Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə160/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   156   157   158   159   160   161   162   163   ...   197

 

 

 



528 

 

və fərdiləĢdirilməsi formaları. 



 

 

 



VI.24.1.Təlim prosesi pedaqoji psixologiyanın nəzəri 

və tətbiqi problemi kimi 

 

Təlim  problemi  bəĢəriyyətin  daima  diqqət  mərkəzində 



olan  bir  problemdir.  Bu  problem  hazırda  da  öz  əhəmiyyətini 

itirməmiĢ, əksinə özünün yeni cəhətləri ilə daha qabarıq Ģəkildə 

diqqəti cəlb edən bir problemə çevrilmiĢdir. Həmin problemin 

günün  tələbləri  səviyyəsində  həlli  pedaqoji  psixologiyanın 

qarĢısında duran əsas vəzifələrdən hesab olunur. 

Təlim  problemi  pedaqoji  psixologiyanın  qarĢısında  həm 

nəzəri,  həm  də  tətbiqi  problem  kimi  durur.  Təlimin  nəzəri 

problem  kimi  həlli  birinci  növbədə  onun  nəzəri  əsaslarını, 

qanunauyğunluqlarını psixoloji aspektdə açmağı tələb edir. Bir 

nəzəri problem kimi təlim fəaliyyətinin psixoloji strukturunun 

açılması,  onun  motivləri,  məqsədləri  və  vəzifələrinin 

dəqiqləĢdirilməsi, təlim fəaliyyətinin müasir tələblərdən doğan 

konsepsiyalarının  aĢkara  çıxarılması  pedaqoji  psixologiyanın 

həll etməli olduğu əsas problemlərdən hesab edilir. 

Bu  məsələlərin  həlli  üzərində  çalıĢan  psixoloqlar  təlim 

nəzəriyyəsini bir sıra istiqamətlərdə inkiĢaf etdirmiĢlər. Bunları 

ümumiləĢdirdikdə  pedaqoji  psixologiyada  aĢağıdakı  təlim 

nəzəriyyələri  diqqəti  cəlb  edir:  1)  izahlı  illüstrativ  (ənənəvi) 

təlim;  2)  proqramlaĢdırılmıĢ  təlim;  3)  fikri  iĢlərin  və 

anlayıĢların mərhələlər üzrə təĢəkkülü nəzəriyyəsi; 4) problem-

li təlim; 5) təlim nəzəri təfəkkürün inkiĢafı kimi; 6) tərbiyəedici 

təlim. 


Təlim problemi yalnız nəzəri problem olaraq qala bilməz. 

Həmin  problemin  aĢkara  çıxarılmıĢ  qanunauyğunluqları 

təcrübəyə, məktəb həyatına tətbiq olunmazsa və həmin sahədə 



 

 

 



529 

 

öz  səmərəsini  göstərməzsə,  onun  əhəmiyyətindən  də 



danıĢmağa  dəyməz.  Məhz  buna  görə  də  təlim  və  onun 

keyfiyyətini idarə etmək mühüm tədbiqi problem kimi pedaqoji 

psixologiyanın  qarĢısında  durur.  Təlimin  forma  və 

metodlarından  istifadəni,  təlim  prosesində  Ģagirdlərin  inkiĢa-

fının  psixoloji  xüsusiyyətlərini  öyrənmək  bu  sahədə  müəllimi 

zəruri biliklərlə silahlandırmaq deməkdir. Müasir dərsə verilən 

psixoloji  tələblərin  aĢkara  çıxarılması  bu  baxımdan  xüsusi 

əhəmiyyət kəsb edir.  



Təlimin  mahiyyəti  və  qanunauyğunluqları.  Təlim 

insanın  əsas  fəaliyyət  növlərindən  biridir.  Məktəb  yaĢı 

dövründə isə həmin fəaliyyət məktəblilərin aparıcı fəaliyyətinə 

çevrilir.  Onun  köməyi  ilə  Ģagirdlər  müəyyən  məlumatları, 

hərəkətləri  və  davranıĢ  formalarını  mənimsəyirlər.  Oyundan 

fərqli  olaraq  burada  subyekt  öyrənmə  məqsədi  güdür,  ona 

məlum  olmayan  məlumatları  əldə  etməyə,  bu  və  ya  digər 

hərəkətlərə, davranıĢ tərzlərinə yiyələnməyə çalıĢır. Bu iĢ kor-

korana deyil, Ģüurlu, planlı Ģəkildə həyata keçirilir. Məhz buna 

görə  də  təlim  prosesində  aĢağıdakı  məqsədlərə  nail  olma  baĢ 

verir: 

a) hər hansı bir fəaliyyət növünün müvəffəqiyyətlə təĢkil 



edilməsi üçün lazım olan gerçəkliyin zəruri xassələri haqqında 

məlumatın mənimsənilməsi; b) həmin fəaliyyət növlərini təĢkil 

edən yolların və əməliyyatların mənimsənilməsi; v) qarĢıda du-

ran  məsələnin  həllində  lazım  olan  yolları  və  əməliyyatları 

düzgün  seçmək  və  onlara  nəzarət  etmək  üçün  qeyd  olunan 

məlumatlardan istifadə qaydalarını mənimsəmək. Birinci halda 

biliklərin, ikinci halda vərdiĢlərin, üçüncü halda  isə bacarıqla-

rın yaranması baĢ verir. 

Buradan isə aydın olur ki, təlim o zaman mümkündür ki, 

müəyyən  bilik,  vərdiĢ  və  bacarığa  yiyələnmək  üçün  insanın 

fəaliyyəti  Ģüurlu  məqsədlərlə  idarə  olunsun.  Həqiqi 

mənimsəmə həmiĢə müxtəlif idrak məsələlərinin həlli ilə bağlı 

olan  fəal  prosesdir.  Belə  mənimsəmə  nəticəsində  əldə  edilən 



 

 

 



530 

 

biliklər  müəyyən  sistem  təĢkil  edir  və  təcrübəyə  tətbiq  oluna 



bilir. 

Təlim şagirdlərin biliklər sistemini mənimsəmələrinə və 

həmin bilikləri təcrübəyə tətbiq etmək üçün lazım olan vərdiş 

və  bacarıqlara  yiyələnmələrinə  yönəlmiş  məqsədyönlü  idrak 

fəaliyyətidir.  

Təlim  məqsədəyönəlmiĢ  prosesdir.  Burada  insanın 

öyrənməsi  baĢ  verir.  Lakin  hər  cür  öyrənməni  təlim  adlan-

dırmaq  olmaz.  Yalnız  mütəĢəkkil,  məqsədəuyğun  və  planlı 

öyrənmə prosesini təlim adlandırmaq olar. 

Adətən,  təlimdən  danıĢarkən  müəllimin  buradakı  rolunu 

nəzərə  alırıq.  Təlim  prosesində  öyrədən  müəllim  və  öyrənən 

Ģagird  mövcud  olur.  Onların  qarĢılıqlı  təsiri  Ģəraitində,  həm 

müəllim,  həm  də  Ģagirdin  fəallığının  təsiri  altında  Ģagird  bilik 

və vərdiĢlər əldə edir. Müəllim isə həmin prosesi idarə edir. 

Təlimin  müvəffəqiyyəti  psixoloji  cəhətdən  bir-biri  ilə 

bağlı  olan  üç  amildən  asılıdır:  nəyi  öyrədirlər,  kim  və  necə 

öyrədir, kimi öyrədirlər.  



Birincisi,  təlimin  xarakteri,  bu  sahədə  müvəffəqiyyətin 

əldə  edilməsi  mənimsənilməli  olan  materialdan,  onun 

məzmunu  və  sistemindən  asılıdır.  Ona  görə  də  təlimin  məz-

mununun  düzgün  seçilməsinə  xüsusi  diqqət  yetirilməlidir. 

Məzmun düzgün seçilmədikdə,  sistemsiz və pərakəndə olduq-

da,  öyrənilməsi  nəzərdə  tutulan  məfhumlar  lazımi  səviyyədə 

açılmadıqda  mənimsəmənin  səmərəli  gedəcəyinə  ümid  bəs-

ləmək  olmaz.  Ona  görə  də  öyrənilən  fənlərin  siyahısını  və 

həcmini  dəqiqləĢdirmək,  dərs  proqramlarının  və  dərsliklərin 

həddən artıq yüklənməsini aradan qaldırmaq, bunları lüzumsuz 

mürəkkəbləĢdirilmiĢ,  ikinci  dərəcəli  materialdan  təmizləmək; 

tədris fənnləri haqqında əsas anlayıĢları və ümdə ideyaları son 

dərəcə  aydın  ifadə  etmək,  elm  və  təcrübənin  yeni 

nailiyyətlərinin  bunlara  da  lazımınca  əks  olunmasını  təmin 

etmək lazımdır. 

Adətən,  təlimin  məzmunu  düzgün  seçilmədikdə, 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə