Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə167/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   163   164   165   166   167   168   169   170   ...   197

 

 

 



549 

 

lara  düzgün  cavab  tapılması  müəllimin  həmin  sahədə 



Ģagirdlərlə  iĢ  aparmasını,  təlim  fəaliyyətini  idarə  etməsini 

asanlaĢdıra bilər. 

Birinci növbədə, ümumiyyətlə, motivin və motivasiyanın 

nədən ibarət olduğunu nəzərdən keçirək. Motiv insanı hər hansı 

bir məqsədəyönəlmiĢ iĢə, fəaliyyətə təhrik edən səbəbdir. Ġnsan 

beynində  əks  olunaraq  onu  fəaliyyətə  təhrik  edən  və  həmin 

fəaliyyəti  müvafiq  tələbatların  ödənilməsinə  yönəldən  Ģeyləri 

A.N.Leontyev həmin fəaliyyətin motivi adlandırmıĢdır

1



Ġnsan  fəaliyyətinin  motivləri  özünün  çoxcəhətliliyi  ilə 



xarakterizə  olunur.  Onlar  hər  Ģeydən  əvvəl  bir-birlərindən 

tələbatların  növlərinə  görə  fərqlənirlər.  Ona  görə  də 

tələbatlarda  olduğu  kimi,  motivlər  təbii  və  ali  (maddi  və 

mənəvi)  ola  bilir.  Bundan  baĢqa,  A.N.Leontyevə  görə  motiv 

obraz, anlayıĢ, fikir, ideal Ģəklində də çıxıĢ edə bilər. 

Motivasiyaya  gəldikdə  bu  elə  motivlər  birliyidir  ki, 

Ģəxsiyyətin  yönəliĢliyini  müəyyən  etməklə  onun  fəaliyyətinin 

səmərəliliyini  də  Ģərtləndirir.  Motivasiya  təhriklə  fəaliyyətin 

məqsədi  arasındakı  əlaqə  və  münasibətlərin  açılmasında  ifadə 

olunur.  Məlum  olduğu  kimi,  onun  həyata  keçirilməsi  prose-

sində  motivlərin  məqsədə  keçməsi  və  məqsədin  motivə 

çevrilməsi baĢ verə bilər. 

Psixoloqlar  belə  bir  qənaətə  gəlmiĢlər  ki,  təlim  uğurları 

təkcə  Ģagirdin  təlimə,  öyrənməyə  qabilliyi,  bütövlükdə 

qabiliyyətləri  və  s.  ilə  deyil,  həm  də  təlim  motivasiyası  ilə 

Ģərtlənir. BaĢqa sözlə, onun “yaxĢı oxuması” üçün bütün digər 

Ģərtlərlə  yanaĢı  həm  də  təlim  motivasiyasının  formalaĢması 

zəruridir (Ə.Ə.Əlizadə). 

Ġnsan fəaliyyətinin baĢqa  sahələrində olduğu kimi, təlim 

fəaliyyətində  də  özünün  xarakteri  və  fəaliyyət  prosesində 

oynadığı  rola  görə  motivlərin,  o  cümlədən  təlim  motivlərinin 

aĢağıdakı növlərini qeyd etmək olar: 

                                                 

1

 А.Н. Леонтьев. Проблемы развития психики. М., 1972, с.342. 




 

 

 



550 

 

1)  sitüativ  və  geniĢ  motivlər;  2)  fəaliyyətin  nəticəsinə 



yönələn və onun özünə doğru yönələn motivlər; 3) eqoistik və 

ictimai əhəmiyyətli motivlər. 

Motivləri  təzahür  xüsusiyyətlərinə  görə  psixoloji 

ədəbiyyatda  geniĢ  istifadə  olunan  iki  qrupa  ayırmaq  müm-

kündür:  

1) geniĢ sosial motivlər və 2) idrak motivləri. 

Bununla  yanaĢı  olaraq,  motivlərin  xarici  və  daxili  tipləri 

də qeyd olunur. 

Təlim  fəaliyyətində  bu  cür  motivlərin  formalaĢması 

Ģagirdlərin  tələbat  sahəsinin  formalaĢması  ilə  sıx  bağlıdır. 

Müəyyən  Ģeylər,  hadisələr,  Ģərait  insanın  müvafiq  fəallığının 

mənbəyi  kimi  insan  fəaliyyətinin  motivinə  çevrilir.  Həmin 

mənbələri  üç  əsas  kateqoriyaya  ayırmaq  mümkündür:  daxili, 

xarici və Ģəxsi mənbələr. 

Birinci,  daxili  mənbələr  insanın  tələbat  sahəsi  ilə  bağlı 

olur.  Ġnsanda  bu  cür  tələbatlar  anadangəlmə  və  həyatda 

qazanılan xarakter daĢıya bilər. Birinci halda orqanizmin üzvü 

tələbatları, ikinci halda cəmiyyətdə formalaĢan sosial tələbatlar 

özünü göstərir. 

Təlimə,  öyrənməyə  stimul  rolunu  oynayan  anadangəlmə 

tələbatlara  uĢağın  fəallığına  və  informasiyaya  olan  tələbatını 

aid etmək olar. 

Təlim  fəaliyyətinin  stimullaĢmasına  təsir  edən,  həyatda 

formalaĢan  tələbatlara  qnostik  və  müsbət  sosial  tələbatları  aid 

etmək  olar.  Bunlardan  bilik  əldə  etməyə  olan  tələbatları, 

cəmiyyətə xeyir verməklə bağlı tələbatları və s. göstərə bilərik. 

Ġnsanın öyrənməyə, təlim fəaliyyətinə təhrik olunmasında 

xarici və Ģəxsi mənbələrin rolu da az deyildir. Xarici mənbələr 

insanın həyat və fəaliyyətinin sosial Ģəraiti ilə müəyyən edilir. 

Burada insanın hansı davranıĢ tərzini və fəaliyyət növünü 

seçməsi  ilə  bağlı  onun  qarĢısına  qoyulan  tələblər,  ondan 

gözlənilən  nəticələr  və  müvafiq  fəaliyyət  növünü  yerinə 

yetirməsi  üçün  imkanların,  obyektiv  Ģəraitin  olması  əsas 



 

 

 



551 

 

götürülür. 



ġəxsi  mənbələrə  gəldikdə,  bunlar  insanın  maraqları, 

cəhdləri, yönəliĢliyi, inamı və dünyagörüĢü ilə Ģərtlənir. 

Təcrübə  göstərir  ki,  insan  davranıĢının  qeyd  etdiyimiz 

daxili, xarici və Ģəxsi stimulları təlim fəaliyyətilə əlaqələndikdə 

onun  müvəffəqiyyətinə  əsaslı  təsir  edir.  BaĢqa  sözlə  təlim 

fəaliyyətinin motivasiya sahəsi formalaĢmıĢ olur. 



ĠnkiĢafetdirici və tərbiyəedici təlim. Yuxarıda təlim və 

inkiĢaf  probleminə  toxunarkən  onun  pedaqoji  psixologiyanın 

və  yaĢ  psixologiyasının  ən  aktual  problemlərindən  biri 

olduğunu,  bu  sahədə  müxtəlif  baxıĢların  mövcudluğunu  qeyd 

etdik.  L.S.Vıqotskiyə  görə  təlim  inkiĢafın  baĢlıca  Ģərtidir. 

Təlim inkiĢafetdirici və tərbiyəetdirici funksiyaları yerinə yeti-

rir.  Ona  görə  də  təlimin  məzmunu,  forma  və  üsulları  elə  

seçilməlidir ki, bu fünksiyaları həyata keçirməyə imkan versin. 

ĠnkiĢaf  anlayıĢı  çoxcəhətli  anlayıĢdır.  ġagirdlərin  inkiĢafından 

söhbət  gedərkən  birinci  növbədə  onların  psixi  inkiĢafı  diqqəti 

cəlb  edir.  Təlim  -  tərbiyə  prosesində  Ģagirdlərin  psixi  inki-

Ģafının  əsas  istiqamətlərini  təhlil  edərkən  psixoloqlar,  ilk 

növbədə,  biliklərin  onların  tətbiqi  mexanizmlərinin  və 

Ģəxsiyyətin  umumi  xassələrinin  inkiĢafı  Ģəraitini  ayırd  edirlər. 

Sözün  geniĢ  mənasında  inkiĢafetdirici  təlim  Ģəxsiyyətin  for-

malaĢmasına  yönəldilmiĢ  təlimdir.  Bu  mənada  təlim  eyni  za-

manda  tərbiyəedici  funksiyanı  həyata  keçirir.  Psixoloqlar 

Ģəxsiyyətin  psixi  inkiĢafını  təlimin  həm  nəticəsi,  həm  də 

baĢlıca Ģəraiti kimi qeyd edirlər. Professor Ə.Əlizadə haqlı ola-

raq  qeyd  edir  ki,  “inkiĢafetdirici  təlim  prinsipi  Ģagirdlərin  əqli 

inkiĢafına xüsusi əhəmiyyət verir və onu Ģəxsiyyətin forlaĢması 

ilə  qarĢılıqlı  əlaqədə  araĢdırır”.  Məhz  buna  görə  də  təlim  elə 

təĢkil edilməlidir ki, o təkcə Ģagirdlərə bilik, bacarıq verməklə, 

onların əqli inkiĢafını təmin etməklə kifayətlənməsin, eyni za-

manda  onlarda  Ģəxsiyyətin  formalaĢmasına  təkan  versin.  Bu 

zaman  təlim  özünün  tərbiyəedici  funksiyasını  həyata  keçirmiĢ 

olur.  



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə