Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə162/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   158   159   160   161   162   163   164   165   ...   197

 

 

 



534 

 

göstərmişdir.  Onun  fikrincə,  təlim  inkişafdan  irəli  gedir  və 



onu öz arxasınca aparır.   

MəĢhur  Ġsveçrə  psixoloqu  J.Piaje  də  bu  məsələdə 

V.ġternə uyğun mövqe tutmuĢdur. O, belə hesab edir ki, uĢağın 

psixi  inkiĢafı  özünün  daxili  qanunlarına  malikdir  və  bir  sıra 

özünəməxsus mərhələlərdən keçir. Onun fikrincə təlim inkiĢafa 

heç bir əsaslı  təsir  göstərə bilməz. Ona  görə də  təlim inkiĢafa 

uyğunlaĢmalı  və  onun  tənzim  edilməsi  üçün  məhz  inkiĢafın 

səviyyəsi  əsas  götürülməlidir.  Bununla  da  J.Piaje  təlimin 

inkiĢafetdirici təsirini kölgədə buraxır. 

MəĢhur  Amerika  psixoloqu  C.Bruner  isə  bu  məsələdə 

tamamilə  baĢqa  mövqe  tutmuĢ,  təlimin  inkiĢafdakı  rolunu 

həddindən  artıq  ĢiĢirtmiĢdir.  Onun  fikrincə  hər  bir  uĢaq 

inkiĢafın istənilən mərhələsində, əgər həmin  yaĢ üçün optimal 

olan  təlim  metodları  tapılıbsa,  əgər  o  yaxĢı  təlim  edilirsə, 

istənilən materialı tamamilə mənimsəyə bilər. Göründüyü kimi 

C.Bruner Ģagirdlərin əqli inkiĢafında təlim prosesinin həlledici 

rol oynadığını qəbul etsə də, uĢağın yaĢ hüdudlarını silib atır. 

Bütün  bu  fikirlər  bir  daha  göstərir  ki,  təlim  və  psixi 

inkiĢafın  qarĢılıqlı  əlaqəsinin  düzgün  müəyyənləĢdirilməsi  bi-

rinci  növbədə  təlimin  struktur  komponentlərinin  dəqiq 

müəyyənləĢdirilməsindən  asılıdır.  Bu  cəhəti  nəzərə  alaraq 

L.S.Vıqotski  təlimin  strukturu  konsepsiyasını  iĢləməyə  xüsusi 

fikir  vermiĢ  və  bu  sahədə  əsaslı  iĢlər  görmüĢdür.  Vıqotskinin 

həmin  sahədəki  ideyaları,  gəldiyi  nəticələr  onun  tələbələrinin 

və ardıcıllarının xüsusi təlim konsepsiyası yaratmalarına imkan 

vermiĢdir. 

L.S.Vıqotski  bilik,  bacarıq  və  vərdiĢlərə  yiyələnmək  və 

ümumi  keyfiyyətlərə,  qabiliyyətlərə  (mücərrədləĢdirmə, 

ümumiləĢdirmə,  ixtiyarilik)  yiyələnməyin  mümkün  olduğunu 

aĢkara  çıxarmıĢdır.  O,  birinci  cəhəti  (bilik,  bacarıq  və 

vərdiĢlərə  yiyələnməni)  təlim  (öyrənmə),  ikincini  isə  inkiĢaf 

adlandırmıĢdır.  Onun  fikrincə  təlimdə  mənimsəmənin  əsas 

predmetini  bilik  və  mədəniyyət  haqqında  tarixi  təcrübə  təĢkil 



 

 

 



535 

 

edir. 



L.S.Vıqotskiyə görə təlim inkiĢafın əsas amilidir. 

Təlimin həmiĢə inkiĢafdan qabaqda getməsi və onu da öz 

arxasınca  aparması  fikrini  əsas  götürən  L.S.Vıqotski  və  onun 

əməkdaĢları  təlimlə  əlaqədar  baĢ  verən  əqli  inkiĢafın  iki 

səviyyəsini və ya zonasını müəyyən etmiĢlər. Birinci səviyyəni 

inkiĢafın  fəal,  aktual  zonası  adlandırmıĢlar.  Bu  zonaya  malik 

olan  Ģagird  gündəlik  dərsləri,  verilmiĢ  təlim  tapĢırıqlarını 

müstəqil surətdə yerinə yetirir, özü baĢqasının köməyi olmadan 

dərsdə müvafiq materiallardan istifadə edir. Müəllimin Ģərh et-

diyi  bəzi  cəhətləri  izah  etməyə  təĢəbbüs  göstərir  və  nəhayət 

onda  əqli  inkiĢaf  elə  bir  səviyyəyə  çata  bilir  ki,  sonralar  hər 

hansı  bir  məsələni  heç  kimə  ehtiyacı  olmadan  həll  edə  bilir. 

Bütün  bunların  nəticəsində  Ģagird  bilikləri  müstəqil 

mənimsəyir, elmlərin əsaslarına özü yiyələnməyi bacarır. 

Əqli  inkiĢafın  ikinci  səviyyəsində  isə  uĢaq  bir  növ 

yaĢlıların, müəllimin köməyilə daha  yüksək nailiyyət əldə edə 

bilir.  L.S.Vıqotski  bu  inkiĢaf  səviyyəsini  “inkişafın  yaxın 

zonası  adlandırmıĢdır.  L.S.Vıqotski  bu  münasibətlə  yazır: 

“UĢaq nəyi ki, yaĢlının köməyilə etmək iqtidarındadır, bu onun 

yaxın inkiĢaf zonasını göstərir… Beləliklə, yaxın inkiĢaf zonası 

uĢağın  sabahkı  gününü,  onun  inkiĢafının  dinamik  vəziyyətini 

müəyyənləĢdirməkdə bizə kömək göstərir”. Təlim öz səmərəli 

nəticəsini  vermək  və  Ģagirdlərin  əqli  inkiĢafına  əsaslı  təsir 

göstərmək üçün məhz “inkiĢafın yaxın zonası”na uyğun təĢkil 

olunmalıdır.  Təlimin  məzmununu,  forma  və  vasitələrini 

seçərkən bu tələb birinci tələb kimi nəzərə alınmalıdır. 

Ona görə də L.S.Vıqotski haqlı olaraq göstərir ki, uĢağın 

öyrənməyə qabil olmadığı iĢləri ona öyrətməyə çalıĢmaq, onun 

müstəqil yerinə yetirə bildiyini ona öyrətmək qədər mənasızdır. 

Bununla  yanaĢı  təlim  fəaliyyətinin  səmərəliliyini  təmin 

etmək  üçün  Ģagirdlərin  mənimsəmə  imkanlarının  aĢkara 

çıxarılması  da  ən  zəruri  Ģərtlərindəndir.  ġagirdlərin 

mənimsəmə imkanlarının aĢkara  çıxarılmasında  yaş həssaslığı 




 

 

 



536 

 

haqqında  psixologiyada  toplanmıĢ  məlumatların  əhəmiyyəti 



böyükdür.  UĢağın  inkiĢafının  ayrı-ayrı  mərhələlərində 

psixikanın  bu  və  ya  digər  istiqamətdə  inkiĢafı  üçün  daha 

əlveriĢli Ģərait  yaranır. Bunlardan bəzisi müvəqqəti, keçici xa-

rakter  daĢıyır.  Görünür  psixi  fəaliyyətin  ayrı-ayrı  dövrlərinin 

olması  və  güclənməsi  üçün  optimal  vaxt  mövcuddur.  Bu  cür 

yaĢ  dövrləri  bu  və  ya  digər  psixi  xüsusiyyət  və  keyfiyyətin 

inkiĢafı  üçün  nisbətən  optimal  olarsa,  həmin  dövrləri  senzitiv 

dövrlər  adlandıra  bilərik.  Məsələn,  nitqin  inkiĢafı  üçün  bir 

yaĢdan beĢ yaĢa qədər olan dövr, riyazi qabiliyyətlərin forma-

laĢması  üçün  15-20  yaĢ  senzitiv  dövr  hesab  olunur.  Psixi 

inkiĢafın  senzitiv  dövrlərinin  əhəmiyyətini  qeyd  edərək 

L.S.Vaqotski  yazırdı:  “Bu  dövrdə  hissi  həssaslıq  inkiĢafda 

dərin  dəyiĢikliklər  əmələ  gətirərək  onun  bütün  gediĢinə 

müəyyən  təsir  göstərir.  BaĢqa  vaxtlarda  həmin  Ģərtlər  özü 

tamamilə neytral olar, ya da inkiĢafın gediĢinə əks təsir göstərə 

bilər.  Senzitiv  dövrlər  bizim  təlimin  optimal  müddətləri 

adlandırdığımız  anlarla  tam  uyğyn  gəlir”.  Ona  görə  də 

Ģagirdlərlə  apardığımız  təlim  iĢini  onların  psixi  inkiĢaflarının 

“senzitiv”  dövrlərinə  uyğunlaĢdırmaq  təlim  prosesini  optimal-

laĢdırmağın mühüm Ģərtlərindən biridir. 



 

VI. 24.3. Öyrənməyə qabillik problemi və mənimsəmə 

   

Öyrənməyə  qabillik  problemi.  Bu  problem  Ģagirdlərin 

geridə  qalma,  mənimsəyə  bilməmə  səbəblərini  aĢkara 

çıxarmaqla  əlaqədar  meydana  çıxan  problemdir.  Təlim 

materiallarının  mənimsənilməsində    geridə  qalan  Ģagirdlərin 

psixoloji  xarakteristikası  əsasında  psixoloqlar  “öyrənməyə  qa-

billik”  anlayıĢını  irəli  sürmüĢlər.  Həmin  anlayıĢ  altında 

Ģagirdlərin bilikləri və təlim fəaliyyəti tərzlərini mənimsəməyə 

nə  dərəcədə  həssas,  qabil  olduqları  nəzərdə  tutulmuĢdur. 

Öyrənməyə  qabilliyi  Ģagirdin  əqli  inkiĢafı  ilə  qarıĢdırmaq  ol-



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə