Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə158/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   154   155   156   157   158   159   160   161   ...   197

 

 

 



521 

 

baĢlayır.  Bu  prosesdə  o,  dilə  yiyələnir.  Ailənin  yaĢlı  üzvləri 



əĢyaların  simvolik  iĢarələri  barədə  uĢağa  biliklər  verməklə 

həmin  əĢyalara  və  hadisələrə  qarĢı  öz  münasibətlərini  də 

çatdırırlar.  Beləliklə,  tədricən  uĢaqda  bilik,  münasibət  və 

təəssürat sistemi yaranır və uĢaq Ģəxsiyyətinin sonrakı inkiĢafı 

bu  zəmindən  çox  asılı  olur.  Ona  görə  də  ailədə  uĢaqların 

tərbiyəsinə  çox  erkən,  kiçik  yaĢlardan  baĢlamaq  lazımdır.  Bu 

vəzifə isə birinci növbədə ailənin üzərinə düĢür. 

Ġnsan  anadan  olduğu  gündən  ömrünün  axırına  kimi  bir 

çox  tərbiyəvi  təsirlərin  əhatəsində  yaĢayır.  Ona  görə  də 

valideynlər  uĢağı  ilk  gündən  elə  tərbiyə  etməlidirlər  ki,  onun 

hansı  yaĢındasa  yenidən  tərbiyəsinə  ehtiyac  qalmasın.  O, 

cəmiyyət  üçün  faydalı  adam  kimi  böyüsün,  ailə,  kollektiv, 

ümumiyyətlə  xalq  üçün  ağır  yükə  çevrilməsin.  Adətən, 

Ģəxsiyyətində  mənfi  keyfiyyətlər  formalaĢan  adamdakı  həmin 

keyfiyyətləri aradan qaldırmaq, onu yenidən tərbiyə etmək ağır 

və gərgin zəhmət tələb edir. Bu cəhəti nəzərə almaq uĢaqların 

ailədə  tərbiyəsi  zamanı  birinci  növbədə  onların  davranıĢ  və 

rəftarlarında  mənfi  keyfiyyətlərin  yaranmasının  qarĢısını  al-

maq,  bu  cür  keyfiyyətlərin  yaranması  imkanlarını  aradan 

qaldırmaq  lazımdır.  ġübhəsiz,  biz  burada  ailə  tərbiyəsinin 

bütün  məsələlərini  geniĢ  əhatə  etmək  fikrində  deyilik.  Bu  iĢlə 

tərbiyə  nəzəriyyəsi  sahəsində  çalıĢan  mütəxəssislər  məĢğul 

olurlar.  Lakin  qısaca  olaraq  qeyd  etmək  lazımdır  ki,  ailədə 

uĢaqların  tərbiyəsi  onların  Ģəxsiyyətinin  formalaĢmasına 

xidmət etdiyinə görə onun bütün cəhətlərini də əhatə etməlidir. 

Bu  mənada  ailədə  uĢaqların  əqli,  əmək,  əxlaqi,  fiziki,  estetik 

tərbiyəsi məsələləri valideynlərin nəzərindən qaçmamalıdır.                     

VI.23.6. “Çətin” uĢaqlar və onlarla aparılan iĢin 

xüsusiyyətləri 

 

Psixoloji və pedaqoji ədəbiyyatda tez-tez «çətin uĢaqlar» 



sözünə rast gəlmək olur. Müəllim və tərbiyəçilər çox vaxt bəzi 

uĢaqların  «çətinliyindən»  Ģikayətlənirlər.  Əksər  halda  «çətin» 




 

 

 



522 

 

uĢaqların  sırasına  sözə  baxmayan,  Ģıltaq,  tərs,  intizamsız,  ko-



bud,  tənbəl,  yalançı və s.  uĢaqları  daxil edir və  bunları  asosial 

uĢaqlar  kimi  xarakterizə  edirlər.  Bu  cür  uĢaqların  pedoqoji 

baxımsızlıqdan irəli gəldiyini xüsusilə qeyd edirlər.  

Adətən «çətin»  uĢaqların  xüsusiyyətləri ən çox yeni- 

yetməlik  dövründə  özünü  göstərir.  Bu  dövr  uĢaqlarda 

“çətinliyin” yaranmasına təkan verir.  

Psixoloji tədqiqatlar «çətin» yeniyetmələrin dörd  qrupu-

nu  müəyyənləĢdirmək  imkanı  vermiĢdir:  1)  davranıĢındakı 

qüsurları  onun  emosional-iradi  inkiĢaf  səviyyəsi  ilə  Ģərtlənən 

yeniyetmə;  2)  pedaqoji  cəhətdən  baxımsız  və  nəticədə  əxlaqi 

təsəvvürlərə  yiyələnməyən  yeniyetmə;  3)  əlveriĢli  olmayan 

inkiĢaf Ģəraiti və ya tərbiyəçinin düzgün iĢ apara bilməməsinin  

təsiri    ilə  “çətin”  böyüyən  yeniyetmə;  4)  uyğun  gəlməyən 

münasibətlərlə Ģərtlənən və yaxud “xüsusi çətin tərbiyə olunan-

lar”.  

Psixoloqlar  emosional  sahəsində  problemlərin  olması  ilə 



bağlı hələ kiçik məktəb  yaĢı dövründə  «çətin» uĢaqların mey-

dana  gəldiyini  də  qeyd  edirlər.  Bununla  bağlı  olaraq  «çətin» 

uĢaqları  üç  qrupa  ayırırlar  (L.D.Stolyarenko):  təcavüzkar 

uĢaqlar;  yüksək  emosionallığa  malik  olan  uĢaqlar;  hədsiz 

dərəcədə  utancaq,  hər  Ģeydən  tez  təsirlənən,  küsəyən,  qorxaq, 

həyəcanlı uĢaqlar. 



Təcavüzkar uĢaqlar. Adətən, elə bir uĢaq tapmaq olmaz 

ki, həyatında heç olmazsa bir dəfə təcavüzkar hərəkət etməmiĢ 

olsun.  Lakin  bunların  hamısını  «təcavüzkar»  adlandırmaq  ol-

maz.  Bu  qrupa  yalnız  o  uĢaqları  aid  etmək  olar  ki,  onların 

təcavüzkar hərəkətləri, reaksiyaları özünün davamlılığı,affektiv 

davranıĢa səbəb olma xarakteri ilə fərqlənsinlər. 



Yüksək, idarə olunmayan səviyyəyə çatan emosionallığa 

malik olan  tipə daxil edilən uĢaqlar hər Ģeyə çox sərt reaksiya 

verirlər.  Əgər  onlar  hər  hansı  bir  sevinc,  Ģadlıq  hissi 

keçirirlərsə,  öz  ekspressiv  davranıĢları  sayəsində  bütün  sinfi 

hərəkətə gətirirlər; əgər onlar əzab, iztirab hissləri keçirirlərsə – 




 

 

 



523 

 

onların  iniltisi,  ah-vayı,  ağlamağı  həddindən  artıq  uca  və 



diqqəticəlbedici olacaqdır. 

Hədsiz  dərəcədə  utancaq,  hər  şeydən  tez  təsirlənən

küsəyən, qorxaq, həyəcanlı uĢaqlar isə öz hisslərini həddindən 

artıq  ucadan  və  aydın  ifadə  etməyə  utanır,  baĢqalarının 

diqqətini  cəlb  etməkdən  qorxduqlarına  görə  öz  problemlərini 

sakit keçirirlər.   

Çox  vaxt  “çətin”  uĢaqların  meydana  gəlməsi  ailə 

tərbiyəsində  yol  verilən  nöqsanlarla  bağlı  olur.  Ailədə 

valideynlər  arasında  uĢaqların  tərbiyəsində  vahid  tələbin 

olmaması, uĢağın tərbiyəsi və onun Ģəxsiyyətinin inkiĢafı üçün 

müvafiq  Ģəraitin  yaradılmaması,  valideynlər  arasında  ciddi 

konfliktin olması, valideyinlərin davranıĢında uĢağa mənfi təsir 

edəcək qüsurların mövcudluğu, ailədə əxlaq, ictimai münasibət 

normalarına  uyğun  olmayan  sərvət  və  normalar  sisteminin 

formalaĢması  və  s.  “çətin”  uĢaqların  yaranmasının  baĢlıca 

səbəbləridir.  

Hələ  kiçik  məktəb  yaĢı  dövründə  emosional  sahəsində 

problemlərin  olması  ilə  bağlı  «çətin»  uĢaqların  meydana 

gəlməsi  də  özünəməxsus  amillərlə  bağlı  olur.  Kiçik 

məktəblilərdə  emosional  pozğunluğa  səbəb  olan  amillərə 

aĢağıdakıları  aid  etmək  olar:  1)  təbii  xüsusiyyətlər  (məsələn, 

temperamentin  tipi);  xoleriklərdə  oyanma  çox  vaxt  yüksək  ol-

duğundan,  onlarda  təcavüzkarlıq  yüksək  olur;  melanxoliklər 

ağlağan,  hər  Ģeydən  tez  təsirlənən,  utancaq  olurlar);  2)  sosial 



amillər

–  ailə  tərbiyəsinin  tipi  (uĢağı  rədd  etmək,  həyəcanlı-

vasvası tərbiyə, hipersosial tərbiyə, eqoistik tərbiyə); 

– müəllimlərin münasibəti; 

– məktəb psixoloqunun təsiri. 

“Çətin”  uĢaqlarla  iĢ  aparmaq  və  onlarda  özünü  göstərən 

qüsurları  aradan  qaldırmaq  üçün  bu  cür  uĢaqların  əmələ 

gəlməsinin  səbəblərini  araĢdırmaq,  psixoprofilaktika  və  psix-

okorreksiya vasitələrindən sistemli Ģəkildə istifadə etmək lazım 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə