Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə178/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   174   175   176   177   178   179   180   181   ...   197

 

 

 



584 

 

ünsiyyətə  giriĢmək,  ünsiyyət  saxlamaqdan  da  ibarət  ola  bilər 



(məsələn,  kiminləsə  birgə  olmaq,  söhbət  etmək).  Bu  cəhət 

Ģagirdlərin ünsiyyət fəaliyyətində özünü aydın Ģəkildə göstərir. 

Psixoloji  tədqiqatlar  göstərmiĢdir  ki,  kiçik  məktəblilər  üçün 

müəllim  və  yoldaĢları  ilə  ünsiyyət  xatirinə  ünsiyyətə  girmək 

xarakterik haldır.  Onlarda  ünsiyyət  kifayət  dərəcədə seçici  xa-

rakter daĢımır. Kiçik məktəblilər heç də həmiĢə ünsiyyətlərinin 

məqsədini  dərk  edə  bilmirlər.  Yuxarı  siniflərə  keçdikcə 

Ģagirdlərin ünsiyyətində seçicilik müĢahidə olunmağa baĢlayır. 

Pedaqoji ünsiyyətin məzmununa gəldikdə, bunu ünsiyyət 

prosesində  müəllim  və  Ģagirdin  bir-birilə  informasiya 

mübadiləsi  təĢkil  edir.  Ünsiyyətin  məzmunu  təlim  prosesində 

müəllimin qarĢıya qoyduğu məqsədlə müəyyən edilir. Ünsiyyət 

vahid məqsədə yönəlmədən, vahid məqsəd güdmədən səmərəli 

nəticə verməyəcəkdir.  

Pedaqoji  ünsiyyətin  səmərəliliyi  onun  motivlərindən  də 

asılıdır. Motivin düzgünlüyü və dərk edilmiĢ xarakter daĢıması 

pedaqoji ünsiyyətin gediĢini Ģərtləndirir. 

Pedaqoji  ünsiyyət,  Ģübhəsiz  tətbiq  olunan  vasitələrin 

səmərəliliyindən  də  asılı  olur.  O  vasitələr  elə  seçilməlidir  ki, 

ünsiyyətin  məqsədini  həyata  keçirməyə  imkan  verməklə 

yanaĢı, qarĢılıqlı münasibətin və təsirin səmərəliliyini təmin et-

sin, fikir mübadiləsinə və qarĢılıqlı anlamaya Ģərait yaratsın. 

Nəhayət,  pedaqoji  ünsiyyət  müvafiq  normalar  çərçivə-

sində getməlidir. Müəyyən normaların gözlənilməməsi bir növ 

pedaqoji  ünsiyyətin  səmərəliliyini  itirir  və  ünsiyyət  istənilən 

nəticəni vermir. 



Müəllimin  Ģagirdlərlə  ünsiyyət  üslubu  onların  qarĢı-

lıqlı  münasibətlərinin  əsası  kimi.  Müəllimin  kommunikativ 

fəaliyyətinin  öyrənilməsi  göstərir  ki,  pedaqoji  ünsiyyətin  xa-

rakteri  və  məzmunu  müxtəlif  amillərlə  Ģərtlənir  ki,  bunlardan 

müəllimin fərdi ünsiyyət üslubu, mövqeyi, ustanovkasını xüsu-

si qeyd etmək lazımdır. Bunlar bir növ ünsiyyətin vasitəsi rolu-

nu oynayırlar. 




 

 

 



585 

 

Adətən,  hamıda,  eləcə  də  müəllimlərin  hamısında  ün-



siyyət  üslubu  eyni  olmur.  Konkret  bir  Ģəxsiyyət  kimi  hər  bir 

müəllimdə ünsiyyətin təĢkili priyom və metodları nisbətən sa-

bit  Ģəkildə  cəmlənir.  Kommunikativ  məsələni  həll  etməyə 

yönəldilmiĢ bu cür davamlı keyfiyyətlər fərdi ünsiyyət üslubu 

adlanır.  

Ġdarəetmə  ilə  bağlı  olaraq  sosial  psixologiyada  beĢ  cür 

rəhbərlik üslubu qeyd olunur: avtokratik, avtoritar, demokratik, 

laqeyd  (einasız,  liberal)  və  qeyri-sabit  (ardıcıl  olmayan) 

rəhbərlik  üslubu.  Buna  uyğun  olaraq  pedaqoji  ünsiyyətin  də 

eyni üslublarını qeyd etmək mümkündür.  

Adətən,  avtokratik və avtoritar rəhbərlik üslubuna malik 

olan  müəllimlər  pedaqoji  ünsiyyətin  təĢkilində  demək  olar  ki, 

eyni  mövqe  tuturlar.  Bu  cür  rəhbərlik  üslubuna  malik  olan 

müəllimlər  Ģagirdlərə  yalnız  obyekt  kimi  yanaĢırlar.  ġagird 

ünsiyyətin bərabər hüquqlu tərəf müqabili kimi qəbul edilmir. 

Belə  müəllimlər  həmiĢə  hökmüran  olmağa  çalıĢırlar.  Onlarla 

ünsiyyət  zamanı  Ģagirdlər  təĢəbbüskarlığı  itirirlər.  Bu  cür 

ünsiyyət  üslubuna  malik  olan  müəllimlər  ünsiyyət  zamanı 

Ģagirdlərin  fərdi  xüsusiyyətlərini  nəzərə  almır,  hamı  ilə  eyni 

ünsiyyət saxlamağa can atırlar. Onlar Ģagirdlərin fərdi xüsusiy-

yətlərini  göstərsələr  də,  tamamilə  qeyri-real  model  qurur, 

həmin  fərqi  olduqca  ĢiĢirdir,  real  hesab  edirlər.  ġagird 

baĢqalarına nisbətən bir qədər fəal olduqda, müəllimin gözündə 

o  iğtiĢaĢçı  kimi,  bir  qədər  passiv  olduqda  isə  -  tənbəl,  avara 

kimi  görünür.  Belə  müəllimlər  üçün  neqativ  ustanovka,  baĢqa 

sözlə Ģagirdə qarĢı qeyriĢüuru, pis münasibət xarakterik haldır. 

Bu  cür  müəllimlər  ünsiyyətdə  seçici,  qiymətləndirmədə  isə 

subyektiv olurlar. Ona görə də bu cür ünsiyyət üslubu səmərəli 

xarakter daĢıya bilmir. 

Bu  sahədə  tədqiqat  aparan  müəlliflərin  əksəriyyəti  ən 

səmərəli ünsiyyət üslubu kimi demokratik üslubu qeyd edirlər. 

Belə  rəhbərlik  üslubunda  Ģagird  subyekt  kimi  qavranılır.  Bu 

cür rəhbərlik üslubuna malik olan müəllim Ģagird kollektivi ilə 



 

 

 



586 

 

razılaĢır.  Qərar  qəbul  edərkən  kollektiv  və  onun  liderinin 



təklifini  nəzərə  alır.  Məktəblilərin  müstəqilliyini  boğmur, 

Ģagirdlərə  daima  xahiĢ,  məsləhətlə  yanaĢır,  müsbət  emosional 

əlaqəyə  üstünlük  verir.  Bu  cür  ünsiyyət  ülslubuna  malik  olan 

müəllimlər  Ģagirdlərin  fərdi  xüsusiyyətlərini  və  Ģəxsi 

təcrübələrini,  fəallıq  və  tələbatlarını  nəzərə  almağa  çalıĢırlar. 

Belə müəllimlərdə neqativ ustanovka olmur və ya onu təzahür 

etdirmirlər.  Onlar  qiymətləndirmədə  obyektiv,  təmas  yarat-

maqda  isə  təĢəbbüskardırlar.  Təcrübə  göstərir  ki,  Ģagirdlərlə 

qarĢılıqlı  münasibətdə  pedaqoji  ünsiyyətin  demokratik  üslu-

bundan  istifadə  edən  müəllimlərlə  Ģagirdlər  arasında  olduqca 

səmərəli təmas yaranır. ġagirdlər bu cür müəllimlərlə ünsiyyətə 

daima can atır, onlardan hər cür köməklik gözləyirlər.  

Laqeyd  və  yaxud  liberal  rəhbərlik  üslubuna  malik  olan 

müəllimlərin Ģagirdlərlə  ünsiyyəti də kortəbii xarakter daĢıyır. 

Burada  ünsiyyətin  xarakteri  müəllimin  özündən  deyil, 

Ģagirdlərdən  asılı  olur,  Ģagirdlər  tərəfindən  diktə  olunur.  Belə 

müəllim  Ģagirdlərin  iĢinə  qarıĢmamağa  çalıĢır,  özünün 

qətiyyətsizliyi  ilə  fərqlənir,  neytrallığa  can  atır.  Məqsədi 

yayğın  xarakter  daĢıyır.  Heç  vaxt  qarĢıdakı  məqsədi  həyata 

keçirməyə  can  atmır.  Ona  görə  də  Ģagirdlər  bu  cür  müəllimlə 

ünsiyyət  zamanı  öz  tələbatlarını  lazımi  Ģəkildə  ödəyəcəklərini 

güman etmirlər.  

Nəhayət,  qeyri-sabit,  ardıcıl  olmayan  rəhbərlik  üslubuna 

malik  olan  müəllimlərin  ünsiyyət  üslubu  da  həmin  cəhəti 

özündə  əks  etdirir.  Bu  cür  müəllimlə  Ģagirdlər  ona  görə 

ünsiyyətə  girməyə  cəhd  göstərmirlər  ki,  onun  necə,  hansı 

üslubla  hərəkət  edəcəyini  müəyyənləĢdirməkdə  çətinlik 

çəkirlər. 

ġübhəsiz,  qeyd  olunan  rəhbərlik  üslubunun  hər  biri 

müəllimlə  Ģagirdlər  arasındakı  qarĢılıqlı  münasibətlərə  özünə-

məxsus Ģəkildə təsir göstərəcəkdir. ġagird kollektivinin düzgün 

idarə  olunması  isə  bu  cür  qarĢılıqlı  münasibətlərin  səmərə-

liliyindən asılıdır.  



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə