Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə174/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   170   171   172   173   174   175   176   177   ...   197

 

 

 



572 

 

qiyyət  qazanmasında  onun  əxlaqi  və  iradi  keyfiyyətləri  də 



mühüm  yer  tutur.  Bu  keyfiyyətlər  möhkəmlənir  və  müəllimin 

Ģəxsiyyətinin daimi əlamətlərinə çevrilir. 

Müəllimin  iradi  qüvvəsinin  ən  parlaq  ifadələrindən  biri 

onun məqsədyönəliĢliliyi, daima böyük pedaqoji vəzifələri həll 

etməyə yönəlməsindən ibarətdir. Ġradəli müəllim təkcə Ģagirdin 

qarĢısına  tələb  qoymaqla  kifayətlənmir,  eyni  zamanda  həmin 

tələbin dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət edir.   

Müəllim  təkidli  olmalıdır.  Təkidlilik  təkcə  müəllimin 

Ģagirdlərə qarĢı tələbkar olması, ona nəzarət etməsi üçün zəruri 

deyildir.  Bu  keyfiyyət  eyni  zamanda  müəllimin  öz  pedaqoji 

fəaliyyətini icra edərkən qarĢıya çıxan ciddi çətinlik və maneə-

ləri aradan qaldırması, fasiləsiz olaraq öz üzərində iĢləməsi, öz 

ixtisasını artırması üçün də zəruridir. 

Pedaqoji 

iĢin 

müvəffəqiyyəti 



üçün 

müəllimdə 



dözümlülük,  hövsələnin  olması  da  zəruridir.  Əgər  müəllim 

özünü  əla  ala  bilmirsə,  o,  sinfi  də  ələ  ala  bilməyəcəkdir. 

Müəllim özünü ələ ala bilməyi, öz hərəkətlərinə nəzarət etməyi 

bacarmalıdır. 

Müəllim  üçün  xarakterik  olan  keyfiyyətlərdən  onun 

təvazökarlıq  və  özünə  qarşı  tələbkarlığını  da  qeyd  etmək 

lazımdır.  Bunlar  həqiqi  müəllimə  xas  olan  müsbət 

keyfiyyətlərdəndir. Təcrübəli müəllim nə qədər müvəffəqiyyət 

qazansa da, hələ çox iĢ görmək lazım gəldiyini baĢa düĢür. 

Hələ vaxtilə görkəmli rus pedaqoqu K.D.UĢinski təlim və 

tərbiyə  iĢində  müəllimin  mövqeyinə  müstəsna  əhəmiyyət 

verərək onun geniĢ və dərin elmi-pedaqoji biliyə, yüksək əxlaqi 

keyfiyyətlərə,  möhkəm  iradəyə  və  xarakterə  malik  olmasını 

tələb  edirdi.  O,  hər  Ģeydən  əvvəl  tərbiyəçinin  tərbiyə  etdiyi 

insanı  hərtərəfli  bilməsinin,  onu  dəqiq  öyrənməsinin 

zəruriliyini, həmin biliklər olmadan tərbiyə iĢini düzgün təĢkil 

etməyin  mümkün  olmadığını  göstərir.  “Tərbiyəçi  insanı 

həqiqətdə  olduğu  kimi  bilməli,  onun  bütün  zəif  və  qüvvətli  

cəhətləri  ilə,  bütün  gündəlik  xırda  ehtiyacları  ilə  tanıĢ 




 

 

 



573 

 

olmalıdır.  Tərbiyəçi  insanı  ailədə,  cəmiyyətdə,  xalq  arasında, 



bəĢəriyyət  içərisində  və  öz  vicdanı  ilə  üzbəüz  durduğu  halda 

öyrənməlidir… 

o, 

insanı 


bütün 

yaĢlarda,… 

bütün 

vəziyyətlərdə, Ģadlıq və qəmginlik hallarında… öyrənməlidir… 



yalnız bu zaman o, insan təbiətinin özündən tərbiyə vasitələrini 

əxz edə bilər, bu vasitələr isə olduqca çoxdur”.

1

   


Müəllim  Ģəxsiyyətinin  bu  kimi  keyfiyyətlərə  malik 

olması onun pedaqoji fəaliyyəti üçün zəruridir. 

Müəllim Ģagird kollektivinə rəhbərlik edir. Onun təlim və 

tərbiyəsi ilə məĢğul olur. Ona görə də istər-istəməz müəllimlə 

Ģagird  arasında  qarĢılıqlı  münasibətlər  mövcud  olur.  Müəllim 

öyrədir,  tərbiyə  edir,  Ģagird  öyrənir,  müəllimin  rəhbərliyi 

altında  bilik,  bacarıq  və  vərdiĢlərə  yiyələnir.  Bu  prosesdə 

müəllim  eyni  zamanda  Ģagird  Ģəxsiyyətinin  təĢəkkülü  və 

inkiĢafına əsaslı təsir göstərir. 

ġagird Ģəxsiyyətinin təĢəkkülünə müəllimin öz Ģəxsiyyəti 

də lazımi təsir göstərir. 

Pedaqogika tarixinə nəzər saldıqda görkəmli pedaqoq və 

ictimai  xadimlərin  müəllim  Ģəxsiyyətinin  uĢaqların  təlim  və 

tərbiyəsində,  o  cümlədən  onlarda  Ģəxsiyyətin  təĢəkkülündə 

mühüm rol oynaması barədə fikirlərinə rast gəlirik. 

A.Ġ.Gertsen  göstərir  ki,  Ģagirdlərə  təkcə  müəllimin  biliyi 

deyil, onun Ģəxsiyyəti də, ruhi keyfiyyətləri də əsaslı təsir edir. 

K.D.UĢinski  bu  cəhətə  xüsusi  diqqət  yetirərək  yazır: 

“Tərbiyədə  hər  Ģey  tərbiyəçinin  Ģəxsiyyətinə  əsaslanmalıdır. 

Çünki  tərbiyənin  gücü  yalnız  insan  Ģəxsiyyətinin  canlı 

mənbəyindən  nəĢət  edir.  Heç  bir  nizamnamə  və  proqram,  heç 

bir  süni  yaradılmıĢ  müəssisə,  nə  qədər  mahiranə  düĢünülsə  də 

tərbiyə iĢində Ģəxsiyyəti əvəz edə bilməz”.

1

      



Təcrübə  göstərir  ki,  doğrudan  da  müəllim  Ģəxsiyyətinin 

Ģagirdlərə  tərbiyələndirici  təsirini  baĢqa  heç  bir  Ģey  əvəz  edə 

                                                 

1

 К.Д.Ушински. Сечилмиш педагожи ясярляри, Бакы, 1953, сящ.98 



1

 К. Д.Ушинский. Собрание сочиненений. Т.2., М., 1948, с.63-64.  




 

 

 



574 

 

bilməz.  Müəllimin  Ģəxsi  nümunəsi,  onun  Ģəxsiyyəti  Ģagird 



Ģəxsiyyətini təĢəkkül etdirir, onun inkiĢafına Ģərait yaradır. 

Müəllimin  Ģəxsiyyəti  uĢağın  əqlinin,  hiss  və  iradəsinin 

inkiĢafına,  onun  həyatına  əsaslı  təsir  göstərir.  Müəllimin 

Ģəxsiyyəti  təkcə  dərs  dediyi  müddətdə  deyil,  məktəbi 

qurtardıqdan  sonrakı  dövrlərdə  də  bəzən  həmin  Ģagirdlərin 

Ģəxsiyyətinə  müsbət  təsir  göstərir,  ona  təkan  verir.  Belə  ki, 

bəzən  orta  məktəbin  sonuncu  siniflərində  oxuyan  oğlan  və 

qızlar sevimli  müəllimlərini özləri üçün ideal seçirlər. Hər bir 

sahədə  olduğu  kimi  Ģəxsiyyətinin  keyfiyyətlərinə  görə  də  öz 

müəllimlərinə 

oxĢamağa 

çalıĢırlar, 

bütün 

iĢlərində, 



fəaliyyətlərində  buna  can  atırlar.  Sevimli  müəllimlərinin 

Ģəxsiyyəti  onların  həyatına  iĢıq  saçan  mayaka  çevrilir.  Ona 

görə  də  müəllim  Ģəxsiyyətində  elə  müsbət  keyfiyyətlər 

formalaĢmalıdır  ki,  onlar  Ģagirdlər  üçün  əsil  nümunə 

götürüləcək obyekt olsun. 

Müəllimin pedaqoji bacarıq və qabiliyyətləri. Pedaqoji 

fəaliyyətin  müvəffəqiyyətini  təmin  edən,  müəllimin  pedaqoji 

ustalığını  Ģərtləndirən  cəhətlərdən  biri  də  onun  pedaqoji 

bacarıq və qabiliyyətləridir. 

Müəllim  təkcə  dərin  biliyə,  geniĢ  dünyagörüĢünə  malik 

olmaqla,  öz  fənnini  hərtərəfli  mənimsəməklə  kifayət-

lənməməlidir.  O,  eyni  zamanda  bildiklərini,  öyrəndiklərini, 

tədris  etdiyi  elmin  əsaslarını  Ģagirdlərə  çatdırmağı  da  bacar-

malıdır.  Hər  fənnin  özünəməxsus  xüsusiyyətləri,  çətinlikləri 

vardır.  Ona  görə  də  müəllim  öz  fənnini  yaxĢı  bilməklə,  onu 

Ģagirdlərə çatdırmaq yollarına da yiyələnməlidir.  

ġagirdlərin  təlim-tərbiyə  iĢi  mürəkkəb  və  çətin  bir  pro-

sesdir.  Ona  görə  də  burada  müəllimin  təkcə  faktları  qeyd 

etməsi kifayət  deyildir.  Müəllim Ģagirdlərin təlim tərbiyə iĢini 

idarə  etməyi  də  bacarmalıdır.  Buna  görə  də  o,  öz  yetiĢdirmə-

lərinin  daxili  aləminə  nüfuz  etməyi  bacarmalı,  onların  fikri  iĢ 

tərzlərini  izləyə  bilməlidir.  Yalnız  belə  olduqda  müəllim 

Ģagirdlərin təlim-tərbiyə iĢini düzgün istiqamətə yönəldə bilər, 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə