Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə168/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   164   165   166   167   168   169   170   171   ...   197

 

 

 



552 

 

 




 

 

 



553 

 

VI. 24.6. Dərsin təĢkilinin psixoloji Ģərtləri 

 

Müasir  dərsə  verilən  psixoloji  tələblər.  Elmi  texniki 

tərəqqinin  həyatımızın  müxtəlif  sahələrinə  daxil  olduğu  və 

mənimsənilməsi  zəruri  olan  məlumatların  durmadan  artdığı 

müasir  dövrdə  dərsə  daha  yüksək  tələblər  verilir.  Bu  tələbləri 

həyata keçirmək müəllimin öz ixtisası ilə yanaĢı, yüksək peda-

qoji  bacarıq,  vərdiĢ  və  qabiliyyətlərə,  eləcə  də  psixologiya  el-

minin,  xüsusilə  təlim  psixologiyasının  müasir  nailiyyətlərinə 

dərindən yiyələnməsini tələb edir.  

Müasir  dərs,  hər  Ģeydən  əvvəl,  məktəbə  verilən  müasir 

ictimai tələblərin yerinə yetirilməsinə yönəldilən dərsdir. Müa-

sir  dərsə  bir  sıra  psixoloji  tələblər  verilir.  Bu  tələblər  müasir 

dərsin  funksiyaları  ilə  sıx  bağlıdır.  Həmin  funksiyalara  öyrə-

dici,  inkiĢafetdirici,  tərbiyəedici  funksiyaları  və  s.  aid  etmək 

olar.  Həmin  funksiyalarla  bağlı  olaraq  müasir  dərsə  verilən 

psixoloji tələblərə nəzər salaq. 

ġagirdlərin  fəallığının  təmin  edilməsi  müasir  dərsə 

verilən  ən  baĢlıca  psixoloji  tələblərdən  biridir.  Bu  mühüm 

tələbin  yerinə  yetirilməsi,  hər  Ģeydən  əvvəl,  təlim  prosesində 

mənimsəməyə  təsir  edən  amillərin  nəzərə  alınması  zərurətini  

irəli  sürür.  Təlim  psixologiyasında  belə  amillər  iki  qrupa 

bölünür: daxili və xarici amillər.  

Dərsdə 


Ģagirdlərin 

fəallığını 

Ģərtləndirən 

daxili 


amillərdən biri onların diqqətinin təĢkil olunmasından ibarətdir. 

Müəllim  dərsdə  Ģagirdlərin  diqqətini  səfərbər  etməklə  yanaĢı 

onu  mənimsənilməli  olan  anlayıĢların  mühüm  əlamətləri  üzə-

rinə  yönəltməlidir.  Müasir  dərs  elə  qurulmalıdır  ki,  ən  zəruri 

informasiyalar Ģagirdlərin diqqətindən kənarda qalmasın. 

ġagirdlərin  fəallığını  təmin  etmək,  onlarda  lazımi  və 

davamlı  bilik  və  bacarıqlar  aĢılamaq  üçün  dərsdə  öyrənməyə, 

yadda saxlamağa, öyrəndiklərini tətbiq etməyə qarĢı yönəliĢlik 

(ustanovka) yaratmaq zəruridir. 



 

 

 



554 

 

Müasir  dərsə  verilən  psixoloji  tələblərdən  biri  kimi, 



mənimsəməyə təsir edən xarici amillərdən düzgün və səmərəli 

istifadə  olunmasını  qeyd  etmək  olar.  Burada  dərsdə  təlim 

materialının  çətinlik  dərəcəsi,  əhəmiyyətliliyi,  mənalılığı, 

strukturu,  emosionallığı  ilə  yanaĢı,  ən  səmərəli  üsul  və 

vasitələrdən  istifadə  olunması  da  tələb  edilir.  Müasir  dərsi  ən 

yeni  texniki  vasitələrdən  istifadəsiz  təsəvvür  etmək  mümkün 

deyildir.  Müasir  dərs  inkiĢafetdirici  xarakter  daĢımalıdır.  Bu-

nun  üçün  dərsdə  Ģagirdin  yalnız  hafizəsinə  deyil,  təfəkkürünə 

xüsusi  olaraq  istinad  edilməlidir.  Ona  görə  də  dərs  elə  təĢkil 

edilməlidir ki, Ģagirdləri fikirləĢməyə  yönəldə bilsin. Buna isə 

dərsdə problemli situasiyanın yaradılması ilə nail olmaq müm-

kündür. 


Dərsdə  problem  situasiya  yaradılması  yolları.  Müasir 

dərsə  verilən  ən  mühüm  tələblərdən  biri  onun  inkiĢafetdirici 

olmasıdır.  Burada  problemli  təlim  əvəzolunmaz  əhəmiyyət 

daĢıyır. 

Problemli  təlim  isə  Ģagirdlərin  təfəkkürünün  iĢləməsinə, 

onların axtarıcı, fəal olmasına imkan yaradır. Təlimin problem-

li  xarakter  daĢıması  və  Ģagirdlərə  inkiĢafetdirici  təsir  göstər-

məsi  üçün  dərsdə  Ģagirdlərin  problem  situasiya  ilə 

qarĢılaĢdırılması  zəruri  Ģərtdir.  Özünün  baĢlıca  mahiyyətinə 

görə  təfəkkür  yalnız  yeni  məqsədlər  olan  yerdə,  fəaliyyətin 

köhnə,  əvvəlki  üsul  və  vasitələrinin  azlıq  etdiyi  yerdə  lazım 

gəlir.  Belə  Ģərait  problemli  situasiya  adlanır.  Təlim  psixo-

logiyası sahəsində tədqiqat aparan alimlər dərsdə problem situ-

asiya  yaradılmasının  Ģagirdlərin  fəallığı  üçün  zəruri  Ģərt 

olduğunu  qeyd  edirlər.  Bunu  məktəb  təcrübəsi  də  təsdiq  edir. 

Dərsdə  müvafiq  problem  situasiya  yaradıldıqda  Ģagirdlər 

müəyyən  çətinliklərlə  qarĢılaĢır,  həmin  çətinlikdən  çıxmaq, 

qarĢıda  duran  problemi  həll  etmək  üçün  mövcud  biliklərinin 

kifayət  qədər  olmadığını  dərk  edirlər.  Ona  görə  də  həmin 

çətinlikdən  çıxmaq  üçün  yollar  axtarmağa,  təfəkkürlərini  iĢə 

salmağa  baĢlayırlar.    Məsələn,  “GünəĢ  çıxdı,  Ģagirdlər 



 

 

 



555 

 

məktəbin  həyətində  göründülər”  cümləsini  təhlil  edən  Ģagird 



“GünəĢ”  sözünün  mübtəda  olduğunu  göstərir.  Həmin  Ģagirdə 

“GünəĢ  çıxmamıĢ  Ģagirdlər  məktəbin  həyətində  göründülər” 

cümləsi  təqdim  edildikdə  yenə  də  «GünəĢ»  sözünü  mübtəda 

kimi  qəbul  edir,  onun  eyni  söz  olmasına,  eyni  suala  cavab 

verməsinə  (Ģagirdin  özünün  verdiyi  suala  görə)  əsaslanır.  Bu 

zaman  müəllim  Ģagirdin  cavabının  düzgün  olmadığını,  burada 

baĢqa  sözün  mübtəda  olduğunu  bildirir.  Çətinliklə    qarĢılaĢan 

Ģagird  həmin  problemi  həll  etmək  üçün  yeni  yol,  vasitə 

axtarmağın zəruriliyini dərk edir. Bu zaman Ģagirdin fikri pro-

sesi  problem  situasiyanın  təhlilindən  baĢlayır.  Problem 

situasiyanın təhlili nəticəsində onun strukturundakı əsas cəhət-

lər: məlum olmayan, axtarılan cəhətlər ayrılır. Nəyi axtarmaq, 

nəyi  bilmək  lazım  gəldiyi  müəyyən  edilir.  Nəticədə  Ģagird 

yaradıcı olur, yüksək fəallıq Ģəraitində çalıĢır. Bütün bunlar isə 

materialı  daha  yaxĢı  anlamaq,  mənimsəməklə  yanaĢı  Ģagirdin 

əqli inkaĢafına da təsir göstərir. 

Psixoloji  ədəbiyyatda  problem  situasiyanın  mahiyyəti, 

onun  tipləri,  dərsdə  problem  situasiyanın  yeri  və  s.  məsələlər 

barədə  əsaslı  fikirlər  irəli  sürülmüĢdür.  Müəllimin  dərsdə 

yaratdığı situasiyanın dörd tipi qeyd olunur.   



Birinci  tip  problem  situasiya  ən  çox  o  zaman  meydana 

gəlir ki, Ģagird əvvəl əldə etmiĢ olduğu biliklərdən yeni praktik 

Ģəraitdə  istifadə  etmək  zərurəti  qarĢısında  qalsın.  Bu  zaman 

Ģagird  bilik,  bacarıq  və  vərdiĢinin  qənaətləndirici  səviyyədə 

olmaması  faktını  dərk  edir  ki,  bu  da  onun  idrak  maraqlarının 

oyanmasına, yeni biliklər axtarmasına səbəb olur.  



İkinci  tip  problem  situasiya  məsələnin  mümkün  olan 

nəzəri  həlli  yolu  ilə  seçilmiĢ  üsulun  praktik  olaraq  həyata 

keçirilməsinin  qeyri-mümkünlüyü  arasındakı  ziddiyyətdən 

doğur. 



Üçüncü  tip problem situasiya tədris tapĢırıqlarını  yerinə 

yetirərkən  əldə  edilmiĢ  praktik  nəticələrlə,  Ģagirddə  həmin 

nəticələri  nəzəri  olaraq  əsaslandırmağa  aid  biliyin  olmaması 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə