Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə190/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   ...   186   187   188   189   190   191   192   193   ...   197

 

 

 



621 

 

bölünür. 



Qeyd  etdiyimiz  bu  ümumi  istiqamətlərlə  yanaĢı məktəbə 

psixoloji  xidmətin  konkret  məzmunu,  praktik  fəaliyyət 

sahələri, istiqamətləri də vardır. 



 

 

 



622 

 

 



VI.26.2. Məktəbə psixoloji xidmətin prinsipləri və  

həyata keçirilmə mərhələləri 

 

Məktəb  ilkin  sosial  institut  kimi,  gənc  nəsli  həyata 

hazırlamalıdır.  Həyat  isə  yalnız  akademik  biliklərdən  ibarət 

deyildir. 

SosiallaĢma  yalnız  elmlərin  əsası  haqqında 

məlumatların  verilməsi  sayəsində  həyata  keçmir.  Ġnsanın  bir 

Ģəxsiyyət  və  fəaliyyətin  subyekti  kimi  məktəbdə  inkiĢafı 

aĢağıdakıların  həyata  keçirilməsini  tələb  edir:  1)intellektin 

inkiĢafı,  2)emosional  sahənin  inkiĢafı,    3)stresə  qarĢı  dözüm-

lülüyün inkiĢafı, 4)özünə inamın inkiĢafı, 5)gerçək aləmə pozi-

tiv  münasibətin  və  baĢqalarını  qəbul  etmənin  inkiĢafı, 

6)müstəqilliyin,  avtonomluğun  inkiĢafı,  7)özünüaktuallaĢ-

dırma,  özünütəkmilləĢdirmə  motivləĢməsinin  inkiĢafı.  Buraya 

özünüinkiĢaf  motivləĢməsinin  mühüm  elementi  kimi  təlim 

motivləĢməsinin inkiĢafını da aid etmək olar. 

Bütövlükdə  götürmüĢ  olsaq,  bütün  bu  ideyaları  pozitiv 

pedaqogika  və  yaxud  tərbiyə  və  təlimin  humanistik 

psixologiyası  adlandırmaq  olar  (L.D.Stolyarenko).  Bunların 

məktəb  təcrübəsində  praktik  Ģəkildə  həyata  keçirilməsi 

məktəbdə  psixoloji  xidmətin  nəticələrinin  mühüm  praktik 

tələblərə  uyğun  olması,  həmin  psixoloji  xidmət  fəaliyyətinin 

məktəbdə  təlim  və  tərbiyənin  səmərəliliyini  əsaslı  Ģəkildə 

yüksəltməsini təmin etmək üçün burada psixoloji xidmətin pe-

daqoji prosesin real Ģəraitinə uyğun, sistemli əsasda aparılması  

zəruridir.  

Məktəbə  psixoloji  xidmətin  təĢkilinin  sistemli  xarakter 

daĢıması üçün aĢağıdakı prinsiplərə əməl edilməsi tələb olunur: 



1.Sistemli məqsədəuyğunluq prinsipi. Bu prinsipə görə 

məktəbdə psixoloji xidmətə daha ümumi olan «məktəb» siste-

minin tərkib hissəsi kimi baxmaq lazımdır. Burada sistemyara-

dan  komponent  məqsəd  və  nəticədən  ibarətdir  (məqsədə  nail 

olmaq dərəcəsi kimi). «Məktəb» sistemində bu cür məqsəd (və 



 

 

 



623 

 

nəticə) Ģagird Ģəxsiyyətinin  inkiĢafından ibarətdir. Həmin sis-



temin  tərkib  hissəsi,  o  cümlədən  psixoloji  xidmət  ümumi 

istiqaməti konkretləĢdirən özünün spesifik məqsədinə malik ola 

bilər.  

2.Tamlıq prinsipi. Bu prinsipə görə psixoloji xidmət bir 

tam  sistem  olan  tədris  müəssisəsinə  istiqamətlənməli, 

yönəlməli,  onu  əhatə  etməlidir.  Bu  o  deməkdir  ki,  psixoloji 

xidmət məktəbdə oxuyan Ģagirdlərin tam əksəriyyətini (ən azı 

70 %-ni) əhatə etməlidir.  

3.PeĢə-pedaqoji  fəallıq  prinsipi.  Bu  prinsipə  görə 

məktəb  müəllimləri  məktəbə  psixoloji  xidmətin  strukturunda, 

onun  həyata  keçirilməsində  fəal  rol  oynamalıdırlar.  Bu  zaman 

müəllimin  üzərinə  Ģagirdlərlə  fərdi  psixoloji-pedaqoji  iĢ 

(məsləhət, korreksiya, tərbiyəvi iĢ) aparmaq vəzifəsi düĢür. Bu 

prinsipin  həyata  keçirilməsi  mahiyyət  etibarilə  klassik  fərdi 

psixoloji  məsləhət  modeli  olan  «psixoloq-Ģagird»  modelindən 

xüsusi  model  olan  «psixoloq-müəllim-Ģagird»  modelinə 

keçmək deməkdir. Bu modelin həyata keçirilməsi müəllimdən 

yüksək peĢəkarlıq tələb edir. 



4.Kifayət  qədər  məhdudluq  prinsipi.  Bu  prinsip  diaq-

nostik metodikanı seçməklə bağlıdır. Bu prinsipə görə konkret 

məktəbdə  Ģagirdlərin  bir  Ģəxsiyyət  kimi  və  tədris-idrak 

fəaliyyətinin 

subyekti 

kimi 


öyrənilməsinin 

sistemi 


yaradılmalıdır.  SeçilmiĢ  metodika  vaxta  qənaət  nöqteyi-

nəzərdən  olduqca  qısa  olmalıdır.  Bununla  yanaĢı  olaraq 

yaradılan  metodik  sistem  kifayət  qədər  tam  olmalıdır  ki, 

Ģəxsiyyətin  strukturunun  bütün  komponentlərinin:  psixi 

proseslərin,  emosional  sahənin,  Ģəxsiyyətin  xassələrinin, 

motivləĢməsinin  psixodiaqnostik  tədqiqini  həyata  keçirməyə 

imkan versin. 

5.QarĢılıqlı  əlaqə  prinsipi.  Bu  prinsipə  görə  psixoloq, 

müəllim və məktəb rəhbərlərinin fəaliyyəti təkcə onların fəallıq 

dərəcəsi  ilə  məhdudlaĢmamalıdır.  Məktəb  sisteminin  ünsürləri 

kimi onların qarĢılıqlı əlaqəsinə də xüsusi yer verilməlidir. 




 

 

 



624 

 

6.ĠnkiĢaf  prinsipi.  Bu  prinsip  mərkəzi  sistemyaradıcı 

komponentdir.  Lakin  müasir  məktəb  təcrübəsində  «inkiĢaf» 

heç  də  həmiĢə  kompleks  vəzifə  kimi  anlaĢılmır.  Burada  çox 

vaxt  əqli  və  Ģəxsiyyətin  inkiĢafında  disbalans  özünü  göstərir, 

birinciyə daha çox üstünlük verilir. 

Qeyd olunan prinsiplərə əməl edilməsi məktəbə psixoloji 

xidmətin səmərəli Ģəkildə həyata keçirilməsinə imkan yaradır.  

Bəs məktəbə psixoloji xidmət hansı mərhələlərdə həyata 

keçir? 


Mövcud  psixoloji  ədəbiyyatda  qeyd  olunan  prinsipləri 

əsas  götürməklə  məktəbdə  psixoloji  xidmətin  aĢağıdakı 

mərhələlər üzrə həyata keçirilməsini məqsədəuyğun sayırlar. 

1.Birinci mərhələ bir növ məktəbdə psixoloji xidmətin il-

kin mərhələsi olub bunun düzgün həyata keçirilməsindən onun 

sonrakı  davamı  çox  asılıdır.  Ġlkin  mərhələdə  əvvəlcədən 

seçilmiĢ  psixodiaqnostik  metodların    köməyi  ilə  imkan 

daxilində  məktəbin  bütün  Ģagirdləri  yoxlamadan  keçiri-

lir.Məktəb 

daxilində  bu  cür  ekspres  diaqnostikanın 

aparılmasını direktorun müavinlərindən biri təĢkil edir.  

2.Psixodiaqnostika  prosedurasının  aparılması  ilə  bir 

vaxtda  məktəbin  müəllimləri  üçün  psixoloji-pedaqoji  seminar-

lar  seriyası  keçirilir.  Adətən,  4-5  bu  cür  seminar  keçirilir.  Bu 

məĢğələlərin  məqsədi  müəllimləri  aparılacaq  iĢlərlə  tanıĢ 

etmək, Ģagirdlərin hansı  cəhətlərini öyrənməklə tanıĢlıq, meto-

dikalarla  tanıĢ  olmaq,  diaqnostikadan  keçiriləcək  keyfiyyət, 

xassə  və  proseslərin  psixologiyasını  qısaca  nəzərdən 

keçirməkdən ibarət olur.  

3.Diaqnostik  iĢlər  baĢa  çatdıqdan  sonra  əldə  edilmiĢ 

nəticələrin  iĢlənməsi  həyata  keçirilir.  Hər  bir  Ģagird  haqqında 

məlumat sinfin xüsusi psixoloji xəritəsində qeyd olunur. Psix-

oloji xəritələr adətən psixologiya kabinetində saxlanılır. 

4.Əldə  edilmiĢ  nəticələr  psixoloq  tərəfindən  təhlil 

edildikdən və  yoxlanılan bütün siniflər üzrə psixoloji xəritələr 

doldurulduqdan  sonra  daha  mühüm  mərhələ  –  əldə  edilmiĢ 






Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə