Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə196/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   189   190   191   192   193   194   195   196   197

 

 

 



640 

 

gələcəyini daha nikbin təsəvvür etməsinə köməklik göstərə bilər 



və  göstərməlidir.  Bu  dövrdə  valideynlərlə  də  izahat  xarakterli 

söhbət  aparmaq  mümkündür  və  lazımdır.  Söhbət  zamanı 

valideynlərin  uĢağa  qarĢı  müvafiq  Ģəkildə  davranmaq 

məsələsinə toxunmaq lazımdır. 

Ġkinci  tip  ailələrdə  böyüyən  uĢaqlarla  əlaqədar  psixolo-

qun aparacağı iĢ də düĢünülmüĢ xarakter daĢımalıdır. Burada da 

nəzərə  alınması  zəruri  olan  cəhətlər  çoxdur.  Adətən,  bu  cür 

ailələrdə uĢaqdan bir növ qisas almaq silahı kimi istifadə olu-

nur.  Belə  ki,  uĢağın  onunla  olmayan  valideynlə  ünsiyyət 

saxlamasına qəti imkan vermirlər. Bu isə uĢağın nəinki ümumi 

inkiĢafına, tərbiyəsinə, o cümlədən təlim fəaliyyətinə mənfi təsir 

göstərir. 

 

Bu cür ailə Ģəraitində olan uĢaqlarla psixoloqun apardığı iĢ 



onların  yaĢ  və  cinsi  xüsusiyyətlərini  nəzərə  almaq  əsasında 

qurulmalıdır.  Psixoloq  bu  zaman  rollu  treninqdən  istifadə 

etməklə  uĢağın  evdə  əldə  edə  bilmədiyi  rolu  mənimsəməsinə, 

ünsiyyət  sahəsinin  geniĢlənməsinə  və  özü  üçün  yaxın  dost 

seçməsinə  nail  olmalıdır.  Bu  kimi  hallarda  uĢağın  yanında 

qaldığı  valideyni  ilə  məsləhət  xarakterli  iĢ  aparılması 

məqsədəuyğundur. 

Üçüncü  tip  ailələrdə  də  uĢağın  inkiĢafı  və  sosiallaĢması 

üçün  uyğun  olmayan  Ģərait  yaranır.  Psixoloji  tədqiqatlar 

göstərmiĢdir  ki,  həmin  ailələrdəki  Ģərait  gizli,  həll  olunmamıĢ 

münaqiĢələrin  və  ya  uyğun  Ģəkildə  həll  edilməyən 

münaqiĢələrin olması ilə xarakterizə olunur. Bu cür münaqiĢələr 

isə ailədəki münasibətlərin psixoloji strukturunu aradan qaldırır 

ki,  bu  da  çox  vaxt  uĢağın  Ģəxsiyyətinin  inkiĢafına  mane  olur. 

Onun  Ģəxsiyyətində  arzu  olunmayan  əlamət  və  keyfiyyətlər, 

uyğun  olmayan  özünüqiymətləndirmə  formalaĢır,  məktəbdəki 

davranıĢına,  mənimsəməsinə,  sinif  yoldaĢları  və  müəllimlərlə 

qarĢılıqlı  münasibətinə  mənfi  təsir  göstərir.  Yenietməlik 

dövründə bu daha aydın Ģəkildə təzahür edir. 

Məktəb psixoloqu bu cür ailələri aĢkara çıxarmaqla burada 




 

 

 



641 

 

böyüyən  uĢaqlara  mümkün  olan  psixoloji  köməkliyi 



göstərməlidir. Valideynlərlə müvafiq izahat iĢi aparmalı, onların 

arasındakı  münasibətin  uĢağın  tərbiyəsinə  nə  kimi  təsir 

göstərməsini  qeyd  etməlidir.  Yeri  gəldikcə  həmin  valideynlərə 

müvafiq psixoloji məsləhətlər verməlidir. 

Nəhayət,  dördüncü tip  ailələrlə psixoloqun  apardığı  iĢ  də 

özünəməxsus  xüsusiyyətə  və  əhəmiyyətə  malikdir.  Bu  cür 

ailələrdə  güc,  gobudluq,  alkoqolizm  hökm  sürə  bilər.  Həmin 

ailə  mühiti  nəinki  uĢaqlarda  Ģəxsiyyətin  ahəngdar  inkiĢafına 

Ģərait yaratmır, eyni zamanda məktəbin həmin sahədə apardığı 

iĢi sıradan çıxarır. Belə ailələrdə böyüyən uĢaqlarda ikili əxlaq, 

mənəviyyat  formalaĢır.  Həmin  uĢaqlar  qanunu  pozmağa  daha 

çox meylli olurlar. Onlarda, adətən, Ģübhə, inamsızlıq, onu əhatə 

edənlərlə  mülayim  Ģəxsi  təmas  yarada bilməmək, təcavüzkarlıq, 

zəifiradəlilik,  xüdbinlik  və  s.  kimi  mənfi  xarakter  əlamətləri 

formalaĢır. 

Məktəb   psixoloqunun   bu  cür   ailələrdən  gələn uĢaqlarla 

apardığı iĢ olduqca çətindir. Adətən, bu cür ailələr üçün qapalılıq,  

kənardan ona qarıĢmağa yol verməmək   xarakterik   haldır.   Bu-

na   baxmayaraq   həmin ailələr   və   onlardan   gələn uĢaqlarla iĢ 

aparılmalıdır.  Məktəbin,  məktəb  psixoloqunun      vəzifəsi  uĢağı 

tərbiyə etmək, onda mövcud olan qüsurları aradan qaldırmaqdan,  

onun    Ģəxsiyyətindəki    müsbət    cəhətləri  möhkəmləndirməkdən 

ibarətdir.  Bütün  bu  iĢləri  həyata  keçirərkən    psixoloq  sinif 

rəhbərinin,    ayrı-ayrı  müəllimlərin,  valideyn  komitəsinin,  Ģagird 

təĢkilatlarının köməyindən istifadə etməlidir.  



 

 

 



642 

 

  



Özünü yoxlamaq üçün sual və tapĢırıqlar 

 

1.



 

Psixoloji xidmət dedikdə nəyi baĢa düĢürsünüz? 

2.

 

Məktəbə  psixoloji  xidmətin  məqsəd  və  vəzifələri  barədə 



qısaca danıĢın. 

3.

 



Məktəbə psixoloji xidmətin prinsipləri hansılardır? 

4.

 



Məktəbə psixoloji xidmət hansı mərhələlərdə həyata keçiri-

lir? 


5.

 

Məktəbə  psixoloji  xidmətin  funksiyaları  və  əsas 



istiqamətləri hansılardır? 

6.

 



Məktəbə psixoloji xidmət məqsədilə hansı psixoprofilaktik 

iĢlər aparmaq lazımdır? 

7.

 

Məktəbə  psixoloji  xidmət  prosesində  yerinə  yetirilən 



məsləhət iĢlərindən danıĢın. 

8.

 



Məktəbə  psixoloji  xidmət  prosesində  nə  kimi  diaqnostik 

iĢlər aparmaq olar? 

9.

 

Məktəbə  psixoloji  xidmət  məqsədilə  aparılan  korreksiya 



iĢlərinin mahiyyəti nədən ibarətdir?  

10.


 

Məktəbə  psixoloji  xidmət  prosesində  yerinə  yetiriləcək 

yardımçı iĢlərdən danıĢın. 

11.


 

Məktəbə  psixoloji  hazırlığın  diaqnostikasını  necə  aparmaq 

olar? 

 

Ədəbiyyat 



 

Həmzəyev  M.Ə.  Pedaqoji  psixologiya.  –  Bakı,  1991, 

s.242-291. 

Həmzəyev M.Ə. YaĢ və pedaqoji psixologiyanın əsasları. 

– Bakı, 2003, səh.212-257 



Əlizadə  Ə.Ə.  Məktəbə  psixoloji  xidmət:  problemlər, 

düĢüncələr//  Azərbaycan  məktəbi,  1993, 

№3. 

Əliyev R.Ġ. Məktəbə psixoloji xidmətin aktual məsələləri. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə