Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə17/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   13   14   15   16   17   18   19   20   ...   197

 

 

 



50 

 

Digər bir əsasa görə eksperimentin daha iki növünü qeyd 



edirlər: müəyyənedici eksperiment və öyrədici (formalaşdırıcı

eksperiment.  YaĢ  və  pedaqoji  psixologiyada  eksperimentin  bu 

növlərindən  geniĢ  istifadə  olunur.  Müəyyənedici  eksperiment 

psixi  hadisələrin  fərdlərdə  inkiĢaf  səviyyəsini  aĢkara  çıxarmaq 

üçün istifadə olunur. Burada eksperimentator psixi hadisələrin 

gediĢinə təsir etmir. 

Öyrədici  (formalaĢdırıcı)  eksperimentə  gəldikdə  bu  eks-

perimentatorun fəal, məqsədəyönəlmiĢ təsiri prosesində  yoxla-

nanlarda 

psixikanın 

inkiĢaf 

xüsusiyyətlərini 

aĢkara 

çıxarmasından  ibarətdir.  Bu  cür  eksperimentləri  psixoloji-



pedaqoji eksperiment adı ilə də adlandırırlar. 

Eksperimenti  fərdi  Ģəkildə,  ayrıca  bir  adam  üzərində  və 

qrup  Ģəklində,  bir  neçə  adam  üzərində  eyni  vaxtda  aparmaq 

mümkündür. 

Psixoloji  tədqiqatlar  zamanı  müsahibə  metodundan  da 

istifadə olunur. Bəzən müĢahidə və eksperiment zamanı bu və 

ya  digər  hadisənin  baĢ  verməsi  səbəblərini  aĢkara  çıxarmaq 

mümkün  olmur.  Bunun  üçün  müsahibə  metodu  psixoloqun 

köməyinə  çatır.  Sual-cavab  yolu  ilə  psixoloq  ona  lazım  faktı 

əldə  edir.  Lakin  müsahibə  istintaqa  çevrilməməlidir.  Suallar 

düĢünülmüĢ  və  birmənalı  olmalıdır.  Müsahibə  metodunu  çox 

vaxt  sorğu  metodu  kimi  də  qeyd  edirlər.  Sorğunun  müxtəlif 

variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və 

çatıĢmayan  cəhətləri  vardır.  Sorğunun  üç  əsas  növünü  qeyd 

edirlər: şifahi, yazılı və sərbəst sorğu. 

Şifahi  sorğu,  adətən,  yoxlananın  reaksiya  və  davranıĢı 

üzərində  müĢahidə  aparmaq  tələb  olunduqda  həyata  keçirilir. 

Yazılı sorğuya nisbətən Ģifahi sorğu insan psixologiyasına daha 

dərindən  nüfuz  etmək  imkanı  verir.  Belə  ki,  tədqiqat  zamanı 

yoxlanan  adamın  reaksiya  və  davranıĢından  asılı  olaraq 

tədqiqatçı öz suallarını tənzim etmək imkanına malik olur. La-

kin  sorğunun  bu  variantının  keçirilməsi  üçün  uzun  vaxt  və 

tədqiqatçının  xüsusi  hazırlığı  tələb  olunur.  Belə  ki,  cavabların 




 

 

 



51 

 

obyektivlik dərəcəsi çox vaxt tədqiqatçının özünün davranıĢ və 



Ģəxsi xüsusiyyətlərindən asılı olur. 

Yazılı  sorğu  daha  çox  adamı  əhatə  etməyə  və  buna 

nisbətən az vaxt sərf etməyə imkan verir. Bu cür sorğunun da-

ha  geniĢ  yayılmıĢ  forması  anketlərdir.  Lakin  yazılı  sorğunun 

qüsurlu cəhəti ondan ibarətdir ki, bu zaman yoxlananın suallara 

reaksiyasını görmək mümkün deyildir. 

Sərbəst sorğu bir növ Ģifahi və yazılı sorğunun müxtəlif 

variantlarıdır. Lakin bunu fərqləndirən cəhət ondan ibarətdir ki, 

veriləcək suallar əvvəlcədən müəyyənləĢdirilmir. Bu cür sorğu 

zamanı tədqiqatın taktika və məzmununu asanlıqla dəyiĢdirmək 

mümkündür. Bu isə yoxlananlardan müxtəlif məlumatları əldə 

etməyə imkan verir. 

Psixologiyada 

yardımçı 

metod 

kimi 


fəaliyyət 

metodlarının təhlilindən də istifadə olunur. Fəaliyyət məhsulu 

kimi  Ģagirdlərin  icra  etdikləri  yazı  iĢlərini,  onların  bədii 

yaradıcılıq  məhsullarını:  yazdıqları  Ģer  və  hekayələri,  əl 

iĢlərini,  çəkdikləri  rəsmləri  və  s.  aid  etmək  olar.  Belə  ki, 

Ģagirdlərin yazı iĢlərini yoxlamaq və təhlil etməklə onlarda yazı 

vərdiĢlərinin 

inkiĢaf 

xüsusiyyətlərini, 

digər 

fəaliyyət 



məhsullarını  təhlil  etməklə  həmin  sahədə  bacarıq  və 

qabiliyyətlərinin xüsusiyyətlərin aĢkara çıxarmaq mümkündür. 

Fəaliyyət  məhsullarının  təhlili  daha  çox  yoxlananı  əhatə 

etməyə imkan verir. 

Müasir  psixologiyada  psixodiaqnostik  metodlardan  da 

istifadə  olunur.  Bunlardan  ən  geniĢ  Ģəkildə  tətbiq  olunanı 



testlərdir.  Test  qısa  müddətli  standartlaĢdırılmıĢ  psixoloji 

sınaqdır.  Testin  köməyi  ilə  insanın  psixologiyası  və 

davranıĢının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi 

bir  sıra  əvvəlcədən  verilmiĢ  standartlara  –  test  normalarına  nə 

dərəcədə uyğun olmasının müqayisəsi əsasında həyata keçirilir. 

Testlərin  müxtəlif  növləri  vardır.  Onlardan  ən  geniĢ 

yayılanları  aĢağıdakılardır:  müvəffəqiyyət  testləri,  intellekt 

testləri, kreativ testlər, şəxsiyyət testləri, proyektiv testlər və.s. 



 

 

 



52 

 

Müvəffəqiyyət testlərinin köməyi ilə yoxlananların konk-

ret  bilik  bacarıq  və  vərdiĢlərə  yiyələnmə  dərəcəsi  aĢkara 

çıxarılır. 



İntellekt  testləri  yoxlananların  əqli  inkiĢaf  səviyyəsini 

aĢkara çıxarmağa xidmət edir. Ġntellekt testləri  haqqında ilk fi-

kir F.Qalton (1822-1911) tərəfindən irəli sürülmüĢdür. Sonralar 

fransız 


psixoloqu 

A.Bine 


ilk 

psixoloji 

testləri 

yaratmıĢdır(1905-ci il). «Əqli  yaĢ  » anlayıĢından istifadə edən 

alman psixoloqu V.ġtern əqli koeffisenti (ĠQ) aĢığıdakı formul-

la ölçməyi müəyyənləĢdirmiĢdir: 



йаш

хроноложи

йаш

ягли

I Q

 

Hal  –  hazırda  psixodiaqnostik  tədqiqatlarda  D.Vekslerin 



Ģkalasından,  «proqressiv Raven matrisasından»,  R.Amtxauerin 

əqlin  (intellektin)  strukturu  testindən,  Q.Y.Ayzenqin  «öz 

qabiliyyətlərinizi 

yoxlayın», 

«özünüzün 

əqli 


inkiĢaf 

koeffisentinizi yoxlayın» və s. geniĢ istifadə olunur. 

Ġntellekt  testlərindən  fərqli  olan  xüsusi  qabiliyyət 

testlərindən  də  istifadə  olunur.  Bu  cür  testlərin  köməyi  ilə 

insanların nə kimi xüsusi qabiliyyətlərə (musiqi, riyazi, texniki 

və s.) malik olduqları aĢkara çıxarılır. 



Kreativ  testlər  insanlarda  yaradıcılıq  qabiliyyətlərini 

aĢkara  çıxarmaq  üçün  tətbiq  olunur.  Ən  çox  tanınan  kreativ 

testlərə  C.  Gilfordun  və  E.Torrensin  testlərini  aid  etmək  olar. 

Bu  testin  əsasında  yeni,  qeyri-adi  ideyaları  irəli  sürə  bilmək 

qabiliyyətini  aĢkara  çıxarmaq  dayanır.  Bu  testdə  tapĢırıqlar 

sistemi  elə  qurulmuĢdur  ki,  yoxlanan  adam  Ģəraiti  dəyiĢmək, 

obyektə  baĢqa  cür  yanaĢa  bilmək  imkanına  malik  olsun. 

Məsələn,  obyektlərin  Ģərhi  zamanı  onları  daha  çox  sahəyə 

tətbiq  etmək  yollarını  fikirləĢmək  və  ya  daha  çox  dairə  və  ya 

kvadrat  tipli  Ģəkilləri  daxil  etməsi  tələb  olunur.  Bunun  üçün 

yoxlananlara  dairələr  (kvadrat)  Ģəkli  çəkilmiĢ  vərəqə  verilir. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə