Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə192/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   189   190   191   192   193   194   195   196   197

 

 

 



628 

 

yanaĢmalarına  köməklik  göstərmək,  onun  davranıĢ  və 



münasibətinin  təzahürünün  mürəkkəb  və  çoxcəhətli  xarakter 

daĢıdığını,  əsas  diqqəti  Ģagirdin  özünüqiymətləndirməsinə, 

motivlərinə,  idrak  maraqlarının  xüsusiyətlərinə,  emosional 

istiqamətinə  yönəltməyin  zəruriliyini  göstərmək,  ən  baĢlıcası 

isə  Ģagirdin  sonrakı  inkiĢafına  nikbin  yanaĢmalarını,  onunla 

iĢləməyin  real  proqramını  müəyyənləĢdirmələrini  təmin 

etməkdən ibarətdir. 

Məktəbə  psixoloji  xidmət  prosesində  yerinə  yetirilən 

məsləhət  (konsultativ)  iĢləri.  Məktəbə  psixoloji  xidmət 

fəalyyətində müəllim, Ģagird və valideynlərlə aparılan məsləhət 

iĢləri əsas yerlərdən birini tutur. Məktəb psixoloqunun apardığı 

bu  cür  məsləhətlər  fərdi  və  qrup  halında  keçirilə  bilər.  Hər 

ikisində  əsas  məqsəd  bu  və  ya  digər  çətinliklərin  mahiyyətini 

açmaq və onları aradan qaldırmaq üçün müvafiq psixoloji yol-

lar  göstərməkdən  ibarətdir.  Adətən,  psixoloq  məktəb 

müəllimlərinə  aĢağıdakı  hallarda  məsləhət  verməli  olur: 

Ģagirdlərin  tədris  materialını  mənimsəmələrindəki  çətinliklər, 

oxumaq  həvəsinin  olmaması  və  oxuya  bilməmələri  ilə  bağlı, 

müəllimlə  sinif  arasında  münaqiĢə  yarandıqda,  aparılan  peda-

qoji təsir vasitələri nəticə vermədikdə, müəllimin Ģagirdlərlə və 

Ģagirdlərin  bir-biri  ilə  ünsiyyətindəki  çətinliklərlə  əlaqədar, 

Ģagirdlərin  maraq,  meyl  və  qabiliyyətlərini  aĢkara  çıxarmaqla 

bağlı,  Ģagirdlərin  peĢə  yönümü,  peĢə  seçmələrinə  istiqamət 

verməklə bağlı və s.  

Psixoloq 

Ģagirdlərlə  fərdi  olaraq  tədris,  inkiĢaf, 

öyrənmənin 

səmərəli 

yolları, 

həyat 


mövqeyini 

müəyyənləĢdirmək,  böyüklərlə  və  yoldaĢları  ilə  ünsiyyət, 

özünütərbiyə  və  s.  məsələlər  ətrafında  məsləhət  keçirə  bilər. 

Bununla  yanaĢı  olaraq  bir  qrup  Ģagirdlərlə  və  ya  siniflə  özünü 

tərbiyə,  əqli  əmək  mədəniyyəti  və  s.  problemlər  ətrafında 

məsləhət təĢkil edə bilər. 

Adətən, 

məktəb 


psixoloqu 

ilə 


məsləhətləĢməyə 

valideynlər  daha  çox  ehtiyac  hiss  edirlər.  Psixoloqun 




 

 

 



629 

 

valideynlərə psixoloji məsləhəti aĢağıdakı məsələləri əhatə edə 



bilər:  UĢağı  məktəbə  necə  hazırlamaq,  onların  təlim  marağını 

necə inkiĢaf etdirmək;  oxumaq istəməməsi, hafizəsinin zəifliyi, 

dalğınlıq, qeyri-mütəĢəkkillik, qeyri-müstəqillik. "təcavüzkarlıq", 

hövsələsizlik,  inadkarlıq,  qorxaqlıq,  sözə  baxmamaq,  laqeydlik 

və  s.  kimi  qüsurları  necə  aradan  qaldırmaq;  uĢaqda  ailənin 

böyük üzvlərinə, özündən kiçik bacı və qardaĢlarına qarĢı me-

hriban münasibəti hansı yollarla tərbiyə etmək və s. 

Psixoloji  xidmətlə  əlaqədar  psixoloq  hami  təĢkilatların, 

həddibuluğa çatmamıĢ uĢaqlarla iĢ aparan komissiyaların, xalq 

məhkəmələrinin,  uĢağın  psixoloji  vəziyyəti  ilə  əlaqədar  psix-

oloji ekspertiza komissiyasının və b. yerinə yetirəcəkləri iĢlərdə 

onlara  köməklik  göstərmək  məqsədilə  də  məsləhətlər  keçirə 

bilər. 

Məktəbə  psixoloji  xidmət  prosesində  yerinə  yetirilən  di-

aqnostik  iĢlər.  Psixoloji  xidmətdə  əsas  yerlərdən  birini  diaq-

nostik  iĢlər  tutur.  Bu  iĢlərin  əsas  üstün  cəhətləri  ondan 

ibarətdir  ki,  psixoloqun  köməyi  ilə  Ģagirdlərin  həm  əqli,  həm 

də  Ģəxsi  imkanları  aĢkara  çıxarılır.  Bununla  da  Ģagirdlərin 

fəaliyyətini və inkiĢafını idarə etmək prosesi asanlaĢır. 

Məhz buna görə də təlim və tərbiyə prosesində ayrı-ayrı 

Ģagirdlərin  təlim  və  tərbiyəsindəki  qüsurların  psixoloji 

səbəblərinin  aĢkara  çıxarılması  və  onların  aradan  qaldırılması 

yollarının  müəyyənləĢdirilməsi  məktəbə  psixoloji  xidmət 

iĢində  mərkəzi  yer  tutur.  Bunun  üçün  psixoloji  xidməti  təĢkil 

edən Ģəxsdən xüsusi hazırlıq tələb olunur. Bu iĢi aparan adam 

düzgün  sual  verməyi,  psixoloji  problemi  müəyyənləĢdirməyi, 

lazımi məlumatı əldə etməyi, həmin məlumatları təhlil etməyi 

və bütün bunların əsasında zəruri nəticəyə gəlməyi bacarmalıdır. 

Məktəbə  psixoloji  xidmətlə  əlaqədar  olaraq  psixoloq 

aĢağıdakı diaqnostik iĢləri həyata keçirməlidir: 

-  ümümiyyətlə,  eləcə  də  ayrı-ayrı  fənnlər  üzrə 

Ģagirdlərin mənimsəyə bilməmələrinin psixoloji səbəblərini aĢkara 

çıxarmaq;  



 

 

 



630 

 

-  Ģagirdlərin  intizamsızlıqlarının  psixoloji  səbəblərinin 



diaqnostikası; 

-  Ģagirdlərin  əqli  inkiĢafının,  Ģəxsiyyətinin  və  emosional-

iradi xüsusiyyətlərinin diaqnostikası; 

– Ģagirdlərin sinif yoldaĢları ilə qarĢılıqlı münasibətlərinin 

pozulmasının, 

sinifdə 


Ģəxsiyyətlərarası 

münasibətlərin 

pozulmasının səbəblərinin psixoloji diaqnostikası; 

Ģagird-müəllim, 



sinif-müəllim 

münasibətlərinin 

pozulmasının səbəblərinin psixoloji diaqnostikası; 

- uĢağın məktəbə hazırlığının psixoloji diaqnostikası; 

–  Ģagirdlərin  ibtidai  məktəbdən  orta  məktəbə  keçməyə 

hazır olmalarının psixoloji diaqnostikası; 

-  Ģagirdlərin  yeniyetməlik  dövründən  ilk  gəncliyə 

keçməyə hazır olmalarının psixoloji diaqnostikası və s. 

ġübhəsiz  bütün  bu  cür  diaqnostik  iĢləri  necə  gəldi  apar-

maq  mümkün  deyildir.  Bunun  üçün  psixoloq  düĢünülmüĢ  və 

bütün tələblərə cavab verən metodlardan istifadə etməlidir. 

Məktəbə  psixoloji  xidmət  prosesində  yerinə  yetiriləcək 

korreksiya  iĢləri.  Məktəbə  psixoloji  xidmət  təkcə  diaqnostik 

iĢləri həyata keçirməklə də baĢa çatmır. Bu və ya digər çətinliyi 

və  onun  səbəbini  aĢkara  çıxarmaqla  yanaĢı  (istər  intellektual, 

istərsə də Ģəxsiyyət baxımından) psixoloji xidməti həyata keçirən 

mütəxəssis  həmin  çətinlikləri  aradan  qaldırmaq,  təshih  etmək 

üzrə  də  iĢ  aparmalıdır.  Yalnız  bu  zaman  nəzərdə  tutulmuĢ 

nəticəni əldə etmək mümkündür. Məhz buna görə də psixoloji 

xidmət zamanı aĢağıdakı korreksiya iĢlərinin həyata keçirilməsi 

zəruridir: 

     -  Ģagirdlərin  Ģəxsiyyətində,  əqli  inkiĢafında,  emosional  iradi 

xüsusiyyətlərində 

özünü 


göstərən 

çətinliklərin 

aradan 

qaldırılması;  



     -  Ģagirdlərin  yaĢlılar  və  həmyaĢlıları  ilə  qarĢılıqlı 

Ģəxsiyyətlərarası  münasibətlərində  özünü  göstərən  qüsurların 

aradan qaldırılması. 

Adətən,  korreksiya  proqramının  həm  psixoloji,  həm  də 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə