Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə195/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   189   190   191   192   193   194   195   196   197

 

 

 



637 

 

danıĢ". UĢağın cavabını olduğu kimi qeyd etmək lazım gəlir, 



əgər  süjet  düzgün  ardıcıllıqla  tərtib  olunarsa  uĢağa  həmin 

hadisəyə ad verməsini təklif etmək lazımdır. 

Bu  cür  iĢin  köməyi  ilə  uĢağın  Ģəraitin  gizli  mənasını  nə 

dərəcədə uyğün Ģəkildə anladığını aĢkara çıxarmaq mümkündür. 

Əgər uĢaq süjeti düzgün tərtib etməyibsə, onu yerinə ye-

tirdiyi  iĢə  görə  tərifləmək,  sonra  köməkçi  suallar  vasitəsilə 

ardıcıllığı düzgün baĢa düĢməsinə nail olmaq lazımdır. 

Bundan  sonra  baĢqa  (üçüncü)  tapĢırığın  yerinə 

yetirilməsinə  baĢlamaq  olar.  Burada  Vekslerin  testlərinə  daxil 

olan "Koos kubikləri" testindən istifadə etmək mümkündür. 

Nəhayət, «məktəbə hazırlığın diaqnostikasını» vermək üçün 

"Dördüncü artıq əĢya hansıdır?" tapĢırığını  yerinə  yetirməkdən 

istifadə  etmək  olar.  Bu  metodika  psixologiya  sahəsində 

çalıĢan  mütəxəssislərə  yaxĢı  məlumdur  və  onlar  tərəfindən 

geniĢ  tətbiq  olunur.  Bu  zaman  verilmiĢ  dörd  əĢya  (və  ya 

onların  Ģəkli)  arasında  birinin  artıq  olduğu  bildirilir və  yoxla-

nandan  tələb  olunur  ki,  onu  tapsın  və  götürsün.  Məsələn,  a) 

karandaĢ, çanta, dəftər, Ģlyapa Ģəkilləri, b) stol, stul, kitab Ģkafı, 

çaynik Ģəkilləri və s. 

Beləliklə,  bu  tapĢırığın  əsasında  anlayıĢ  əlamətinə  görə 

təsnif  etmək  dayanır.  Məktəbə  hazırlıqla  əlaqədar  həmin 

metodikanı  tətbiq  edərkən  burada  bir  qədər  baĢqa  məqsəd 

güdülməlidir. Burada uĢağın nəyi artıq sayması deyil, tanıĢ və 

ya  az  tanıĢ  olduğu  əĢyalar  haqqında  nə  deməsi  mühüm 

əhəmiyyətə  malikdir.  Bununla  yanaĢı  olaraq  uĢağın  həmin 

tapĢırığı,  iĢ  tərzini  necə  yerinə  yetirməsi  də  nəzərdə  tutulan 

cəhətlərdəndir. 

Bütün  bu  yollarla  aparılan  yoxlama  iĢi  uĢağın  məktəbə 

hazırlıq  səviyyəsini  aĢkara  çıxarmağa,  bu  sahədə  onun 

valideyinə  və  gələcək  müəlliminə  müvafiq  məsləhətlər 

verməyə  imkan  yaradır.  Bununla  yanaĢı  olaraq  həmin  qeydlər 

uĢaq  üçün  tərtib  olunacaq  psixoloji  xəritənin  əsasını, 

baĢlanğıcını təĢkil edir. 



 

 

 



638 

 

Məktəbə  psixoloji  xidmət  sahəsində  diqqəti  cəlb  edən 



cəhətlərdən  biri  də  çətin  tərbiyə  olunan  ("çətin")  uşaqlarla 

aparılan işdirBurada birinci növbədə əsas diqqət Ģəxsiyyəti so-

sial cəhətdən deformasiyaya uğrayan, asosial uĢaqların vaxtında 

diaqnostikasını  verməyə  yönəldilməlidir.  Bu  zaman  uĢaqda 

"çətinliyin"  yaranması  səbəblərinin  aĢkara  çıxarılmasına  da 

xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uĢağın 

fərdi  xüsusiyyətlərini  nəzərə  almaqla  onunla  aparılacaq 

tərbiyəvi  iĢ  sistemi  müəyyənləĢdirilməlidir.  Bu  barədə  kitabın 

ikinci bölməsində danıĢıldığı üçün burada geniĢ bəhs olunmağı 

lazım bilmədik. 

Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iĢ. Yuxarıda 

qeyd  etdiyimiz  kimi  məktəbə  psixoloji  xidmətin  əsas 

istiqamətlərindən  birini  psixoloqun  müəllimlərlə,  valideynlərlə 

və  Ģagirdlərlə  apardığı  konsultativ  iĢlər  təĢkil  edir.  Məlum 

olduğü  kimi,  təlim  fəaliyyətinin  müvəffəqiyyəti,  Ģagird 

Ģəxsiyyətinin  formalaĢması  və  inkiĢafı  onun  böyüdüyü  və 

tərbiyə aldığı ailə mühitinin xüsusiyyətindən çox asılıdır. 

Ailə  və  məktəb  iki  əsas  sosial  institut  kimi  uĢaqların 

təlim-tərbiyə və sosiallaĢma prosesinə, Ģəxsiyyətinin inkiĢafına 

əsaslı  təsir  göstərir.  Ona  görə  də  ailə  tərbiyəsindən  çox  Ģey 

asılıdır. Təcrübə göstərir ki, bəzi ailələrdə uĢağın tərbiyəsi üçün 

zəruri  olan  psixoloji  Ģərait  yaradılmadığı,  onun  psixoloji 

xüsusiyyətləri  nəzərə  alınmadığına  görə  bir  sıra  çətinliklər 

meydana  çıxır.  Bu  cür  çətinlikləri  aradan  qaldırmaqda  ailəyə 

psixoloji  xidmətin  rolu  böyükdür.  Adətən,  valideynlər  uĢaqla 

əlaqədar  hər  hansı  bir  problemə  rast  gəldikdə  kömək  üçün 

məktəbə, məktəb psixoloquna müraciət edirlər. Bu zaman əksər 

hallarda uĢağın ehtiyacı və tələbi nəzərə alınmır. Bütün bunları 

nəzərə  alaraq  məktəb  psixoloqu  Ģagirdlərin  davranıĢı,  onların 

Ģəxsiyyətdaxili  vo  Ģəxsiyyətlərarası  münaqiĢə  problemləri  ilə 

məĢğul  olarkən  uĢağın  yaĢadığı  və  tərbiyə  aldığı  ailə,  həmin 

ailə  üzvləri  arasındakı  qarĢılıqlı  münasibət  və  s.  ilə  də 

maraqlanmalıdır.  Buradan  çıxıĢ  edərək  psixoloq  öz  xidmətini 



 

 

 



639 

 

göstərməlidir.  Lakin  bütün  ailələr  psixoloqun  onun  övladı  ilə 



müvafiq  iĢ  aparmasına,  yeri  gəldikdə  valideynlərə  lazımi 

məsləhət verməsinə eyni cur yanaĢmırlar. 

Bəzi  ailələr  özləri  psixoloqun  övladlarının  Ģəxsiyyətini 

tənzim etməsi ilə maraqlanır və bu sahədə ona Ģərait yaradırlar, 

baĢqa ailələr bu sahədə neytral mövqe tutur, bəziləri də bu iĢə 

hər yolla mane olurlar. Ona görə də psixoloqun iĢi həmiĢə istə-

diyi  kimi  gedə  bilmir.  Xüsusilə  uĢağın  tərbiyəsi  və  onun 

Ģəxsiyyətinin  inkiĢafı  üçün  müvafiq  Ģərait  olmayan  ailələrlə  iĢ 

zamanı  bu  çətinlik  özünü  qabarıq  Ģəkildə  göstərir.  Belə 

ailələrin  müxtəlif  tipləri  mövcud  ola  bilər  ki,  onların  hər 

birində  psixoloqun  yerinə  yetirəcəyi iĢ o birilərindən  fərqlənir. 

Bu cür ailələrin aĢağıdakı tiplərinə rast gəlmək mümkündür: 1) 

boĢanma  ərəfəsində  olan  ailələr,  2)  boĢanmıĢ  ailələr,  3) 

Ģəxsiyyətlərarası 

və 

Ģəxsiyyətdaxili 



munaqiĢələri 

həll 


olunmamıĢ  ailələr,  4)  əxlaq,  ictimai  münasibət  normalarına 

uyğun olmayan sərvət və normalar sistemi formalaĢmıĢ ailələr. 

Psixoloqun  həmin  ailələrdən  gələn  uĢaqlarla  müvafiq  iĢ  apara 

bilməsi  üçün  həmin  ailələr,  orada  uĢaqların  tərbiyəsi  üçün 

yaradılan  Ģəraitin  xüsusiyyətləri  ilə  ətraflı  tanıĢ  olması 

zəruridir. 

Adətən,  birinci  tip  ailələrdə  uĢaqların  tərbiyəsi  və 

sosiallaĢması  üçün  yaranmıĢ  Ģəraitin  xarakterik  xüsusiyyəti 

bundan ibarətdir  ki,  həmin  ailələrdə  uĢaqlar  artıq  kəskin,  açıq 

xarakter  almıĢ  ailə  münasibətlərindəki  münaqiĢələrə  cəlb  olu-

nurlar. Onlar münaqiĢədə olan valideynlərinə öz münasibətlərini 

bildirməyə  məcbur  olurlar.  Bütün  bunlar  həmin  ailədəki 

uĢaqların  psixoloji  və  mənəvi  zədə  almasına,  eləcə  də 

məktəbdəki fəaliyyətinə mənfi təsir göstərməsinə səbəb olur. 

Məktəb  psixoloqunun  vəzifəsi  bu  cür  Ģəraitə  düĢən 

Ģagirdləri  müəyyənləĢdirmək  və  onlarla  psixoloji  məsləhət  iĢi 

aparmaqdan  ibarətdir.  Bu  sahədə  aparılan  iĢ  uĢağın  özünü 

qiymətləndirməsini  təshih  etməyə,  günahkar  olmaq  fikrini, 

hissini  aradan  qaldırmağa  yönəldilməlidir.  Psixoloq  uĢağın  öz 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə