Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə171/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   167   168   169   170   171   172   173   174   ...   197

 

 

 



563 

 

 



VI.25.1. Pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri

 

 

Pedaqoji  fəaliyyət  cəmiyyətin  yaşlı  üzvlərinin  məqsədi 



gənc  nəsli  tərbiyə  etməkdən  ibarət  olan  fəaliyyətidir.  BaĢqa 

sözlə,  pedaqoji  fəaliyyət  müəllimin  təlim,  tərbiyə,  inkiĢaf, 

Ģagirdlərin  təĢkili  zamanı  cəmiyyət  tərəfindən  irəli  sürülən 

sifariĢə müvafiq olaraq məktəblilərdə Ģəxsiyyətin keyfiyyətinin 

formalaĢmasına yönəldilmiĢ peĢə fəallığından ibarətdir. 

Pedaqoji fəaliyyət  mürəkkəb  fəaliyyətdir. Onun  müxtəlif 

cəhətləri diqqəti cəlb edir. Ona  görə də pedaqoji fəaliyyət pe-

daqoji  elmlərin  müxtəlif  sahələri  tərəfindən  öyrənilir,  tədqiq 

olunur.  Burada  birinci  növbədə  müəllim  əməyinin  psixoloji 

qanunauyğunluqları  diqqəti  cəlb  edir.  Ona  görə  də  pedaqoji 

fəaliyyətin  psixologiyasından  danıĢarkən  müəllim  əməyinin, 

müəllimin cəmiyyət tərəfindən  irəli sürülən məqsədləri və pe-

daqoji fəaliyyət sistemini necə qavraması və həyata keçirməsi, 

konkret Ģəraitdən  asılı olaraq öz fəaliyyətinin vəzifə, forma və 

metodlarının  aktuallığını  necə  dərk  etməsinin  psixoloji 

qanunauyğunluqlarını  öyrənən  psixoloji  bilik  sahəsini  nəzərdə 

tuturuq.  Bu  bilik  sahəsi  ümumiyyətlə  fəaliyyətin  psixoloji 

qanunauyğunluqlarına  istinad  edir,  özünün  strukturunu  müəy-

yənləĢdirərkən 

həmin 


qanunauyğunluqlardan 

qidalanır. 

Fəaliyyət haqqında mövcud biliklərə istinad etmiĢ olsaq, peda-

qoji  fəaliyyətin  strukturunda  aĢağıdakı  cəhətləri  ayırd  edə 

bilərik: 

1)  pedaqoji  fəaliyyətin  motivləri  -  insan  yetiĢdirməklə 

əlaqədar ictimai tələbat; 

2)  pedaqoji  fəaliyyətin  məqsədi  ─  cəmiyyət  üzvlərinin 

tərbiyəsi; 

3)  pedaqoji  fəaliyyətin predmeti  ─  insan  (yaĢlı  və uĢaq). 

Fəaliyyətin baĢqa növlərindən fərqli olaraq pedaqoji fəaliyyətin 

predmeti özünəməxsus xüsusiyyətə malikdir. Burada əsas cəhət 




 

 

 



564 

 

ondan  ibarətdir  ki,  uĢaq  öz  fəaliyyətinin  həm  obyekti,  həm  də 



subyekti kimi çıxıĢ edir; 

4) müəyyən iĢ və əməliyyatların məcmuundan ibarət olan 

fəaliyyətin  özü  ─  ayrı-ayrı  öyrədici,  inkiĢafetdirici  və 

tərbiyələndirici iĢ və əməliyyatlar; 

5)  pedaqoji  fəaliyyətin  vasitələri  ─  məktəbdə  təlim  və 

tərbiyənin məzmunu, forması və metodları; 

6)  pedaqoji  fəaliyyətin  Ģəraiti  ─  cəmiyyətin  böyüməkdə 

olan gənc nəslin tərbiyəsinə qayğısı, məktəbin maddi cəhətdən 

təchiz  olunması,  məktəbin  pedaqoji  kollektivindəki  birlik, 

məktəbə lazımı səviyyədə rəhbərlik etmək və s.; 

7)  pedaqoji  fəaliyyətin  nəticəsi  ─  Ģagird  Ģəxsiyyətinin 

əlamət və keyfiyyətlərinin formalaĢması.  

Bu  cəhətlərin  hər  biri  pedaqoji  fəaliyyətin  səmərəliliyi 

üçün əsas amil rolunu oynayır. Məhz buna görə də onların hər 

biri pedaqoji fəaliyyətin tələblərinə uyğun səviyyədə olmalıdır. 

Eyni  zamanda  pedaqoji  fəaliyyət  bu  cəhətlərə  malik  olmadan 

bir fəaliyyət kimi təzahür edə bilməz. 

Müəllim əməyi çoxcəhətli psixi reallıqdır. Burada bir-biri 

ilə vəhdətdə olan üç cəhət diqqəti xüsusi olaraq cəlb edir. Bun-

lar  pedaqoji  fəaliyyət,  pedaqoji  ünsiyyət  və  müəllim 

Ģəxsiyyətinin  xüsusiyyətlərindən  ibarətdir.  Onlar  vahid 

məqsədə  ─  cəmiyyətin  sosial  sifariĢini  həyata  keçirməyə 

yönəlsələr  də  bir-birini  təkrar  etmirlər.  Belə  ki,  pedaqoji 

fəaliyyət  müəllimin  Ģagirdlərə  təsirini  (eləcə  də  Ģagirdlərin 

müəllimə  təsirini)  əhatə  edir.  Pedaqoji  ünsiyyət  ─  birgə 

fəaliyyət  zamanı  müəllim  və  Ģagirdlərin  əməkdaĢlığından 

ibarətdir.  Pedaqoji  fəaliyyəti,  pedaqoji  ünsiyyəti  müəllim 

Ģəxsiyyətindən kənarda nəzərdən keçirmək mümkün deyildir. 

Müəllimin  Ģəxsiyyəti  onun  əməyinin  sosial  istiqamətini 

müəyyən  edən  əsas  amildir.  Qeyd  olunan  cəhətlərin  hər  üçü 

müəllim əməyinin gediĢi zamanı bir-biri ilə mürəkkəb dialektik 

əlaqədə olmaqla, onlardan hər biri gah zəmin, gah vasitə, gah 




 

 

 



565 

 

da inkiĢafın nəticəsi kimi özünü göstərir.  



Psixoloji tədqiqatlar əsasında müəyyən edilmiĢdir ki, pe-

daqoji fəaliyyət zamanı  müəllim bir deyil, bir neçə məqsəd və 

vəzifəni  yerinə  yetirir.  Psixoloqlar  həmin  məqsədlərin 

aĢağıdakı təsnifini vermiĢlər:  1)  cəmiyyətin sosial sifariĢindən 

doğan  ümumi  ilkin  məqsədlər,  2)  təlim  fənninin  spesifik-

liyindən  irəli  gələn  konstruktiv  məqsədlər,  3)  sinfin  konkret 

tərkibi ilə bağlı olan operativ pedaqoji məqsədlər. 

 

 



VI.25.2. Müəllim Ģəxsiyyətinin psixologiyası və müəllimin 

pedaqoji ustalığının psixoloji əsasları

 

 

        Müəllimin  cəmiyyətdə  yeri  və  funksiyaları

.  M

üəllimin 

qarĢısına  qoyduğu  tələbləri  aid  etmək  olar.  Sosial-psixoloji 

amillərə  gəldikdə,  buraya  ətrafdakı  adamların  müəllmin 

Ģəxsiyyəti və fəaliyyəti ilə bağlı sosial gözləmələri, özünün pe-

daqoji fəaliyyəti sahəsində onun öz gözləmə və ustanovkalarını 

aid etmək olar.

 

 

Müəllimin cəmiyyətdəki mövqeyi və funksiyaları. Pe-

daqoji fəaliyyətin əsas subyekti müəllim olduğuna görə burada 

müəllim əməyinin motivləri, məqsədləri və vəzifələri əsas  yer 

tutur.  Pedaqoji  fəaliyyətin  məzmunu  və  psixologiyası  bir 

tərəfdən  sosial  amillərlə,  digər  tərəfdən  sosial  psixoloji 

amillərlə  müəyyən  edilir.  Bu  cür  sosial  amillərə  müəllimin 

cəmiyyətdəki  mövqeyi  və  funksiyalarını,  cəmiyyətin    gənc 

nəslin tərbiyəsi iĢinə, tərbiyə sisteminin və onun özəyini təĢkil 

edən 

 

ümumtəhsil 



məktəblərinin 

inkiĢafı 

və 

təkmilləĢdirilməsinə verdiyi böyük əhəmiyyətlə müəyyənləĢir. 



Müəllimin  pedaqoji  fəaliyyəti  çətin  olmaqla,  həm  də 

Ģərəfli  və  xeyirxah  fəaliyyətidir.  Bu  fəaliyyətin  özünəməxsus 

vəzifələri  vardır.  Hər  Ģeydən  əvvəl,  bu  fəaliyyət  prosesində 

Ģagirdlər müvafiq bilik, bacarıq, vərdiĢlərə, elmlərin əsaslarına 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə