Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə193/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   189   190   191   192   193   194   195   196   197

 

 

 



631 

 

pedaqoji  cəhətləri  vardır  və  onların  həyata  keçirilməsi  bir-



birindən müəyyən dərəcədə fərqlənir. Psixoloji korreksiya psix-

oloq  tərəfindən  planlaĢdırılır  və  həyata  keçirilir.  Pedaqoji  kor-

reksiya isə məktəb psixoloqu müəllimlərlə birlikdə (məktəb di-

rektoru,  dərs  hissə  müdiri,  sinif  rəhbəri,  fənn  müəllimi) 

planlaĢdırılır,  psixoloqun  nəzarəti  və  köməkliyi  ilə  müəllimlər 

və valideynlər tərəfindən həyata keçirilir. 



Məktəbə  psixoloji  xidmət  prosesində  yerinə  yetiriləcək 

yardımçı  iĢlər.  Məktəbə  psixoloji  xidmətlə  əlaqədar 

əsasnamədə  yuxarıda  qeyd  olunanlarla  yanaĢı,  bir  sıra 

yardımçı  iĢlərin  həyata  keçirilməsi  də  nəzərdə  tutulur.  Həmin 

iĢlər  bu  və  ya  digər  Ģəkildə  əsas  iĢlərlə  bağlanır  və  onların 

həyata  keçirilməsinə  xidmət  edir.  Psixoloji  xidmət  zamanı 

yerinə  yetirilən həmin  yardımçı iĢlərə aĢağıdakıları  aid  etmək 

mümkündür: 

məktəb 



psixoloqu 

Ģagirdlərin 

davranıĢ 

və 


mənimsəmələrinin psixoloji təhlilini vermək və burada onların 

Ģəxsiyyətlərinin  və  qabiliyyətlərinin  fərdi  psixi  xüsusiyyətlərini 

daha  dəqiq,  ətraflı  açmaq  məqsədilə  pedaqojikonsilium  təĢkil 

edir; 


-      məktəb  psixoloqu  məktəbin  pedaqoji  Ģurasının iĢində 

iĢtirak edir; 

-      psixologiya  kabinəsi  və  məktəb  kitabxanasının 

köməyi  ilə  müxtəlif  yaĢlı  uĢaqların  təlim  və  tərbiyəsi 

problemlərinə  dair  psixoloji-pedaqoji  ədəbiyyatdan  və 

Ģagirdlər  üçün  psixoloji  ədəbiyyatdan  ibarət  bölmə,  "kitabxa-

na" yaradır. 

Məktəbdə psixoloji xidmətin qeyd olunan istiqa-mətlərini 

müxtəlif  konkret  sahələrə  tətbiq  etmək  mümkündür.  Bunların 

ən əsaslarından bəzilərini nəzərdən keçirək. 



Məktəbə psixoloji hazırlığın diaqnostikası. Məktəbə psixolo-

ji  xidmətdə  əsas  yerlərdən  biri  uĢaqların  məktəbə  psixoloji 

hazırlığının  diaqnostikasını  verməkdən  ibarətdir.  Bu  sahədə 

aparılan  iĢin  əhəmiyyəti  öz-özünə  aydındır.  UĢağın  məktəbə, 




 

 

 



632 

 

məktəb 



təliminə 

psixoloji 

hazırlıq 

səviyyəsini 

müəyyənləĢdirmək bir tərəfdən  həmin sahədəki  qüsurları  ara-

dan qaldırmaq, digər tərəfdən məktəbdə ilk gündən Ģagirdlərin 

imkanlarına uyğun iĢ aparmaq üçün Ģərait  yaradır. Məhz buna 

görə də  məktəb  psixoloqu  (sinif  muəllimi ilə  birlikdə) birinci 

sinfə  qəbul  olunacaq  uĢaqların  məktəbə  psixoloji  hazırlıq 

səviyyəsini aĢkara çıxarmalıdır.  Bu bir növ məktəbə psixoloji 

hazırlığın diaqnostikasından ibarətdir. 

UĢağın  məktəbə  hazırlığının  diaqnostikasını  verərkən 

aĢağıdakı üç mühüm göstəriciyə istinad etmək lazım gəlir: 

1)   L. S.  Vıqotskinin   bağça    yaĢı   dövründə  affektlərin 

intellektuallaĢdırılmasının      əsas      yenidənyaranma      halı   

olması    barədə    fikrinə istinad edərək ixtiyariliyi təlim  fəaliyyə-

tinin  zəminlərindən  biri  –  məktəbə  hazırlığın  mühüm 

göstəricisi  kimi  nəzərə  almaq,  xarakterizə  etmək  lazımdır.  Bu 

bir  də  ona  görə  zəruridir  ki,  uĢağın  məktəbdə  məĢğul  olacağı   

fəaliyyət  növü  -  təlim  fəaliyyəti  ondan  ixtiyari  iĢlərin  icrasını 

tələb edir. 

2) UĢağın  məktəbə hazırlığını xarakterizə edərkən nəzərə 

alınması  zəruri  olan  ikinci  mühüm  göstərici  əyani-obrazlı 

təfəkkürün  inkiĢaf  səviyyəsindən  ibarətdir.  Burada  təsviri-

sxematik    vasitələrin  təhlili,  quraĢdırılması  və      tətbiqi      ilə   

əlaqədar iĢlərin  yerinə - yetirilməsinə fikir verməlidir. 

3)  ġəxsiyyət  xarakteristikası  üzrə  göstəricilər.  Burada 

Ģəxsiyyətin  bütün  cəhətlərinin  inkiĢaf  xüsusiyyətləri  deyil, 

təlim  fəaliyyətinin  təĢkilinə  köməklik  göstərən  (və  ya  mane 

olan)  Ģəxsiyyət  göstəriciləri  (emosional  cəhət,  ünsiyyətin 

xüsusiyyətləri,  kollektiv  fəaliyyətə  daxil  olmaq  və  s.)  nəzərə 

alınmalıdır. 

Məktəb  psixoloqu  qeyd  olunan  göstəricilər  üzrə  birinci 

sinfə  qəbul  olunan  uĢaqların  hər  birinin  məktəbə  hazırlıq 

səviyyəsini  aĢkara  çıxarmaqla  müəllimin  onlarla  müvafiq 

səmərəli  iĢ  aparması  üçün  Ģərait  yaradır.  Ona  görə  də  qabaq-

cadan  hazırlanmıĢ  proqrama  əsasən  uĢaqlar  yoxlanılmalıdır. 



 

 

 



633 

 

Proqram  hazırlanarkən  yuxarıda  qeyd  olunan  göstəricilərin 



xüsusiyyətlərini 

açmağa 


imkan 

verən 


yolları 

müəyyənləĢdirməklə,  aĢağıdakı  texniki  və  metodiki  tələblərə 

əməl olunmalıdır. 

Hər  şeydən  əvvəl,  hər  uĢaq  yalnız  bir  dəfə  yoxlamadan 

keçirilməli və bu iĢ 20-30 dəqiqədən artıq davam etməməlidir. 

Bu  tələb  bir  tərəfdən  yoxlanan  uĢağın  imkanlarını  nəzərə  al-

maqla  bağlıdır.  Belə  ki,  psixofizioloji  tədqiqatlardan  məlum 

olduğu  kimi,  həmin  yaĢ  dövründə  uĢaqların  əqli  iĢ 

qabiliyyətinin  səviyyəsi  məhz  20-30  dəqiqədən  ibarət  olur. 

Digər  tərəfdən,  uĢağı  I  sinfə  yazdırmaq  üçün  valideynlər  onu 

bir  neçə  dəfə  yoxlamaya  gətirməyə  o  qədər  də  razılıqla 

yanaĢmırlar. 

İkincisipsixoloji yoxlamaları valideynin iĢtirakı ilə apar-

maq  məqsədə  müvafiqdir.  Belə  olduqda  uĢaqlarda  və 

valideylərdə gərginliyin yaranmasının qarĢısı alınır. Yoxlama-

dan  əvvəl  valideynlərə  izah  olunur  ki,  yoxlamanın  məqsədi 

uĢağı  imtahan  etməkdən  ibarət  deyildir.  Burada  əsas  məqsəd 

uĢağın  imkanlarını  aĢkara  çıxarmaq  və  gələcəkdə  onunla 

iĢləmək üçün  müvafiq yollar düĢünməkdən ibarətdir. Yoxlama 

motivinin  bu  cür  izahı  valideynin  psixoloqa  inamla 

yanaĢmasına  və  yeri  gələndə  ona  köməklik  göstərməsinə im-

kan yaradır. 



Ücüncüsü,  yoxlamanın  nəticələri  uĢağın  xüsusiyyətlərinin 

keyfiyyət xarakteristikasını verməlidir. 

Gələcək  I  sinif  Ģagirdləri  üzərində  aparılan  eksperi-

mental psixoloji yoxlama suallardan baĢlanmalıdır. Adətən, bu 

cür  suallar  standart  xarakter  daĢıyır:  sənin  adın  nədir,  neçə 

yaĢın  var,  uĢaq  bağçasına  gedirsənmi.  Sualları  verməklə 

psixoloq  öz  təbəssümü  ilə  uĢaqları  ruhlandırmalıdır.  Burada 

yeri  gəldikcə  bu  və  ya  digər  cəhətə  əsasən  uĢağı  tərifləmək 

tələb olunur. Məsələn, qıza belə demək olar ki, onun nə yaxĢı 

donu,  saçı  var.  Oğlana  demək  olar  ki,  afərin,  nə  yaxĢı 

oğlandır, yəqin anasının yaxın köməkçisidir və s. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə