Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə177/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   173   174   175   176   177   178   179   180   ...   197

 

 

 



581 

 

bacarığı və sairədən asılıdır.  



Kommunikativ qabiliyyətlər. Müəllim Ģagirdlərlə daimi 

ünsiyyətdə  olduğuna  görə  onun  pedaqoji  fəaliyyətində  kom-

munikativ  qabiliyyətlər  də  mühüm  yer  tutur.  Kommunikativ 

qabiliyyətlər uĢaqlarla düzgün qarĢılıqlı əlaqə yaratmağa imkan 

verir. Kommunikativ qabiliyyətlərə Ģagirdlərlə ünsiyyətə qabil-

lik, onların yaĢ və fərdi xüsusiyyətlərini nəzərə almaq bacarığı, 

Ģagirdlərlə  pedaqoji  nöqteyi-nəzərdən  məqsədə  müvafiq 

qarĢılıqlı əlaqə yarada bilmək bacarığı aiddir. 



Perseptiv  qabiliyyətlər  -  Ģagirdin  daxili  aləminə  nüfuz 

edə  bilmək,  Ģagird  Ģəxsiyyətini  və  onun  müvəqqəti  psixi 

vəziyyətini  incəliklərinə  qədər  baĢa  düĢməklə  bağlı  olan 

qabiliyyətlərdir.  Bu cür  qabiliyyətə malik olan  müəllim indiki 

anda  Ģagirdin  psixologiyasını,  onun  psixi  vəziyyətini  qavrayır 

və  eləcə  də  anlayır,  ötəri  bir  əlamətə,  kiçicik  zahiri  ifadəyə 

əsasən  Ģagirdin  daxili  aləmindəki  ən  cüzi  dəyiĢiklikdən  baĢ 

çıxara bilir.  



Suqqestik  qabiliyyət  (latın  dilindən  tərcümədə  “təlqinə 

əsaslanan”).  Bu,  Ģagirdlərə  iradi  təsir  göstərmək  qabiliyyəti, 

müəyyən  tələbi  irəli  sürmək  və  onun  yerinə  yetirilməsinə 

mütləq  nail  olmaq  qabiliyyətindən  ibarətdir.  Suqqestik 

qabiliyyətlər  müəllimdə  iradənin  inkiĢafından,  özünə  qarĢı 

dərin  inamından,  Ģagirdlərin  təlim  və  tərbiyəsinə  məsuliyyət 

hissindən,  eyni  zamanda  müəllimin  özünün  düzgün  hərəkət 

etməyinə  dərin  inamından  asılıdır.  Burada  söhbət  müəllimin 

sakit,  Ģagirdləri  kobudcasına  sıxıĢdırmadan,  məcbur  etmədən 

və  hədələmədən  öz  tələbini  irəli  sürməsi  və  ona  nail 

olmasından gedir.  

Pedaqoji  mərifət.  Bu  cür  qabiliyyət  müəllimin  öz 

Ģagirdlərinin  yaĢ  və  fərdi  xüsusiyyətlərini  və  konkret  Ģəraiti 

nəzərə  alaraq  daha  məqsədəuyğun  təsir  üslubundan  istifadəni 

müəyyənləĢdirə  bilməsində  təzahür  edir.  Pedaqoji  mərifətdə 

Ģagirdə qarĢı hörmət və  tələbkarlıq bacarıqla birləĢdirilir. (Pe-

daqoji mərifət barədə aĢağıda pedaqoji ünsiyyətdən danıĢarkən 




 

 

 



582 

 

geniĢ bəhs olunmuĢdur). 



Pedaqoji  təxəyyül.  ġagirdlərlə  daima  ünsiyyətdə  olan 

müəllim  öz  təlim  və  tərbiyə  iĢinin  nəticəsini  qabaqcadan 

görməyi,  təsəvvür  etməyi  bacarmalıdır.  Burada  pedaqoji 

təxəyyül  mühüm  rol  oynayır.  Pedaqoji  təxəyyülə  malik  olan 

müəllim  öz  əməllərinin  nəticəsini  qabaqcadan  görə  bilir, 

Ģagirdin  gələcəyini  düzgün  görüb  onu  istiqamətləndirməyi 

bacarır,  onda  hansı  keyfiyyətləri  inkiĢaf  etdirməyin  mümkün 

olduğunu görür.  



Diqqəti paylaya bilmək qabiliyyəti. Bu cür qabiliyyətə 

malik  olan  müəllim  öz  diqqətini  iki  və  daha  artıq  fəaliyyət  və 

ya obyekt üzərinə paylaya bilir. Bu cür müəllim materialı necə 

Ģərh  etdiyini,  Ģagirdlərin  cavabını  necə  dinlədiyini  izləməklə 

nəzər diqqətini bütün Ģagirdlərin üzərinə yönəldə bilir, yorğun-

luq, diqqətsizlik, anlamamaq, intizamın pozulması hallarına öz 

münasibətini  bildirmək  və  nəhayət,  öz  davranıĢ  tərzini  (poza, 

jest, yeriĢ və s.) izləyir.  



Pedaqoji  refleksiya.  Bu  cür  qabiliyyətə  malik  olan 

müəllim öz vəziyyətini dərk etməyi bacarır, müəyyən pedaqoji 

Ģəraitdə  nəzarət,  qiymətləndirmə,  tənzim  və  təkmilləĢdirmə 

məqsədilə  özünün  pedaqoji  fəaliyyət  və  pedaqoji  ünsiyyətinin 

məqsəd  və  vəzifələri  ilə  əldə  olunmuĢ  nəticəni  qarĢılaĢdıra, 

müqayisə edə bilir.  

 

 

VI.25.3. Pedaqoji ünsiyyətin psixoloji mexanizmləri 



haqqında 

 

Pedaqoji  ünsiyyətin  ümumi  xarakteristikası.  Pedaqoji 

ünsiyyət  müəllimin  Ģagirdlərlə  təlim  və  tərbiyə  prosesində 

həyata  keçirdiyi  peĢə  ünsiyyətidir.  Bu  cür  ünsiyyət  hərtərəfli 

inkiĢaf  etmiĢ  Ģəxsiyyətin  formalaĢması  üçün  Ģərait  yaradılma-

sına  yönəlmiĢ  olur,  kollektivdəki  sosial-psixoloji  prosesləri 

idarə etməyə və səmərəli psixoloji iqlim yaratmağa imkan ve-



 

 

 



583 

 

rir.  Ona  görə  də  hər  bir  müəllimin  pedaqoji  ünsiyyətin 



mahiyyəti,  onun  sosial-psixoloji  mexanizmləri  ilə  dərindən 

tanıĢ olması və Ģagirdlərlə birgə fəaliyyəti zamanı ondan lazımi 

Ģəkildə istifadə etməsi zəruridir.  

Pedaqoji  ünsiyyət  ümumiyyətlə  ünsiyyətin  bütün 

xüsusiyyətlərini  özündə  əks  etdirir.  Ona  görə  də  birinci 

növbədə həmin cəhətləri nəzərdən keçirək.  

Sosial-psixoloji  ədəbiyyatda  ünsiyyətin  bir-birilə  sıx 

bağlı olan üç cəhəti qeyd edilir. Bu cəhətlərin hər biri pedaqoji 

ünsiyyətə də aiddir.  

Pedaqoji ünsiyyətin yerinə yetirdiyi vəzifələrə görə onun 

aĢağıdakı  növlərini  ayırmaq  mümkündür:  informasiya 

mübadiləsi,  baĢqa  adamın  davranıĢını  tənzim  etmək, 

Ģəxsiyyətlərarası  anlama.  Tərəfmüqabilliyin  xarakterinə  və 

müəllimin ünsiyyətdəki mövqeyinə görə də pedaqoji ünsiyyətin 

növlərini  müəyyənləĢdirmək  mümkündür.  Adətən,  Ģagirdlərlə 

və  müəllimlərlə  valideynlərlə  ünsiyyət  zamanı  müəllim 

qiymətləndirən  rolunda,  direktorla,  dərs  hissə  müdiri  ilə, 

metodistlə,  inspektorla  pedaqoji  ünsiyyət  zamanı  isə 

qiymətləndirilən  rolunda  çıxıĢ  edir  və  buna  müvafiq  olaraq 

ünsiyyət  vasitəsi  də  dəyiĢilir.  Pedaqoji  ünsiyyəti  öz 

məzmununa  və  müəllimin  Ģagirdə  müraciət  tərzinə  görə  də 

növlərə  ayırmaq  mümkündür.  Bunlara  təĢkiledici,  qiymətlən-

dirici,  intizam  yaradan  pedaqoji  ünsiyyət  növlərini  aid  etmək 

olar.  


Pedaqoji  ünsiyyətin  hansı  növündən  istifadə  edilmə-

sindən  asılı  olmayaraq  müəllimin  Ģagird  kollektivi  ilə 

məhsuldar  ünsiyyət  prosesi  təĢkil  olunmadan  pedaqoji 

fəaliyyətin  didaktik  və  tərbiyəvi  vəzifələrini  lazımi  Ģəkildə 

həyata keçirmək mümkün deyildir.  

Pedaqoji ünsiyyət müxtəlif məqsədlər daĢıya bilər: fərdi-

idraki (nə isə yeni bir Ģeyi öyrənmək, təlimat almaq), emosion-

al 


(qiymətləndirmək, 

münasibəti  bildirmək,  təəssüratı 

bölüĢmək). Pedaqoji ünsiyyət zamanı məqsəd sadəcə olaraq elə 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə