Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə163/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   159   160   161   162   163   164   165   166   ...   197

 

 

 



537 

 

maz. Yüksək əqli inkiĢaf səviyyəsinə malik olan adamda bəzən 



öyrənməyə  qabilliyin  aĢağı  səviyyədə  olduğunu  müĢahidə 

etmək mümkündür. YaĢ artdıqca əqli inkiĢaf yüksək səviyyəyə 

qalxa  bildiyi  halda,  öyrənməyə  qabillik  uzun  müddət  az  və  ya 

çox dərəcədə öz sabitliyini saxlaya bilər. 



Deməli, öyrənməyə qabillik insanın təlim prosesində bi-

lik,  bacarıq  və  vərdişləri  mənimsəməsinin  sürət  və 

keyfiyyətinin fərdi göstəricisindən ibarətdir. 

Öyrənməyə  qabilliyin  ümumi  və  xüsusi  növləri  vardır. 

Öyrənməyə  ümumi  qabillikdən  danıĢarkən  hər  cür  materialı, 

bütün tədris fənlərini mənimsəməyə qabillik, öyrənməyə xüsusi 

qabillikdən söhbət gedərkən isə ayrı-ayrı materialları (müxtəlif 

elmləri,  incəsənəti,  yalnız  bir  fənni,  tək  bir  praktik  fəaliyyət 

növünü) mənimsəməyə qabillik nəzərdə tutulur. Bunlardan bi-

rincisi  fərdin  ümumi,  ikincisi  isə  xüsusi  istedadının  göstəricisi 

hesab olunur. 

Öyrənməyə  qabilliyin  əsasında  idrak  proseslərinin, 

Ģəxsiyyətin  iradi-emosional  sahəsinin  inkiĢaf  səviyyəsi,  eləcə 

də  bunlardan  doğan  təlim  komponentlərinin  inkiĢafı  dayanır. 

Lakin  öyrənməyə  qabillik  təkcə  fəal  dərketmənin  inkiĢaf 

səviyyəsilə, daha doğrusu, subyektin müstəqil olaraq dərk etmə 

və  mənimsəmə  bacarığı  ilə  deyil,  onun  artıq  müvafiq  bilik  və 

bacarıqlara  malik  olan  adamın  köməyilə  dərk  edə  və 

mənimsəyə bilmək bacarığı səviyyəsi ilə də Ģərtlənir. Ona görə 

də  öyrənməyə  qabillik  təlim  və  mənimsəmə  qabiliyyəti  kimi 

müstəqil dərk etmə qabiliyyətlərindən fərqlənir və yalnız idrak 

qabiliyyətlərinin inkiĢafı kimi qiymətləndirilə bilməz. 



Geridə  qalan  Ģagirdlərin  psixoloji  xüsusiyyətləri. 

Psixoloqların  geridə  qalan  Ģagirdlərlə  apardıqları  iĢlər  zamanı 

müəyyən edilmiĢdir ki, bu cür uĢaqlar deduktiv əqli nəticə apa-

ra bilmir, əsas əlamətləri, xüsusilə bir neçə belə əlamət olduq-

da,  ayırmaq  və  onların  əsasında  ümumiləĢdirmə  aparmaqda 

çətinlik çəkirlər.  

Bununla  yanaĢı  olaraq,  geridə  qalan  Ģagirdlər  təhlil 



 

 

 



538 

 

aparmaqda  da  çətinlik  çəkir,  adətən  onların  mücərrədləĢdirmə 



və  ümumiləĢdirmə  səviyyələri  problemin  məhsuldar  Ģəkildə 

həlli üçün lazım olan səviyyədən aĢağı olur. 

Təlimdə  yetirməyən  bu  cür  Ģagirdlərin  sözlü-məntiqi 

təfəkkürünün inkiĢafı əyani-əməli təfəkkürlərindən geridə qalır. 

Ona görə də həmin Ģagirdlər ya qaydanın Ģərhini baĢa düĢmür, 

ya da qayda haqqında yalnız formal biliklər məsələnin düzgün 

həllinə gətirib çıxarmır. 

Psixoloji  tədqiqatlar  təlimdə  geridə  qalan  Ģagirdlərin  üç 

tipini müəyyənləĢdirməyə imkan vermiĢdir:  

birinci tip özünün öyrənməyə qabilliyinin aĢağı səviyyəsi 

ilə,  lakin  təlimə  qarĢı  müsbət  münasibətləri  və  məktəbli 

mövqelərini saxlamaları ilə xarakterizə olunurlar;  

ikinci tip geridə qalan Ģagirdlər fikri fəaliyyətinin yüksək 

keyfiyyətləri  və  məktəbli  mövqelərini  qismən  və  ya  tamamilə 

itirmələri ilə fərqlənirlər;  

üçüncü tip Ģagirdlərdə öyrənməyə qabillik aĢağı olmaqla 

onlarda təlimə qarĢı  mənfi münasibət  və məktəbli  mövqelərini 

qismən və ya tamamilə itirmə xüsusiyyətləri özünü göstərir. 

Psixoloji  tədqiqatlar  geridə  qalan  Ģagirdlərin  bu  cür 

tiplərinin  özünəməxsus  yarımtipləri  olduğunu  da  aĢkara 

çıxarmıĢdır (N.Ġ.Muraçkovski). 

Hər  bir  tipi  yarımtiplərə  ayırmaq  üçün  aĢağıdakı  iki 

göstəriciyə  istinad olunmuĢdur: 

1) 

 

Ģagirdlərin  təlimdəki  müvəffəqiyyətsizliklərini  əvəz 



etmələrinə imkan verən vasitələr; 

2) 


 

Gələcəkdə  müəyyən  fəaliyyətə  qarĢı  yönəlmənin 

olması və ya da olmaması. 

Bu  göstəricilərdən  asılı  olaraq  birinci  tip  Ģagirdlər 

arasında iki yarımtip müĢahidə olunur. 

Bunlardan  birincisinə  təlim  iĢlərindəki  müvəffəqiy-

yətsizliyi  hər  hansı  bir  praktik  fəaliyyətin  köməyi  ilə  əvəz 

etməyə  çalıĢan  Ģagirdləri  aid  etmək  olar.  Belə  Ģagirdlər  üçün 

ümumi  olan  cəhət  onlarda  mücərrəd  təfəkkürün  inkiĢaf 



 

 

 



539 

 

etməməsi  və  bununla  əlaqədar  olaraq  məsələnin  Ģərti  və  həlli 



yollarını konkretləĢdirmək cəhdindən ibarətdir. Onların bu cür 

hərəkətləri təlimdə bəzi müvəffəqiyyətlər qazanmaq imkanı ve-

rir.  

Bu  cür  Ģagirdlərdə  analitik  təfəkkür  inkiĢaf  etmədiyinə 



görə  təlim  materialını  çətinliklə  mənimsəyirlər.  Onlar  təhlili 

məsələ həllinin bütün gediĢində tətbiq edə bilmədiklərinə görə, 

çox vaxt məsələni də axıra kimi həll edə bilmirlər. 

Geridə  qalan  Ģagirdlərin  həmin  yarımtipində  gələcəkdə 

müəyyən fəaliyyət növünə qarĢı yönəliĢlik, arzu olunan peĢəyə 

dair  az  və  ya  çox  dərəcədə  aydın  təsəvvür  mövcud  olur. 

Adətən,  bu  cür  yönəliĢlik  onların  təlim  fəaliyyətindəki 

müvəffəqiyyətsizliklərini  əvəz  edən  praktik  fəaliyyətinin 

məzmunundan  asılı  olur.  Bununla  əlaqədar  olaraq  həmin 

Ģagirdlərdə özünüqiymətləndirmə obyektiv xarakter daĢıyır. 

Geridə  qalan  birinci  tip  Ģagirdlərin  ikinci  yarımtipinə 

təlim  iĢindəki  hər  cür  çətinlikdən  qaçmağa  çalıĢan  Ģagirdləri 

aid  etmək  olar.  Təlimdə  müvəffəqiyyət  qazanmağa  çalıĢan 

həmin  Ģagirdlər  çox  vaxt  qadağan  olunmuĢ  yollardan  istifadə 

etməyə  çalıĢırlar:  yoldaĢlarından  köçürür,  onların  gizlincə 

dediklərinə  istinad  edir  və  s.  Bu  cür  Ģagirdlər  baĢqa  iĢlərin 

hamısına  da  təlimə  yanaĢdıqları  kimi  yanaĢırlar.  Ətraf  aləm 

haqqında  onların  təsəvvürləri  olduqca  məhduddur.  Birinci 

yarımtipdən  fərqli  olaraq  onlar  hətta  təlim  tapĢırıqlarının 

mahiyyətini anlamağa cəhd göstərmirlər. Bir qayda olaraq on-

lar gələcək haqqında düĢünmürlər. 

Ġkinci  tipə  aid  etdiyimiz  geridə  qalan  Ģagirdlər,  adətən 

məktəbə  yaxĢı  hazırlıq  və  oxumaq  həvəsi  ilə  gəlirlər.  Lakin 

həmin uĢaqlar evdə səbrlə oturub iĢləməyə alıĢdırılmamıĢ olur-

lar.  Onlarda  yalnız  xoĢlarına  gələn  iĢlə  məĢğul  olmaq  adəti 

hökm  sürür.  Ona  görə  də  diqqəti  cəmləĢdirmək,  hafizəni 

gərginləĢdirmək,  fəal  Ģəkildə  fikirləĢmək  onlarda  narazılıq 

yaradır.  Bunun  əsasında  təlimdə  yaranan  müvəffəqiyyətsizlik 

mənəvi  konfliktin  yaranmasına  gətirib  çıxarır.  Bu  da  öz  növ-



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə