Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə169/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   165   166   167   168   169   170   171   172   ...   197

 

 

 



556 

 

arasında ziddiyyət olduqda meydana gəlir.  



Dördüncü tip problem situasiya daha geniĢ yayılmıĢ tip-

dir. Bu tip problem situasiya o zaman yaranır ki, Ģagird qarĢıda 

qoyulmuĢ  məsələni  həll  etmək  yollarını  bilmir,  tədris  və  ya 

həyat  situasiyasında  yeni  faktları  izah  etməkdə  çətinlik  çəkir, 

daha  doğrusu,  əvvəlki  biliklər  yeni  faktı  izah  etmək  üçün 

kifayət etmir. 

Təlim  psixologiyası  sahəsində  aparılmıĢ  tədqiqatlar 

zamanı  müəyyən  edilmiĢdir  ki,  problem  situasiyanın  ayrı-ayrı 

tipləri  təfəkkür  üçün  müxtəlif  Ģərait  yaradır.  Problem 

situasiyanın  əsas  tipləri  barədə  müəllimin  biliyi,  Ģübhəsiz,  bu 

cür  situasiyaların  yaradılması  yollarını  müəyyənləĢdirməsinə, 

bununla  da  Ģagirdlərin  idrak  fəaliyyətini  idarə  etməsinə  Ģərait 

yaradır.  Məhz  buna  görə  də  müəllim  dərsi  müasir  tələblər 

səviyyəsinə  qaldırmaq  üçün  həmin  cəhətə  xüsusi  diqqət 

yetirməlidir. 

Dərsdə  yaddasaxlama  tərzlərindən  səmərəli  istifadə 

etmənin  Ģərtləri.  Təlimin  müvəffəqiyyəti  dərsdə  öyrənmənin, 

yaddasaxlamanın  səmərəli  yollarından  istifadə  olunmasından 

da  çox  asılıdır.  Öyrənmənin,  yaddasaxlamanın  səmərəliliyini 

artıran  bu  cür  tərzlər  çox  və  müxtəlifdir.  Onlardan  bəzilərinə 

nəzər  salaq.  Dərsdə  öyrənmənin,  yaddasaxlamanın  bilavasitə 

müəllimlə bağlı olan səmərəli yollarından biri kimi Ģagirdlərdə 

öyrənilən  materiala  qarĢı  idrak  maraqlarının  aĢılanmasını, 

baĢqa  sözlə,  təlimin  daxili  motivlərinin  inkiĢaf  etdirilməsini 

göstərmək olar. Müəllim Ģagirdlərdə öyrəndiklərinə qarĢı idrak 

marağı  yaratdıqda  Ģagirdlərin  öyrəndiklərini  yaddasaxlamaları 

da səmərəli olur. 

YaxĢı 


öyrənmək 

və 


yaddasaxlamanın 

səmərəli 

Ģərtlərindən bir də müəllimin dərs zamanı Ģagirdlərin diqqətini 

səfərbər  edə  bilməsidir.  Bu  baxımdan  dərsdə  Ģagirdlərin 

diqqətini  öyrənilən  obyek  (material)  üzərinə  yönəltmək,  onun 

ətrafında mərkəzləĢdirmək ən zəruri Ģərtlərdəndir.  

Öyrənilən  materialın  daha  yaxĢı  yadda  saxlanılması 



 

 

 



557 

 

qarĢıya  qoyulmuĢ  yaddasaxlama  məqsədi,  yaddasaxlama 



müddətindən də asılıdır. Müəllim dərsdə Ģagirdlərin qarĢısında 

(eləcə də Ģagirdlər öz qarĢılarında) yaddasaxlama, həm də uzun 

müddət  üçün  yaddasaxlama  məqsədi  qoyduqda  öyrənilən  ma-

terial uzun müddət yaddan çıxmır. Əksinə, Ģagird materialı sa-

bah  müəllimə  cavab  vermək  məqsədini  qarĢısına  qoyursa,  ca-

vab verəndən az sonra həmin material asanlıqla unudulur. 

Yaddasaxlamanın 

səmərəli 

yollarından 

biri 


də 

öyrəndiklərini  anlamadır.  Əgər  müəllim  verdiyi  materialın 

Ģagirdlər tərəfindən anlaĢılmasına nail olarsa yaddasaxlama da 

bir o qədər davamlı və səmərəli olur.  

Müəllimin  öyrətdiyi  materialları  həyatla  əlaqələndirməsi 

də  yadda  saxlamanın  səmərəliliyinə  müsbət  təsir  edən 

Ģərtlərdəndir.  

Müəllim  dərsdə  Ģagirdlərin  öyrəndiklərini  yaxĢı  yadda 

saxlaya  bilmələri  üçün  onları  həmin  materialı  təxəyyüllərində 

canlandırmağa alıĢdırmalıdır.  

Öyrənmənin, yaddasaxlamanın səmərəliliyini təmin edən 

yolların  sayını  artırmaq  olardı.  ġübhəsiz  müəllimin  burada 

qeyd olunan və digər səmərəli yollardan istifadə etmək bacarığı 

aĢılaması  Ģagirdlərin  zəruri  bilik,  bacarıq  və  vərdiĢlərə 

yiyələnməsi iĢini asanlaĢdırır, təlim fəaliyyətinin səmərəliliyini 

yüksəldir. 

 

VI.24.7. Təlimin fərdiləĢməsi və diferensiasiyası 

 

Məktəb  təcrübəsindən  məlum  olduğu  kimi,  Ģagirdlər 



özlərinin öyrənməyə qabillikləri, əqli inkiĢaf səviyyələri, idrak 

imkanları,  fərdi  psixi  xassələri  və  s.  görə  bir-birlərindən 

fərqlənirlər. Ona görə də həmin Ģagirdlərin hamısı ilə eyni yol-

la  iĢləmək  istənilən  nəticəni  vermir.  Bu  cəhət  təlimin 

fərdiləĢməsi  və  diferensiasiyasının  vacibliyini  irəli  sürür.  Bu-

nunla  bağlı  olaraq  psixologiyada  fərdi  fərqlərin  öyrənilməsi 




 

 

 



558 

 

sahəsində  əldə  edilən  uğurlar  məktəb  təcrübəsində  fərdi 



yanaĢma  prinsipinin  özünə  yer  etməsində  xüsusi  rol 

oynamıĢdır. 

Fərdi  yanaĢma  mühüm  psixoloji-pedaqoji  prinsip  kimi 

diqqəti  cəlb  edir.  Təlimin  fərdiləĢməsi  və  diferensiasiyası 

anlamının yaranması fərdi yanaĢma nəzəriyyəsi və təcrübəsinin 

inkiĢafında  yeni  mərhələ  kimi  özünü  göstərmiĢdir.  Təlimin 

fərdiləĢməsi  dedikdə  forma  və  üsullarından  asılı  olmayaraq 

Ģagirdlərin  fərdi  xüsusiyyətlərinin  təlim  prosesində  nəzərə 

alınması  baĢa  düĢülür.  Əgər  Ģagirdlərin  qruplaĢdırılması 

formasında nəzərə alınarsa, təlimin fərdiləĢdirilməsindən fərqli 

olaraq buna təlimin diferensiasiyası deyilir. (Ə. Əlizadə). 

Hər bir Ģagird özünəməxsus fərdi xüsusiyyətlərlə seçilir. 

Bir  tərəfdən  bu  xüsusiyyətləri  qorumaq,  digər  tərəfdən  onları 

daha  da  inkiĢaf  etdirmək  məktəbin  əsas  vəzifəsi  sayılır. 

Təlimin  fərdiləĢməsi  və  diferensiasiyası,  hər  Ģeydən  əvvəl,  bu 

vəzifənin həyata keçirilməsinə xidmət edir.  

Təlimin  fərdiləĢdirilməsi  və  diferensiasiyası  müxtəlif 

formalarda həyata keçirilir:  



1. Təlimin diferensiasiyası. ġagirdlər özlərinin müəyyən 

xüsusiyyətlərinə görə qruplaĢdırılır, müxtəlif tədris planları və 

proqramları  ilə  təhsil  alırlar.  Bu  yolla  nisbətən  qomogen  olan 

siniflər, məktəblər  yaradılır. Mütəxəssislərin qeyd etdiyi kimi, 

dünya  miqyasında  diferensiasiyanın  əsasən  iki  formasından 

istifadə  olunur:  birinci,  müəyyən  bir  mərhələdə  məktəb  ayrı-

ayrı  bilik  sahələri,  məsələn,  humanitar,  fizika,  riyaziyyat, 

kimya-biologiya  və  s,  üzrə  Ģaxələnir;  ikinci,  icbari  fənləri 

seçmə  yolu  ilə  öyrənilən  fənlər  əlavə  olunur.  Bu  forma  və 

üsulların  qovĢağında  Ģagirdlərin  xüsusi  qabiliyyətləri, 

maraqları  və  peĢə  niyyətlərinə  görə  müxtəlif  tipli  məktəb  və 

siniflər  yaradılır.  Təlim  bir  qayda  olaraq  müxtəlif  tədris 

planları və proqramları əsasında həyata keçirilir. 

2.  Tədris  iĢinin  sinifdaxili  (qrupdaxili)  fərdiləĢdi-

rilməsi. Sinifdə frontal iĢ fərdi iĢlə üzvü surətdə əlaqələndirilir. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə