Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə175/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   171   172   173   174   175   176   177   178   ...   197

 

 

 



575 

 

həmin iĢ idarə olunan iĢə çevrilər. Məhz buna görə də müəllim 



təkcə  müvafiq  biliklərə  malik  olmamalı,  həmin  bilikləri 

Ģagirdlərə çatdırmağı, onlara aĢılamağı da bacarmalıdır. 

Bəs  müəllim  konkret  olaraq  hansı  pedaqoji  bacarıq  və 

vərdiĢlərə  yiyələnməlidir?  Bu  barədə  müxtəlif  mülahizələr, 

fikirlər mövcuddur. Biz həmin məsələni daha sistemli və konk-

ret  əks  etdirən  bir  mülahizəni  burada  qeyd  edirik.  Professor 

A.Ġ.ġerbakov  müəllimin  yiyələnməli  olduğu  pedaqoji  bacarıq 

və  vərdiĢləri  dörd  qrupa  bölür:  1)  məlumatverici  bacarıq  və 

vərdiĢlər;  2)  səfərbəredici  bacarıq  və  vərdiĢlər;  3) 

inkiĢafetdirici bacarıq və vərdiĢlər; 4) istiqamətləndirici bacarıq 

və vərdiĢlər.  

Bu  bacarıq  və  vərdiĢlərin  mahiyyəti  aĢağıdakı  Ģəkildə 

xarakterizə olunur.  

 

Məlumatverici bacarıq və vərdiĢlər: 

-  elmi  materialları  didaktik  yolla  iĢləməklə  tədris 

materialı Ģəklinə salmağı bacarmaq; 

-  əsas  didaktik  vahidləri  (anlayıĢ,  bacarıq  və  inam) 

ayırmaq,  onların  təĢəkkülü  və  inkiĢafı  yollarını  iĢləyib 

hazırlamaq və Ģagirdlərin müvafiq bilik sisteminə daxil etmək; 

- müvafiq məktəb fənninə dair xarakterik metodlar siste-

mini  təkcə  tətbiq  etməklə  kifayətlənməmək,  eyni  zamanda 

onları inkiĢaf etdirmək; 

- proqramlaĢdırılmıĢ təlim ünsürlərini tətbiq etmək; 

-  Ģagirdlərin  anlayacağı,  məntiqi,  aydın,  qısa  və  ifadəli 

Ģəkildə danıĢmaq; 

- əks əlaqəni təmin etmək; 

- Ģagirdlərin  muzeyə,  təbiətə,  istehsalata  ekskursiyalarını 

təĢkil  etmək,  onları  kənd  təsərrüfatı  əməyi  ilə  tanıĢ  etmək, 

məĢğələləri  tədris  emalatxanalarında  və  tədris-təcrübə 

sahəsində aparmaq. 

Səfərbəredici bacarıq və vərdiĢlər: 

-  Ģagirdlərin  diqqətini  səfərbərliyə  almaq  və  onlarda 




 

 

 



576 

 

təlimə  və  əməyə  davamlı  maraqlar  yaratmaq;  onları  oxumağa 



öyrətmək;  onları  öz  iĢ  yerini  hazırlamağa,  kitabla,  alətlərlə 

iĢləməyə alıĢdırmaq; 

- Ģagirdlərə əldə etdikləri nəzəri bilikləri təcrübəyə tətbiq 

etmək bacarığı aĢılamaq; 

-  kollektivin  inkiĢafına  rəhbərlik  etmək,  Ģagirdlərin 

kollektivdə öz güclərini düzgün tətbiq etmələrinə rəhbərliyi ba-

carmaq;  iĢləri  dəqiq  planlaĢdırmaq,  ona  nəzarət  etmək  və  ob-

yektiv olaraq qiymətləndirmək. 



ĠnkiĢafetdirici bacarıq və vərdiĢlər: 

-  tədris  prosesində  müĢahidə  metodundan  və  müxtəlif 

məktəb təcrübələrindən istifadə etmək; 

-  bütün  tədris  metodlarını  yaĢ  fiziologiyası,  psixologiya, 

pedaqogika  və  məktəb  gigiyenasının  müasir  nailiyyət  və 

məlumatları əsasında tətbiq etmək; 

-  təlim  və  fikri  iĢ  sisteminin  formalaĢması  prosesində 

Ģagirdlərin əqli fəaliyyətini idarə etmək; 

-  təlim  prosesində  Ģagirdlərdən  müstəqil  təfəkkür  tələb 

edən problem situasiya yaratmaq; 

- Ģagirdlərə əvvəllər əldə etdikləri bilikləri tətbiq etməyi, 

müqayisə  və  müstəqil  əqlinəticə,  fəal  idrak  fəaliyyəti  tələb 

edən suallar vermək. 

 

Ġstiqamətləndirici bacarıq və vərdiĢlər: 

-  elmi  dünyagörüĢü,  təbiət  və  əməyə  düzgün  münasibəti 

təĢəkkül etdirmək; 

-  Ģagirdlərdə  tədris  fəaliyyətinə  və  elmə,  məhsuldar 

əməyə  və  cəmiyyətin  tələblərinə,  öz  Ģəxsi  istiqamət  və 

imkanlarına uyğun peĢəyə davamlı maraq aĢılamaq; 

- Ģagirdlərin yüksək əxlaqi ideallar ruhunda humanist, es-

tetik və ideya-siyasi tərbiyəsini həyata keçirmək. 

Müəllimin  bu  cür  pedaqoji  bacarıq  və  vərdiĢləri  onun 

ümumi  bacarıqları  ilə  birlikdə  pedaqoji  fəaliyyəti  müvəf-

fəqiyyətlə  həyata  keçirməsinə  imkan  verir.  Bu  cür  bacarıq  və 



 

 

 



577 

 

vərdiĢlər  pedaqoji  fəaliyyət  prosesində  formalaĢmaqla  yanaĢı, 



həmin fəaliyyətin səmərəli təĢkilini təmin edir. Pedaqoji baca-

rıq  və  vərdiĢlər  qabiliyyət  səviyyəsinə  yüksəldikdə  pedaqoji 

fəaliyyətin müvəffəqiyyətlə icrası üçün əsas amilə çevrilir. 

Müəllimin təlim və tərbiyə prosesində yüksək göstəricilər 

əldə  etməsi  onun  pedaqoji  qabiliyyətlərinin  inkiĢafından 

asılıdır. 

Pedaqoji 

qabiliyyətlərin 

inkiĢafı 

müəllimin 

Ģəxsiyyətində  pedaqoji  fəaliyyəti  müvəffəqiyyətlə  icra  etmək 

üçün  zəruri  olan  fərdi  psixi  xassələrin  formalaĢmasına  səbəb 

olur. 

Bütün  pedaqoji  qabiliyyətləri  Ģərti  olaraq  üç  qrupda 



birləĢdirmək  olar:  şəxsi  qabiliyyətlər,  didaktik  qabiliyyətlər, 

təşkilatı-kommunikativ qabiliyyətlər

1.  Şəxsi  pedaqoji  qabiliyyətlər  dedikdə,  adətən, 

Ģəxsiyyətin  xarakterik  əlamət  və  keyfiyyətləri  ilə  bağlı  olan 

qabiliyyətlər  nəzərdə  tutulur.  Buraya  uşaqlara  hüsn-rəğbət 

bəsləmək,  dözümlülük  və  özünəsahib  olmaq  (özünü  ələ  ala 

bilmək)  və  həmiĢə  dərs  zamanı  şagirdlərlə  iş  aparmaq  üçün 



optimal psixi vəziyyət yarada bilmək qabiliyyətlərini aid etmək 

olar.  


Uşaqlara  hüsn-rəğbət  bəsləmək  qabiliyyəti  pedaqoji 

qabiliyyətlərin strukturunda əsas “özəyi” təĢkil edir. Bu cür pe-

daqoji  qabiliyyətlər  anlayıĢı  altında  uĢaqlara  qarĢı  ağıllı 

məhəbbət  və  onlara  bağlılıq,  onlara  qarĢı  xeyirxah  münasibət, 

onlarla  ünsiyyətdə  olmaq  və  iĢləmək  arzusu  və  cəhdi  baĢa 

düĢülür.  Bu  cür  pedaqoji  qabiliyyətə  malik  olan  müəllim 

uĢaqlarla  pedaqoji  ünsiyyətdən,  qəribə  uĢaq  aləminə  daxil  ol-

maqdan  həzz  alır,  onlara  qarĢı  diqqətli,  xeyirxah  münasibət 

bəsləyir. Lakin bu münasibətlərin heç birinin ürəyiyum  

Ģaqlıq, güzəĢtə getmək, məsuliyyətsizlik səviyyəsinə enməsinə 

yol  vermir.  UĢaqlar  həqiqi  və  ya  süni  münasibəti  bir-

birlərindən  asanlıqla  ayıra  bilirlər.  Onlar  müəllimin  özlərinə 

qarĢı həqiqi münasibətini hiss etdikdə eyni münasibətlə də ca-

vab verirlər.  




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə