Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə176/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   172   173   174   175   176   177   178   179   ...   197

 

 

 



578 

 

Pedaqoji  fəaliyyətin  müvəffəqiyyətini  təmin  etmək  üçün 



lazım olan müəllimin Ģəxsi pedaqoji qabiliyyətlərindən biri də 

dözümlülük  və  özünəsahib  olmaq  qabiliyyətidir.  Müəllim 

həmiĢə, hər cür, hətta gözlənilməyən Ģəraitdə özünü ələ almağı, 

özünə sahib olmağı, öz hisslərini, temperamentini cilovlamağı 

bacarmalı, öz davranıĢına nəzarəti itirməməlidir. Lakin bu heç 

də  o  demək  deyildir  ki,  müəllim  öz  hisslərini  daima  süni 

Ģəkildə  boğmalıdır.  O,  Ģagirdlərlə  birlikdə  Ģadlana,  sevinə  də 

bilər. Lazım gəldikdə tərbiyəvi məqsədlə qəzəb və narazılığını 

da  nümayiĢ  etdirə  bilər.  Lakin  bu  zaman  o  heç  vaxt  özündən 

çıxmamalı,  qıĢqıra-qıĢqıra,  kobud  və  təhqiramiz  tonla 

danıĢmamalıdır.  Bununla  belə  müəllimin  dözümlülüyü  özünə 

sahib olması etinasızlıq səviyyəsinə qalxmamalıdır.  

Müəllimin  digər  mühüm  Ģəxsi  qabiliyyəti  dərsdə 



şagirdlərlə  iş  aparmaq  üçün  optimal  psixi  vəziyyət  yarada 

bilməsidirBu cür qabiliyyətə malik olan müəllimlər özlərinin 

gümrahlığı,  həyatsevərliyi,  kifayət  qədər  canlılığı  ilə 

fərqlənirlər. Nə olursa olsun, müəllim həmiĢə nikbin, arzuolu-

nan əhval-ruhiyyə ilə sinfə daxil olmalıdır. Məhz buna görə də 

müəllim  özünün  əhvalını  idarə  etməyi,  tənzimləməyi 

bacarmalıdır. 



2.  Didaktik  qabiliyyətlər-müəllimin  zəruri  məlumatları 

Ģagirdlərə  çatdıra  bilmək,  öyrədə  bilmək,  materialı  uĢaqların 

səviyyələrinə  uyğunlaĢdırmaqla  onlara  çatdırmaq,  material  və 

ya  problemi  aydın  və  ya  anlaĢıqlı  Ģəkildə  Ģagirdlərə  təqdim 

etmək,  fənnə  qarĢı  maraq  oyatmaq,  Ģagirdlərdə  fəal  müstəqil 

fikir  yarada  bilmək  qabiliyyətlərindən  ibarətdir.  Buraya  konk-

ret olaraq müəllimin izah edə bilmək qabiliyyətini, ekspressiv-

nitq  (natiqlik)  qabiliyyətini,  nəzəri  qabiliyyətləri  (akademik 

qabiliyyət) aid etmək olar. 

Müəllimin izah edə bilmək qabiliyyəti. Bu cür qabiliy-

yətə malik olan müəllimin fikri Ģagirdlər üçün aydın olur. On-

lar  çətin,  anlaĢılmaz  materialı  Ģagirdlər  üçün  anlaĢıqlı  edə 

bilərlər. Təlim materialının məzmununu Ģagirdlərin səviyyəsinə 




 

 

 



579 

 

uyğun, aydın və anlaĢıqlı, sadə Ģəkildə izah edə, çatdıra bilirlər. 



Nəticədə  onlar  Ģagirdlərdə  tədris  etdikləri  fənnə  qarĢı  maraq 

oyadır, onların fikrinin fəal müstəqil iĢləməsinə Ģərait yaradır-

lar.  Belə  müəllimlər  zəruri  hallarda  çətini  asan  etməyi, 

mürəkkəbi  sadələĢdirməyi,  anlaĢıqsızı  anlaĢıqlı  etməyi 

bacarırlar.  Bu  cür  qabiliyyətə  malik  olan  müəllim  Ģagirdlərin 

hazırlıq,  inkiĢaf  səviyyələrini,  nəyi  bildiklərini  və  nəyi 

bilmədiklərini,  nəyi  artıq  unuda  bildiklərini  nəzərə  alır, 

Ģagirdlərin  qarĢılaĢa  biləcəkləri  çətinlikləri  görür  və  onların 

qarĢısını  almağa  çalıĢır.  Qeyd  edilən  qabiliyyətə  malik  olan 

müəllim özünü Ģagirdin yerinə hiss edə bilir, onun mövqeyində 

dayanır  və  özünə  aydın  olan  fikirlərin  Ģagird  üçün  aydın  ola 

bilməməsi hallarının mümkünlüyünü baĢa düĢür. Ona  görə də 

öz izahatının xarakter və formasını xüsusi Ģəkildə düĢünür.  

Ekspressiv-nitq  (natiqlik)  qabiliyyətləri.  Pedaqoji 

fəaliyyətin  müvəffəqiyyətli  icrasında  nitq  qabiliyyətləri  də 

həlledici  rol  oynayır.  Nitq  qabiliyyətləri  lazımi  səviyyədə 

inkiĢaf  etməyən  müəllim  nəzərdə  tutulan  təlim  materialını 

Ģagirdlərə çatdırmaqda çətinlik çəkir. Bu cür qabiliyyətlərə ma-

lik  olan  müəllim  öz  fikir  və  hisslərini  nitqin,  eləcə  də  mimika 

və  pantomimika  vasitəsilə  aydın  və  dəqiq  ifadə  edə,  nitqin 

köməyilə  Ģagirdlərin  fikir  və  diqqətini  maksimum  dərəcədə 

fəallaĢdıra  bilir.  Müəllimin  peĢəsi  üçün  bu  ən  zəruri 

qabiliyyətlərdən  biri  hesab  olunur.  Bu  cür  qabiliyyətə  malik 

olan  müəllimlər  dolaĢıq,  mürəkkəb  danıĢıq  tərzindən  qaçır,  öz 

fikirlərini  Ģagirdlərin  baĢa  düĢəcəyi  sadə,  aydın  dildə  ifadə 

edirlər.  Müəllimin  nitqi  canlı,  obrazlı,  ifadəli,  emosional, 

aydın,  stilistik,  qrammatik  və  fonetik  cəhətdən  qüsursuz 

olmalıdır.  

Nəzəri  qabiliyyətlər.  Bu  cür  anlayıĢ  altında  müəllimin 

müvafiq  fənn,  daha  doğrusu  elm  sahəsinə  aid  qabiliyyətləri 

nəzərdə  tutulur.  Müəllimin  tədris  etdiyi  fənni  dərindən 

bilməsində ifadə olunur. Bu cür qabiliyyətə malik olan müəllim 

öz  fənnini  təkcə  tədris  kursunun  həcmində  deyil,  daha  geniĢ, 



 

 

 



580 

 

dərindən  bilir,  tədris  etdiyi  elm  sahəsində  olan  kəĢfləri  daima 



izləyir,  materiala  tam  sərbəst  yiyələnir,  ona  böyük  maraq 

göstərir, kiçicik də olsa öz ixtisası sahəsində tədqiqat iĢi aparır.  



3.  TəĢkilati  kommunikativ  qabiliyyətlər.  Bu  cür  pe-

daqoji  qabiliyyətlər  müəllimin  təĢkilatçılıq  funksiyası  və 

ünsiyyəti  ilə  bağlıdır.  Bu  cür  pedaqoji  qabiliyyətlərə  konkret 

olaraq aĢağıdakıları aid etmək olar: təşkilatçılıq qabiliyyəti, av-



toritar 

qabiliyyət,  kommunikativ  qabiliyyət,  perseptiv 

qabiliyyət,  suqqestik  qabiliyyət,  pedaqoji  mərifət,  pedaqoji 

təxəyyül,  diqqəti  paylaya  bilmək  qabiliyyəti,  ped631-6aqoji 

refleksiya.  

TəĢkilatçılıq  qabiliyyətləri.  Bu  cür  qabiliyyətlər  də  pe-

daqoji  fəaliyyət  üçün  az  əhəmiyyətə  malik  deyildir.  Təlim  və 

tərbiyənin  səmərəliliyi  müəllimin  təĢkilatçılıq  qabiliyyətindən 

çox asılıdır. Müəllimin təĢkilatçılıq qabiliyyətləri təlim tərbiyə 

prosesində özünü dərhal büruzə verir.  Bu cür qabiliyyətlər iki 

formada  təzahür  edir.  Birincisi,  Ģagird  kollektivini  təĢkil 

etmək,  möhkəmləndirmək,  mühüm  vəzifələrin  həyata 

keçirilməsinə  ruhlandırmaq,  ona  düĢünülmüĢ  səviyyədə  təĢəb-

büs  və  müstəqillik  verə  bilmək  qabiliyyəti.  İkincisi,  öz 

fəaliyyətini  düzgün  təĢkil  etmək  qabiliyyətləri:  səliqəlilik, 

iĢgüzarlılıq,  dəqiqlik,  öz  iĢini  düzgün  planlaĢdırmaq  və 

özünəzarəti təĢkil etmək bacarığı. 



Avtoritar  qabiliyyətlər.  Müəllim  daima  bu  və  ya  digər 

cəhətdən  bir-birindən  fərqlənən  Ģagirdlərlə,  onların  təlim 

tərbiyəsi  ilə  məĢğul  olur.  Bu  iĢdə  müvəffəqiyyət  qazanmaq 

onun  Ģagirdlər  arasındakı  hörmətindən  (avtoritetindən)  çox 

asılıdır.  Belə  qabiliyyətə  malik  olan  müəllim  Ģagirdlərə 

bilavasitə emosional-iradi təsir göstərə bilir və bunun əsasında 

onların  hörmətini  qazanmağı  bacarır.  Bu  cür  qabiliyyətlərin 

əsasını  müəllimin  öz  fənnini  mükəmməl  bilməsi,  onun 

incəliklərini  Ģagirdlərə  çatdıra  bilməsi,  müsbət  iradi  keyfiy-

yətləri,  öz  yetiĢdirmələrini  hədsiz  sevməsi,  gördüyü  iĢin 

doğruluğuna  inamı,  öz  əqidəsini  Ģagirdlərinə  aĢılaya  bilməsi 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə