etmək mey-

li və adəti yaratmağa çalıĢmalıdır. Bunu isə yalnız sözlə, verbal 

yolla  həyata  keçirmək  mümkün  deyildir.  Hər  Ģeydən  əvvəl 

uĢaqdakı əxlaqi bilik və anlayıĢlar onun inamına çevrilməlidir.  

Psixoloji  tədqiqatlar  göstərmiĢdir  ki,  Ģagirdlərdə  əxlaqi 

bilik  və  anlayıĢların  inama  çevrilməsi  üçün  həmin  bilik  və 

anlayıĢların  davranıĢ  motivləri  və  onlara  uyğun  əxlaqi  adətlər 

sistemində möhkəmləndirilməsi tələb olunur. Necə davranmaq, 

hərəkət  etməyi  dərk  etməklə  adət  edilmiĢ  davranıĢ  arasında 

müəyyən  ziddiyyət  mövcud  olur.  Bu  ziddiyyəti  aradan 

qaldırmaq  yalnız  Ģagirdlərin  müvafiq  davranıĢ  təcrübəsinə 



 

 

 



517 

 

yiyələnməsi nəticəsində mümkün ola bilər. Əxlaqi təcrübəni isə 



Ģagirdlər  davranıĢdakı  mümarisələr  sayəsində,  baĢqa  sözlə 

müəllim tərəfindən uĢaqların müxtəlif, lakin mahiyyətcə oxĢar 

həyati  situasiyalarda  təĢkil  olunmuĢ  hərəkət  və  davranıĢları 

zamanı  əldə  edirlər.  Psixoloqlar  uĢaqların  bu  cür  davranıĢ 

təcrübəsini,  praktik  fəaliyyətini  onların  emosiyaları  ilə 

əlaqələndirməyi  vacib  hesab  edirlər.  Bu  zaman  emosiyalar 

vətənpərvərlik 

və 


beynəlmiləlçilik, 

humanizm, 

borc, 

məsuliyyət,  yoldaĢlıq,  vicdan  və  s.  kimi  əxlaqi  hisslərin 



formalaĢmasına müsbət təsir göstərir. Adətən, əxlaqi hisslərin, 

eləcə  də  əxlaqi  inamın  yaranmasına  nail  olmaq,  həmin 

keyfiyyətləri  tərbiyə  etmək  üçün  onların  Ģagirdlər  tərəfindən 

fəaliyyət  prosesində  mənimsənilməsi  və  keçirilməsi  tələb  olu-

nur. Əgər Ģagird heç olmazsa bircə dəfə yerinə yetirdiyi əxlaqi 

hərəkətdən razılıq hissi keçirərsə, sonradan bir daha həmin his-

si  halı  keçirməyə    can  atacaqdır.  Məhz  buna  görə  də  müsbət 

əxlaqi  hissləri  tərbiyə  etmək  üçün  elə  situasiya  yaratmaq 

lazımdır  ki,  Ģagird  qüvvətli  müsbət  nümunə  ilə  qarĢılaĢsın, 

həmin  prosesdə  iĢtirak  etsin  və  müvafiq  hisslər  keçirə  bilsin. 

Bu  zaman  Ģagird  öz  inam  və  idealı  mövqeyindən  çıxıĢ  edərək  

özünü və bütün ətrafdakıları qiymətləndirməyə baĢlayır. 

Adətən, yüksək əxlaqi keyfiyyətlər insanların cəmiyyətin 

məqsədləri  ilə  müəyyən  edilən  praktik  fəaliyyətlərində 

formalaĢır.  Fəaliyyət  prosesində  cəmiyyətin  nümunələri, 

idealları  təĢəkkül  tapır.  Yuxarıda  qeyd  etdiyimiz  kimi, 

fəaliyyətin düzgün seçilməsi, müvafiq yaĢ dövrünə uyğunluğu, 

düzgün  təĢkili  və  tərbiyələndirici  istiqaməti  həlledici 

əhəmiyyətə  malikdir.  Lakin  burada  bir  cəhəti  də  unutmaq, 

nəzərə almamaq olmaz. O da tərbiyə edən və tərbiyə olunanın 

qarĢılıqlı  münasibətlərinin  xarakterindən  ibarətdir.Burada 

tərbiyəçinin  tərbiyə  olunana  münasibəti  güclü  xarici  təsir 

qüvvəsi  kimi  özünü  göstərir.  ġagirdin  xarici  təsirlə  daxili 

aləminin  qarĢılıqlı  əlaqəsini,  ona  göstərilən  xarici  təsirə  Ģəxsi 

münasibətinin  xarakteri  burada  mühüm  rol  oynayır.  Ona  görə 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə