Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə172/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   168   169   170   171   172   173   174   175   ...   197

 

 

 



566 

 

yiyələnirlər.  Pedaqoji  fəaliyyət  Ģagirdlərə  bilik,  bacarıq  və 



vərdiĢlər  aĢılamaqla  məhdudlaĢmır,  eyni  zamanda  onlara 

dünyagörüĢü,  əqidə  və  inam  aĢılayır.  Bu  prosesdə  Ģagirdlər 

zəruri davranıĢ formalarına yiyələnirlər. Onlarda fəallıq, biliyə 

hərislik inkiĢaf edir. 

Müəllimin  pedaqoji  fəaliyyəti  və  bu  zaman  qarĢısına 

qoyduğu vəzifələri yerinə yetirməsi əsasən məktəbdə     həyata 

keçir.  Müəllimin  vəzifələri  məktəbin  qarĢısında  duran  ümumi 

vəzifələrdən  doğur.  Müasir  məktəbin  isə  ən  mühüm,  daimi 

vəzifəsi böyüməkdə olan nəslə elmlərin əsasları haqqında dərin 

və  möhkəm  biliklər  vermək,  həmin  bilikləri  təcrübədə  tətbiq 

etmək  vərdiĢləri  və  bacarıqları  aĢılamaqdan  ibarətdir.  Burada 

həlledici rolu müəllim oynayır.  

Müəllimin  pedaqoji  fəaliyyəti  müvəffəqiyyətlə  yerinə 

yetirməsi  onun  öz  qarĢısında  duran  funksiyaları  necə  həyata 

keçirməsindən  asılı  olur.  Müəllimin  pedaqoji  fəaliyyətinin 

təhlili göstərir ki, bu fəaliyyət bir-biri ilə sıx bağlı olan bir sıra 

funksiyalardan 

ibarətdir.  Həmin  funksiyaların  həyata 

keçirilməsi Ģagirdlərin təlim və tərbiyəsini, onlarda Ģəxsiyyətin 

formalaĢmasını təmin edir. 

Psixoloji ədəbiyyatda məktəbdə hər bir fənn müəlliminin 

fəaliyyəti  üçün  xarakterik  olan  aĢağıdakı  pedaqoji  funksiyalar 

qeyd  olunur:  inkişafetdirici,  tərbiyəedici,  kommunikativ-

öyrədici, qnostik, konstruktiv, təşkilatçılıq

ġübhəsiz bu cür funksiyaların sayını artırmaq olardı. La-

kin  elə  qeyd  etdiyimiz  bu  altı  funksiya  haqqında  biliyə  malik 

olmaq  və  həmin  funksiyaları  həyata  keçirməyi  bacarmaq  hər 

bir fənn müəlliminin pedaqoji ustalığının  göstəricisi ola bilər. 

Ġndi də həmin funksiyaların mahiyyətinə nəzər salaq. 



İnkişafetdirici  funksiya,  adından  məlum  olduğu  kimi, 

müəllimdən  öz  Ģagirdlərini  inkiĢaf  etdirmək  vəzifəsini  həyata 

keçirməyi  tələb  edir.  Təlim  və  Ģagirdlərin  inkiĢafı  vahid,  bir-

birilə  bağlı  proseslərdir.  Ona  görə  də  inkiĢafetdirici  pedaqoji 

funksiya  o  zaman  müvəffəqiyyətlə  həyata  keçə  bilər  ki, 



 

 

 



567 

 

müəllim  Ģagirdlərin  Ģəxsiyyətlərinin  əqli,  sensor  və  emosional 



sahəsinin, idrak imkanlarının formalaĢması və inkiĢafı yollarını 

müəyyənləĢdirə  bilsin,  onlarda  müstəqil  iĢləmək  bacarığı 

aĢılaya  bilsin.  Bunun  üçün  isə  müəllim  bir  sıra  zəruri  bilik, 

bacarıq və vərdiĢlərə malik olmalıdır. Bunlardan: müxtəlif yaĢ 

dövründə Ģagirdlərdə idrak qabiliyyətləri inkiĢafının psixoloji-

pedaqoji  əsasları  haqqında  bilikləri,  öyrənilən  faktları  təhlil 

etmək  və    ümumiləĢdirmək,  müqayisə  etmək,  onların  mühüm 

və  ikinci  dərəcəli  əlamətlərini  ayıra  bilmək  bacarığını,  Ģagirdi  

problem  situasiya  ilə  qarĢılaĢdıra  və  onu  fikirləĢdirə  bilmək 

bacarığını və s. göstərmək olar. 



Tərbiyəedici  funksiya  da  inkiĢafetdirici  funksiyadan  az 

əhəmiyyətə  malik  deyildir.  Tərbiyəedici  pedaqoji  funksiya 

təlim prosesində və sinifdənkənar tədbirlər zamanı Ģagirdlərdə 

düzgün  elmi  dünyagörüĢünün  formalaĢması,  ideya-siyasi, 

əxlaqi,  estetik  və  vətənpərvərlik  tərbiyəsi  vəzifələrinin  yerinə 

yetirilməsi  ilə  bağlıdır.  ġübhəsiz,  bu  funksiyanın  həyata 

keçirilməsi  də  müəllimdən  zəruri  pedaqoji  bacarıq  və 

vərdiĢlərə  yiyələnməyi  tələb  edir.  Bunlardan,  dərsdə  və  sinif-

dənkənar  tədbirlər  zamanı  tədris  edilən  fənnin  imkanlarından 

tərbiyəvi  məqsədlər  üçün  istifadə  edə  bilmək  bacarığını,  kol-

lektivizm,  prinsipiallıq,  fəal  əxlaqi  mövqe  tərbiyə  edə  bilmək 

bacarığını,  Ģagirdlərin  Ģüurlu  olaraq  peĢə  seçmələri  və  ilkin 

peĢə  hazırlığı    üçün  Ģərait  yarada  bilmək  bacarığını  və  s. 

göstərmək olar.  



Kommunikativ  öyrədici  funksiya  bir  tərəfdən müəllimin 

kommunikativ  fəaliyyətinin  təĢkili,  digər  tərəfdən  onun 

Ģagirdlərə  zəruri  məlumatlar  verməsi  ilə  bağlıdır.  Müəllimin 

kommunikativ fəaliyyəti düzgün qurulduqda tədris etdiyi elmin 

əsaslarını  öyrədə  bilir,  Ģagirdlərin  maraq  və  ehtiyaclarını 

ödəyir,  real  Ģəraitdən  asılı  olaraq  təlim  və  tərbiyə 

metodlarından  səmərəli  Ģəkildə  istifadə  etməyi  bacarır.  Kom-

munikativ funksiyanı həyata keçirmək üçün müəllim siniflə və 

ayrı-ayrı  Ģagirdlərlə,  ayrı-ayrı  müəllimlərlə  və  bütün  müəllim 



 

 

 



568 

 

kollektivi ilə, məktəb rəhbərləri ilə, Ģagirdlərin valideynləri ilə 



tez və asanlıqla iĢgüzar əlaqə yaratmağı bacarmalıdır. 

Müəllimin  pedaqoji  fəaliyyətindəki  qnostik  funksiyaya 

gəldikdə, o, hər Ģeydən əvvəl məktəbdə bu və  ya digər fənnin 

öyrədilməsinin son məqsədini dərindən dərk etməyə əsaslanır. 

Bununla  yanaĢı,  həmin  funksiya  müəllimdən  həmin  tədris 

fənninin  spesifik  cəhətlərini,  məzmununu,  tədris  metodlarını 

bilməyi, öyrənilən materialın mühüm əlamət və keyfiyyətlərini 

ayırmaq  bacarığını,  eləcə  də  proqramda  və  dərslikdə  verilmiĢ 

tədris materialını Ģagirdlərin mənimsəmə, dərk etmə imkanları 

və  mənimsəmədəki  çətinliklərin  səbəbləri  barədə  biliyə  malik 

olmağı tələb edir. 

Konstruktiv  funksiyanı  bir  növ  konstruktiv  –plan-

laĢdırma  funksiyası  da  adlandırmaq  mümkündür.  Bu  funksiya 

məktəbdə  tədris  prosesini  mərhələlər  üzrə  planlaĢdırmağı  və 

təĢkil  etməyi  nəzərdə  tutur.  BaĢqa  sözlə,  konstruktiv  funksiya 

bir  növ  müəllimin  təlim-tərbiyə  prosesini  məqsədyönəlmiĢ 

Ģəkildə  layihələĢdirməsindən  ibarətdir.  Burada  üç  cür 

layihələĢdirmə fəaliyyəti nəzərə çarpır: 

a) konstruktiv-məzmunlu (burada həm təlim materialının, 

həm  də  tərbiyəvi  iĢdə  istifadə  olunan  materialın  məzmunu  və 

quruluĢunun müəyyənləĢdirilməsi tələb olunur); 

b) konstruktiv-əməli (təlim və tərbiyə prosesinin müxtəlif 

anlarında müəllim və Ģagirdin  yerinə  yetirdikləri iĢlərin struk-

turunun planlaĢdırılması); 

v)  konstruktiv  -  maddi  (fənnin  tədrisi  və  tərbiyəvi  iĢləri 

aparmaq üçün maddi bazanın layihələĢdirilməsi və təĢkili). 

Bütün  yuxarıda  qeyd  etdiyimiz  funksiyaları,  xüsusilə 

kommunikativ  və  konstruktiv  funksiyaları,  müəllim  özünün 

təşkilatçılıq  funksiyasını  yerinə  yetirmədən  lazımi  səviyyədə 

həyata keçə bilməz. TəĢkilatçılıq funksiyası çoxcəhətlidir. On-

lardan  aĢağıdakıları    xüsusilə    qeyd    etmək    lazım  gəlir:  a) 

Ģagird kollektivini təĢkil etmək;  b) müxtəlif formalı  tədris və 

tərbiyə  iĢlərini  təĢkil  etmək;  v)  pedaqoji  prosesin  həyata 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə