Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə173/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   169   170   171   172   173   174   175   176   ...   197

 

 

 



569 

 

keçirilməsi üçün maddi bazanı təĢkil etmək. 



TəĢkilatçılıq 

funksiyasını 

müvəffəqiyyətlə 

yerinə 


yetirmək  üçün  müəllimin  bir  sıra  zəruri  pedaqoji  bacarıqlara 

malik olması lazım gəlir. 

Buraya birinci növbədə  sinif kollektivini təĢkil etmək və 

onun  fəaliyyətini  tədris  olunan  fənnin  mənimsənilməsinə,  icti-

mai-faydalı  iĢlərin  yerinə  yetirilməsinə  yönəltmək  bacarığını 

aid etmək olar. Bununla yanaĢı, həmin funksiyanı həyata keçirə 

bilmək üçün müəllim dərsin planına müvafiq olaraq özünün və 

Ģagirdlərin  fəaliyyətini  təĢkil  etməyi,  dərsdə  və  dərsdənkənar 

tədbirləri  yerinə  yetirərkən  onların  diqqətlərini  təĢkil  etməyi, 

təlimin texniki vasitələrindən səmərəli Ģəkildə istifadə etməyi, 

Ģagirdlərin tədris və kommunikativ fəaliyyətini hesaba almağı, 

ona nəzarət etməyi və təshihini bacarmalıdır. 



Müəllim  Ģəxsiyyətinə  verilən  psixoloji  tələblər. 

Müəllim  Ģəxsiyyəti  onun  peĢə  fəallığının  mənbəi  və 

hərəkətverici qüvvəsidir. Ona görə də müəllim əməyində onun 

Ģəxsiyyəti  aparıcı  yerlərdən  birini  tutur.  Müəllim  Ģəxsiyyəti 

lazımi  səviyyədə  formalaĢmazsa  cəmiyyətin  onun  qarĢısında 

qoyduğu sosial sifariĢi həyata keçirə bilməz. Axı xalq müəllimi 

gənc  Ģəxsiyyətin  mənəvi  aləminin  memarı,  cəmiyyətin  etibar 

etdiyi  Ģəxsdir.  Cəmiyyət  ən  əziz,  ən  qiymətli  sərvətini  - 

uĢaqları,  öz  ümüdini,  öz  gələcəyini  müəllimə  etibar  edir. 

Müəllim  isə  cəmiyyətin  bu  “qiymətli  sərvətini”  pedaqoji 

fəaliyyət  prosesində  yetiĢdirir,  cəmiyyət  üçün  bir  yararlı 

vətəndaĢ  kimi  formalaĢdırır.  Ona  görə  də  gənc  Ģəxsiyyəti 

formalaĢdıran  müəllimin  öz  Ģəxsiyyəti  yüksək  Ģəkildə 

formalaĢmalıdır. 

Pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün hər bir müəllim 

təbiət  və  cəmiyyət  haqqında  dərin  biliklərə  yiyələnməklə, 

yüksək  inam,  yüksək  ideyalılığa  görə  fərqlənməklə  yanaĢı  bir 

sıra  mühüm  keyfiyyətlərə  də  malik  olmalıdır.  Psixoloji 

ədəbiyyatda həmin keyfiyyətlər aĢağıdakı kimi xarakterizə olu-

nur:  1)  Hər  bir  müəllim  öz  fənninə  dərindən  yiyələnməli;  2) 




 

 

 



570 

 

idrak  nəzəriyyəsini  və  pedaqoji  elmi  mükkəməl  əxz  etməli;  3) 



ayrı-ayrı anlayıĢlar arasındakı əlaqə  və  münasibətləri açmağı 

bacarmalı;  4)  Ģagirdləri  fəallaĢdırmaq  məqsədilə  müxtəlif 

kommunikativ vasitələrdən istifadə  edə bilməli və s. Bütün bu 

keyfiyyətlərə  yiyələndikdən  sonra  müəllim  öz  pedaqoji 

fəaliyyətində yüksək nailiyyətlər əldə edə bilər.  

Müəllimin  Ģəxsiyyəti  onun  pedaqoji  əməyinə  istiqamət, 

məna verir. Müəllim Ģəxsiyyətinin strukturuna gəldikdə buraya 

onun 


əməyinin 

xarakterini 

müəyyənləĢdirən 

psixi 


keyfiyyətlərin,  qabiliyyətlərin,  halətlərin  mürəkkəb  vəhdətini 

və  s.  aid  etmək  olar.  Müəllim  Ģəxsiyyəti  özünün  istiqamət  və 

motivasiyası,  qabiliyyətləri,  xarakteri,  yaradıcı  mövqeyi,  fərdi 

üslubi və s. ilə xarakterizə olunur. 

Müəllim Ģəxsiyyətinin istiqaməti birinci növbədə özünün 

motivləĢmə sferası (aləmi), ideyaları, sərvət meylləri, əqidə və 

inamı  və  s.  ilə  müəyyən  edilir.  Burada  müəllimin  yüksək 

ideyalılığı və inamının, öz peĢəsində oynadığı sosial rolu anla-

manın rolunu da xüsusi qeyd etmək lazım gəlir. Bunlar bir növ 

müəllim Ģəxsiyyətinin keyfiyyətini təĢkil edirlər. 

Müəllim Ģəxsiyyətində qeyd olunan keyfiyyətlərlə yanaĢı 

onun  fərdi-psixi  xassələri  də  həlledici  yer  tutur.  Buraya 

müəllimin pedaqoji qabiliyyətlərini, maraq və meylini, xarakte-

rini,  emosional  iradi  və  əqli  xüsusiyyətlərini  daxil  etmək  olar. 

Pedaqoji  qabiliyyətlər  fərdi  psixi  xassə  kimi  müəllimi  özünün 

peĢə fəaliyyəti üçün daha çox yararlı edir. 

Müəllim  Ģəxsiyyəti  eyni  zamanda  özünün  yaradıcılıq 

mövqeyi səviyyəsi, onu həyata keçirmək üçün yeni məqsəd və 

yollar  axtarmaq  cəhdi  ilə  xarakterizə  olunur.  Müəllim 

yaradıcılığı  pedaqoji  fəaliyyətdə  yaratdığı  yenilikdə,  yaradıcı 

təfəkküründə, orijinal tapıntılarında ifadə olunur. 

Bütün bunlarla yanaĢı olaraq müəllim Ģəxsiyyəti pedaqoji 

əməyin həyata keçirilməsinin fərdi xarakteri ilə müəyyən edilir. 

Təcrübə göstərir ki, obyektiv tələblə Ģərtlənən eyni bir məqsəd 

müxtəlif  müəllimlər  tərəfindən  müxtəlif  əməliyyatlardan 



 

 

 



571 

 

istifadə  yolu  ilə  həyata  keçirilir.  Bu,  həmin  müəllimin  fərdi 



üslubu kimi xarakterizə olunur. Müəllim əməyinin fərdi üslubu 

onun  fəaliyyətinin  elə  davamlı  tərzləri  birliyidir  ki,  o  yalnız 

həmin  Ģəxsin  yerinə  yetirdiyi  iĢlərin  müvəffəqiyyətini  təmin 

edir.  Müəllimin  fərdi  üslubunun  səmərəliliyi  onun  yetirdiyi 

Ģagirdlərin  tərbiyəlilik  və  yüksək  mənimsəmə  səviyyəsi  ilə 

ölçülür.  Müəllim  hansı  üslubla  iĢlədiyini  dərk  etməlidir.  O, 

həmin  üslubun  qüsurlarının  nədən  ibarət  olduğunu  və  bu 

qüsurları necə aradan qaldırmaq mümkün olduğunu bilməlidir. 

Bir  cəhəti də nəzərə almaq lazımdır ki, müəllimin yiyələndiyi 

fərdi üslub nisbətən ləng dəyiĢilə bilir. 

Müəllim Ģəxsiyyətinin strukturunda özünü göstərən psixi 

halətlərə və proseslərə gəldikdə onlar epizodik, struktiv xarak-

ter  daĢıyır,  bir  növ  Ģəxsiyyətin  yaranmasında  ehtiyat  rolunu 

oynayırlar.   

Nəhayət, müəllim Ģəxsiyyətinin strukturunda təcrübə, bi-

lik,  bacarıq,  vərdiĢ  və  adətlər  də  özünəməxsus  yer  tutur  və 

onun fəaliyyətinin səmərəliliyində mühüm rol oynayır. 

Yeri  gəlmiĢkən  qeyd  etmək  lazımdır  ki,  müəllim 

Ģəxsiyyətinin  struktur  komponentləri  içərisində  ən  az 

dəyiĢməyə meyli olan onun istiqamətidir. Bu cəhəti dəyiĢmək, 

tərbiyə  etmək  nisbətən  çətindir.  Ona  görə  də  hələ  əvvəlcədən 

müəllim  Ģəxsiyyətinin  istiqamətinin  düzgün  formalaĢması 

həlledici əhəmiyyətə malikdir. 

Müəllim Ģəxsiyyətinin pedaqoji fəaliyyətdə rolu. Peda-

qoji  fəaliyyətin  müvəffəqiyyətində  yüksək  keyfiyyətlərə  malik 

olan  müəllim  Ģəxsiyyətinin  formalaĢması  mühüm  əhəmiyyətə 

malikdir.  Həmin  keyfiyyətlər  fəaliyyət  prosesində  tədricən 

Ģagirdlərin  Ģəxsiyyətinin  əlamətlərinə  çevrilir.  Qabaqcıl  müəl-

limlərin  iĢ  təcrübəsini  nəzərdən  keçirdikdə  onlarda  yüksək 

Ģüurluluq,  əxlaqi  keyfiyyətlər,  ümumi  mədəniyyət  və  s.  kimi 

keyfiyyətlər  müĢahidə  edirik.  Pedaqoji  qabiliyyətlərlə  birlikdə 

bu  keyfiyyətlər  müəllimə  öz  fəaliyyətində  müvəffəqiyyət  qa-

zanmaq  imkanı  verir.  Müəllimin  öz  fəaliyyətində  müvəffə-




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə